Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1886/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1886/19 Bakı şəhəri 14 avqust N19-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinart İdarəsinin nümayəndəsi XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral N19-cu il tarixli, 2-1(103)-312 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sərhəd Xidmətində N təqvim ilindən yuxarı xidmət etdiyini nəzərə alaraq ona aid pensiyanın yenidən, yəni N il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi məbləğinə hər sonrakı il üçün 3 faiz miqdarında əlavə məbləğ hesablanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra id diaçı ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi (bundan sonra mətndə cavabdeh) ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə təmin edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində N ildən artıq müddətdə xidmət etmiş və 31 mart N17-ci il tarixdə şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılması haqqında əmrlə həmin xidmətdən silahlı qüvvələrin ehtiyatına buraxılmışdır. Cavabdeh ona pensiya hesablayarkən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq N təqvim ilindən yuxarı hər il üçün müvafiq təminat xərcliyinin 2 faiz miqdarında əlavə müəyyən etmişdir. Halbuki, iddiaçınin pensiya hüququ tərxis olunduğu tarixdə deyil, N il xidmətinin tamam olduğu tarixdə yarandığından və pensiyalar haqqında qanunvericiliyin həmin tarixdə qüvvədə olan tələblərinə görə onun N təqvim ilindən yuxarı xidmətinin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə müəyyən edilməli idi. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh onun tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsaəsn, Qanunun N.14.1-ci maddəsində “3 faiz 2 faizlə” əvəz edilmiş və həmin dəyişiklik 01 iyul N17-ci il tarixdən hüquqi qüvvəsini almışdır. İddiaçının 16 avqust N17-ci il tarixli ərizəsinə əsasən, ona məlumat vərəqində əksini tapmış, tərxis edildiyi 06 iyul N17-ci il tarixdən müvafiq təminat xərcliyinin 66,16 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 may N18-ci il tarixli, 2-1(81)-2242/N18 saylı qərardadı ilə (hakim Elçin Məmmədov) iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun N18-ci il tarixli, 2-1(81)-224 2/N18 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti iş üzər üçüncü şəxs qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr N18-ci il tarixli, 2-1(81)2242/N18 saylı qərarı ilə (hakim Elçin Məmmədov) iddia rədd edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı 06 iyul N17-ci il tarixdən ehtiyata buraxıldığından və onun barəsində pensiya həmin tarixdən təyin olunduğundan cavabdeh onun pensiyasını hesablayarkən haqlı olaraq mövcud pensiya qanunvericiliyinin tələblərini tətbiq etmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral N19-cu il tarixli, 2-1(103)-312/N19 saylı qərarı ilə (sədrlik edən Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia qismən təmin edilmiş, iddiaçının pensiyasına əlavə kimi təminat xərcliyinin 01 iyul N17-ci il tarixinə qədər olan dövr üçün olan müddətə 3%-lə, 01 iyul N17-ci il tarixdən sonrakı müddətə 2%-lə olmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 06 iyul N17-ci il tarixə 25 il 07 ay 25 gün xidmət ili mövcud olduğundan, onun hərbi qulluqçu kimi güzəştli şərtlərlə pensiya hüququ 01 iyul N17-ci il tarixə qədər yaranmışdır. Bu səbəbdən, ona pensiya təyin edilərkən pensiya müvafiq təminat xərcliyi 01 iyul N17-ci il tarixədək olan dövr üç ün olan müddətə pensiya qanunvericiliyinin həmin dövrdə qüvvədə olmuş normalarına uyğun olaraq 3%-lə, 01 iyul N17-ci il tarixdən sonrakı müddətə isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq 2%-lə hesablanmalıdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.5, N.1, 9.5, N.14, 9.8, 01 iyul N17-ci il tarixədək olan redaksiyada N.1.11-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun N19-cu il tarixli, 2-1(102)-1886/19 saylı şifahi məhkəmə iclasının qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi onun hüquq varisi Azər baycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, hərbi xidmətdən buraxılanadək N təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara N il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, N ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi miqdarında hesablanır. İddiaçının qulluq etdiyi Dövlət Sərhəd Xidmətindən tərxis edildiyi tarixdən ehtiyata buraxılaraq son haqq-hesab həmin tarix daxil olmaqla qulluq etdiyi orqan tərəfindən ödənilmişdir. Bu səbəbdən, iddiaçının ərizəsinə əsasən onun pensiyası tərxis edildiyi tarixdə qüvvədə olan normaların tələblərinə uyğun olaraq müvafiq təminat xərcliyinin 66.16 faizi məbləğində təyin edilmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1, 1.0.5, 9.6, N.14.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tə rəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş 19 iyul N18-ci il tarixli, 16/4301 saylı məktubdan görünür ki, iddiaçı Dövlət Sərhəd Xidməti rəsinin 31 mart N17-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.2-ci maddəsinə müvafiq olaraq Baş Qərargahın Rabitə İdarəsi İnformasiya texnologiyaları şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon İdarəsinə göndərilmişdir. İddiaçının 01 mart N17-ci il tarixə xidmət illəri 25 il 04 ay 01 gün müəyyən edilmişdir. Azərbaycan Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə k omandirinin N aprel N17-ci il tarixli, 097 saylı əmrindən çıxarışdan görünür ki, Baş Qərargahın Rabitə İdarəsi informasiya texnologiyaları şöbəsinin rəisi polkovnik İddiaçı vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1N-ci maddəsinə əsasən polkovnik İddiaçı N aprel N17-ci il tarixdən 90 gün müddətinə məzuniyyət verilməklə 06 iyul N17-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmasına dair əmr verilmiş, iddiaçının 05 iyul N17-ci il tarixə xidmət illəri cəmi 25 il 07 ay 01 gün hesablanmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan 04 avqust N17-ci il tar ixli, 001543 saylı məlumat vərəqindən görünür ki, iddiaçıya yaşa görə ehtiyata buraxıldığı 06 iyul N17-ci il tarixdən” 25 il 7 ay 25 gün xidmət illərinə görə 15N,90 manat məbləğində pensiya hesablanmışdır. İddiaçı 06 iyul N17-ci il tarixdə ehtiyata buraxılmış, onun barəsində 04 avqust N17-ci il tarixdə məlumat vərəqəsi tərtib edilmiş və cavabdeh tərəfindən verilmiş məlumat vərəqəsi əsasında onun pensiyasına N ildən yuxarı hərbi xidmətin hər ili üçün isə 2 faiz miqdatında əlavə təyin olunmuş və hazırda ödənilməkdədir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellaysiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellaysiya məhkəməsi hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ qanuna dəyişiklik edilənə qədər yarandığı üçün, ona münasibətdə zamana görə qüvvədə olmuş qanunvericiliyin tələbləri tətbiq olunmalıdır. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, iddiaçının hərbi xidmətdən tərxis edildiyi və müraciət edildiyi vaxt qanunvericiliyin müddəaları tətbiq olunmalı idi. Məhkəmə kollegiyası dəlili əsaslı hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İddiaçının iddia edilən güzəştli şərtlərlə əmək pensiya hüququnun yarandığı 01 iyul N17-ci il tarixinə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) müddəalarına görə: - 9.5-ci maddəsinə əsasən, aşağıdakı hərbi qulluqçuların (...) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək N təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; - 9.6-ci maddəsinə əsasən, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmə t dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur; - N.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: N.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; - N.14-ci maddəsinə əsasən, bu qanunun N.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: N.14.1. hərbi xidmətdən buraxılanadək N təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara N il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, N ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müva fiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə olunmaqla. Maddələrin tələbləri belə izah olunur ki, N təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular güzəştli şərtlərlə pensiya hüququnu əldə edirlər. Bu hüquqa malik olan şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavə hesablanmalı, onun məbləği təminat xərcliyinin məbləğindən və qulluq stajından asılıdır. N il xidmət etmiş şəxslərin əmək pensiyasına əlavənin məbləği təminat xərcliyinin 50 və ya 55 faizini və N ildən sonrakı hər il üçün 3 faiz hesablanmaqla müəyyən edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 10 mart N17-ci il tarixli Qanununun 1.71-ci bəndi ilə N.14-cü maddəyə dəyişiklik edilərək mətni aşağıdakı redaksiyada olmuşdur. - bu qanunun N.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: N.14.1. hərbi xidmətdən buraxılanadək N təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara N il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, N ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. Azərbaycan Respublikasının 10 mart N17 -ci il tarixli Qanununun 2-ci maddəsinə əsasən, bu Qanun N17-ci il iyulun 1-dən qüvvəyə minir. İstinad edilmiş maddənin yeni redaksiyasına görə, əvvəlki mətndən fərqli olaraq N il xidmət etmiş şəxslərin əmək pensiyasına əlavənin məbləği təminat xərcliyinin 50 və ya 55 faizini və N ildən sonrakı hər il üçün 2 faiz hesablanmaqla müəyyən edilmişdir. Bu qayda 01 iyul N17-ci il tarixindən sonra yaranan hüquq münasibətdlərinə tətbiq edilməlidir. Cavabdeh hesab etmişdir ki, iddiaçı 06 iyul N17-ci il tarxindən sonra tərxis olunduğundan onun pensiya təminatı hüququ bu tarixdə yaranmış və müvafiq olaraq həmin vaxt qüvvədə olan istinad edilən Qanunun N.14.1-ci maddəsinin tələbləri tətbiq olunmalıdır. Lakin məhkəmə kollegiyası apellaysiya məhkəməsinin apardığı qiymətləndirmə ilə razılaşaraq hesab ed ir ki, cavabdeh tərəfindən qanunverciliyin zamana görə qüvvəsi ilə bağlı qaydalar düzgün təfsir edilməmişdir. Belə ki, yuxarıda verilmiş maddələrin izahından göründüyü kimi, hərbi qulluqçuların pensiya təminatı hüququ N il xidmət illərinin toplanması ilə yaranır. Xidmət illərinə görə əlavənin alınmasını nəzərdə tutan Qanunun N.14.1-ci maddəsinin tətbiqi üçün ilk olaraq həmin Qanunun 9.5-cı maddəsinin tələblərinin yerinə yetirilməsi zəruridir. Həmin tələblər ödənildikdə, yəni hərbi qulluqçu zəruri xidmət illərini topladıqda, onun artıq pensiya təminatı hüququ yaranmış hesab edilməlidir. Bu hüquqdan istifadə edilməməsi hərbi qulluqçunu qanunla ona verilmiş imkandan məhrum edilməsi ilə nəticələ bilməz. Daha sonrakı illərdə hərbi qulluqçu hərbi xidmətini davam etdirdikdə, qulluq illərinin topl andığı vaxt qüvvədə olan qanunveriliyin müddəalarına əsasən əlavənin məbləği müəyyən edilməlidir. Bu halda iddiaçının 01 iyul N17-ci il tarixinə qədər topladığı xidmət illərinə görə əlavə hər il üçün təminat xərcliyinin 3 fazi məbləğində, həmin tarixdən sonra toplanmış xidmət illərinə görə əlavə isə - təminat xərcliyinin 2 faizi məbləğində hesablanmalıdır. Qanunvericiliyin zamana görə qüvvəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci və Azərbaycan Respublikası MPM-nin 217-ci maddələrinin mənasına görə, inzibati prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında mülki prosessual qanunvericiliyin tələbləri tətbiq olunur ki, onlara əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan ma ddi hüquq normalarının tətbiq edilməsi müəyyən edilmişdir. Eyni mahiyyətli müddəada həmçinin zamana görə qüvvəyə minən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr N17-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: N17-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün N17ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Habelə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hə mçinin qeyd etməyi zəruri hesab edir ki, artıq formalaşmış məhkəmə təcrübəsində də analoji mübahisələr üzrə aparılmış bu qiymətləndirməyə uyğun olaraq nəticə əldə edilir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişd irə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinart İdarəsinin nümayəndəsi XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin ediməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral N19-cu il tarixli, 2-1(103)-312/N19 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1886/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1886/2019
14.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver