Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1885/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: 16.07.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Cavabdeh İdarənin vəkili Vəkil Əli oğlunun iştiraki ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərl ə İş İdarəsinə təyin edilmiş əlilliyə görə əmək pensiyasnının yenidən hesablanması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarından cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.02.2018-ci il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyasının son üç ili tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya məbləğ fərqinin ödənilməsinin cavabdeh İdarəyə həvalə olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakim Ş.Məmmədova; iş No 2-1(81)-3921/2018) iddianın təmin edilməsi, iddiaçıya 14.02.2018-ci il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyasının son üç ili tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya məbləğ fərqinin ödənilməsi öhdəliyinin cavabdeh İdarəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən Ü.Mayılov, hakimlər M.Tağızadə və K.Abiyeva; iş № 2-1(103)323/2019) cavabdeh şöbə tərəfindən verilmiş apell yasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Həmin qərardan cavabdeh idarə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və tələbin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəm ə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi və tələbin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hə ddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı 1991-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. İddiaçıya əvvəlcə ümumi əsaslarla əlilliyə görə, sonradan isə hərbi qulluqçu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 20.10.2017-ci il tarixl i, 1805 saylı qərarına əsasən şəhadətləndirilərək «Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır» qərarı əsasında İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının 14.02.2018-ci il tarixli qərarına əsasən iddiaçının əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək İİ qrup «Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarı verilmişdir. Bu hallara əsaslanan iddiaçı əlilliyə görə pensiyasının son üç ili tətbiq edilməklə yenidən hesablanması üçün cavabdeh İdarəyə müraciət etsə də, həmin inzibati orqan iddiaçının müraciətinin ətmin edilməsindən imtna etmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməs i iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, 1-ci instansiya məhkəməsinin iddianın əsaslı olduğundan təmin edilməsi, iddiaçıya 14.02.2018-ci il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyasının son üç ili tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya məbləğ fərqinin ödənilməsi öhdəliyiyby cavabdeh İdarəyə həvalə edilməsi haqqında qərarı düzgün olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı olduğundan qəbul edilməlidir. Belə ki, əlilliyi təyin edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi üzrə Tibbi Sosial Ekspert Komissiyasıdır. Hər hansı şəxsə əlillik neçənci qrup olduğu, nə vaxtdan təyin edildiyi və əlilliyinin səbəbi Tibbi Sosial Ekspert Komissiyasının Müayinə Aktından Çıxarışında qeyd edilir. Bu Çıxarış ilkin (təkrar) müayinədən keçən əlilə pensiya təyin edilməsi məqsədilə pensiya təyinatı aparan müvafiq orqana göndərilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq olunmuş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.3-cü maddəsinə əsasən, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik müəyyən edilməsi barədə tibbi ekspertiza sənədləri bilavasitə TSE K-dən rəsmi qaydada qəbul edilir və kargüzarlıq işləri ilə məşğul olan şəxs tərəfindən qeydiyyatdan keçirilir. Araşdırılan qərarda bu haqda heç bir qeyd olmasa da, işin materiallarındakı sənədlərdən müəyyən etmək olur ki, iddiaçıya əvvəlcə, 8 saylı Goranboy Zona TSEK tərəfindən bu haqda 17.01 2008-ci il tarixli müayinə aktı tərtib olunmaqla ümumi xəstəlik səbəbi ilə İİ qrup əlillik təyin edilmişdir (bax i.v 73-74). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 93 saylı 19.08.1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: ilkin pilləzona tibbi-sosial ekspert komissiyaları; ali pillə-Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası. Həmin Əsasnamənin 5.5-ci bəndinə müvafiq olaraq ali pillə ekspert komissiyasının qərarlarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə şikayət verilə bilər. Həmin Əsasnamənin 5.6-cı bəndinə görə, ilkin tibbi-sosial ekspert komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 36 saylı 05.02.2016-cı il tarixli Qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 93 saylı 19.08.1997-ci il tarixli qərarı ləğv edilmiş və “Tibbi-sosial ekspert komissiyaları haqqında” yeni Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 5.4-cü bəndinə uyğun olaraq TSEK-in (tibbi-sosial ek spert komissiyaları) qərarından narazı qalan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) tərəfindən aparılır. Həmin Əsasnamənin 5.5-ci bəndinə əsasən, TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. İş üzrə müəyyən edilir ki, iddiaçı bir neçə dəfə təkrar müayənələrdən keçərək, nəhayət Tibbi-Sosial Ekspert Komissiyasının 14.02.2018-ci il tarixli qərarına əsasən onun əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək İİ qrup «Hərbi Travmadır, Azərbaycan Respublikası nın müdafiəsi zamanı alınmışdır» qərarı verilmişdir. Bu zaman işdən müəyyən etmək olmur ki, iddiaçı, ona ilkin olaraq müəyyən edilən əlilliyin səbəbinin ümumi xəstəlik olması ilə əlaqədar hər hansı mübahisə açmışdır ya açmamışdır. Yuxarıda qeyd edilən nomativ hüquqi aktları nəzərə alan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə iddiaçıya əlilliklə bağlı təyin edilən aktlar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. İlkin əlillik təyin edilən dövrdə, həmçinin 17.01 2008-ci və 14.02.2018-ci il tarixlərdə əlilliklə bağlı müayinə aktlarında TSEK-in diaqnozu qeyd edilmiş, həmin aktlarda qeyd edilən əlilliyin səbəbi ilə bağlı iddiaçı məlumatlı olmuş, lakin həmin aktlarla bağlı mübahisə açıb-ıçmamasını, inzibati qaydada və məhkəməyə şikayət verib-verməməsini işdən və apellyasiya instansiya məhkəməsinin qərarından müəyyən etmək olmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə müvafiq olaraq inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sa yılır. Əgər iddiaçı əlilliyinin səbəbi barədə TSEK tərəfindən əvvəllər tərtib edilmiş aktlar ona məlum olduğu vaxtdan mübahisə açmamışsa, həmin aktlar qüvvədə olmuş və hüquqi cəhətdən etibarlı sayılmışdır. Həmin aktlar əlilliyin səbəbinin dəyişdirilməsi barədə yeni inzibati akt qəbul edilənədək geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd etməlidir ki, TSEK-in sonuncu qərarında iddiaçının hərbi travmanı Azərbaycan Respublikasının müdafiəsi zamanı alması qeyd olunmuş və bu qərarın əvvəlki dövrə şamil edilməsi nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16-cı maddəsinə əsasən, bu Qanunun 20.1.12-ci maddəsində nəzər də tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə - 55 faizi. Bundan başqa, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 36 saylı 05.02.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-ci bəndinə müvafiq olaraq əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiy alarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Həmin Əsasnamənin 4.26-cı maddəsinə görə, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İddiaçının əlilliyini və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliy in başvermə vaxtı TSEK tərəfindən müəyyən edilməli olduğuna görə onun İİ qrup müharibə əlili olması TSEK-in qərarının qəbul edildiyi 30.03.2017-ci il tarixdən müəyyən edildiyindən cavabdeh inzibati orqan tərəfindən, həmin tarixdən ona müharibə əlili kimi pensiya təyin edilməsi barədə cavabdeh İdarənin mövqeyi əsaslı olmuşdur. Ona görə də, iddiaçının əlilliyinin səbəbinin Azərbaycan Respublikasının müdafiəsi zamanı alması 30.03. 2017-ci il tarixdən müəyyən edildiyindən, bu tarixədək iddiaçının əlilliyinin səbəbinin Azərbaycan Respublikasının müdafiəsi zamanı almasına dair qüvvədə olan inzibati akt olmadığından və həmin tarixədək olan dövrlə bağlı əlilliyin səbəbinin ümumi xəstəliklə bağlı olmasına dair qüvvədə olan aktlar olduğundan, iddia əsaslı sayıla bilməz. Yox, əgər iddiaçı əvvəlki müa yənə aktlarını mübahisələndirmişsə, onda ona təyin edilmiş pensiya məbləği mübahisələndirmə tarixin nəzərə alınmaqa yenidən hesablana bilər. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin qərarında yuxarıda qeyd edilən hallara kifayət qədər diqqət yetirilməmişdir; nəticədə əsassız və qanunsuz qərar qəbul olnmuşdur. Eyni zamanda işin yenidən araşdırlmasına hər hansı zərurət yaranmır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2- ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilnə qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya məhkəmələri üçün məcburidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən tə min edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1885/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1885/2019
16.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver