Məhkəmə qərarları › İş №2-1(102)-1886/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1886/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1886/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Sumqayıt Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:( gömrük orqanının hərəkətsizliyi nəticəsində vurulmuş ziyanın ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Baş Gömrük İdarəsinə qarşı gömrük orqanının təqsiri üzündən vurulmuş ziyanın ödənilməsi tələbinə da ir inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-33/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən, sonuncu tərəfindən təqdim edilmiş hesaba iddiaçı tərəfindən 19183.67 dollar məbləğində ödəniş edildikdən sonra müqavilə üzrə razılaşdırılmış bir vaqon şüşə lövhə Biləcəri stansiyasına göndərilmiş və xx xxxx 2015-ci il tarixdə vaqonun Yalama stansiyasında saxlanılması ilə bağlı iddiaçıya məlumat verilmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq şüşə lövhələrin gömrük rəsmiləşdirilməsi yalnız xx xxxx 2015-ci il tari xdə həyata keçirilmişdir.

2. İddiaçı tərəfindən dəfələrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edilərək “xxxx” ASC tərəfindən onun ünvanına göndərilmiş 67283283 saylı vaqonda olan şüşə lövhələrin gömrükdən keçirilməsi üçün göstəriş verilməsi xahiş edilsə də, onun ərizələri cavablandırılmamışdır.

3. İddiaçı xx xxxx 2019-cu il tarixdə təkrarən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və eyni zamanda Sumqayıt Baş Gömrük İdarəsinə ərizə ilə müraciət edərək, xxxxnın Biləcəri stansiyasına vaqondan istifadəyə görə ödədiyi 3926,32 manat və vaqonun qorunmasına görə ödədiyi 15560 manat olmaqla, cəmi 19486,32 manat məbləğində pulun ödənilməsini xahiş etmiş, lakin həmin müraciəti də cavabsız qalmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsi ndəki icraat

4. İddiaçı cavabdeh Sumqayıt Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, gömrük orqanının təqsiri üzündən vurulmuş ziyanın - vaqondan istifadə və yükün qorunmasına görə ödənilmiş 19486,32 manat, həmin məbləği ödəmək üçün bankdan götürdüyü kreditə görə 4 il müddətində faiz olaraq ödədiyi 14.030,15 manat, mənəvi zərərin əvəzi olaraq 5000 manat və “xxxx” ASCyə əldən çıxmış mənfəətin əvəzi olaraq ödədiyi 1638,42 manat, cəmi 40.154,89 manat zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2015-ci il tarixdə Rusiya Federasiyasının Saratov şəhərində yerləşən “xxxx” ASC ilə şüşə lövhələrin alqı-satqısı barədə 0331/339-01 saylı müq avilə bağlamışdır. Bu müqaviləyə əsasən o, həmin ASC-nin hesabına 19183,67 ABŞ dolları məbləğində pul ödəmişdir. Bunun müqabilində “xxxx” ASC Biləcəri stansiyasına bir vaqon şüşə lövhə göndərmişdir. xx xxxx 2015-ci il tarixdə Biləcəri stansiyasından onun mobil telefonuna zəng olunaraq bildirilmişdir ki, onun ünvanına göndərilmiş şüşə lövhələrlə dolu 67283283 nömrəli vaqon Yalama stansiyasında saxlanılmış və sənədlər araşdırılması üçün Dövlət Gömrük Komitəsi tərəfindən götürülmüşdür. Biləcəri stansiyasına getdikdə ona bildirilmişdir ki, vaqon gəlmişdir, lakin ona aid heç bir sənəd yoxdur. Stansiyanın gömrük postunun rəisi isə nə vaqonun, nə də sənədlərin daxil olmadığını bildirmişdir. Lakin iddiaçı özü vaqonu tapmış və sübut kimi vaqonun yanında şəkil çəkdirmişdir. Bundan sonra Vidadi adlı şəxs ona zəng edərək görüşmüş və malının ona qaytarılması üçün şüşənin hər tonuna 750 manat verməli olduğunu bildirmişdir. İddiaçıməcbur olub xx xxxx 2015-ci il tarixdə Dövlət Gömrük Komitəsinin sədrinə rəsmi qaydada müraciət edərək, onun ünvanına gəlmiş yükün və aidiyyəti üzrə sənədlərin ona təhvil verilməsini xahiş etmişdir. xx xxxx 2015-ci il tarixdə Biləcəri stansiyasından ona zəng olunaraq bildirilmişdir ki, yükə aid sənədlər Biləcəri stansiyasının yük həyətinin kassasına təhvil verilmişdir. O, dərhal stansiyaya gedərək sənədləri götürmüş və yükün rəsmiləşdirilməsi üçün Sumqayıt Baş Gömrük İdarəsinə müraciət etmişdir. Lakin onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı təkrarən Dövlət Gömrük Komitəsinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, Baş Prokurorl uğa və digər instansiyalara müraciət etmişdir. xx xxxx 2015-ci il tarixdə “xxxx” QSC-yə müraciət edərək ünvanına gələn yükün vaqondan boşaldılaraq gömrük rəsmiləşdirilməsi həyata keçirilənədək stansiyanın anbarında saxlanmasını xahiş etmişdir. xx xxxx 2015-ci il tarixdə onun müraciətinə cavab verilmişdir ki, yükün vaqondan boşaldılaraq stansiyanın anbarında saxlanılmasına icazə verilmədiyi üçün xahişini təmin etmək mümkün deyildir. Artıq həmin tarixdə mətbuat vasitəsi ilə ölkə prezidentinə müraciət etdikdən sonra xx xxxx 2015-ci il tarixdə cavabdeh gömrük rəsmiləşdirilməsini həyata keçirmişdir. Beləliklə, cavabdehin hərəkətsizliyi nəticəsində ona aşağıdakı ziyan dəymişdir: 143 gün ərzində ünvanına gəlmiş şüşə lövhələrlə dolu vaqonun Biləcəri stansiyasında dayanmasına görə ödədiyi 3926 mana t 32 qəpik, vaqonun qorunmasına görə ödədiyi 15560 manat, həmin məbləği ödəmək üçün bankdan götürdüyü kreditə görə ödədiyi 14030,15 manat və “xxxx” ASC-nin tələb etdiyi 98700 rubl, yəni 1638.42 manat əldən çıxmış mənfəət və ona vurulmuş 5000 manat məbləğində mənəvi ziyan.

6. Cavabdeh Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki,Rusiya Federasiyasının“xxxx” ASC tərəfindən göndərilmiş, qalınlığı 3.5 mm-dən çox, lakin 4.5 mm-dən çox olmayan, yer sayı 31 olan, ölçüsü 6851,31 kv.m olan şüşə lövhələr yükü xx.xx.2015-ci il tarixdə Bakı Baş Gömrük İdarəsindən Sumqayıt Baş Gömrük İdarəsinə yönləndirilmişdir. xx.xx.2015-ci il tarixdə “xxxx” MMC tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində bəyan edilmiş xx.xx.2015-ci il tarixdə gömrük ödənişləri ödəni ldikdən sonra yükün buraxılışı həyata keçirilmişdir. Cavabdeh tərəfindən heç bir qeyri-qanuni hərəkətə yol verilmədiyindən ziyanın ödənilməsi barədə iddianı əsassız hesab edir.

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1001/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim: V.E.Əzizova) iddia təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı gömrük rəsmiləşdirməsi üçün gömrük qanunvericiliyində müəyyən edilmiş sənədlərin vaxtında cavabdehə təqdim edilməsini, bununla da onun adına göndərilmiş malların əsas olmadan gömrükdə saxlanılmasını sübut edə bilməmişdir. Bununla bağlı iddiaçının onun adına göndərilmiş yükün 143 gün ərzində məhz cavabdehin təqsiri üzündən qalması və nəticədə ona ziyan vurulması ilə bağlı gətirdiyi dəlillər iddianın təmin olunması üçün əsas hesa b edilə bilməz.

9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-33/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: F.G.Zeynallı və Z.İ.Məmmədov) İddiaçı cavabdeh Sumqayıt Baş Gömrük İdarəsinə qarşı - xx.xx.2015 - xx.xx.2015-ci il tarixədək olan müddət ərzində vaqondan istifadə və yükün qorunmasına görə ödənilmiş 15215.60 manat, bankdan götürdüyü kreditə görə 4 il müddətində faiz olaraq ödənilmiş 14.030,15 manat, mənəvi zərərin əvəzi olaraq 5000 manat və “xxxx” ASC-yə əldən çıxmış mənfəətin əvəzi olaraq ödənilmiş 1638,42 manat pulun Sumqayıt Baş Gö mrük İdarəsindən onun xeyrinə tutulmasına dair iddianın rədd edilməsi hissəsində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019cu il tarixli, 2-1(85)-1001/2019 saylı qərarı ləğv edilmiş, iddia bu hissələrdə mümkün sayılmamışdır.

11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-33/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: F.G.Zeynallı və Z.İ.Məmmədov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, xx.xx.2015-xx.xx.2015-ci il tarixədək olan müddət ərzində vaqondan istifadə və yükün qorunmasına görə ödənilmiş 4271 manat pulun Sumqayıt Baş Gömrük İdarəsindən tutularaq iddiaçıya ödənilməsinə dair iddianın rədd edilməsi hissəsində Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(85)-1 001/2019 saylı qərarı ləğv edilmiş, bu hissədə iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, Sumqayıt Baş Gömrük İdarəsindən xx.xx.2015-xx.xx.2015-ci il tarixədək olan müddət ərzində vaqondan istifadə və yükün qorunmasına görə ödənilmiş 4271 manat tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, gömrük orqanları əsassız olaraq öz vəzifəsindən - gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirməkdən yayınmış, iddiaçı tərəfindən gətirilmiş malların səbəbləri bildirilmədən rəsmiləşdirilməsi aparılmamış, bu isə öz növbəsində vaqonların uzun müddət dəmiryolu stansiyalarında saxlanılmaqla boş dayanmasına səbəb olmuş, nəticədə iddiaçıya cərimələr yazılmış və beləliklə də iddiaçıya gömrük orqanlarının təqsiri üzündən qanunsuz z ərər vurulmuşdur.

13. Apelyasiya instansiyası məhkəməsinin qərarı xx xxxx 2020-ci il tarixdə cavabdehə təqdim edilmişdir.

14. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından xx xxxxxx 2020-ci il tarixdə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddiaçının qeyd edilən bəyannamədə göstərilən yüklə bağlı tələb hüququ olmayan şəxs hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

15. Şikayətdə qeyd edilir ki, iddiaçı iddia ərizəsində xx xxxxxx 2015-ci il tarixdə Rusiya Federasiyasının Saratov şəhərində yerləşən “xxxx” ASC-dən onun ünvanına 67283283 saylı vaqonla şüşə yükü daxil olduğunu, qeyd olunan yükün əsassız olaraq s tansiyada saxlanıldığını və nəticədə ona maddi və mənəvi ziyan dəydiyini bildirmişdir. İddiaçının məhkəməyə ünvanladığı iddia ərizəsində də, ərizədə qeyd etdiyi müxtəlif orqanlara yazılı müraciətlərində də qeyd etdiyi “süründürməçilik" hallarının hər hansı əsaslı istinadı olmamışdır.

16. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən iş üzrə yekunlaşdırıcı sənəd gömrük bəyannaməsidir. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır.

17. Cavabdeh orqan tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış olduğu xx.xx.2019-cu il tarixli məktubda da qeyd edilmişdir ki, Rusiya Federasiyasının Saratov şəhərində yerləşən “xxxx” ASC tərəfindən göndərilmiş qalınlığı 3.5 mm-dən çox, laki n 4.5 mm-dən çox olmayan, yer sayı 31 olan, ölçüsü 6851.31 m2 olan şüşə lövhələr yükü, xx.xx.2015-ci il tarixdə Bakı Baş Gömrük İdarəsindən Sumqayıt Baş Gömrük İdarəsinə yönləndirilmişdir. xx.xx.2015-ci il tarixdə “xxxx” MMC tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində bəyan edilmişdir. 18. xx.xx.2015-ci il tarixdə gömrük ödənişləri ödənildikdən sonra yükün buraxılışı həyata keçirilmişdir. Yəni, qeyd edilən bəyannamə “xxxx” MMC tərəfindən bəyan edilmişdir. Beləliklə, bəyannamədə göstərilən yüklə bağlı iddiaçının hər hansı iddiası mümkün deyildir. Bu barədə sadəcə qeyd edilən MMC-nin səlahiyyətli nümayəndəsi iddia qaldıra bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etmişdir. Etirazda kassasiya şikayəti əsassız olduğundan onun təmin edi lməməsi və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməməsi xahiş olunur. Qeyd edilir ki, gömrük orqanları əsassız olaraq öz vəzifələrindən- gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirməkdən yayınmış, iddiaçı tərəfindən ölkəyə gətirilmiş malların gömrük rəsmiləşdirilməsi səbəbi bildirilmədən aparılmamış, nəticədə vaqonun stansiyada dayanmasına və qorunmasına görə ona cərimələr yazılmış, beləliklə də gömrük orqanını təqsiri üzündən maddi ziyan çəkmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

20. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdilər.

21. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Re spublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: Maddə

8. Gömrük orqanlarının vəzifələri aşağıdakılardır.... 8.0.5. gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək; 8.0.6. mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək; 8.0.7. gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq; 8.0.8. malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq;... 8.0.17. gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının qorunması üzrə tədbirlər görmək;... 8.0.27. dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada məlumatlar vermək;... Maddə 40.4 Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin, gömrük rəsmiləşdirilməsinə dair ərizənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Maddə 48.1 Gömrük orqanlarının qərarları onların öz təşəbbüsü, yaxud maraqlı şəxslərin yazılı formada müraciəti əsasında qəbul olunur. Həmin şəxslər gömrük orqanlarını müvafiq qərarların qəbulu üçün zəruri olan məlumatlarla təmin etməlidirlər. Maddə 48.3 Bu Məc əllədə başqa müddət nəzərdə tutulmadıqda, qərar şəxsin yazılı, o cümlədən elektron formada müraciəti gömrük orqanına daxil olduğu tarixdən 30 (otuz) gün ərzində qəbul edilməlidir. Qərarların qəbulu ilə əlaqədar inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. Maddə 70.1 Şəxsin və ya onun nümayəndəsinin bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərini, o cümlədən digər prosedurları pozmaqla malları idxal və ixrac etməsi, gömrük dəyərini düzgün bəyan etməməsi, gömrük güzəştlərindən təyinatı üzrə, yaxud düzgün istifadə etməməsi barədə kifayət qədər əsas olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri yazılı bildiriş göndərməklə onlardan bu Məcəllənin 70.2-ci maddəsində göstərilən müddəti əhatə edən müvafiq sənədlə rin təqdim olunmasını tələb edirlər. Maddə

90. Gömrük nəzarəti həyata keçirilərkən şəxslərə, onlara məxsus olan mallara və nəqliyyat vasitələrinə qanunsuz zərər vurulmasına yol verilmir. Qanunsuz zərər vurmuş gömrük orqanları və onların vəzifəli şəxsləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Maddə 121.5 Gömrük nəzarəti zonasında saxlanılan malların ilkin yerlərinin dəyişdirilməsi, nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi, qablaşdırmaların açılması və yenidən qablaşdırma, eyniləşdirmə vasitələrinin (əlamətlərinin, nişanlarının) dəyişdirilməsi, qoparılması və ya məhv edilməsi, sərnişinlərin düşürülməsi kimi əməliyyatlar yalnız gömrük orqanlarının icazəsi ilə aparıla bilər.

23. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2 İnzibati orqa nın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) də yişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, kassasiya şikayəti mümkün hesab edilmişdir.

27. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məh kəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İş materiallarına əsasən, iddiaçı, 2015-ci ilin mart ayında ünvanına gələn, içərisində şüşə lövhələri olan 68783283 nömrəli vaqonun 143 gün ərzində xxxxnın Biləcəri Stansiyasında rəsmiləşdirilmədən saxlanılması səbəbindən ona dəymiş zərərin cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etməsə də, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq apelyasiya şikayətini qismən təmin etmişdir.

30. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq bildirir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin preambulasında qeyd edilib ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzitlə keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları, gömrük işi sahəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirir. 31.Qanunvericilikdə gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən fiziki şəxslərə məlumat vermək, rəsmiləşdirilməsi üzrə əməliyyatların həyata keçirilməsində onlara yardım etmək, bu prosesin sürətləndirilməsi üçün şərai t yaratmaq, sənədlərdə çatışmazlıq olduqda isə yazılı bildiriş göndərilərək müvafiq sənədləri tələb etmək gömrük orqanlarının vəzifələrinə aid edilmişdir.

32. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən, sonuncu tərəfindən təqdim edilmiş hesaba uyğun olaraq iddiaçı tərəfindən 19183,67 dollar məbləğində ödəniş edildikdən sonra müqavilə üzrə razılaşdırılmış bir vaqon şüşə lövhə Biləcəri stansiyasına göndərilmiş və xx xxxx 2015-ci il tarixdə vaqonun Yalama stansiyasında saxlanılması ilə bağlı iddiaçıya məlumat verilmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq şüşə lövhələrin gömrük rəsmiləşdirilməsi yalnız xx xxxx 2015-ci il tarixdə həyata keçirilmişdir.

33. Göründüy ü kimi, yuxarıda istinad olunan normalarının tələbləri pozularaq iddiaçıya məxsus malların gömrük rəsmiləşdirilməsi vaxtında həyata keçirilməmiş və keçirilməməsinin səbəbləri iddiaçıya bildirilməmişdir.

34. İddiaçı tərəfindən dəfələrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edilərək “xxxx” ASC tərəfindən onun ünvanına göndərilmiş 67283283 saylı vaqonda olan şüşə lövhələrin gömrükdən keçirilməsi üçün göstəriş verilməsi xahiş edilsə də, onun ərizələri cavablandırılmamışdır.

35. İddiaçı xx xxxx 2019-cu il tarixdə təkrarən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və eyni zamanda Sumqayıt Baş Gömrük İdarəsinə ərizə ilə müraciət edərək xxxxnın Biləcəri stansiyasına vaqondan istifadəyə görə ödədiyi 3926,32 manat və vaqonun qorunmasına görə ödədiyi 15560 manat olmaqla, cə mi 19486,32 manat məbləğində pulun ödənilməsini xahiş etmiş, lakin həmin müraciəti də cavabsız qalmışdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının müraciətini cavabsız qoymaqla həm Gömrük Məcəlləsinin, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozmuşdur.

37. İş materialları ilə müəyyən olunur ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halların araşdırılması ilə bağlı Bakı Baş Gömrük İdarəsinə sorğu ünvanlanmış və sonuncu sorğuya cavab olaraq xx xxxxxx 2020-ci il tarixli məktubla bildirmişdir ki, 67283283 saylı vaqonla idxal olunmuş malların Biləcəri stansiyasında yük vaqonunda saxlanılmasına, idxalçı tərəfindən Bakı Baş Gömrük İdarəsinə həmin malların əks olunduğu gömrük bəyannaməsi təqdim edilmədiyi üçün gömrük rəsmi ləşdirilməsinin aparıla bilməməsi səbəb olmuşdur. Bu səbəbdən də vaqonun təyinatı xx.xx.2015-ci ildə Sumqayıt Baş Gömrük İdarəsinə dəyişdirilmiş və gömrük rəsmiləşdirilməsi həmin gömrük orqanında həyata keçirilmişdir. Eyni zamanda həmin məktubda iddiaçının idxal olunan mallar sərbəst dövriyyə buraxılanadək vaqondan boşaldılması və müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanına bəyannamə təqdim etmək üçün hüququnun olmasına baxmayaraq bu hüquqdan istifadə etmədiyi qeyd edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıya, malların boşaldılması üçün vaxtında icazə verdiyini, lakin iddiaçının yükləri boşaltma prosesini ləngitdiyini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Belə olduğu təqdirdə, cavabdehin yükün boşaldılması gecikdiyindən r əsmiləşdirilmənin başa çatmadığı barədə dəlili əsassızdır və bu hal iş materialları ilə təkzib olunur.

39. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş 74 nömrəli protokoldan görünür ki, Rusiya Federasiyası Saratov şəhəri “xxxx” şirkəti tərəfindən İddiaçı adına göndərilmiş şüşə lövhələrin sənədləri xx xxxx 2020-ci il tarixdə araşdırılma üçün götürülmüşdür. Göründüyü kimi, cavabdehin özü tərəfindən tərtib olunmuş protokolda iddiaçının sənədlərinin yoxlama üçün götürüldüyü qeyd edilmişdir. İddiaçının sənədləri gömrük rəsmiləşdirilməsi üçün yetərli deyildirsə və ya hər hansı çatışmazlıq və ya uyğunsuzluğun olduğu hallarda bu barədə iddiaçıya bildiriş vermək, bununla bağlı onu yazılı və şifahi qaydada məlumatlandırmaq yuxarıda istinad olunan normalara əsa sən gömrük orqanlarının vəzifələrinə aid edilmişdir.

40. Lakin cavabdehin bu məzmunda iddiaçıya hər hansı bildiriş verməsi, bununla bağlı onu hər hansı formada məlumatlandırması, ümumiyyətlə gömrük rəsmiləşdirilməsinin hansı səbəbdən baş verməməsi barədə hər hansı informasiya verməsi, yəni məsələ ilə əlaqədar iddiaçını gömrük orqanına gəlməsi üçün dəvət etməsi, lakin iddiaçının gəlməməsi, malların gömrük rəsmiləşdirilməsinin iddiaçının təqsirli hərəkətsizliyindən gecikdiyi müəyyən olunmamış, nə də cavabdeh gömrük orqanı məhkəməyə bu halları təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.

41. Əksinə, iş materialları ilə müəyyən olunur ki, malların ölkəyə idxal olunduğu barədə məlumatlandırıldıqdan sonra iddiaçı ardıcıl surətdə, israrlı şəkildə, ləngimələrə yol vermədən həm gömrük orqanlarına, həm də müxtəlif aidiyyəti orqanlara müraciət etmiş, müraciətləri nəticəsiz qalmış, sonunda mətbuat vasitəsilə yaranmış problemi ictimailəşdirərək malların rəsmiləşdirilməsinə nail ola bilmişdir.

42. Qeyd olunanlar isə o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh əsassız olaraq öz vəzifəsindən - gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirməkdən yayınmış, iddiaçı tərəfindən gətirilmiş malların səbəbləri bildirilmədən rəsmiləşdirilməsi aparılmamış, bu isə öz növbəsində vaqonların uzun müddət dəmiryolu stansiyalarında saxlanılmaqla boş dayanmasına səbəb olmuş, nəticədə iddiaçıya cərimələr yazılmış və beləliklə də iddiaçıya gömrük orqanlarının təqsiri üzündən qanunsuz zərər vurulmuşdur.

43. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməy ə təqdim edilmiş DKÜ seriyalı 079559 nömrəli, xx xxxx 2015-ci il tarixli dəmiryolu nəqliyyatı sahəsində xidmətlərə görə yığımlar barədə qəbzə əsasən, iddiaçı vaqondan istifadəyə görə 3926,32 manat, DKÜ seriyalı 079561 nömrəli xx xxxx 2015-ci il tarixli qəbzə əsasən isə yükün qorunmasına görə 15660 manat məbləğində olmaqla, cəmi 19486,32 manat məbləğində ödəniş etmişdir.

44. Qeyd edilən faktı Bakı Baş Gömrük İdarəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə ünvanladığı məktubla bir daha təsdiqləmişdir. Eyni zamanda işə əlavə edilmiş gömrük nəzarət formasından da aydın şəkildə görünür ki, yük xx.xx.2015-ci il tarixdə Bakı Baş Gömrük İdarəsindən Sumqayıt Baş Gömrük İdarəsinə yönləndirilmişdir. Malların rəsmiləşdirilməsi isə xx.xx.2015-ci il tarixdə həyata keçirilməklə gömrük bəyannaməsi verilmiş dir.

45. Bundan əlavə, gömrük nəzarət formasında malların qeydiyyat tarixi xx xxxx 2015-ci il olaraq qeyd edilsə də, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 74 nömrəli protokoldan görünür ki, Rusiya Federasiyası Saratov şəhəri “xxxx” şirkəti tərəfindən İddiaçı adına göndərilmiş şüşə lövhələrin sənədləri xx xxxx 2020-ci il tarixdə araşdırılma üçün götürülmüşdür. Eyni zamanda, iddiaçı tərəfindən Azərbaycan Respublikası Gömrük Komitəsinə ünvanlanmış və sonuncu tərəfindən xx xxxx 2015-ci il tarixdə imza edilməklə qəbul edilmiş ərizə də malların artıq 12 mart tarixinədək gəlməsi faktını təsdiqləyir.

46. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, xx xxxx 2015-ci il tarixdə çatan mallar xx.xx.2015-ci il tarixədək Bakı Baş Gömrük İdarəsində saxlanılmış, yalnız həmin tarixdən sonra cavabdehə yönləndirilmişdir.

47. Qeyd edilənlərə əsasən yükün Bakı Baş Gömrük İdarəsində saxlanıldığı dövrdə iddiaçıya vurulmuş zərərin ödənilməsi ilə bağlı Sumqayıt Baş Gömrük İdarəsi cavabdehlik daşımadığından, yəni iddia bu hissədə düzgün cavabdehə yönəldilmədiyindən apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən xx.xx.2015xx.xx.2015-ci il tarixədək olan müddət ərzində yüklərin qorunması və vaqondan istifadə ilə bağlı iddiaçıya dəymiş zərərin Sumqayıt Baş Gömrük İdarəsindən tutulması hissəsində iddia mümkün sayılmamışdır.

48. Beləliklə, xx.xx.2015-ci il tarixdən xx xxxx 2015-ci il tarixədək olan müddət ərzində (32 gün) cavabdeh əsassız olaraq öz vəzifəsindən - gömrük nəzarətini və rəsmiləşdiril məsini həyata keçirməkdən yayındığından, bu səbəbdən iddiaçı vaqonun saxlanılması və yükün qorunmasına görə “xxxx” QSC-yə cərimə ödədiyindən, ödənilmiş cərimə məbləği gömrük orqanlarının təqsiri üzündən iddiaçıya vurulmuş zərər kimi qiymətləndirir. Ona görə də, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq bu nəticəyə gəlmişdir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

49. Vurulmuş zərərin məbləği ilə də bağlı məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edir və bildirir ki, iş materiallarından görünür ki, ümumilikdə malların gömrük orqanında saxlanılma müddəti -146 gün (iddiaçı iddia ərizəsində 143 gün qeyd etsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin müddətin 146 gün olması müəyyən edilmişdir) olmuş, bu müddət ərzi ndə vaqondan istifadə və yüklərin qorunmasına görə iddiaçı tərəfindən “xxxx” QSC-yə ümumilikdə 19486,32 manat ödənilmişdir.

50. Apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən ödəniş qəbzlərindəki məbləğin tərkibinin açıqlanması ilə bağlı “xxxx” QSC-yə sorğu edilsə də, əməliyyatların 2015-ci ildə aparılması ilə bağlı təyinat stansiyasında bütün sənədlərin məhv edildiyi bildirilmişdir. Belə olan təqdirdə 146 günə görə iddiaçının ümumilikdə 19486,32 manat ödədiyini nəzərə alaraq, sadə riyazi hesablama üsulu ilə vaqonun saxlanılması və qorunmasına görə ümumilikdə 1 gün üçün ödədiyi məbləğin (19486,32:146=133,47) 133,47 manat təşkil etdiyi müəyyən edilmiş olur. Bu hesablamadan isə o nəticə hasil olur ki, yuxarıda aparılan təhlillə iddiaçının 1 gün üçün ödədiyi məbləğ 133,47 manat təşk il etməlidirsə, yükün Sumqayıt Baş Gömrük İdarəsində saxlandığı 32 günlük müddət üçün ödədiyi məbləğ 4271 manat təşkil edir. Belə olan təqdirdə cavabdeh Sumqayıt Baş Gömrük İdarəsindən iddiaçının adına göndərilmiş vaqonun saxlanılmasına görə ümumilikdə 4271 manat (32 gün x 133,47 manat) məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qanuni və əsaslıdır.

51. Cavabdehin kassasiya şikayətinin yeganə və əsas dəlili ondan ibarətdir ki, xx.xx.2015-ci il tarixdə gömrük ödənişləri ödənildikdən sonra yükün buraxılışı həyata keçirilmişdir. Yəni, qeyd edilən bəyannamə “xxxx” MMC tərəfindən bəyan edilmişdir. Beləliklə, bəyannamədə göstərilən yüklə bağlı iddiaçının hər hansı iddiası mümkün deyildir. Bu barədə sadəcə qeyd edilən MMC-nin səlahiyyətli nümayəndəsi iddia qaldıra bilər.

52. Məhkəmə kollegiyas ı cavabdehin bu dəlilinə münasibətdə bildirir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, mübahisəli malların idxalatçısı İddiaçı olmuş, mallar Azərbaycan Respublikasının ərazisinə onunla bağlanmış müqavilə əsasında, onun adına gətirilmiş, bütün ödənişlər onun tərəfindən aparılmışıdır. Çoxsaylı sənədlərlə bərabər elektron gömrük bəyənnaməsində də malların idxalatçısı qismində hazırkı İddiaçı adı qeyd edilmişdir.

53. Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış xx xxx 2019-cu il tarixli məktubda bildirmişdir ki, Rusiya Federasiyasının “xxxx” ASC tərəfindən göndərilmiş, qalınlığı 3.5 mm-dən çox, lakin 4.5 mm-dən çox olmayan, yer sayı 31 olan, ölçüsü 6851,31 kv m olan şüşə lövhələr yükü xx.xx.2015-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində n Sumqayıt Baş Gömrük İdarəsinə yönləndirilmişdir. xx.xx.2015-ci il tarixdə “xxxx” MMC tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində bəyan edilmiş, xx.xx.2015-ci il tarixdə gömrük ödənişləri ödənildikdən sonra yükün buraxılışı həyata keçirilmişdir.

54. İş materiallarında malların “xxxx” MMC tərəfindən bəyan edilməsi barədə heç bir sübut yoxdur. Cavabdehin təqdim etdiyi məktub isə bu qənaətə gəlmək üçün əsas sayıla bilməz. Odur ki, cavabdehin bu dəlili əsassızdır.

55. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından həmin qərarın ləğv edilməsi, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.

56. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odu r ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-33/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar