Məhkəmə qərarları › İş №2-1(102)-189/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-189/2019

09.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-189/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR (iş № 2-1(102)-189/2019) GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), 09.04.2019 Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Tərəflərin iştiraki olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı xaricdə təyin edilmiş yaşa g örə əmək pesiyasının verilməsinin davam etdirilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərə, xaricdə təyin edilmiş yaşa görə əmək pensiyasına aid müvafiq sənədlər əsasında iddiaçının iş stajının və pensiyasının bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmşdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin in 10 may 2018-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva; iş № 2-1(81)-2039/2018) iddia tələbinin təmin edilməsi; iddiaçıya pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və C.Yusifov; iş № 2-1(103)1962/2018)cavabdeh şöbənin apelyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh Şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndəsi gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki: iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. İddiaçı bir müddət Rusiya Federasiyasında yaşamış və əmək fəaliyyəti lə məşğul olmuşdur. Ona 30 ildən çox əmək stajı üçün Rusiya Federasiyası tərəfindən 25.12.2014cü il tarixdən pensiya təyin edilmiş, 30.04.2017-ci il tari xədək ödənilmiş, 01.05.2017-ci il tarixdən iddiaçının ölkədən çıxması ilə əlaqədar olaraq pensiyası dayandırılmışdır. Azərbaycana qayıtdıqda pensiyasının ödənilməsinin davam etdirilməsi üçün cavabdeh şöbəyə müraciət etsə də, həmin inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 06.03.2018-ci il tarixli 09-588 nömrəli cavab məktubu ilə müraciətinin təmin edilməsindən imtina olunmuş və buna səbəb kimi stajını təsdiq edən sənədi (əmək kitabçasını) şöbəyə təqdim etməməsi göstərilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, cavabdeh şöbənin əmək kitabçası təqdim edilmədiyinə görə, iddiaçıya Rusiya Federasiyasında təyin edilmiş və ödənilmiş yaşa görə əmək pensiyasının Azərb aycanda ödənilməsinin dvam etdirilməsi səbəbi ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuzdur, bu imtina nəticəsində iddiaçının qanunla qorunan pensiya hüququ pozulmuşdur. Ona görə də, iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təyin edilmişdir. Belə ki, 17 iyun 2001-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Saziş»in 7-ci maddəsinə əsasən, bir tərəfin dövlətinin ərazisindən digər tərəfin dövlətinin ərazisinə köçmüş pensiyaçıya əvvəlki yaşayış yeri üzrə pensiya ödənişi vətəndaşın pensiya təminatın ı həyata keçirən orqana müvafiq ərizə verdiyi ayın ardınca gələn aym birindən etibarən dayandırılır. Pensiyaçının yeni yaşayış yeri üzrə pensiya əvvəlki yaşayış yeri üzrə ödənişin dayandırıldığı aydan sonrakı ayın birindən, lakin yaşayış yeri üzrə qeyd olunduğu (qeydiyyata düşdüyü) aydan əvvəl altı aydan çox olmayaraq təyin edilir. Həmin Sazişin 1-ci maddəsinə əsasən, səlahiyyətli orqanlar öz dövlətlərinin qüvvədə olan pensiya qanunvericiliyi, onda olan dəyişikliklər barədə bir-birinə məlumat verirlər, həmçinin pensiya hüququnun və onun məbləğinin müəyyən edilməsinə zəruri olan şəraitin yaradılması üçün tədbirlər görürlər. «Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasə n Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə dönmədən əməl etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yaln ız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 6 9, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar