Məhkəmə qərarları › İş №2-1(102)-1887/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1887/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1887/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-1887/2023) (Açar sözlər: iddianın mümkünlük şərtlərinə düzgün qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-349/2023 nömrəli, 2 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Naftalan şəhər D.T.İ.M.H.Q və Ş.K.İ tərəfindən təqdim edilmiş xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyekti mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Naftalan şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış obyekti 47A qeydiyyat nömrəsi ilə xx.xx.2005-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Naftalan şəhəri, Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində, Heydər Əliyev parkına bitişik ərazidə yerləşən iddiaçıya məxsus mağazanın yararsız vəziyyətdə olduğuna, şəhərin memarlıq üslubuna xələl gətirdiyinə və standartlara cavab vermədiyinə görə iddiaçının nümayəndələrinin iştirakı ilə sökülüb götürülmüşdür. Gələcəkdə Baş plana uyğun olaraq şəhərin müvafiq ərazisindən vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Bu məqsədlə torpaq sahəsi ayrılan zaman iddiaçıya da həmin ərazidən sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin verilməsi nəzərdə tutulur.

4. Cavabdeh başçısının 1 nömrəli sahə inzibati ərazi dai rəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 21 nömrəli məktubun məzmunundan görünür ki, iddiaçıya məxsus Naftalan şəhəri, Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində, Heydər Əliyev parkına bitişik ərazidə yerləşən mağazanın şəhərin memarlıq üslubuna xələl gətirdiyinə görə sökülüb götürülməsi məqsədəmüvafiq hesab edilmiş və gələcəkdə Baş plana uyğun olaraq şəhərin müvafiq ərazisindən vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün torpaq sahəsi verilən zaman o da torpaq sahəsi ilə təmin ediləcəkdir.

5. Cavabdeh başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 92 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus yararsız tikilinin sökülüb götürülməsi üçün tərəflərindən, rəsmi məktub göndərilmişdir. Eyni za manda vətəndaşla telefon əlaqəsi yaradılmış və tikilisinin sökülüb götürülməsi xahiş edilmişdir, cavab olaraq İddiaçı özünün ərazidə olmadığı üçün nümayəndəsini göndərəcəyini bildirmiş və bundan sonra onun nümayəndələri, bacısı oğlu X1, həyat yoldaşının yaxını X2 əraziyə yaxınlaşaraq obyekt sahibi tərəfindən göndərildiklərini bildirmişlər və tikiliyə aid yararlı tikinti materiallarını sökərək götürüb aparmışlar. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbu l edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyekti onun mülkiyyətində olmaqla hüquqların 2005-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış obyektindən uzun müddət təyinatına uyğun olaraq istifadə etmiş, daha sonra müəyyən səbəblərdən istifadəni dayandırmışdır. Naftalan şəhərindən kənarda olarkən Cavabdeh nümayəndələri həmin ünvana gəlmiş və mülkiyyətində olan həmin qeyri-yaşayış obyektini qanunsuz şəkildə sökmüşlər. O ünvana getdiyində qeyriyaşayış obyektinin iradəsindən kənar şəkildə söküldüyünün şahidi olmuşdur. Bu vaxta qədər bir neçə dəfə şifahi olaraq icra hakimiyyətinə müraciət edərək bu qanunsuzluğun aradan qaldırılmasını, qeyri-yaşayış obyektinin tikilərək əvvəlki vəziyyətə qaytarılmasını xahiş və tələb etsə də, heç bir faydası olmamışdır. Buradan belə bir fikir yaranır ki, Cavabdeh işçiləri qanunlara hörmət etmir, məhəl qoymur və vəzifə səlahiyyətlərini aşmağı, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyi özlərinə borc bilirlər. Ümumiyyətlə, heç bir şəxsin və orqanın hər hansı bir tikilini özbaşına olsa da belə gəlib sökməyə səlahiyyəti və ixtiyarı yoxdur. Bu hərəkətin edilməsi qanuna ziddir və özbaşınalıqdır. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətə qanunsuz müdaxiləni qadağan edir və yalnız qanunla müəyyən edilmiş şərtlər daxilində və yalnız məhkəmə yolu ilə tikilinin sökülməsi qaydasını müəyyən etmiş, bu sahədə səlahiyyətləri isə ayrı-ayrı qur umlara həvalə etmişdir ki, şəhər (rayon) icra hakimiyyətlərinin birbaşa tikintini sökmək və ya bu barədə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Tikilinin yenidən bərpa edilərək ona təhvil verilməsi barədə cavabdeh quruma müraciət etmiş, lakin müraciəti təmin edilməmiş, sökülmüş obyektin əvəzinə torpaq sahəsi ayrılacağı qeyd edilmişdir. cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektin şəhərin memarlıq üslubuna xələl gətirdiyinə, müasir standartlara cavab vermədiyinə görə sökülüb götürülməsi üçün Cavabdeh başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 mart 2022-ci il tarixli, 21 nömrəli məktubl a vətəndaşa müraciət edilmişdir. Eyni zamanda qeyd olunan məktubda və Cavabdeh 9 avqust 2022-ci il tarixli, Ş-5- 149/18 nömrəli məktubu ilə ona bildirilmişdir ki, gələcəkdə şəhərin Baş Planına uyğun olaraq müvafiq ərazidən vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Bu məqsədlə torpaq sahəsi ayrılan zaman ona da həmin ərazidən torpaq sahəsi veriləcəkdir. Həmçinin Cavabdeh başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin şəhər İcra Hakimiyyətinə ünvanladığı 1 noyabr 2022-ci il tarixli, 92 nömrəli məktubda bildirilir ki, vətəndaş İddiaçı ilə telefon əlaqəsi yaradılmış, o, özünün Naftalan şəhərində olmadığı üçün nümayəndələrini göndərəcəyini bildirmiş və bundan sonra onun nümayəndələri bacısı oğlu X1, həyat yoldaşının yaxını X2 əraziyə yaxınlaşaraq obyekt sahibi tərəfindən göndərildiklərini bildirmiş və obyektə aid tikinti materiallarını (hətta köhnə və yararsız kərpicləri belə) sökərək götürüb aparmışlar. Cavabdeh tərəfindən şəhər sakinləri və turistlərin məmnunluğu üçün atılan addım olaraq ərazi abadlaşdırılmış, müxtəlif çoxillik ağac növləri əkilmişdir.

9. İddiaçı məxsus obyekt uzun müddətdir ki, istifadə edilməyərək baxımsız, yararsız vəziyyətdə olmuş və müasir standartlara cavab verməyərək şəhərin memarlıq üslubuna xələl gətirməklə yanaşı antisanitariya məkanına çevrilmişdir. Vətəndaşa dəfələrlə obyektini təmir etdirməsi bildirilsə də o, bundan imtina etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-244/2023 nömrəli, 6 fevral 2023-cü il t arixli qərarı ilə (sədrlik edən hakim E.Axundov) İddiaçı Cavabdehnə qarşı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçıya mağazasının sökülməsi barədə rəsmi məlumat verilmiş, onun özü sökülmədə iştirak etməsə də nümayəndələri iştirak etmiş və sonuncular mağaza söküldükdən sonra qalan materialları daşımışlar. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının mağaza ona məxsus torpaq sahəsi üzərində inşa edilmişdir. Bundan əlavə araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, sökülmüş mağazanın torpaq sahəsində hazırda abadlıq işləri aparılaraq yaşıllıq zolağı salınmışdır. Belə olan halda məhkəmə hesab edi r ki, iddiaçının mağazanın abadlıq işləri aparılmış ərazidə yenidən inşa edilməsi şəhərin Baş planına xələl gətirə biləcəyindən iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-349/2023 nömrəli, 2 may 2023-cü il qərardadı ilə (hakimlər A.V.Bayramov - sədrlik edən və məruzəçi, R.Z.Mamedov və A.V.İsgəndərova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı “qeyriyaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və təhvil ve rilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinin əhatə dairəsinə aid deyildir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin dairəsi Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsində göstərilmişdir. Birinci instansiya məhkəməsi tər əfindən isə işə baxılarkən iddia tələbinin ümumiyyətlə hansı iddia növünə aid olmasına hüquqi qiymət verilməmişdir.

16. Kollegiya hesab edir ki, İddiaçı Cavabdehnə qarşı hazırkı tələblə müraciət etməsi inzibati prosessual qanunvericiliyin tələbləri baxımından düzgün olmadığından, birinci instansiya məhkəməsi hazırkı işə mahiyyəti üzrə baxıb qərar qəbul etməkdə haqlı olmamışdır. Yəni cavabdeh inzibati orqana qarşı qeyd edilən formada tələbə mahiyyəti üzrə baxılması əsaslı sayıla bilməz. Kollegiya hesab edir ki, iddiaçı cavabdeh inzibati orqan olan Cavabdehnə qarşı hazırki tələblə müraciət edə bilməz.

17. Məhkəmə kollegiyası izah etmişdir ki, iddiaçı cavabdeh orqana qarşı qeyriyaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzəri nə qoyulması tələbinə dair deyil, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində göstərilmiş qaydada, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia qaldıra bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti və imtinanın dəlilləri məhz əmlakın əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi tələbi ilə bağlı olduğundan hazırki icraatda yuxarıda qeyd edilən məsələnin müzakirəsi mümkün deyildir.

18. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

19. İddiaçının kassasiya şikayəti onunla əsaslandırıl mışdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən, iddia tələbi qanuni olmuşdur. Onun iddia tələbi İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddia növünə dair iddiadır

20. İşə baxan məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin şifahi və heç bir sübutlara əsaslanmayan ifadələrini əsas götürmüş və qanunsuz qərardad qəbul etmişdir. Belə ki, Cavabdeh ona xx.xx.2022-ci il tarixli, 21 nömrəli və xx.xx.2022-ci il tarixli, Ş-5149/18 nömrəli məktubların göndərilməsi həqiqətə uyğun deyildir. Məhkəmə Kollegiyası bu halları araşdırmamışdır.

21. Bundan başqa, cavabdehin nümayəndəsinin onun bacısı oğlu X3 oğlu, həyat yoldaşının yaxını Nəsiri Etibar Maşalla oğlu adlı şəxslərin iddiaçının adında n çıxış etmələrini qeyd etsə də, məhkəmə kollegiyasına belə bir qohumlarının olmamasını və həmin şəxsləri tanımadığını bildirmişdir. Lakin məhkəmə kollegiyası bunlara məhəl qoymamışdır.

22. Beləliklə işə baxan apellyasiya instansiyası məhkəməsi İcra hakimiyyəti tərəfindən onun Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində təsbit olunmuş mülkiyyət hüquqlarının pozulmasına göz yummuş, İcra hakimiyyətinin qanunsuz əməllərinə haqq qazandırmışdır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

24. İnzibati Prosessual Məcəllə MAddə 2.2., 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) n əticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiya sı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, forma l baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə tərkibi işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya instansiya məhkəməsinin iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinin əhatə dairəsinə aid olmaması və bu səbəbdən iddianın mümkünlük şərtlərinin mövcud olmaması barədə gəldiyi nəticə düzgün deyildir.

28. Məhkəmə kollegiyasının bu qənaəti aşağıdakı səbəblərdən irəli gəlir:

29. İddiaçı mülkiyyətində olan, onun məlumatı və razılığı olmadan qanunsuz sökülmüş qeyri-yaşayış sahəsinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmışdır.

30. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, bu iddia Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, yəni inzibati orqanın qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi tələbinə dair iddiadır. İddiaçı sadəcə ona vurulmuş ziyanın əvəzinin naturada ödənilməsini, yəni məhv edilmiş əmlakın bərpa edilməsi barədə iddia qaldırmışdır.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi üsulları adlanan 1115-c i maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

32. İddiaçının ona vurulmuş ziyanın naturada ödənilməsi barədə iddia irəli sürməsi məhkəmə tərəfindən işin hallarına uyğun olaraq zərərin naturada ödənilməsi əvəzinə, vurulmuş zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması barədə qərar çıxarılmasına maneə deyildir.

33. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13-cü maddəsinin tələbi baxımından məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

34. Başqa sözlə, prosessual qanunvericiliyin tələbi baxımından, iddiaçı yanlış iddia növü ilə məhkəməyə müraciət etdikdə belə onun münasibi ilə əvəz olunmasını təklif etmək, bu barədə iddiaçıya yardım etmək məhkəmənin vəzifəsidir. Hazırki işdə apellyasiya instansiya məhkəməsi tərəfindən bu məqsədlə iddiaçıya yardım edilməsi müəyyən edilmir. Məhkəməni n iddiaçının dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırması barədə işdə hər hansı sübut mövcud deyildir.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li Qərarında göstərmişdir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. (3.3, 3.4, 3.5 bəndləri)

36. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, iddiaçının iddia tələbi vurulmuş ziyana görə kompensasiyanın ödənilməs i növündə iddia tələbinə aiddir və iddiaçı iddia ilə müraciət etməzdən əvvəl müvafiq ərizə ilə inzibati orqana müraciət etmişdir.

37. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddianı qeyri-mümkün hesab edərkən İPM-nin yuxarıda göstərilən normalarını düzgün tətbiq etməmişdir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, barəsində şikayət verilən qərardad ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 38.Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının nömrəli, 2 may 2023-cü il qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir. 2-1(104)-349/2023

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar