Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1887/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-1887/2020) (Açar sözlər: 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçunun mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə N azirliyinə qarşı “mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(105)-269/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 30 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının hərbi xidmət dövründə qüsurlu xidmətinin olması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2 019-cu il 16 iyun tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 saylı, xx xxxxxx 2011-ci il tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1983-1991-ci illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.2016-cı ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmiş və Azərbaycan Respublikası Müdafiə nazir inin xx.xx.2016-cı il tarixli 0158 saylı əmri ilə ehtiyata buraxılmışdır. Lakin hüququnun olmasına baxmayaraq, hərbi xidmət dövrü yaşayış sahəsi ilə təmin olunmamışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 saylı, xx.xx.2011-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir və bunun üçün də kifayət qədər əsaslar mövcuddur. Belə ki, 24 ildən çox Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuş, 20 ildən çox qüsursuz xidmət etdiyinə görə 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təlt if olunmuş, hərbi xidmət dövrü heç vaxt yaşayış sahəsi ilə təmin edilməmiş, himayəsində 3 uşağı var, hərbi xidmət dövrü müxtəlif medallarla təltif olunmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Silahlı Qüvvələr veteranıdır. Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 051t nömrəli, xx.xx.2012ci il tarixli əmri ilə 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuşdur. 1-cı dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 və daha çox təqvim ili xidmət etmiş hərbi qulluqçular təltif olunurlar.
5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(085)1240/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhk əməsi hesab etmişdir ki, iddiaçının hərbi xidmət dövründə qüsurlu xidməti olduğundan, iddia əsassızdır.
7. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(105)-269/2020 nömrəli qərarıilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmuş, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 saylı, xx xxxxxx 2011-ci il tarixli Fərmanına uyğun olaraq iddiaçının dövlət vəsaiti hesabına mə nzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsiöhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onu, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən, sözügedən Fərman ona da şamil edilir.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏM Ə İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri 11. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 saylı, xx.xx.2011-ci il tarixli Fərmanda məhz 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara münasibətdə dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq imtiyazı müəyyən etmişdir. 12. 2011-ci ildə dərc olunmuş Azərbaycan dilinin izahlı lüğətində “qüsursuz” sözü heç bir qüsuru, eybi, nöqsanı, çatışmazlığı olmayan; nöqsansız; “qüsur” sözü isə həm eyib, nöqsan, çatışmayan cəhət, çatışmazlıq, həm də təqsir, günah, qəbahət kimi izah edilmişdir.
13. İddiaçı 20 təqvim ilindən artıq zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Lakin, iddiaçı N axçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 313 və 341.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir.
14. İddiaçının cinayət törətməkdə təqsirli bilinib məhkəmənin hökmü ilə məhkum olunması onun hərbi xidmət dövründə yol verdiyi qanun pozuntusudur, qüsurdur.
15. Dövlət vəsaiti hesabına mənzillə təmin edilmə imtiyazının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilməsi inzibati orqanın subyektiv fikri deyildir. Belə imtiyaz Prezidentin Fərmanı ilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. İnzibati orqan həmin şəxslərin dairəsini genişləndirə bilməz və ya 20 illik hərbi xidmət dövründə cinayət törətmiş və məhkum olunmuş şəxslərin xidmətini qüsursuz saya bilməz.
16. Sual yaranır: əgər cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi də qüsur deyildirsə qüsur nədir və nəyi qüsur saymaq olar? Yaxud 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirsə normativ hüquqi aktda qüsursuz sözü nə məqsədlə işlənmişdir və hansı məna kəsb edir?
17. Nə məhkumluğun ödənilməsini və götürülməsini, nə də ayrı-ayrı dövlət təltiflərinin, orden və medalların verilməsini Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 №-li Fərmanında nəzərdə tutulmuş 20 təqvim ili və daha çox xidmət etmənin qüsursuzluğu kimi qəbul etmək olmaz.
18. Məhkumluğun ödənilməsi və götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət hüquqi baxımdan bu belə də qəbul olunur. Ancaq, məhkumluqla bağlı bütün hüquqi nəticələrin ləğv olunması heç də imtiyaz və güzəşt yaratmır. O cümlədən, dövlət vəsaiti hesabına mənzil almaq imtiyazı yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. Bəhs olunan Fərmanla 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara belə imtiyaz verilməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
19. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
20. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadıqlarından çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qul luqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanı:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.
22. Azərbaycan Respublikasının xx xxx 2002-ci il tarixli, 333-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnamə: 1. “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. 2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Sil ahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir.
23. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
27. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli Q27/18 saylı arayışının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1(092)-35/2006 nömrəli, xx xxxxx 2006-cı il tarixli hökmünə əsasən CM-in 313 və 341.1-ci maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq həmin c əzaya məhkum olunmuş İddiaçı təyin edilmiş sınaq müddəti xx xxxxxx 2007-ci il tarixdə başa çatdığından CM-in 83.3.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkumluğu olmayan hesab olunur.
28. CM-in 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur.
29. CM-in 83.6-cı maddəsinin tələbinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.
30. Göründüyü kimi, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr - şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur.
31. Belə olan halda, iddiaçının əvvəllər məhkum olması səbəbi ilə h ərbi xidmət dövrünün qüsurlu olması barədə cavabdehin dəlili əsaslı hesab oluna bilməz. Bu qənaət, həmçinin aşağıdakılardan irəli gəlir.
32. Azərbaycan Respublikasının xx xxx 2002-ci il tarixli, 333-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnamənin 1-ci bəndində qeyd olunub ki, "Qüsursuz xidmətə görə" medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. 2-ci bənddə qeyd olunub ki, "Qüsursuz xidmətə görə" medalının üç dərəcəsi vardır: "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; "Qüsursuz xidmətə görə" 2ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə g örə; "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir.
33. Adından da göründüyü kimi, bu təltif dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur ki, iddiaçı da bu medalın hər üç dərəcəsi ilə: Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2003-cü il tarixli əmri ilə 3-cü dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2008-ci il tarixli əmri ilə 2-ci dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2012-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medallarla təltif olunmuşdur.
34. Bundan əlavə, Azərbayca n Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1-ci bəndində qeyd olunub ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər.
35. İş materiallarından görünür ki, polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Pr ezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 2008-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunmuşdur.
36. Beləliklə, iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi tanındığı yuxarıda qeyd edilən təltiflərlə təsdiq edildiyindən, iddiaçının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verdiyindən, həmin Fərman ona da şamil edilməlidir.
37. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(105)-269/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov