Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1885/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1870/2022 saylı, 24 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2020-ci il tarixli, KY201464151 nömrəli çıxarışa əsasən xx.xx.2020-xx.xx.2020-ci il tarixlərini əhatə edən dövr üzrə İddiaçı MMC-də operativ vergi nəzarəti yoxlaması təyin edilmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********3253 nömrəli qərarına əsasən, 12 saylı Ərazi Vergilər Baş İdarəsi Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrini əsas tutaraq, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə "xxxx" MMC-yə məxsus olan, Gəncə şəhəri, Ə.Mehmandarov 30 ünvanında yerləşən taxıl məhsullarının satışı (pərakəndə) mağazasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarəti həyata keçi rmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********4195 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğu nəzərə alınaraq və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələri əsas tutularaq, "xxxx" MMC elektron qaimə-faktura təqdim edilməli olduğu halda malları elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxil i yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 83119.46 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********3396 nömrəli qərarının surətinə əsasən, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə "xxxx" MMC-yə məxsus olan, ünvan 2i ünvanında yerləşən taxıl satışı (pərakəndə) mağazasında xx.xx.2020-ci il tarixdən xx.xx.202 0-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********8395 nömrəli qərarı ilə operativ vergi nəzarətinin nəticələrinə əsasən İddiaçı MMC elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 72285.58 manat məbləğində v ergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 avqust 2020-ci il tarixli, **********4195 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
7. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 avqust 2020-ci il tarixli, **********195 nömrəli və 06 oktyabr 2020-ci il tarixli, **********8395 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin tic arət məntəqələrindən biri olan, şirkətə məxsus Gəncə şəhəri, Ə.Mehmandarov 30 ünvanında yerləşən taxıl məhsulları mağazasında cavabdeh tərəfindən satıcı X1 iştirakı ilə operativ vergi nəzarəti həyata keçirilmiş və yoxlamanın nəticəsinə dair 12 avqust 2020-ci il tarixli, 000556 saylı akt tərtib edilmişdir. Akt üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 avqust 2020-ci il tarixli, **********4195 nömrəli qərar qəbul edilmişdir. Qərara əsasən 83119.46 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır. Həmçinin cavabdeh tərəfindən "xxxx" MMC-nin ünvan 2ində yerləşən yemin və taxılın satışı mağazasında keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında DVX 000777 saylı, xx.xx.2020-ci il tarixli aktla ümumi dəyəri 722855.80 mana t məbləğində malların e-qaimə faktura tərtib edilmədən kassa aparatı ilə satışının həyata keçirilməsi faktı üzrə 72285.58 manat maliyyə sanksiyası hesablanmış və yoxlama aktının nəticələrinə dair “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8395 nömrəli, xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarlarla razı deyillər və hesab edirlər ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 avqust 2020-ci il tarixli, **********4195 nömrəli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********8395 nömrəli qərarları qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəl ləsinin 13.2.62-ci, 16.1.8-ci, 16-cı, 16.1.11.6-cı maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli, 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.3.1-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli, 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.3.1-ci və 4.1-ci bəndlərinə əsasən həmin qərarlar ləğv edilməlidir.
9. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, "xxxx" MMC xx.xx.2018-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və əsas fəaliyyət növü taxılın, emal olunmamış tütünün, toxumların və heyvanlar üçün yemin topdan satış fəaliyyətidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********3253 nömrəli qərarına əsasən "xxxx" MMCyə məxsus Gəncə şəhəri, Ə.Mehmandarov 30 ünvanında yerləşən “Taxıl məhsulları satışı mağazası”nda Operativ vergi nəzarəti həyata keçirilmişdir. Qərar üzrə vergi nəzarəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyiş mə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələlərini əhatə etmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti zamanı sahibkarlıq məqsədilə 39 (otuz doqquz) halda ümumi dəyəri 83119,46 manat məbləğində malların elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirilməsi faktı aşkar olunaraq, xx.xx.2020-ci il tarixdə 000556 nömrəli aktla rəsmiləşdirilmişdir. Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı xx.xx.2020-ci il tarixdə 000405 nömrəli siyahı tərtib edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin yuxarıda qeyd olunan norması əsas götürülərək, iddiaçı "xxxx" MMC-yə 83.119,46 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, onun barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********4195 nömrəli qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.63-cü maddəsinə əsasən, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti mə qsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üçün ticarət fəaliyyətidir. Pərakəndə satışın bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyəti olduğunu nəzərə alaraq, pərakəndə qaydada iri həcmli əmtəə partiyasının müxtəlif fiziki şəxslərə satılması həmin şəxslərin vergi orqanında uçota alınmadan fəaliyyət göstərməsi və potensial vergidən yayınan şəxslər olması ehtimalını yaradır. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaiməfaktur a və ya elektron qaimə-faktura və ya elektron vergi hesab fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət – kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesabfakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1578/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 avqust 2020-ci il tarixli, **** ******4195 nömrəli və xx.xx.2020-ci il tarixli, **********8395 nömrəli qərarları ləğv edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının pərakəndə deyil, topdan satış ticarət fəaliyyətini həyata keçirməsi ilə bağlı dəlilləri əsaslı olmamışdır. Çünki, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” qaydasında əlavə olaraq POS-terminalların da istifadəsi nəzərdə tutulur. Yalnız müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Bu zaman isə alıcı məhsulun son istehlakçısı hesab olunduğu üçün pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Cavabdehin iddiaçının fəaliyyətinin topdansatış kimi qiymətləndirməsi, başqa sözlə iddiaçıya məxsus olan malları elektron-qaimə faktura əsasında təqdim etməli olması dəlili əsassızdır. Çünki, vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi müəyyən edilməmişdir. Bundan əlavə, iş materiallarında olan cavabdehin özünün operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarlarında iddiaçının operativ vergi nəzarətinin həyata keçirildiyi ünvanlardakı obyektlərində ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı ilə məşğul olması bir başa öz təsdiqini tapmışdır. Həmçinin iddiaçının Gəncə şəhəri, Ə.Mehmandarov 30 ünvanında yerləşən o byektində işləyən satıcı G.Ağayevanın izahatında da malların kassa nəzarət aparatına mədaxil edilməsi, satışın gündəlik həyata keçirilməsi, satışların tanımadığı şəxslərlə pərakəndə qaydada nağd ödənilməklə həyata keçirilməsi öz əksini tapmışdır.
12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1870/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya inst ansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinə əsasən, məhkəmə iş üzrə faktiki halların həqiqi tərəflərini müəyyən etməməklə, o istiqamətdə heç bir araşdırma aparmamaqla nəticədə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün istiqamətdə tətbiq etməməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsasən, əgər bu hədd qanunvericilikdə nəzərdə tutulmamışdırsa, o zaman bir şəxs 34.320,0 manat dəyərində hər hansı mal alırsa və bu əməl iyyat NKA ilə rəsmiləşdirilirsə, o zaman bu ticarət fəaliyyəti pərakəndə satış hesab olunmalıdır. Təqdim edilmiş malların həcmi və dəyəri konkret olaraq malları alan şəxsin məqsədini müəyyən etməyə imkan verir ki, məhkəmə də daxili inamını və ağlabatanlılıq prinsipini əsas tutaraq işin faktiki hallarını əsas götürməklə qənaətə gəlməlidir. Qeyd olunan dəlillərlə bağlı əlavə olaraq bildirilir ki, qərarlarda vergi ödəyicisinin fəaliyyət növünün pərakəndə olmasının qeyd edilməsi onun topdansatış fəaliyyəti ilə məşğul olmasını istisna etmir, şikayətə əlavə edilmiş məlumat formasında iddiaçının əsas fəaliyyət növünün topdansatış olması aşkar surətdə görünür.
17. Belə ki, məhkəmə inzibati məhkəmə icraatının vacib və sahəvi prinsipi olan işin hallarının araşdırılması prinsipinin mahiyyətinə uyğun olan mütləq həqiqətin müəyyən edilməsi üzrə ağlabatan bütün səyləri göstərməli olduğu halda göstərməmiş, iş üzrə tətbiq edilməli olan əsaslı şübhədən kənar sübutetmə standartını tətbiq etməmiş və nəticədə obyektiv həqiqət müəyyən edilməmiş qalmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarını işin faktiki hallarına uyğun olaraq tətbiq etməli olduğu halda tətbiq etməyərək, yəni işin faktiki hallarına uyğun olmayan istiqamətdə tətbiq edərək düzgün olmayan nəticəyə gəlmişdir. Hesab edirik ki, məhkəmə kollegiyası iş materiallarını araşdırmamış və cavabdeh tərəfindən təqdim edilmiş dəlil və arqumentləri qiymətləndirməmişdir. Belə ki, iş materiallarında iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını təsdiq və sübut edən kifayət qədər sübut, dəlil və arqumen t olduğu halda məhkəmə tərəfindən nəzərə alınmamışdır. Operativ vergi nəzarəti zamanı aşkar olunan və iddiaçının məhz topdansatış fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hallardan birini də nəzarət kassa aparatından alınmış məlumatlara əsasən daxil edilmiş çeklərin sayı, tarixi və daxil edilmiş məbləğlər təşkil etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası Bənd 4.1 Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi ( satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərində) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarətkassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaiməfaktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS terminaldan çıxarış verilir.
20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13.2.62 Pərakəndə satış – ma lların alıcıya satışının (təqdim ediməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Maddə 13.2.63-cü maddəsinə görə topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Maddə 23.1.1 Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxl amalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; Maddə 24.0.1 Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə vergi orqanının vəzifəsidir. Maddə 24.0.2 Vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. Maddə 36.3 Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 50.3 Operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarda vergi ödəyicilər inin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 50.6 Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 56.1 Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Maddə 83.3 Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hes ablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 67.1 İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2 Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3 Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasını n müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyi şdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhk əməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam v ə hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları və Ali Məhkəmənin analoji işlər üzrə formalaşmış hüquqi mövqeyi baxımından vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Bununla belə, cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kol legiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir.
31. Vergi Məcəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinə əməl edilməsinə nəzarət olunması və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif yoxlama tədbirləri həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasını əhatə edir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Lakin bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama növünü seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməyə borcludur.
32. Hazırkı mübahisəyə münasibətdə iş üzrə cavabdeh iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ ver gi nəzarətinin həyata keçirilməsi haqqında” müvafiq qərarlar qəbul etmişdir.
33. Bununla bağlı nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı təsbit edilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə k ifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda).
34. Hazırkı mübahisəyə münasibətdə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” müvafiq qərarlarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (qərarlarda sadəcə Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrinə ümumi şəkildə istinad olunmuşdur).
35. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərar ında əsaslandırmağa borcludur.
36. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzi bati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu mənada Vergi Məcəlləsinin 23-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarının, operativ vergi nəzarətinin keçirilməsinin vergi orqanlarının hüquqlarına aid edildiyi də nəzərə alınmalıdır.
37. Artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan hər hansı birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hall arda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Bu mənada hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 23-cü, 50.2-ci maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıql amaq və əsaslandırmaq öhdəliyi daşıyır.
38. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.
39. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarlarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edil məmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır. Cavabdehin bu davranışı “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə də ziddir.
40. Bundan əlavə, operativ vergi nəzarətinin mahiyyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilm əyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində isə operativ vergi nəzarəti ilə əhatə olunan halların və məsələlərin dairəsi təsbit edilmişdir. İstinad olunan həmin normaların məzmununa görə, operativ vergi nəzarəti mahiyyət etibari ilə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində təsbit olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Başqa sözlə, operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin cari fəaliyyəti yoxlanılır. Təsadüfi deyildir ki, vergi orqanları tərəfindən qəbul edilən belə qərarların əksəriyyətində də vergi ödəyicisinin cari fəaliyyətinin yoxlanılacağı bildirilir, eləcə də yoxlamanın həyata keçiriləcəyi konkret müddətlər (hazırkı halda yoxlanılan dövrün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddəti əhatə etdiyi) göstərilir.
41. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, operativ vergi yoxlamalarının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddəti əhatə etməsinə rəğmən, cavabdeh vergi orqanı faktiki olaraq operativ vergi nəzarəti ilə əhatə olunmayan keçmiş dövr üzrə həyata keçirilmiş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdehin belə davranışı operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyyət təşkil edir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicilərinə münasibətdə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamalarının keçirilməsi zamanı verg i orqanları qanunauyğun və əsaslı qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları da aydınlaşdırmağa borcludurlar. Belə ki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinin tələbinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu tələb həmçinin “İnzibati icraat haqqında Qanunun 24.2-cü maddəsində də təsbit olunmuşdur.
43. Bundan başqa, həmçinin qeyd edilməlidir ki, qanunvericiliklə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır. Bu baxımdan, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fərql əndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanuna ziddir. Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həm pərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını tələb edir (“Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı).
44. Həmçinin malların pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədl ərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının və şikayətinin əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, həmin halı sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron-qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektronqaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə desək, cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdı rması zamanı sübuta yetirə bilməmişdir (bununla bağlı bax: Ali Məhkəmənin 6 oktyabr 2022-ci il tarixli, 2-1(102)-1335/2022 nömrəli qərarı )
45. Nəzərə alınmalıdır ki, vergi qanunvericiliyi vergi orqanına keçmiş dövrün yoxlanılması ilə bağlı digər alternativ imkanlar nəzərdə tutur (növbəti və ya növbədən kənar səyyar vergi yoxlaması, kameral vergi yoxlaması). Operativ vergi nəzarəti isə sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində sadalanan tələblərə cari vəziyyətdə riayət olunmasının müəyyən edilməsi məqsədlərinə xidmət edir.
46. Eyni zamanda, Vergi Məcəlləsində operativ vergi yoxlamasının keçmiş dövr üzrə aparılması imkanını nəzərdə tutan hər hansı norma da nəzərdə tutulmamışdır. Belə ki, VM-nin 50.3-cü maddəsində təsbit edilmişdir ki, operativ vergi nəzarəti nin keçirilməsinə dair qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələlər, operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi göstərilməlidir. Göründüyü kim qanunverici operativ vergi nəzarəti zamanı yoxlama müddətlərindən əvvəlki dövrə aid əməliyyatlar üzrə məsuliyyət tədbirlərinin görülməsi imkanını təsbit etməmişdir. Bu halın, vergi orqanının xeyrinə şərh olunması VM-nin 3.11-ci maddəsinin müddəalarına görə də mümkün deyildir. Həmin normaya görə, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətli və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır.
47. Lakin iş üzrə materiallardan görünür ki, maliyyə sanksiyası yalnız nəzarət tədbiri anında baş tutan deyi l, operativ vergi yoxlamasının keçirilməsindən öncə baş tutan əməliyyatlara görə tətbiq edilmişdir. Bu hal isə operativ vergi nəzarətinin mahiyyətinə ziddir. Digər tərəfdən, operativ vergi yoxlamasının cari fəaliyyətin qiymətləndirilməsi ilə məhdudlaşdırılması vergi orqanının hüquqlarını pozmur. Belə ki, vergi orqanı səyyar və kameral yoxlamanı keçirməklə qeyd edilən məsələlərə iddiaçı tərəfindən riayət edilməsini keçmiş dövr üçün yoxlamaq imkanından da məhrum olmur.
48. Beləliklə, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
49. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2022-ci il tarixli, 21(103)-1870/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir