Məhkəmə qərarları › İş №2-1(102)-1887/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1887/2019

10.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1887/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1887/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və X1 iştirakı, İ.Muradovun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə yürüş keçirilməsinə icazə verilməsi tələbi nə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-749/2019 saylı qərardadından iddiaçılar və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xxxx 2018-ci il tarixdə yürüş keçirilməsinə dair xxxx 2018-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdiklərini, müraciətdə yürüşün tarixi və saatı, təşkilatçılar barədə məlumatları dəqiq göstərdiklərini, aksiya təşkilatçıları tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə mi tinqin keçirilməsi üçün 3 yer göstərildiyini və bu yerlərin hər hansı birinin təklif edilməsinin xahiş olunduğunu, cavabdehin xxxx 2018-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etdiyini, cavabda müraciətdə qeyd edilən ərazilərdə yürüşün keçirilməsinin nəqliyyat vasitələrinin iş ahənginin təmin edilməsində ciddi problemlərin və tıxacların yaranmasına, eyni zamanda yürüşdə iştirak etmək niyyəti olmayan vətəndaşların sərbəst hərəkətinin məhdudlaşdırılmasına və vətəndaşların narazılığına səbəb ola biləciyinin göstərildiyini bildirərək, Bakı şəhər İcra Hakimiyyətinin xxxx 2018-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə yürüş keçirilməsinə icazə verilməsinə dair inzibati akt qəbul edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş e tmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1 (81)-878/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim – Ş.Süleymanova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-749/2019 saylı qərardadı ilə (sədrlik edən Ü.A.Mayılov, hakimlər M.N.Tağızadə və K.N.Abiyeva) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 və onların vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytar ılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən maddi hüquq normalarının pozuntusuna yol verilmiş, ümumiyyətlə qərardad əsaslandırılmamış, iddiaçılar iddia ərizəsində cavabdehin imtinasının onların hansı hüquqlarını pozduğunu aydın və dəqiq şəkildə göstərmişlər. İddiaçılar İddiaçı2 və X3 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatları dinlənilmədi. İş üzrə digər iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı5, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsər də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş üzrə digər iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı5, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin məhkəmə iclasının vaxtı və yeri barə də lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-749/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 xxxx 2018-ci il tarixdə yürüş keçirməyi planlaşdırması haqqında xəbərdarlıq ərizəsi ilə Bakı şəhər İcra Hakimiyyətinə xxxx 2018-ci il tarixli məktubla müraciət etmiş, müraciətdə yürüşün keçirilməsi üçün bir neçə istiqamət- Mətbuat prospektinin başlanğıcından irəliləyib Məmməd rahim küsəsinə dönməklə davam etmək və X1 küçəsinə keçməklə Hüseyn Cavid parkında yürüşü başa çatdırmaq; - Hüseyn Cavid parkının qarşısından yürüşə başlayıb, X1 küçəsi ilə irəliləyərək 20 saylı məktəbin qarşısından keçməklə Parlament prospekti ilə davam etmək və Parlamentə 200 metr məsafədə yürüşü başa çatdırmaq; - Təbriz küçəsinin başlanğıcından birbaşa davam edərək Nərimanov parkında yürüşü başa çatdırmaq təkilf olunmuş, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti həmin müraciətə cavab olaraq «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə və 9-cu maddəsinin İİİ hissəsinin 1-ci bəndinə əsasən xxxx 2018-ci il tarixli ****** №-li məktubda qeyd edilən ərazilərdə yürüşün keçirilməsinin nəqliyyat vasitələrinin iş ahənginin təmin edilməsində ciddi p roblemlərin və tıxacların yaranmasına, eyni zamanda yürüşdə iştirak etmək niyyətində olmayan vətəndaşların sərbəst hərəkətinin məhdudlaşdırılmasına və vətəndaşların narazılığına səbəb ola biləcəyini göstərərək, təklif olunan yerlərdə xxxx 2018-ci il tarixdə planlaşdırılan yürüşün keçirilməsinin məqəsədəuyğun hesab edilmədiyini qeyd etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, hazırkı iddia tələbləri ilə iddiaçıların hansı hüquqlarının və maraqlarının pozulduğu əsaslandırılmadığından iddia mümkün hesab edilə bilməz, birinci instansiya məhkəməsi hazırkı mübahisə ilə əlaqədar iddianın mümkün sayılmaması barədə düzgün qərara gəlmişdir və şikayətin dəlilləri həmin qərardadın ləğvi üçün əsas verə bilməz. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Apellyasiya Məhkəməsi iş üzrə düzgün olaraq qeyd etmişdir ki, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə də, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmələr iş materiallarına istinad etməklə iddianın mümkün sayılmaması barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hazırkı iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermədiyindən, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında vurğulanmış hüquqi mövqeyi nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsa ssızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-749/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: B akı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-749/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar