Məhkəmə qərarları › İş №2-1(102)-1887/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1887/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1887/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlə rlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2024cü il tarixli, 2-1(103)-219/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur.

2. İddiaçıya məxsus diploma, hərbi biletə, İT-İ seriyalı 14113629 nömrəli, 21 sentyabr 1984-cü il tarixli əmək kitabçasına əsasən müəyyən olunur ki, o, 1979-1984-cü illərdə M.Əzizbəyov adına X1 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, 03 dekabr 1985-ci ildə hərbi uçota alınmış, 25 avqust 1994-cü ildə hərbi uçotdan çıxarılmışdır. O, xx.x x.1984-cü ildə İstismar avadanlığı prokat-təmir sexinə bilavasitə neft və qaz çıxarılması obyektlərində avadanlıqların quraşdırılması, təmiri və xidməti üzrə çilingər qəbul edilmiş, xx.xx.1986-cı ildə Neftin kompleks hazırlanması və nəqli sexinə mühəndis keçirilmiş, xx.xx.1988-ci ildə SİKP XXİİ qurultayı adına İB ləğv edilmiş və onun bazasında SİKP XXİİ qurultayı adına NQÇİ (Neft və Qazçıxarma idarəsi) yaradılmışdır, xx.xx.1990-cı ildə işdən azad edilmiş, xx.xx.1990-cı ildə SİKP XXİİ qurultayı adına NQÇİnin idarəetmə aparatının Baş mexanik şöbəsinə 2-ci dərəcəli mühəndis vəzifəsinə qəbul edilmiş, 28 Aprel ad. NQÇİ-nin adı dəyişdirilib xx.xx.1992-ci ildən 28 May ad. NQÇİ adlandırılmışdır, xx.xx.1993-cü ildə LTSS sexinə böyük mexanik keçirilmiş, xx.xx.1994-cü ildə həmin sexdə 11 dərəcəli mex anik keçirilmiş, xx.xx.1995-ci ildə QKS-nin 2 saylı SK stansiyasının qazın yığılması, qurudulması və separasiya avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər keçirilmiş, xx.xx.1995-ci ildə NQİH və N sexinə 11-ci dərəcəli mexanik keçirilmiş, xx.xx.1996-cı ildə 12-ci dərəcə təqdim edilmiş, xx.xx.1999-cu ildə Lay təzyiqinin sabit saxlanması sexinin rəis müavini təyin edilmiş, xx.xx.2007-ci ildə Lay təzyiqinin saxlanması sexinə 15-ci dərəcəli rəis vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci ildə işdən azad edilmiş, xx.xx.2008-ci ildə "xxxx" MMC-də Yod tərkibli su çıxarma sexinin rəisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmiş, xx.xx.2011-ci ildə "xxxx" ASC-də 11-ci dərəcə ilə aparıcı mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2014-cü ildə 15-ci dərəcə ilə mexanika şöb əsinə aparıcı mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı ildə 15-ci dərəcə ilə Elektromexanika və avtomatika departamentinin mexanika şöbəsinə aparıcı mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci ildə 15-ci dərəcə ilə mexanika şöbəsinə aparıcı mühəndis vəzifəsinə təyin edilmişdir, hal-hazıradək işləyir (xx.xx.2023-cü il tarixli qeyd).

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 01-2011 saylı arxiv arayışından görünür ki, İddiaçı 1979-cu ildə M.Əzizbəyov adına X1 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialının Neft mexanika fakültəsinin “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur (Əmr: № 012/686, xx.xx.1979-cu il) və 1980-ci ildə Sumqayıt filialında əyani şöb ənin İİ kursundan “Neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisasına köçürülmüşdür (Əmr № 012/756, xx.xx.1980-ci il). İddiaçı 1984-cü ildə yuxanda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir (Əmr: № 02/880, xx.xx.1984-cü il). xx.xx.1984-cü il qeydiyyat nömrəsi 404 olan MB № 013804 diplom verilmişdir.

4. SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma idarəsinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1984-xx.xx.1986-cı ildə İstismar avadanlığının kirayə təmiri sexində təmirçi çilingər, xx.xx.1986-xx.xx.1990-cı ildə Neftin kompleks hazırlanması və nəqli sexində mühəndis vəzifəsində işləmişdir. 29 Avqust 1990-cü il tarixindən (xx.xx.1990-ci ilin 159/K №-li əmrinə əsasən) Mühəndis ƏQM-nin 36 maddəsinin 5-ci bəndinə (“28 Aprel” ad ına NQÇİ-nə keçirmə yolu ilə) əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarındakı istehsalatın peşə və vəzifələrin 1 saylı Siyahısının X bölməsinin, 2a yarımbölməsinə əsasən güzəştli şərtlərlə iş stajı aşağıda göstəriləndir: 1) xx.xx.1984xx.xx.1986 (şifr)1100000a-18559 neft və qaz hasilatı obyektlərində bilavasitə avadanlıqların quraşdırılması, təmiri və xidməti üzrə təmirçi çilingər peşəsi üzrə iş stajı 02 il 00 ay 25 gün təşkil edir; 2) xx.xx.1986-xx.xx.1990 mühəndis peşəsi üzrə iş stajı 03 il 10 ay 15 gün təşkil edir.

5. Azərbaycan Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi 28 May Neft və qazçıxarma idarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı-xx.xx.1993xx.xx.1995 (Şifr 1100000a-23485)-b öyük mexanik, mexanik işləmişdir-02 il 05 ay 23 gün; xx.xx.1995-xx.xx.1995 (Şifr 1100000a-18559)-təmirçi çilingər işləmişdir-00 il 03 ay 18 gün, cəmi: 02 il 09 ay 11 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarındakı istehsalatın, peşə və vəzifələrin 1 saylı siyahısının X bölməsinə, 2a və 2b yarımbölməsinə əsasən “28 May” NQÇİ-nin peşələrində iş stajı 02 il 09 ay 11 gün təşkil edir.

6. İddiaçı ona güzəştli yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya dair 21 sentyabr 1984-cü il tarixli İT-İ, ******* nömrəli əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, adıçəkilən şəxsin 1 yanvar 2006-cı il tarixinədək yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş 1 №-li siyahı üzrə güzəştli iş stajı 10 ildən az (8 il 5 ay 3 gün (xx.xx.1984-16.10,1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il və xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qe yd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndində göstərilən zərərli bəndin qeyd olunan, 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasını ona münasibətdə tətbiq etməklə, ona 51 il 6 ay 27 gündən (60 yaş - 8 il 5 ay 3 gün 1 nömrəli siyahı ü zrə xüsusi stajı), yəni pensiya hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair 07 noyabr 2019-cu il tarixində cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İmtinaya səbəb kimi onun 01 yanvar 2006-cı il tarixinədək 1 nömrəli siyahı üzrə güzəştli iş stajının 10 ildən az (8 il 5 ay 3 gün) olması göstərildi. İddiaçı 1997-ci il avqustun 1-dək olan 1 nömrəli siyahı üzrə işlədiyi 8 il 5 ay 3 gün xüsusi stajı üç ün nəzərdə tutulmuş güzəştlərin tətbiqini (yəni, ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinin qazanılmış güzəştli stajın müddətinə mütənasib azaldılmasını) iddia edir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” 13-cü maddəsinə edilmiş dəyişikliklərin qüvvəyə mindiyi 1997-ci ilin avqustun 1-dək olan iş stajı nəzərə alınmaqla, həmin vaxtda qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (a) və (b) bəndlərindən sonra gələn abzasının iddiaçıya tətbiq edilərək iddiaçıya 51,5 (60 yaş-8 il 5 ay 3 gün 1 nömrəli siyahı üzrə xüsusi stajı) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı ağır peşələrdə işlədiyi dövrlərdə, gələcəkdə güzəştli şərtlərlə pensiya alacağını ümid edirdi. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, onun bu zamanadək qazanmış olduğu hüququn aradan qalxmasına səbəb ola bilməz.

9. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçıya xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 10 ildən az olması səbəbindən müraciətinin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandı rılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və.s) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından ge dir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. İddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün İddiaçı xx.xx.2006-cı ilədək 20 ildən az olmayan ümumi stajı, 10 ildən az olmayan güzəştli stajı olmalıdır. İddiaçı isə iş materiallarından göründüyü kimi, 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (08 il 05 ay 03 gün) təşkil edir. İddiaçı 51 yaş 06 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi ilə bağlı isə, 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 13 iyun 1997-ci il tarixədək olan redaksiyasına əsasən a şağıdakı şərtlər ödənilməli idi -

1. İddiaçı 1997-ci il tarixədək 20 il ümumi sosial sığorta stajı.

2. İddiaçı 1997-ci il tarixədək 51 yaş 06 ayı tamam olması. Göründüyü kimi xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 51 yaş 06 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qeyd edilən şərtlərdən heç biri ödənilmir. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 26 il 04 ay sosial sığorta stajı vardır. İddiaçı 1997-ci il tarixədək 20 il ümumi sosial sığorta stajı tamamlanmır.

10. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 4 may 2023-cü il tarixli, 21(112)-6916/2023 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) və b) bəndlərinin 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı (4-cü) abz asını İddiaçı münasibətdə tətbiq etməklə, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təmirçi çilingər və mexanik peşələrdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndində göstərilən zərərli iş stajı, yəni, 10 il toplanmadığından (04 il 10 ay 09 gün təşkil etdiyindən) həmin bəndin qeyd olunan, 1 iyul 1997-ci il tarixə qədər qüvvədə olan a xırıncı abzası ona münasibətdə tətbiq edilməlidir. Həmin abzasın yuxarıda qeyd olunan tələbindən göründüyü kimi, “iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir”. Belə olan halda, iddiaçının təmirçi çilingər və mexanik peşələrdə iş stajı “Vətandaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinin axırıncı abzası qüvvədən düşdüyü xx.xx.1997-ci il tarixə qədər, onun topladığı 04 il 10 ay 09 gün güzəştli iş stajı nəzərə alınaraq, həmin müddət, onun həmin Qanunun 12-ci maddəsində ümumi əsaslarla nəzərdə tutulan pensiya yaş həddindən (60 yaş) çıxılmaqla azaldılmalıdır. Be lə olan təqdirdə iddiaçının (60 il-04 il 10 ay 09 gün) 55 il 01 ay 21 yaşdan əmək pensiyası hüququ yaranmış olur. İddiaçı xx.xx.1963-cü il tarixində doğulduğundan, pensiya hüququnun yarandığı yaş həddi xx.xx.2018-ci il tarixdə tamamlanır. Odur ki, xx.xx.2018-ci ildən iddiaçının yaşa görə güzəştli şərtlərlə pensiya hüququ əmələ gəlir. Yuxarıda göstərilən və istinad edilən qanunvericilik normasında (Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzetində dərci: 1 iyul 1997-ci il, nömrə 135) ilə Qanunun qeyd edilən 13-cü maddəsinin a) bəndində) iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərin gü zəştli şərtlərlə pensiya hüququ yaranır və həmin müddəada ümumi iş (sığorta) stajı ilə bağlı hər hansı bir şərt nəzərdə tutulmamışdır.

12. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın iddianın təmin olunmamış hissəsində qismən ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Eyni zamanda həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-219/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: P.A.Hüseynov, hakimlər: C.A.Yusifov və Ş.A.Məmmədova) İddiaçı tərəfindən ver ilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6916/2023 nömrəli, 04 may 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddianın təmin edilməməsi qərara alınmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş (hazırkı halda xx.xx.1997-ci ilədək) qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, iddia çı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi stajı həmin normanın qüvvədə olduğu xx.xx.1997-ci ilədək qazanmış olsun. Belə ki, xüsusi staj həmin Qanunun 13-cü maddəsinin “a” və “b” bəndlərinin axırıncı abzaslarında göstərilsə də, bu, qeyd olunan halda ümumi staja aid tələbin ümumiyyətlə nəzərdə tutulmaması anlamına gəlmir. Bu, sosial ədalət prinsipinə zidd hesab edilir (iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edildiyi halda, kişilər 50 yaşına çatdıqda, azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalarının və qadınlar 45 yaşına çatdıqda, azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışmalarının tələb edilməsi, habelə ümumi iş stajı tələb edilmədən yalnız 1 il güzəştli iş stajı olan şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi). Qeyd olunan halda ümumi staja olan tələb həmin Qanunun 13-cü maddəsinin “a” bəndində müəyyən edilmişdir (azı 20 il iş stajı). İş materiallarında olan sənədlərdən isə görünür ki, iddiaçının xx.xx.1997-ci ilədək təhsil dövrü də daxil olmaqla ümumi iş stajı 20 ildən azdır (xx.xx.1979xx.xx.1984 (təhsil), xx.xx.1984-xx.xx.1997). Bundan başqa, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının xx.xx.2006-cı ilədək güzəştli iş stajı 10 ildən azdır (xx.xx.1984-xx.xx.1986, xx.xx.1986- xx.xx.1990, xx.xx.1993-xx.xx.1995, xx.xx.1995xx.xx.1 995). Göründüyü kimi, iddiaçının xx.xx.1997-ci il tarixədək qüvvədə olan normanın tələblərinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-219/2024 nömrəli, xx.xx.2024-cü tarixli qərarının ləğv edilməsinə, iddia tələbinin tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh imtinanın və apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2-1(103)-219/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. a) Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehs alatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir ( 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır) (xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyası). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarix li 321-İQD №-li Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzetində dərci: 1 iyul 1997-ci il, № 135) ilə Qanunun qeyd edilən 13-cü maddəsinin a) və b) bəndlərinin axırıncı abzası (4-cü) qanundan çıxarılana qədər qüvvədə olan müddəasında nəzərdə tutulurdu ki, “iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir” (Həmin Qanunun 12ci maddəsinə əsasən ümumi əsaslarla pensiya yaş həddi kişilər üçün 60 yaş, qadınlar üçün 55 yaş nəzərdə tutulmuşdur). Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsa sən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia qismən təmin olunmalıdır.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın qismən təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

26. Hazırda, iddiaçının hüquqi marağı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndində göstərilən zərərli bəndin qeyd olunan, 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasını ona münasibətdə tətbiq etməklə, 51 il 6 ay 27 yaşdan (gündən) (60 yaş – 8 il 5 ay 3 gün 1 nömrəli siyahı üzrə 1 avqust 1997-ci ilə qədər olan güzəştli staj), yəni pensiya hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsidir.

27. Hazırkı işin halları ilə müəyyən edilir ki, iddiaçının xüsusilə zərərli və ağır olan işlərdə iş stajı 8 il 5 ay 3 gün (xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il və xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Cavabdeh də həmin dövrlərdə iş stajının 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj olmasını təsdiq etmişdir. 28. ”Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin 1-ci hissəsinin a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı ü zrə kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir ( 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır). 29. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD №-li Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzetində dərci: 1 iyul 1997-ci il, № 135) ilə Qanunun qeyd edilən 13-cü maddəsinin a) və b) bəndlərinin axırıncı abzası (4cü) qan undan çıxarılana qədər qüvvədə olan müddəasında nəzərdə tutulurdu ki, “iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir” (Həmin Qanunun 12ci maddəsinə əsasən ümumi əsaslarla pensiya yaş həddi kişilər üçün 60 yaş, qadınlar üçün 55 yaş nəzərdə tutulmuşdur).

30. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndində göstərilən iş stajı, yəni, 10 il toplanmadığından (8 il 5 ay 3 gün təşkil etdiyindən) həmin bəndin qeyd olunan, 1 iyul 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzası ona münasibətdə t ətbiq edilməlidir. Həmin abzasın yuxarıda qeyd olunan tələbindən isə göründüyü kimi, “iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir”.

31. Belə olan halda, iddiaçının İstismar avadanlığının kirayə təmiri sexində neft və qaz hasilatı obyektlərində bilavasitə avadanlıqların quraşdırılması, təmiri və xidməti üzrə 4-cü dərəcəli təmirçi çilingər işlədiyi xx.xx.1984-cü ildən qeyd olunan Qanunun 13-cü maddəsinin a) bəndinin axırıncı abzası qüvvədən düşdüyü xx.xx.1997-ci il tarixə qədər, onun topladığı 8 il 5 ay güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı nəzərə alınaraq həmin müddət, onun həmi n Qanunun 12-ci maddəsində ümumi əsaslarla nəzərdə tutulan pensiya yaş həddindən (yəni 60 yaşdan) çıxılmaqla azaldılmalıdır. Belə olan təqdirdə iddiaçının 51 yaş 7 aydan (yaşdan) əmək pensiyası hüququ yaranmış olur. İddiaçı xx.xx.1963-cü il tarixdə doğulduğundan, pensiya yaşından (60 yaşdan) 8 il 5 ay güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı çıxıldığından pensiya hüququ xx.xx.2014-cü il tarixdən yaranmış olur. Odur ki, xx.xx.2014-cü ildən iddiaçının yaşa görə güzəştli şərtlərlə pensiya hüququ əmələ gəlir.

32. Ümumi iş stajına münasibətdə kollegiya qeyd edir ki, iddiaçının təhsil və əmək kitabçasında əks olunmuş əmək fəaliyyəti daxil olmaqla ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 26 ildən (ən azı 25 ildən) çoxdur.

33. Odur ki, iddiaçı 51 il 7 aydan (51,7 yaşdan), yəni hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı tələbində haqlı olduğundan bu hissədə iddia təmin edilməli, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

34. Məhkəmə kollegiyası təyin edilən pensiyanın hansı tarixdən hesablanaraq ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı ilk dəfə 7 noyabr 2019-cu il tarixdə cavabdehə müraciət etmiş, sonuncu dəfə isə iddiaçının müraciəti 12 yanvar 2023-cü il tarixdə olmuşdur. 35. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmam aqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

36. Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 01 iyul 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin e dilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. 37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

38. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin madd ənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.. Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Lakin hazırkı işlər üzrə kasasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını, ərizəçilərin müvafiq tarixlərdə pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müraciət etməmələrinin səbəblərini nəzərə almadan, yalnız həmin məhkəmənin yuxarıda qeyd edilmiş qərardadına əsaslanmaqla iddiaları rədd etmişdir”.

39. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarına əsasən işin faktiki halı ilə bağlı bildirir ki, iddiaçının əmək pensiyası hüququ 2017-ci il 1 iyul tarixdən əvvəl yaranmaqla yanaşı, o, bu hüququn reallaşdırılması üçün həmin tarixdən əvvəl inzibati orqana müraciət etməsinə dair hər hansı sübut təqdim etməmiş, belə müraciəti olmasını ümumiyyətlə bildirməmişdir.

40. Beləliklə, iddiaçının 1 iyul 2017-ci il tarixdən, həmçinin 1 yanvar 2019-cu il tarixdən əvvəl inzibati orqana müraciət etməsi işdə olan hər hansı sübutla təsdiq olunmamışdır.

41. Yuxarıda qeyd olunduğu kimi iddiaçının cavabdeh orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair müraciəti xx.xx.2019-cu il tarixdə daxil olduğundan, öd ənilmənin əvvəli müraciətdən əvvəlki üç il nəzərə alınmaqla xx.xx.2016-cı il tarixdən hesablanmalıdır.

42. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2-1(103)-219/2024 nömrəli qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı 51 il 7 aydan (51,7 yaşdan), yəni hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və xx.xx.2016-cı il tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiya sı QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2024-cü il tarixli, 21(103)-219/2024 nömrəli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı 51 il 7 aydan (51,7 yaşdan), yəni hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2016-cı il tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar