Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1888/2020 20.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı Qubadlı Rayon İcra Hakimiyyəti və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Qubadlı Rayon İcra Hakimiyyəti və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdır ılması şöbəsinin müdiri Cavabdeh3 qarşı “məcburi köçkün statusunun verilməsi və uşağa yemək xərci müavinətinin təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-203/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qubadlı rayonundan məcburi köçkün X1 ilə ailə münasibətlərindən anadan olmuş oğlu xx.xx.2008ci il təvəllüdlü X2 məcburi köçkün statusunun verilməsinin və uşağa yemək xərci müavinətinin təyin edilməsinin Qubadlı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi və 11 il ərzində qanunsuz olaraq ödənilməmiş yemək xərci müavinətinin hesablanaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1869/2019 saylı, xx.xx.2019cu il tarixli qərardadı ilə (hakim-İddiaçı) iddia mümkün sayılmamışdır.
3. İddiaçı qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-203/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – F.G.Zeynallı, hakimlər – Z.İ.Məmmədov və F.Ə.Məmmədov) apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məh kəməsinin 2-1(085)-1869/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Məhkəmə qərardadını iddiaçı xx.xx.2020-ci il tarixində almışdır.
6. İddiaçı xx.xx.2020-ci il tarixində həmin qərardaddan kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-203/2020 nömrəli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılaraq işin yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Kass asiya şikayətinin mümkünlüyü
8. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və vəkilin orderi şikayətə əlavə olunmamışdır.
9. İddiaçıya bununla bağlı bildiriş göndərilmiş, ona məhkəmə iclasının təyin olunduğu xx.xx.2020-ci il tarixinədək göstərilən nöqsanın aradan qaldırılması, yəni vəkil tərəfindən imzalanmış kassasiya şikayətini və vəkilin orderini məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsin i mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
12. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.
13. Həmin Məcəllənin 90.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, kassasiya şikayəti üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq proses sual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
15. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
16. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə iclasınadək vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini, o cümlədən vəkilin orderini məhkəməyə təqdim etməmişdir.
18. Belə olan halda, hazırkı qərarın 15-16-cı bəndlərində göstərilən normaların tələblərinə görə kassasiya şikayəti mümkün sayıla bilməz.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 90, 94 və 96-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-203/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərar qətidir.