Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1885/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, refrijerator qatarların (seksiyaların) rəhbər (böyük) mexaniki. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-145/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. O, xx.xx.1975-xx.xx.1976-cı illərdə peşə məktəbində əyani təhsil almışdır və xx.xx.1976-cı il tarixdən hal-hazıra kimi m üxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olur.
2. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
3. Cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən xx.xx.1986-xx.xx.2006-cı il tarixləri arasındakı dövrdə "xxxx" MMC-də işlədiyi refrijerator qatarlarının rəhbərləri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (4 il 4 ay 4 gün (xx.xx.1981-xx.xx.1986-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırm ışdır ki, o, xx.xx.1976-cı il tarixdən hal-hazıra kimi işləməklə, 46 ildən çox əmək stajı vardır. xx.xx.1975-xx.xx.1976-cı il tarixlərində peşə məktəbində əyani oxumuş, xx.xx.1977-xx.xx.1980-cı illərdə hərbi xidmətdə olmuş, xx.xx.1981-xx.xx.1986-cı il tarixlərində Bakı Dəmiryolu İdarəsinin X2 “refrijerator-mexanik” və sonradan xx.xx.1991-xx.xx.2018-ci il tarixlərində Azərbaycan Dəmir Yolları Ekspress MMC-də “böyük (rəhbər) refrijerator- mexanik” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır və zərərli iş olduğundan ona xx.xx.2015-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətini, əmək kitabçasının əslini, arxiv arayışını, hərbi biletin notarial təsdiq edilmiş sürətini və güzəştli arayışını əlavə edərək, xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubla imtina cavabı verərək, təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, xx.xx.2006-cı il tarixədək onun güzəştli iş stajının 12 il 06 aydan az (04 il 04 ay 4 gün (xx.xx.1981- xx.xx.1986-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyini bildirmişdir. Buna da səbəb kimi xx.xx.1991-xx.xx.2018-ci il tarixlərdə Azərbaycan Dəmir Yolları E kspress MMC-də “böyük (rəhbər) refrijeratormexanik” vəzifələrində işləməsi göstərilmişdir. Cavabdeh güzəştli iş stajının hesablanmasında səhvə yol vermişdir. Belə ki, cavabdeh xx.xx.2006-cı il tarixə kimi güzəştli iş stajının 12 il 06 aydan az (04 il 04 ay 04 gün (xx.xx.1981-xx.xx.1986-cı il tarixləri arasındakı dövrlər)) təşkil etdiyini və imtinasında qeyd etdiyi dövrləri güzəştli iş stajı kimi qəbul etmiş, lakin digər dövrləri, yəni xx.xx.1991-xx.xx.2018-ci illərdə işlədiyi dövrləri güzəştli iş stajı kimi qəbul etməmişdir. Cavabdeh buna səbəb kimi onun xx.xx.1991-xx.xx.2018-ci il tarixlərdə işlədiyi “böyük (rəhbər) refrijerator-mexanik” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pens iya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) nəzərdə tutulmadığını göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının XXVİİİ nəqliyyat bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000-23598)” vəzifələri cəm halında qeyd edilmişdir. Hesab edir ki, cavabdehin imtinası onun sosial təminat hüququnu pozmuşdur.
6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda bildirilmişdir ki, İddiaçı tərəfindən təqdim edilən arayışa əsasən güzəştli iş stajı 12 il 6 aydan az, 04 il 04 ay 04 gün (xx.xx.1981-xx.xx.1986-cı il tarixləri arasındakı dövr) təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsində göstərilir ki, şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Lakin iddiaçı tərəfindən mübahisələndirilən dövrlər üzrə arayış təqdim olunmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, İddiaçı xx.xx.1986-xx.xx.2006-cı il tarixləri arasındakı dövrdə "xxxx" MMC-də işlədiyi refrijerator qatarlarının rəhbərləri vəzifəsi Azərbaycan Respublikası Na zirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının XXVİİİ Nəqliyyat bölməsində, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) nəzərdə tutulmamışdır. İddiaçı iddia ərizəsində onun böyük (rəhbər) refrijerator-mexanik vəzifəsində gördüyü işlərin refrijerator-mexanik vəzifəsinin gör düyü işlərlə eynilik təşkil etdiyini qeyd etmişdir. Lakin "xxxx" MMC-nin X4 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 39 nömrəli arayışda İddiaçı güzəştli iş stajının 04 il 04 ay 07 gün (xx.xx.1981- xx.xx.1986cı il) təşkil etdiyi qeyd olunmuşdur. Göründüyü kimi, "xxxx" MMC İddiaçı xx.xx.1986xx.xx.2006-ci il tarixlərdə işlədiyi refrijerator qatarlarının rəhbərləri vəzifəsini əmək şəraiti zərərli və ağır işlər kateqoriyasına aid etməmişdir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqları n təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunvericilik tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.
7. Şirvan İnzibati Məhkəməsinin (hakim H.N.Nəcəfov) 2-1(120)-1727/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qərarı i lə iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının, hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, araşdırılma zamanı təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X1 xx.xx.2021-ci il tarixli, 39 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək refrijerator seksiyasının (qatarının) mexaniki vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 nöm rəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”na nəzər yetirdikdə görünür ki, “refrijerator seksiyasının (qatarının) mexanikləri” vəzifəsi - XXVİİİ. “Nəqliyyat” bölməsində 23001000— 23598 kod altında nəzərdə tutulmuşdur.
9. Məhkəmənin qənaətinə görə, iddiaçının işlədiyi “mexanik” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda 23001000—23598 kod altında nəzərdə tutulduğundan və məhkəmə tərəfindən yuxarıda qeyd edilən münasibətə uyğun olaraq iddiaçının xx.xx.1991-xx.xx.2018-ci il tarixlərində işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Mübahisəli olan xx.xx.1986-xx.xx.1990-cı illər mexanik vəzifəsi ilə eynilik təşkil etmədiyindən həmin dövr nəzərə alınmamalıdır. Həmin müddət üzrə müvafiq illəri cəmlədikdə məlum olur ki, iddiaçının güzəştli iş stajı 12 il 06 aydan çox təşkil edir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: O.N.İsmayılov /sədrlik edən və məruzəçi/, M.K.Həsənov və S.F.Həsənov) 2-1(106)-145/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus əmək kitabçasına əsasən, xx.xx.1981-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" MMC X2 işləməsinə baxmayaraq, Filiala, o cümlədən məhkəməyə müraciəti zamanı İddiaçı tərəfindən təqdim edilmiş 16 iyul 2021-ci il tari xli 39 nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X1 arayışında onun güzəştli iş stajının 04 il 04 ay 07 gün (xx.xx.1981xx.xx.1986) təşkil etdiyi qeyd olunmuşdur. Göründüyü kimi, "xxxx" MMC İddiaçı xx.xx.1986-xx.xx.2006-ci illərdə işlədiyi “refrijerator qatarlarının rəhbərləri” vəzifəsini əmək şəraiti zərərli və ağır işlər kateqoriyasına aid etməmişdir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda 23001000—23598 kod altında "xxxx" MMC X1 arayışında da olduğu kimi, refrijerator qatarların (seksiyaların) mexanikləri nəzərdə tutulmuşdur. “Refrijerator qatarların (seksiyaların) rəhbər mexanikləri” vəzifəsi müvafiq siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən də, iddiaçının xx.xx.1991-xx.xx.2018-ci illərdə “refrijerator qatarların (seksiyaların) rəhbər mexanikləri” vəzifəsində işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alına bilməz.
16. Göründüyü kimi, iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmamışdır. Eyni zamanda hüquqi əsaslarda da mövcud deyildir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (iddiaçının 57 yaşının tamam olduğu vaxt qüvvədə olan redaksiya).
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərt lərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: XXVİİİ (Nəqliyyat) bölməsi: “refrijerator qatarların (seksiyaların) mexanikləri –Kod23001000—23598.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal b axımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxar ı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hes ab olunur.
26. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün onun 57 yaşının tamamlandığı xx.xx.2015-ci il tarixədək 25 il ümumi iş stajı və bu müddətin daxilində 12 il 6 ay güzəştli iş stajı toplaması tələb olunur.
28. Cavabdeh iddiaçının tələb olunan yaş həddinə, yəni 57 yaşına çatmasını və həmin vaxt azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Qeyd edilən hallar iş materiallarında olan sənədlərə əsasən də sübuta yetirilir və işin mübahisə edilməyən hallarına aiddir.
29. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal iddiaçının xx.xx.1991xx.xx.2018-ci illərdə işlədiyi “refrijerator qatarların (sek siyaların) rəhbər (böyük) mexaniki” vəzifəsinin güzəştli iş stajı sayılmaması, beləliklə də onun tələb olunan güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır.
30. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, işdə olan "xxxx" MMC X1 məktubuna əsasən, “İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək refrijerator seksiyasının mexaniki, xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək refrijerator seksiyasının rəisi, xx.xx.1991-ci ildən xx.xx.2018-ci ilədək refrijerator seksiyasının rəhbər mexaniki (vəzifə adının dəyişdirilməsi) vəzifələrində çalışmışdır.
31. Bununla bağlı qeyd edilməlidir ki, “Refrijerator seksiyasının rəhbər mexaniki” və “Refrijerator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayar aq, hər iki vəzifənin iş şəraiti eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərə məruz qalırlar. İddiaçının vəzifə təlimatı (ADY/VT-103 nömrəli, xx.xx.2020ci il tarixli) məktuba əlavə edilmişdir. “ADY” Express LLC-nin xx.xx.2022-ci il tarixli, AEXP1760-22 nömrəli məktubundan müəyyən olunur ki, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixində təsdiq olunmuş yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar, adın dəyişdirilməsi nəticəsində “X1 refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin refrijerator seksiyalarının rəhbər mexaniki” vəzifəsi “X1 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki” kimi adlandırılmışdır. Hər iki ad eyni vəzifəyə aiddir”.
32. Eyni zamanda, iş materiallarında olan ( iş vərəqi 87-88, 91-92) “X1 refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin mexaniki”nin vəzifə təlimatının 6-7,9,14-cü bəndləri ilə “X1 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki”nin vəzifə təlimatının 7,12,16-cı bəndlərini müqayisəli təhlil etdikdə müəyyən olunur ki, onların (mexanik və böyük mexanik) icra etdiyi funksional vəzifə (iş) demək olar ki, eynilik təşkil edir, hətta mexanikə münasibətdə böyük mexanik daha məsuliyyətli vəzifəni icra edir.
33. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının xx.xx.1991-xx.xx.2018-ci illərdə işlədiyi “Refrijerator qatarların (seksiyaların) rəhbər (böyük) mexaniki” vəzifəsi Azərbaycan Respublikası N azirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000—23598)” peşəsinə uyğundur.
34. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin maddənin dispozisiya şərtləri tam ödənildiyindən, iddianın əsaslı olması barədə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassa siya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-145/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.