Məhkəmə qərarları › İş №2-1(102)-1888/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1888/2019

04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1888/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri NizamiRayon Polis İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, üçüncü şəxs 3 və onun vəkilinin iştirakı ilə İddiaçı Cavabdehnə və üçüncü şəxslər üçüncü şəxs 1na, üçüncü şəxs 2na və üçüncü şəxs 3naqarşı yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılma tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının 2-1(103)-564/2019 saylı, 28 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1953-cü il təvəllüdlü üçüncü şəxs 3, xx.xx.1992-ci il təvəllüdlü üçüncü şəxs 1nun, xx.xx.1989-cu il təvəllüdlü üçüncü şəxs 2nın ünvan 1 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə olunmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinionunlaəsaslandırmışdırki, cavabdeh Nizami RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları tərəfindən qeydiyyat məsələsi həll edilərkən qanunsuz hərə kətlərə yol verilmişdir.Belə ki, qeydiyyat üçün əsas olmayan Nizami rayon İcra Hakimiyyəti başçısının **** saylı, 25.03.1993-cü il tarixli sərəncamı əsasında iş üzrə üçüncü şəxslər xx.xx.1953-cü il təvəllüdlü üçüncü şəxs 3, xx.xx.1992-ci il təvəllüdlü üçüncü şəxs 1 və xx.xx.1989-cu il təvəllüdlü üçüncü şəxs 2 29.01.2018-ci il tarixdə iddiaçının qeydiyyatda olduğu ünvan 1 saylı fərdi yaşayış evinə qeydiyyatda alınaraq onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələri verilmişdir. Sözügedən sərəncam vətəndaş üçüncü şəxs 1nun ünvan 1 nömrəli özbaşına tikilmiş evə öz ailə üzvləri ilə qeydiyyata alınması haqqındadır. Həmin sərəncamda qeyd edilmişdir ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə vətəndaş üçüncü şəxs 1 müraciət edərək ünvan 1 nömrəli özbaşına tikdiyi evə öz ailə üzvləri ilə daimi pasport qeydiyyatına alınması üçün icazə verilməsini xahiş etmişdir. RİH-nin vətəndaşların pasport qeydiyyatına alınması üzrə komissiyası təqdim edilən sənədlərə əsasən müəyyən etmişdir ki, vətəndaş üçüncü şəxs 1 öz ailə üzvləri ilə həmin ünvanda 1966-ci ildən yaşayır. RİH Azərbaycan SSR Nazirlər Sovetinin 23.09.1974-cü il tarixli 317 nömrəli qərarına və Bakı şəhər XDS-nin 15.03.1966-cı il tarixli 2/553 nömrəli qərarına əsasən rayon İcra Hakimiyyətinin vətəndaşların pasport qeydiyyatına alınması üzrə komissiyasının rəyini nəzərə alaraq vətəndaş üçüncü şəxs 1un qeyd edilən özbaşına tikilmiş evə öz ailə üzvləri ilə daimi pasport qeydiyyatına alınması barədə sərəncam vermişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının **** saylı 25.03.1993-cü il tarixli sərəncamı nın ilk iki bəndində ünvan 1 nömrəli evin özbaşına tikili olması, üçüncü şəxs 1un həmin özbaşına tikilidə ailə üzvləri ilə 1966-cı ildən yaşaması, həmin özbaşına tikiliyə ailə üzvləri ilə daimi pasport qeydiyyatına alınması üçün icazə verilməsini xahiş etdiyi qeyd edilmişdir.üçüncü şəxs 1 iddiaçının keçmiş əridir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-375/2013 saylı 29.05.2013-cü il tarixli qətnaməsi ilə üçüncü şəxs 1 ilə iddiaçı arasında Bakı şəhəri Nərimanov VVAQD şöbəsində xx.xx.1985-ci il tarixdə **** nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Göründüyü kimi, üçüncü şəxs 1nun ailə üzvü İddiaçı olmuşdur və bu sərəncam mübahisəli evdə 1966-cı il tarixdən yaşayan və 1985-ci il tarixdən rəsmi nikahda olan üçüncü şəxs 1a və iddiaçıya aiddir. xx.xx.1948-ci il təvəllüdlü üçüncü şəxs 1 iddiaçı ilə xx.xx.1985-ci il tarixdən rəsmi nikahda olmağına baxmayaraq qeyri-rəsmi olaraq xx.xx.1953-cü il təvəllüdlü üçüncü şəxs 3 ilə ailə qurmuş və onların faktiki nikahından xx.xx.1992-ci il təvəllüdlü üçüncü şəxs 1 və xx.xx.1989-cu il təvəllüdlü üçüncü şəxs 2 adlı iki övladları doğulmuşdur. üçüncü şəxs 1 ünvan 1 ünvanında qeydiyyatda olmağına baxmayaraq 1994-cü ildən etibarən həmin ünvanda yaşamır. O, öz övladları və faktiki həyat yoldaşı ilə birlikdə 1994-cü ildən etibarən ünvan 2 ünvanında yaşayır. Bundan əlavə üçüncü şəxs 1 tərəfindən 25.05.2012-ci il tarixdə Nizami RPİ-nə «üçüncü şəxs 1nun və üçüncü şəxs 2nın ünvan 1 ünvanına qeydiyyata alınmalarına dair» müraciətləri təmin edilməmişdir. Sonradan üçüncü şəxs 1, üçüncü şəxs 1 və üçüncü şəxs 2 tərəfindən 18.06.2012-ci il tarixdə Nizami RPİnə və 3-cü şəxs iddiaçı olmaqla qarşı «Nizami RPİ-nin hərəkətlərinin qanunsuz hesab edilməsi və üçüncü şəxs 1nun, üçüncü şəxs 2nın ünvan 1 saylı evə qeydiyyata alnmaları vəzifəsinin Nizami RPİ-nin üzərinə qoyulması» barədə iddialarıBakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1inz(103)-119/2014 saylı 23.01.2014-cü il tarixli qərarı ilə iddiaçılar üçüncü şəxs 1un və üçüncü şəxs 2nın cavabdeh Nizami RPİ-nə qarşı (üçüncü şəxs İddiaçı) cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və üçüncü şəxs 1un və üçüncü şəxs 2nın iddiaçı üçüncü şəxs 1a məxsus mənzilə pasport qeydiyyatına düşməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair hissədə iddia mümkün sayılmamış, iddiaçı üçüncü şəxs 1un cavabdeh Nizami RPİ-nə qarşı cavabdehin hərəkətinin qanunsuz h esab edilməsi tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-620/14 saylı 04.06.2014-cü il tarixli qərarı ilə iddiaçı üçüncü şəxs 1nun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21inz(103)-119/2014 saylı 23.01.2014-cü il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə Nizami RPİ-nin hərəkətinin (5246-B-93 saylı 31.05.2012-ci il tarixli və 9/219974 saylı 28.09.2012-ci il tarixli məktublar) qanunsuz hesab edilməsi hissəsində üçüncü şəxs 1un iddia tələbi təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3438/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qərarı (hakim - X.X.İmanov) ilə iddia təmin edilm əmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-564/2019 saylı, 28 fevral 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – Ü.A.Maylov, hakimlər – M.N.Tağızadə və K.N.Abiyeva)ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3438/2018 saylı, 17 sentyabr 2018-ci il tarixliqərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 fevral 2019-cu tarixli qərarını ləğv edib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki,apelly asiya instansiyası məhkəməsi faktları düzgün araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, nəticə etibarı ilə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsini təfsir və təhrif etmişdir, «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanununu tətbiq etməli olmadığı halda tətbiq etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 180.1, 180.2-ci maddələrini, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1, 2, 5, 8-ci maddəsinin 1-ci bəndini, 9-cu maddəsinin 6-ci bəndini, Nizami rayon İcra Hakimiyyəti Başçısının **** saylı 25.03.1993-cü il tarixli sərəncamını, Nizami rayon Polis İdarəsinin 9/219974 saylı 28.09.2012-ci il tarixli və 5246-B-93 saylı 31.05.2012-ci il tarixli cavab məktublarını, Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-linz(103)-l 19/2014 saylı 23 yanvar 2014-cü il tarixli qərarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 620/14 saylı 04 iyun 2014-cü il tarixli qərarını, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 maddəsini və 8-ci maddəsinin 1-ci hissəsini, Avropa Məhkəməsinin ‘Marks Belçikaya qarşı” və "Babilonova Slovakiyaya qarşı" işlər üzrə qərarlarını, Avropa İnsan Hüquqları üzrə Konvensiyanın 6-cı maddəsini (ədalətli məhməkə araşdırılması hüququnu) tətbiq etməli olduğu halda tətbiq etməmiş, bununla da qanunsuz və əsassız qərar çıxarmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında üçüncü şəxs və onun vəkili şikayətin təmin edilmədən, qanu ni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, ünvan 2 ünvanına üçüncü şəxs 1ünvan 3 əsasında, üçüncü şəxslər üçüncü şəxs 3, üçüncü şəxs 1, üçüncü şəxs 2isə mənzildə qeydiyyatda olmuş üçüncü şəxs 1nun notarial qaydada təsdiq olunmuş yazılı razılığı əsasında yaşayış yeri üzrə qeydiyyata alınaraq onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələri verilmişdir. İddiaçı hazırkı iddiasında mübahisəli evdə qeydiyyatda olmuş üçüncü şəxs 1 ilə rəsmi nikahda olmasını, üçüncü şəxs 1nun, üçüncü şəxs 1nun və üçüncü şəxs 2nın ünvan 1 saylı evə qeydiyyata alınmaları barədə iddialarınıntəmin edilməməsini əsas götürərək, iş üzrə üçüncü şəxslərin göstərilən ünvana qeydiyyata alınmalarını qanunsuz hesab edərək, onların qeydiyyatdan çıxarılmaları barədə ərizə ilə Cavabdehnə müraciət etmiş, cavabdeh inzibati orqanın 06.07.2018-ci il tarixli ***-*******-3218 nömrəli məktubu ilə ona imtina edilmiş, əsas kimi qeydiyyatın «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin tələblərinə uyğun olaraq, Nizami RİH-nin **** saylı 25.03.1993-cü il tarixli sərəncamı və üçüncü şəxs 1nun notarial qaydada təsdiq edilmiş 23.01.2018-ci il tarixli razılıq ərizəsi əsasın da aparıldığı qeyd edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmay araq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin göstərilən normalarına görə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsas təşkil edir. Bu mənada, kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri ünvan 3 və üçüncü şəxs 1nun yazılı razılığı üçüncü şəxslərin mübahisəli ünvana yaşayış yeri üzrə qeydiyyata alınmaları üçün qanuni əsas təşkil etmişdir. Çünki, Bakı şəhəri ünvan 3 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş mənada yaşayış sahəsinə köçmək üçün əsas verən Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd kimi qəbul edilə bilər. Həmin sərəncamın məzmununda isə müəyyən edilir ki, üçüncü şəxs 1nun mübahisəli evə öz ailə üzvləri ilə birlikdə daimi pasport qeydiyyatına alınmaları qərara alınmışdır. İş üzrə üçüncü şəxslər üçüncü şəxs 1nun ailə üzvləri olduğundan və bu barədə onun özünün yazılı razılığı da mövcud olduğundan cavabdehin üçüncü şəxslərin qeydiyyata alınmasına dair hərəkəti qanuni olmuşdur. Digər tərəfdən isə qanunvericiliyin tələbləri baxımından üçüncü şəxslərin pasport qeydiyyatına alınmaları üçün iddiaçının razılığı da tələb olunmur. Kollegiya həmçinin hesab edir ki, hazırkı iş üzrə iddianı təmin etməyə əsasən verən «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcudluğunun müəyyən olunmadığına dair apellyasiya məhkəməsinin gəldiyi nəticə də düzgün olmuşdur. İş üzrə əvvəllər çıxarılmış məhkəmə qərarlarına münasibətdə isə kollegiya qeyd edir ki, həmin məhkəmə aktlarının mövcudluğu üçüncü şəxslərin qeydiyyata alınmalarına maneə təşkil etmir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1(103)-564/2019 saylı iş üzrə 28 fevral 2019-cu il tarixl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar