Məhkəmə qərarları › İş №2-1(102)-1888/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1888/2021

28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1888/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və İddiaçı2 Şəki rayonu Daşüz bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlüyü ilə bağlı işin hallarına düzgün qiymət verilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki rayonu Daşüz bələdiyyəsinə qarşı “Şəki rayonu Daşüz bələdiyyəsinin 22.07.2020-ci il və 31.08.2020-ci il tarixli iclaslarının qərarlarının İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 2-1(107)-287/2021 nömrəli qərar və qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Şəki rayonu, Daşüz bələdiyyəsinin 20.02.2020-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarışa əsasən, Daşüz bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaqlarından 40.0 ha örüş torpaq sahəsinin müsabiqəyə çıxarılması və qeyd olunan torpaq sahəsinin 15 il müddətinə hər bir hektarı üçün 20.0 manat icarə haqqının müəyyən edilməsi qərara alınmışdır.

2. Şəki rayonu Daşüz bələdiyyəsinin 12.06.2020-ci il tarixli, 09 saylı iclas protokoluna əsasən, İddiaçı2 maldarlıqla məşğul olmaq üçün 15 il müddətinə 4.62 ha, İddiaçı1 isə 40.0 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi qərara alınmışdır.

3. Daşüz bələdiyyəsinin 22.07.2020-ci il tarixli, 12 saylı iclas protokoluna əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinin bələdiyyəyə ünvanladığı 16.07.2020-ci il tarixli məktubların müzakirəsi aparılmışdır. İdarə tərəfindən bələdiyyənin 12.06.2020-ci il tarixli, 09 saylı iclas protokolunda olan aktlara inzibati nəzarət qaydasında baxılmışdır. Məlum olmuşdur ki, torpaqların icarəyə verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəblə də X1 Regional Ədliyyə İdarəsinin məktubların ı nəzərə alaraq hazırkı iş üzrə sözügedən torpaq sahələrinin iddiaçılara icarəyə verilməsi ilə bağlı qərarların ləğv edilməsini qərara almışdır.

4. Daşüz bələdiyyəsinin 31.08.2020-ci il tarixli, 14 saylı iclas protokoluna əsasən, Şəki Regional Ədliyyə İdarəsinin tövsiyə xarakterli məktubunu nəzərə alaraq bələdiyyə 20.02.2020-ci il tarixli, 03 saylı iclas protokolunda olan ikinci məsələ (torpaq sahəsinin 15 il müddətinə hər bir hektarı üçün 20.0 manat icarə haqqının müəyyən edilməsi) ilə əlaqədar vermiş olduğu qərarın ləğv edilməsi barədə qərar qəbul etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki rayonu Daşüz bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki rayonu Daşüz bələdi yyəsinin 22.07.2020-ci il və 31.08.2020-ci il tarixli iclaslarının qərarlarının İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu Daşüz Bələdiyyəsinin 12.06.2020-ci il tarixli 09 saylı iclasında 15 il müddətinə İddiaçı2 illik icarə haqqı 94 manat olmaqla 4.62 ha və İddiaçı1 illik icarə haqqı 805 manat olmaqla 40 ha torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. Qərarın verilməsi üçün əsas 14.05.2020 və 11.06.2020-ci il tarixlərdə keçirilən hərraclar olmuşdur. Hərracların qalibləri müvafiq olaraq İddiaçı2 və İddiaçı1 olmuşlar. Daha sonra qanunvericiliyin tələb etdiyi ş əkildə həmin şəxslərə torpaq sahələrinin icrayə verilməsi barədə X3 Xidmət Mərkəzinin Notariat Ofisində müqavilələr bağlanaraq notariat qaydasında təsdiqlənmişdir. Həmin müqavilələr əsasında İddiaçı1 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınmışdır. Şəki Regional Ədliyyə İdarəsi tərəfindən Daşüz Bələdiyyəsinin sənədləri inzibati nəzarət qaydasında yoxlanılaraq torpaq sahələrinin icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılması barədə qərarların ləğv edilməsi təklif edilmişdir. Şəki rayonu X1 Regional Ədliyyə İdarəsinin təkliflərini müzakirəyə çıxararaq 22.07.2020-ci il tarixli qərarla 12.06.2020-ci il tarixli qərarını və 31.08.2020-ci il tarixli 14 saylı iclasında 20.02.2020-ci il tarixli 03 saylı iclasının gündəliyində olan ikinci məsələ üzrə 40 ha və 4.62 ha torpaq sahələrinin icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılması barədə qərarlarını ləğv etmişdir. Şəki Regional Ədliyyə İdarəsi eyni zamanda Daşüz Bələdiyyəsinə müraciət edərək, keçirilmiş hərracların protokolları üzrə qəbul edilmiş qərarların və şəhadətnamələrin etibarsız hesab edilməsi və icarə müqavilələrinin ləğv edilməsi üçün məhkəməyə müraciət edilməsi zəruriyyətini bildirmişdir. Lakin Bələdiyyə məhkəməyə müraciət etməkdən imtina etdiyi üçün Şəki Regional Ədliyyə İdarəsi həmin tələblə Şəki rayon Məhkəməsinə müraciət etmişdir.

7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etməmişdir.

8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-316/2021 saylı 19 aprel 2021-ci il tarixli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların ləğvini tələb etdiyi bələdiyyə qərarları yuxarıda qeyd olunan qanunvericilik normalarına riayət edilməklə qəbul edilmiş, iddiaçılara torpaq sahələrinin verilməsi barədə olan qərarlar bələdiyyənin beş üzvünün xəbəri olmadan qəbul olunmuş, bələdiyyə yetərsay olmadan iclas keçirərək qərar qəbul etmişdir. İnzibati nəzarət orqanı tərəfindən qeyd olunan nöqsan müəyyən olunmuş, bələdiyyəyə torpaq ayrılması barədə qərarların ləğv edilməsi təklif olunmuş, bələdiyyə də müvafiq olaraq mübahisələndirilən qərarları ilə səlahiyyətsiz iclasda verilmiş qərarları ləğv etmişdir. İddiaçılara torpaq sahələrinin icarəyə verilməsi barədə qərarlar səlahiyyətsiz iclasda verildiyi üçün ayrıca olaraq ümumiyyətlə torpaq sahələrinin ayrılması barədə digər məsələlərə qiymət verilməsinə ehtiyac qalmamışdır. Məhkəmə həmçinin qeyd et mişdir ki, qərarların ləğvi barədə iddia təmin olunmadığı üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi hissəsində də iddia təmin edilə bilməz.

10. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-316/2021 saylı 19 aprel 2021-ci il tarixli qərarından iddiaçılar apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. b. apellyasiya instansiya məhkəməsindəki icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 21(107)-287/2021 nömrəli qərardadı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və E.Ş.Hüseynov) iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi iddia tələbi Şəki rayonu Daşüz bələdiyyəsinin 22.07.2020-ci il və 31.08.2020-ci il tarixli iclas qərarlarını n İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar tərəfindən ləğvi tələb olunan Şəki rayonu Daşüz bələdiyyəsinin 22.07.2020-ci il və 31.08.2020-ci il tarixli iclas qərarları məhkəmədə iddia qaldırana qədər ləğv edildiyindən iddia tələbi həmin hissədə mümkün sayılmamalıdır.

13. Məhkəmənin eyni saylı və eyni tarixli qərarı ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)316/2021 saylı qərarı “Şəki rayonu Daşüz bələdiyyəsinin 22.07.2020-ci il və 31.08.2020-ci il tarixli iclaslarının qərarlarının İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilmiş, qərar ləğv edilməmiş hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıların ilkin tələbi mümkün sayılmadığından, ikinci tələb, yəni hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir.

15. İddiaçılar apelyasiya instansiyası məhkəməsinin qərar və qərardadından kassasiya şikayəti verərək onların ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızıdır. Belə ki, Daşüz bələdiyyəsinin 22.07.2020-ci il və 31.08.2020-ci il tarixli iclas qərarlarının nə məhkəmədə iddia qaldırılanadək, nə də qaldırıldıqdan sonra ləğv edilməsi ilə bağlı sübut yoxdur. Buna baxmayaraq, məhkəmə əsassız olaraq iddia tələbini mümkün saymamışdr. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplam ağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsas landırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qər ar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən m addi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

22. Belə ki, iddiaçıların birinci tələbi Şəki rayonu Daşüz bələdiyyəsinin 22.07.2020ci il və 31.08.2020-ci il tarixli iclaslarının qərarlarının onlara münasibətdə ləğv edilməsidir.

23. Bununla bağlı qeyd olunmalıdır ki, iş materiallarında 22.07.2020-ci il və 31.08.2020-ci il tarixli iclasların protokolları olsa da, həmin iclas nəticəsində qəbul edilmiş qərarlar iş materiallarında mövcud deyildir. Əslində, iddiaçıların hüquqi marağı məhz həmin qərarların (inzibati aktların) ləğv edilməsinə yönəlib. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi qərarların iş materiallarında olmamasını nəzərə almamış, həmçinin iddiaçılara hüquqi maraqlarına uyğun iddia tələbi formalaşdırmaqda yardım etməmişdir. Belə ki, iclas qərarlarının l əğvi anlayışı ümumi ifadədir və iddia tələbi konkret inzibati aktın ləğvi kimi formalaşmalıdır.

24. Bundan əlavə, işə baxan apellyasiya instansiya məhkəməsi Daşüz bələdiyyəsinin 22.07.2020-ci il və 31.08.2020-ci il tarixli iclas qərarlarının məhkəmədə iddia qaldırana qədər ləğv edilməsinə istinad edərək iddia tələbinin həmin hissədə mümkün sayılmaması nəticəsinə gəlsə də, iş materiallarında həmin qərarların ləğvinə dair sübut yoxdur. Belə olan halda, məhkəmənin gəldiyi nəticənin hansı mötəbər sübuta əsaslanması aydın deyildir. 25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına əsasən, məhkəmələr mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidmət i vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur.

26. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdırmadan, iddiaçıların mübahisələndirdiyi qərarları tələb etmədən, həmçinin həmin qərarlar ləğv edildiyi halda, buna dair sübutu iş materiallarına əlavə etmədən iş üzrə nəticəyə gəlmişdir.

27. İddiaçıların ikinci tələbi, yəni hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi isə ilk tələbə bağlı olduğundan, bu tələbə, təkrar baxışda iddia mümkün sayıldığı halda birgə qiymət verilməlidir.

28. Qeyd edilənlərə əsasən, iddiaçıların kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı və qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

29. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi məhkəmə tərkibinin yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə almaqla iddianın mümkünlüyü məsələsinə qiymət verməlidir.

30. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ İddiaçıların kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 21(107)-287/2021 nömrəli qərarı və qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar