Məhkəmə qərarları › İş №2-1(102)-1885/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1885/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1885/2020 20.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: texniki pasport və çıxarışın verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-233/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1998-ci il tarixində Ünvan1-sə 24 m2 torpaq sahəsində yerləşən yarımçıq mağaza tikintisini, xx.xx.1999-cu ildə Ünvan1-də 42 m2 torpaq sahəsində yerləşən yarımçıq mağaza tikintisini X1 almışdır.

2. Quba şəhər bələdiyyəsi sədri xx.xx.2000-ci il tarixli 25 saylı sərəncamla iddiaçıya 56 m2 sahədə mağaza tikintisinə icazə vermiş, iddiaçıya məxsus ticarət obyektinin layihəsi Quba bələdiyyəsi tərəfindən təsdiq olunmuş, həmin sahibkarlıq obyektinin memarlıq planlaşdırma bölməsi tərtib olunmuşdur

3. İddiaçı Ünvan1-də yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının qeydə alınması məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh isə xx.xx.2019-cu il tarixində iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

4. Cavabdeh inzibati orqan imtinanı belə əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ünvan1-də yerləşən mağaza binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsini belə əsaslandırmışdır ki, sözügedən mağazaya 1999-cu ildən halhazıra kimi sahiblik edir və faktiki olaraq mülkiyyətçi kimi hüquqlarını həyata keçirir. Mağazanın yarımçıq tikilisi və onun yerləşdiyi torpaq sahəsi qanun əsasında iddiaçı tərəfindən alınmaqla, mağazanın tikintisi başa çatmışdır. Göstərilənlər əsas verir ki, iddiaçının həmin mağazaya mülkiyyət hüquqlarını təsdiq edən sənədlər verilsin.

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-2038/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə (hakim – Z.R.Pirverdiyev) iddianın təmin edilməsi, Ünvan1-də yerləşən mağaza binasına İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reye strdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində öz əksini tapmışdır ki, hazırkı iş üzrə belə bir əsas aşkar olunmamışdır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən yuxarıda qeyd olunan alqı-satqı müqavilələri daşınmaz əmlak üzərinə hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır.

9. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-233/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – H.Ç.Babayeva, hakimlər – F.G.Zeyallı və A.H.Hüseynli) cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-2038/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi qərara alınmışdır.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı sözügedən müqavilələrlə yarımçıq qeyri-yaşayış sahələri almış, sonradan onları tikib tam başa çatdırmışdır. Belə olan halda sözügedən daşınmaz əmlaklar müqavilə bağlanarkən malik olduqları ilkin vəziyyətdən çıxmış və yeni bir əmlak yaranmışdır. Həmin əmlaka münasibətdə də “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.3-cü yox, 8.0.9-cu maddəsi tətbiq edilməlidir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair həmin maddədə nəzərdə tutulan mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi yoxdur. İddiaçı hüquqmüəyyənedici sənəd kimi bələdiyyə sədrinin sərəncamını və bələdiyyə tərəfindən təsdiq olunmuş layihəni təqdim etsə də, məhkəmə kollegiyası həmin sənədləri hüquqmüəyyənedici sənəd kimi qəbul etməmiş və qeyd etmişdir ki, tikintiyə icazə vermək və memarlıq obyektinin layihəsini təsdiq etmək bələdiyyə sədrinin deyil, yerli icra hakimiyyəti başçısının səlahiyyətidir. İddiaçının təqdim etdiyi sənədlər biri digərini tamamlamır, işin halları ilə uyğunluq təşkil etmir.

12. Məhkəmə qərarını iddiaçı xx.xx.2020-ci il tarixində almışdır.

13. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tar ixli, 21(105)-233/2020 nömrəli qərarının ləğv edilərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-2038/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə işə baxılarkən İPM-in 12, 14.2, 68.2, 69.4-cü maddələrinin tələbləri pozulmuşdur.

15. Məhkəmənin mövqeyini əsassız hesab edən iddiaçı qeyd etmişdir ki, alqı-satqı müqaviləsi ilə aldığı mağazanı tikib qurtarması həmin mağazanı yeni əmlak etmir. Məhkəmə bu halı nəzərə almadan əsassız və qanunsuz qərar qəbul etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kas sasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. Həmin Qanunun 8.0.9.2-ci maddə sinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

20. İnzibati Prosessual Məcəllənin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzi bati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

21. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kas sasiya mümkün hesab edilmişdir.

23. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Hazırkı qərarın 19-cu bəndində göstərilən normalardan görünür ki, mübahisələndirilən qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün aşağıdakı hüquqmüəyyənedici sənədlər mövcud olmalıdır: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; - müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə; - müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı; - istismara qəbul aktı.

26. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı işin hallarından iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin olmadığı görünür.

27. Qeyri-yaşayış sahəsinə dair bələdiyyə sədrinin sərəncamı və bələdiyyə tərəfindən təsdiq olunmuş layihəyə münasibətdə də apelyasiya instansiya məhkəməsi düzgün qənaətə gələrək, həmin sənədlər qanunvericiliyin tələblərinə uyğun olmadığından onları hüquq müəyyənedici sənədlər kimi qəbul etməmişdir.

28. İddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın 20-ci bəndinə uyğun olaraq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə aşağı instansiya məhkəmələrində baxılarkən cavabdehı sözügedən torpaq sahəsinin dövlət reyestrindən çıxarışın və planölçü sənədinin verilməsini istisna edən faktiki şərtlərin mövcudluğun u sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

29. Beləliklə, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyidirilmədən qüvvədə saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara və İPM-in 96.8-ci maddəsinə əsasən QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-233/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar