Məhkəmə qərarları › İş №2-1(102)-1887/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1887/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1887/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 47 yaşına çatmış qadına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; bakları kimyəvi maddələrdən təmizləyənlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxxx 1960-cı il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşt li şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 2-1(103)-80/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 14 avqust 1978-ci ildən 12 dekabr 2001-ci ilədək “Qafqazenerjitəmir” SC-nin Bakı sahəsində fəhlə işləmişdir (əmək kitabçasında iddiaçının soyadı “Zeynalova” qeyd edilmişdir, “Nikah haqqında şəhadətnamə”yə əsasən, iddiaçı nikaha daxil olduqdan sonra “Əskərova” soyadını qəbul etmişdir). 2. “Qafqazenerjitəmir” Səhmdar Cəmiyyətinin Əskərova (Zeynalova) Sevil Mirzağa qızının adına verdiyi 12 dekabr 2001 -ci il tarixli, 136 nömrəli güzəştli arayışda göstərilmişdir ki, o, həqiqətən də 14 avqust 1978-ci il tarixli, 88 nömrəli əmrlə “Qafqazenerjitəmir” İdarəsinə “bakların daxilinin kimyəvi maddələrdən təmizlənməsi” işinə qəbul olunmuşdur. 12 dekabr 2001-ci il tarixli, 124 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısının XXXİİİ bölməsinə (ümumi peşələr 12100000—1753B) uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququna malikdir. 3. “Qafqazenerjitəmir” SC-nin 12 dekabr 2001-ci il tarixli əmək haqqı barədə arayışında iddiaçının “Qafqazenerjitəmir” SC-də işlədiyi dövrdə pensiya hesablanması üçün aldığı əmək haqqı da göstərilmişdir.

4. İddiaçı 3 oktyabr 2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

5. Cavabdehin iddiaçıya ünvanladığı 21 noyabr 2019-cu il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, idarəyə təqdim edilmiş 22 avqust 1978-ci il tarixli əmək kitabçasında 14 avqust 1978-12 dekabr 2001-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının “Qafqazenerjitəmir” müəssisəsində işlədiyi qeyd olunmuşdur. Buna baxmayaraq 12 dekabr 2001-ci il tarixdə işdən azad olunmaqla bağlı qeyd “Qafqazenerjitəmir”in möhürü ilə təsdiqlənmişdir. İdarə tərəfindən qeyd olunan dövrdə əmək stajının dəqiqləşdirilməsi məqsədilə araşdırma apa rılaraq müəyyən olunmuşdur ki, "xxxx" Dövlət Şirkətinin 26 may 1994-cü il tarixli, 61 nömrəli əmrinə əsasən “Qafqazenerjitəmir” müəssisəsi 26 may 1994-cü ildən etibarən "xxxx" Azərbaycan-X1 Müəssisəsi adlandırılmışdır. Qeyd olunan ziddiyyətli məlumatlara əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 20 fevral 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı xx xxxx 1960-cı ildə anadan olmu ş, 1978-ci ildən əmək fəaliyyətinə başlamış, 1978-ci ildən 2001-ci ilədək “Qafqazenerjitəmir” Səhmdar Cəmiyyətində işləmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina edərək bildirmişdir ki, iddiaçının işlədiyi həmin müəssisə 1994-cü ildən "xxxx" Azərbaycan X1 Müəssisəsi adlandırılmışdır. İddiaçı 1978-ci ildən əmək fəaliyyətinə başladığı üçün və qanunun tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün 15 il iş stajı tələb olunduğu üçün 1993-cü ildən onun pensiya hüququ yaranmışdır. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarına görə iddiaçı 14 avqust 1978-ci ildən 12 dekabr 2001-ci ilədək “Qafqazenerjitəmir” müəssisəsində işləmişdir. 12 dekabr 2001-ci ildə onun əmək kitabçasında olan işdən azad olunması haqqında qeyd “Qafqazenerjitəmir”in möhürü ilə təsdiqlənmişdir. Lakin araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, ”Azərenerji” Dövlət Şirkətinin 26 may 1994-cü il tarixli, 61 nömrəli əmrinə əsasən “Qafqazenerjitəmir” müəssisəsi 26 may 1994cü ildən etibarən "xxxx" Azərbaycan-X1 Müəssisəsi adlandırılmışdır. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb edilən əmək stajı yoxdur. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 09 sentyabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, İdarədə olan reyestrdə “Qafqazenerjitəmir” Səhmdar Cəmiyyəti adlı kommersiya qurumu aşkar edilməmişdir. 10. "xxxx" ASC-nin 25 sentyabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, “Qafqazenerjitəmir” SC (Qafqazenerqoremont” Trest) birbaşa keçmiş SSRİ Energetika Nazirliyinin tabeliyində olmuş və ümumiyyətlə "xxxx" ASC-nın tabeliyinə və tərkibinə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3483/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçıya 3 oktyabr 2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin Cavabdehə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işlə diyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilirdi. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Belə olan halda iddiaçının əmək fəaliyyəti ilə bağlı bütün şübhələr iddiaçının xeyrinə şərh olunmalıdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında göstərilən müddətdə işləməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İşin faktiki hallarına əsasən iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günə, xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajı 20 ildən çox olmuş, iddiaçı həmin müddətin hamısını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrə li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında (XXİİİ. Ümumi peşələr12100000—1753b kodu üzrə rezervuarların, bakların, sisternlərin, gəmi tankların bölmələrinin neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr), nəzərdə tutulan peşədə işlədiyi üçün onun 47 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olmuşdur. Lakin iddiaçı pensiya təyin edilməsi üçün 3 oktyabr 2019-cu ildə cavabdehə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Göründüyü kimi qeyd edilən qanun normasına görə iddiaçının almaq hüququ olduğu pensiya iddiaçıya yalnız müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün təyin edilərək ödənilə bilər.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Apelyasiya instansiyası məhkəməsindəki icraat zamanı iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, ona 47 yaşdan, yəni 11 mart 2007-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabde hə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və S.İ.Bəktaşi) 10 iyun 2022-ci il tarixli, 21(103)-80/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3483/2020 nömrəli qərarı dəyişdirilərək iddiaçıya 47 yaşdan, yəni 11 mart 2007-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin 3 oktyabr 2016-cı il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razıl aşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərə əsasən iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ilk dəfə 3 oktyabr 2019-cu il tarixdə cavabdehə müraciət etmişdir. Belə olan halda iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 3 oktyabr 2016-cı il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. İşin hallarına və qanunvericiliyin tələbinə əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya 47 yaşdan, yəni 11 mart 2007-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin 3 oktyabr 2016-cı il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cava bdehə həvalə edilməlidir.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri 18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni Qanunun qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olm ası; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarında göstərilməsi.

20. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. İddiaçı 14 avqust 1978 - 12 dekabr 2001-ci il tarixləri arasındakı dövr ərzində “Qafqazenerjitəmir” müəssisəsində işləmişdir. 12 dekabr 2001-ci il tarixdə işdən azad olunması ilə bağlı qeyd “Qafqazenerjitəmir”-in möhürü ilə təsdiqlənmişdir. Lakin, araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" Dövlət şirkətinin 26 may 1994-cü il tarixli 61 saylı əmrinə əsasən “Qafqazenerjitəmir” 26 may 1994-cü il tarixindən etibarən "xxxx" Azərbaycan-X1 Müəssisəsi adlandırılmışdır.

21. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən ümumi iş stajı olan 20 ili və güzəştli iş stajı olan 10 ili tamamlamamışdır.

22. İddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’’nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-cı il tarixli 17 say lı Qərarının əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər (bənd 2.2). Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir, (əlavənin 2.4-cü bəndi)

23. Lakin, iş materiallarında olan iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən digər işlərdə çalışmasını təsdiq edən arayış 12 dekabr 2001-ci il tarixindəndir. Məhkəmə isə həmin arayışın mötəbərliyi ar aşdırmamış və yenisinin təqdim edilməsi ilə bağlı sorğu verməmişdir.

24. Şikayət əsaslandırılarkən ‘‘Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə istinad edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 27. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək q üvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—47 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalış arsa. Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bə nd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 29. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

30. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır v ə yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərə k (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiy yətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

36. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının 14 avqust 1978 - 12 dekabr 2001-ci il tarixləri arasındakı dövr ərzində “Qafqazenerjitəmir” müəssisəsində işlədiyi iş stajı mübahisələndirilmişdir.

37. İddiaçının 14 avqust 1978-ci il tarixdən 12 dekabr 2001-ci il tarixədək “Qafqazenerjitəmir” İdarəsində bakların daxilinin kimyəvi maddələrdən təmizlənməsi işində 23 ildən çox müddətdə işləməsi ə mək kitabçası və iş materiallarında olan digər sənədlərlə də öz təsdiqini tapdığından, cavabdeh tərəfindən həmin dövrün sosial sığorta stajına hesablanmasından imtina edilməsi əsassız olmuşdur.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli Siyahısı”nın siyahısında (XXİİİ. Ümumi peşələr 12100000—1753b kodu üzrə) rezervuarların, bakların, sisternlərin, gəmi tankların bölmələrinin neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr peşəsi nəzərdə tutulmuşdur.

39. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış təqdim edilmişdir.

40. Yuxarıda istinad olunan normaların tələbləri baxımından iddiaçının 47 yaşı tamam olana kimi 15 ildən artıq ümumi əmək stajının və 7 il 06 aydan artıq güzəştli iş stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası və güzəştli arayış ilə öz təsdiqini tapmışdır.

41. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmasını təsdiq edən arayışın 12 dekabr 2001-ci il tarixli olması, məhkəmənin isə həmin arayışın mötəbərliyini araşdırmadan, yenisinin təqdim edilməsi ilə bağlı sorğu verməməsi barədə cavabdeh tərəfindən kassasiya şikayətində bildirilmiş yeni dəlilə münasibətdə qeyd edir ki, 12 dekabr 2001-ci il tarixli arayışın mötəbərliyinə şübhə olmadığından və cavabdeh tərəfindən həmin arayışı şübhə altına alacaq sübut təqdim ed ilmədiyindən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin arayışa istinad etməklə iddiaçının iddia tələbinin təmin edilməli olması qənaətinə gəlmişdir.

42. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 21(103)-80/2022 nömrəli dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar