Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1888/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınaraq həmin sahəyə dair çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.2013-cü il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Q ırmızıkənd” ərazisinin bağçılıq üçün ayrılmış 146A torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınaraq həmin sahəyə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-265/2023 nömrəli, 6 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “İnşaatçı” bağçılıq birliyinin xx.xx.1996-cı il tarixli, 02 nömrəli protokol – qərarı ilə “Qırmızı kənd” ərazisində bağçılıq üçün birliyin üzvü X4 450 kv.m. torpaq sahəsi bağ evi üçün ayrılmışdır. 2. "xxxx" Səhmdar Cəmiyyəti 3 nömrəli Müəssisənin bağçılıq yoldaşlığının sədri Məmmədov H.A tərəfindən verilmiş tarixsiz və nömrəsiz arayışda iddiaçıya Trestə ayrılmış torpaq sahəsindən 146A nömrəli sahə verildiyi göstərilir.
3. İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu, sahə 146 ünvanında yerləşən 400 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehə müraciət etmişdir.
4. Cavabdeh müraciətin təmin olunmasından imtina etmiş və iddiaçıya xx.xx.2022ci il tarixli, **********64 nömrəli məktubla cavab verərək bildirilmişdir ki, müraciətə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əlavə edilməmiş, həmçinin “İnşaatçı” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının müraciətini təmin etmək mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ M ƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qırmızıkənd” ərazisinin bağçılıq üçün ayrılmış 146A sahəsinə dair mülkiyyət hüququnun qeydə alınaraq həmin sahəyə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 3 nömrəli T.Q.T-nin Kiçik Mexanizasiya sahəsində 3-cü dərəcəli sürücü vəzifəsində işləmiş və 3 nömrəli trestin "İnşaatçı" bağçılıq yoldaşlığının üzvü olmuşdur. X5 xx.xx.1996-cı il tarixli 2 nömrəli protokolu əsasında "Qırmızıkənd" ərazisinin bağçılıq üçün İnşaatçı Birliyinə ayrılmış sahədən iddiaçıya torpaq sahəsi bağ e vi üçün ayrılmışdır. İddiaçının həmin torpaq sahəsi üzərində hüququnu qeydiyyata almaqdan cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçıda torpaq sahəsinin ayrılmasına dair bütün sənədlər var və əgər arxivdə onun surəti tapılmırsa, bu artıq vətəndaşın deyil, inzibati orqanın məsuliyyətidir.
7. Gəncə İnzibati Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 2-1(114)-2721/2022 nömrəli qərardadı ilə (hakim Z.A.Quliyev) iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, 7 iyul 1970-ci il tarixdə qəbul edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinə əsasən, kollektiv bağçılıq üçün torpaqlar Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında dövlət ehtiyatından, kollektiv bostançılıq üçün torpaqlar isə şəhər xalq deputatları soveti icraiyyə komitəsinin qər arı əsasında, şəhərlərin yaxın illərdə tikinti işləri üçün və ya başqa ehtiyaclar üçün ayrılmamış boş torpaqlarından və qəsəbə, kənd xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan qaydada ayrılmış dövlət ehtiyatı torpaqlarından istifadəyə verilir. 8.1. Həmin Torpaq Məcəlləsinin 13, 23, 24, 97-ci maddələrinin tələblərinə görə, kollektiv bağçılıq-bostançılıq üçün torpaqlar ayrılarkən torpaq sahəsinin sərhədləri naturada (yerində) müəyyən edilməli, torpaqdan istifadə hüququ dövlət aktı forması ilə təsdiq edilməli və yalnız müəyyən edilmiş ölçülərdə və məqsədlə istifadə olunmalıdır. Bağçılıq yoldaşlığının üzvlüyünə qəbul olunma və və hər bir üzvünə torpaq sahəsinin ayrılması müvafiq qaydada rəsmiləşdirilməlidir. 8.2. Məhkəmənin ap ardığı araşdırma ilə iddiaçıya torpaq sahəsinin ayrılması zamanı bu tələblərə riayət olunmadığı, torpaq sahəsinin iddiaçının faktiki sahibliyində və istifadəsində olmadığı, ümumiyyətlə, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində başqa şəxslərin hüquqlarının dövlət reyestrində qeydiyyata alındığı (2-1(114)-1451/2021 nömrəli inzibati işdəki (səh 9-da) cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar) müəyyən edilmişdir. 8.3. İddiaçının təqdim etdiyi müvafiq protokol-qərar əsasında ona torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman sahənin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. 8.4. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir.
9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) apellyasiya inst ansiyası məhkəməsindəki icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-265/2023 nömrəli, 6 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər: R.Mamedov /sədrlik edən və məruzəçi/, F.Mehtiyev və A.İsgəndərova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 2-1(114)-2721/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququnu istisna edir.
12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində xx.xx.1991-ci ildən (köhnə redaksiyada) xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci, 20-ci, 23-cü, 29-cu, 30-cu maddələrinə istinad edilərək qeyd edilmişdir ki, keçmiş Kirovabad şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 19 nömrəli qərarına əsasən 9 ha torpaq sahəsi “Azərsənayetikinti“ 3 №-li Tikinti-Quraşdırma Trestinin “İnşaatçı” Bağçılıq yoldaşlığı birliyinə verilmişdir. “İnşaatçı” X5 3 nömrəli Tikinti-X6 yoldaşlığına üzv olan 25 nəfərinə 450 kv.metr həyətyanı torpaq sahəsi ayrılmış, iddiaçının adı 25 nəfərlik siyahıda 25-ci olmuşdur və 3 №-li Tikinti-Quraşdırma Trestinin “İnşaatçı” Bağçılıq yoldaşlığı birliyinin xx.xx.1996-cı il tarixl i 02 №-li protokoldan çıxarışa və layihəyə əsasən Gəncə şəhəri Kəpəz rayonu “Qırmızı kənd” ərazisində bağ evi tikintisi üçün 146 №-li, 450 kv.metr torpaq sahəsi iddiaçıya verilmişdir. Həmin vaxtlarda torpaq sahəsinin yeri iddiaçıya göstərilmişdir. İddiaçı sənədlərini keçmiş Dövlət Torpaq və Torpaq Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinə təqdim etmiş, lakin iddiaçının sənədləri əsasında torpaq sahəsinin planı və rəy ona verilməmişdir.
14. Daşınmaz əmlaka dair arayışın təqdim edilməsi barədə cavabdeh xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan SSR Tikinti Nazirliyi Tikintiquraşdırma tresti “İnşaatçı” bağçılıq yoldaşlığının xx.xx.1992-ci il tarixli arayışı və layihəsi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin xx.xx.2012-ci il tarixli TŞ-12-307 saylı rəyi və 307 saylı arayışı, xx.xx.2012-ci il tarixli torpaq sahəsinin planı, Gəncə şəhəri Baş memarının 2016-cı il tarixli rəqəmsal kadastr xəritəsindən çıxarışına əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu, sahə 146-cı yerdə yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi X2 adına qeydiyyata alınmışdır və ona xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 5 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 4Ə-53 saylı alğı-satqı müqaviləsinə əsasən bu torpaq sahəsi X1 və ona xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Halbuki, X3 heç bir vaxt, “Azərsənayetikinti“ 3 №-li Tikinti-Quraşdırma Trestində işləməmiş və həmin X5 üzvü olmamış və eləcədə “İnşaatçı” Bağçılıq yoldaşlıq biliyinin üzvü olan 25 nəfərin siyahısında adı olmamışdır. Saxta sənədlər əsasında torpaq sahəsi X2 adına qeydiyyata alınmış və ona xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir.
15. İddiaçı hesab edir ki, məhkəmə yuxarıda qeyd edilən normaları tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasını əsas kimi hesab etmişdir. İddiaçı məhkəmənin bu əsası ilə razı deyil, belə ki, iş materiallarından məlum olduğu kimi, mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən keçməsə də, məhkəməyə təqdim etdiyi sənədlərə görə qanun çərçivəsinə ona ayrılıb təhvil verilmiş və həmin torpaq sahəsinə dair gözlənilən mülkiyyət hüququ vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 1
6. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şika yət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apel lyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYAS İ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyətcə iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki hal ları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlük şərtlərinin mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən obyektiv araşdırma prinsipinə uyğun olaraq lazımi qaydada yoxlanılmış və araşdırılmışdır. Ona görə də, iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur və apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, “məhkəmələr inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərtin onun mümkün olması olduğunu nəzərə almalıdırlar. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdeh in həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.”
26. Azərbaycan Respublikası İnzibati Prosessual Mə cəlləsinin 35-ci maddəsi anlamında iddianın mümkün sayılması üçün inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması imkanı mövcud olmalıdır. Bu baxımdan şəxs ən azından pozulduğunu iddia etdiyi hüquqa və ya qanunla qorunan marağa malik olmalı, hüquqa müdaxilə aşkar şəkildə baş verməli və birmənalı nəzərə çarpmalıdır. İddiaçının pozulması ehtimal olunan subyektiv hüququ Konstitusiyadan, ümumi (publik) hüquq sahəsinə aid olan qanunlardan və ya qanun qüvvəli aktlardan irəli gəlməlidir.
27. Qeyd edilməlidir ki, inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə re al aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda iddiaçının məhkəmə qaydasında hüquqi müdafiə marağı və iddia qaldırmaq səlahiyyəti mövcud olur. Hazırkı mübahisəyə münasibətdə həmin mümkünlük şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
28. İddiaçının təqdim etdiyi müvafiq protokol-qərar əsasında ona torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman sahənin döngə nöqtələrinin koor dinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır.
29. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının su byektiv hüququ istisna edir və iddianın mümkün sayılmaması üçün əsaslardan biridir.
30. Başqa sözlə cavabdeh iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin ona məxsus olduğunu sübut edə bilmədiyindən cavabdeh həmin torpaq sahəsinin qeydə alınmasından imtina etməklə iddiaçının hər hansı hüququnu pozmamışdır.
31. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisəyə dair işin müəyyən olunmuş hallarına və İPM-in tələblərinə uyğundur. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-265/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.