Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1890/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X3 Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü; prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı X3 cavabdeh Cavabdehnə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Təhsil Nazirliyi) “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 2 2 iyul tarixli, 2-1(103)-1957/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı 2020-ci il 17 iyun tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona Gürcüstan Respublikasının Gürcüstan Texniki Universiteti tərəfindən 11321 saylı, 2019-cu il 12 iyun tarixdə verilmiş diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi və bununla bağlı müvafiq şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl Cavabdeh ilə əvəz edilməsi, Azərbayca n Respublikası Təhsil Nazirliyini isə üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizə təqdim etmiş və ərizənin təmin olunmasını xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 27 avqust tarixli, 2-1(112)-5140/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyi əsl Cavabdeh ilə əvəz edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 28 aprel tarixli, 2-1(112)-1135/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qısa müddət ərzində tədris prosesində iştirak etməklə müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsi qeyri-realdır. Gürcüstan Respublikasında aldığı təhsil Azərbaycan Respublikasının təhsilə olan döv lət standartlarının qeyd olunan tələblərinə uyğun gəlməmiş, əhəmiyyətli dərəcədə ondan fərqlənmişdir. İddiaçının diplomun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmiş, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunmuş, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır.
6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 21-ci il 22 iyul tarixli, 2-1(103)-1957/2021 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçı tərəfindən 2021-ci il 18 may tarixdə alınmış, apellyasiya şikayəti isə 2021-ci il 17 iyun tarixdə məhkəməyə təqdim olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçıya onun dinlənilmə hüququnun təmin edilməsi məqsədilə apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni 2021-ci il 22 iyul tarixədək Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə məhkəməyə təqdim olunmamışdır.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. O, həmçinin kassasiya şikayətinə şikayətlə oxşar məzmunlu ərizə əlavə edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının rəsmi yaşayış yeri Zaqatala rayonu, Mosul kəndidir. İddiaçıya göndərilən bütün məktublar rəsmi yaşayış yeri olan Zaqatala rayonu, Mosul kəndinə göndər ilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı da Zaqatala rayonu, Mosul kəndinə göndərilmişdir. Həmin qərar iddiaçı tərəfindən alınmamışdır. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdikdən sonra Sumqayıt şəhərində işləməyə və yaşamağa başlamışdır. O, halhazırda Sumqayıt Azərsun Loqistik Mərkəzdə 2021-ci il 12 aprel tarixdən işləməkdədir. İş yerinə uyğun olaraq Sumqayıt şəhərində yaşamaqdadır. İddiaçı həmin qərardadı əldə etdikdən dərhal sonra apellyasiya şikayəti vermişdir.
11. Həmçinin, qərardadda göstərilmişdir ki, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda onun tərəfindən buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə məhkəməyə təqdim olunmamışdır. Belə ki, iddiaçı teleqram vuraraq məhkəməyə gələ bilməyəcəyinə görə məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Lakin, qərardadda ümumiyyətlə işin bu halına hüquqi qiymət verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müddətin bərpa edilməsinin təklif olunması barədə hər hansı sənəd iddiaçıya təqdim edilməmişdir. Belə bir sənəddən məlumatsız olmuş, ona görə də buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. İşin qeyd edilən hallarına əsasən buraxılmış müddətin bərpa edilməsi üçün tam əsaslar vardır. c. məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
13. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkə mə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Şikayətin dəliləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
18. İşin materiallarına görə, apellyasiya instansiyası məhkəməsi şikayət üzrə apelyasiyanın mümkünlüyünün yoxlanılması, bununla əlaqədar iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün İPM-də nəzərdə tutulmuş zəruri prosessual hərəkətləri etmiş, məhkəmə bildirişini iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi ünvana, SMS-xəbərdarlıqları isə iddiaçının həmin sənədlərdə göstərilmiş GSM nömrələrinə göndərmişdir. İşdə olan poçt sənədinə görə, məhkəmə bildirişi iddiaçı tərəfindən qəbul edilmişdir.
19. Məhkəmə bildirişində apellyasiya şikayətinin qanunla müəyyən olunm uş müddət ərzində verildiyini təsdiq edən sübutların və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizənin 2021-ci il 22 iyul tarixədək Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi barədə təklif qeyd olunmuşdur.
20. İddiaçının məhkəmə iclasının təxirə salınmasına dair göndərdiyi teleqrama gəldikdə, həmin teleqramda məhkəmə iclasına gəlməmənin səbəbi kimi “yaxınının vəfat etməsi” göstərilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, teleqramda üzrlü səbəb kimi istinad edilən faktın təsdiqinə dair hər hansı sənədin həmin vaxtda təqdim olunması imkansız ola bilər. Lakin belə bir təsdiqedici sənəd kassasiya məhkəməsinə də təqdim olunmamışdır. Buradan, məhkəmə iclasının təxirə salınmasını şərtləndirən hal mövcud olmamışdır.
21. İddiaçının icraat zamanı ünvanın dəyişməsi ilə bağlı də lilinə gəldikdə, bu dəlili də vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, əvvəla, məhkəmə bildirişinin iddiaçıya təqdim olunduğu poçt sənədi ilə təsdiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinin tələbinə görə, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
22. İcraat zamanı iddiaçının yaşayış yerinin dəyişməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinə məlumat verdiyi iş materialları ilə təsdiq olunmur.
23. Apellyasiya instansiyası məhkəməsin in iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
24. İddiaçının kassasiya şikayətinə əlavə etdiyi “prosessual müddətin bərpasına dair” ərizəyə gəldikdə, İPM-in 24.5-ci maddəsinin tələbinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə (hazırkı halda, apellyasiya instansiyası məhkəməsinə) verilməli olduğundan, həmçinin apelyasiyanın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin qərardadından verilmiş şikayətin təmin olunması, buradan, həmin ərizənin hazırkı kassasiya icraatında həlli üçün əsaslar olmadığından, həmin ərizə mümkünsüzdür.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyul tarixli, 21(103)-1957/2 021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. İddiaçının prosessual müddətin bərpasına dair ərizəsi mümkün sayılmır. Qərar qətidir.