Məhkəmə qərarları › İş №2-1(102)-1886/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1886/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1886/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-111/2021 nömrəli, 2021-ci il 11 mart tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2019-cu il 29 noyabr tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2009/2020 saylı, 2020-ci il 21 may tarixli qərarı ilə iddia rədd edilmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 2-1(103)-111/2021 nömrəli, 2021-ci il 11 mart tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 2020-ci il 21 may tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ

6. İddiaçının və vəkilinin nəzərinə çatdırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 11 mart tarixli qərarı iddiaçıya 2021-ci il 23 iyun tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 2021-ci il 26 iyul tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keç dikdən sonra Apellyasiya Məhkəməsinə təqdim olmuşdur. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir.

7. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

8. Vəsatətdə göstərilmişdir ki, iddiaçı "xxxx" ASC-nin Mühafizə Departamentində işləyir. O, iyul ayının 21-24 arasındakı günlərdə işdə olmuşdur. Respublika ərazisində mövcud olan pandemiya ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçilməsi səbəbi ilə həmin tarixlər ərzində iddiaçının işdən çıxmasına icazə verilməmişdir. Bu səbəblə, vəkillə müqavilə bağlanılması mümkün olmamış, dolayısı ilə də iş üzrə kassasiya şikayəti vaxtında məhkəməyə təqdim edilə bilməmişdir.

9. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi.

10. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). İnzibati TƏTBİQ EDİLƏN HÜQUQ

11. İPM: Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Mə cəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.

12. Vəsatət təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

13. Məhkəmə qərarından kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin iddiaçı tərəfindən ötürüldüyü mübahisəsizdir.

14. İPM-in 24.1-ci maddəsinin tələ bindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

15. İddiaçı vəsatətində məhkəmə qərarından şikayət verilməsi üçün ayrılmış 1 aylıq prosessual müddətin 4 günündə işdə olduğunu bildirmişdir.

16. Ərizəçinin həmin dəlili vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, o, məhkəmə qərarının alındığı vaxtdan şikayətin verilməsi üçün zəruri hərəkətləri etməli idi. Bu zaman o, bilavasitə çalışdığı işinin xüsusiyyətlərini də nəzərə almaq imkanında idi. Bu imkanı mümkünsüz edən, iddiaçının və vəkilinin iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.

17. Beləliklə, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır.

18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Pr osessual müddətin bərpasına dair vəsatət təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-111/2021 nömrəli, 2021-ci il 11 mart tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar