Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1890/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı-nin Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu-məruzəçi, Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı-nin Cavabdeh2nə qarşı (üçüncü şəxs: X4) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 2-1(103)-99/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh2 tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən 50 kv.m tikilinin X2 adına sənədləşdirilməsi barədə 19 mart 2015-ci il tarixli, sərəncam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Xətai rayonu, R.Məmmədov küçəsi, 156-170 saylı yaşayış binasının yanından keçən magistral istilik kəmərlərinin üzərində tikilən tikilinin sökülməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xətai rayonu, R.Məmmədov küçəsi, 156-170 saylı yaşayış binasının yanında İddiaçı-yə məxsus RİQ-6-dan istilik məntəqələrinə gedən, konkret olaraq Xətai rayonunun bir hissəsini istilik enerjisi ilə təchiz edən diametri 630 mm olan magistral istilik kəmərlərinin üzərində quraşdırılmış konpessatorun üzərində Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən tikinti işləri aparılmışdır ki, bu da magistral istilik xətlərinin istismarını mümkünsüz edərək Xətai rayonunun bir hissəsini istilik enerjisi ilə təchiz edən istilik xətlərinin istismarını dayandıracaqdır. İstilik xəttinin üzəri zəbt olunaraq digər məqsədlər üçün istifadə edilir ki, bu isə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 06 iyun tarixli Fərmanının 7-ci bəndinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Bundan əlavə, istilik təchizatı obyektlərinin və istilik xətlərinin üzərində və ya mühafizə zolağında tikinti işlərinin aparılması və ya digər məqsədlər üçün istifadə edilməsi “Tikinti norma və qaydaları”nın İİ 36 - 73 8.14-cü bəndinin tələblərinə ziddir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Cavabdeh2nə, MKTB-yə, Polis İdarəsinə dəfələrlə yazılı şəkildə qeyd olunan ünvanda aparılan tikinti işlərinin təcili saxlanılaraq sökülməsi barədə müvafiq tədbirlərin görülməsi ilə bağlı müraciət olunsa da, hər hansı bir tədbir görülməmişdir. Xətai rayon MKTB tərəfindən Cəmiyyətin müraciəti cavablandırılmış və bildirilmişdir ki, R.Məmmədov küçəsi, 156 - 170 saylı yaşayış binasının yanında İddiaçıyə məxsus RİQ-6-dan istilik məntəqələrinə gedən diametri 630 mm olan magistral istilik kəmərlərinin üzərində quraşdırılmış konpensatorun üzərində hər hansı tikinti aparılmır və qeyd olunan ünvan nəzarətdədi r. Cəmiyyətin nümayəndələri tərəfindən əraziyə bir daha baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həqiqətən də magistral istilik xəttinin üzərində tikinti işləri aparılır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2015-ci il 29 sentyabr tarixli, 2(011)1344/2015 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
5. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2015-ci il 14 dekabr tarixli, 2(103)-8360/2015 nömrəli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş baxılması üçün məhkəmə aidiyyətı üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
7. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək cavabdeh qismində Cavabdeh2, üçüncü ş əxs qismində X4 göstərilməklə cavabdehin 2015-ci il 19 mart tarixli, 98 nömrəli sərəncamının etibarsız sayılaraq istilik kəmərlərinin üzərində tikilmiş qeyri-yaşayış sahəsinin sökülməsini xahiş etmişdir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 25 may tarixli, 2-1(82)775/2016 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, cavabdeh Bakı şəhəri Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi əsl cavabdeh Xətai Rayon İcra Hakimiyyəti ilə əvəz edilmişdir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 16 iyun tarixli, 2-1(82)775/2016 nömrəli qərardadı ilə iddia tələbi “qeyri-yaşayış sahəsinin sökülməsi” hissəsində mümkün sayılmamışdır.
10. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək cavabdehin 2015-ci il 19 m art tarixli, 98 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir. 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim: R.L.Kərimli) 2017-ci il 22 sentyabr tarixli, 2-1(82)-1120/2017 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisələndirilən sərəncamı əsasında inşa edilən tikilinin ərazidən keçən 630 mm-lik magistral istilik kəmərinin üzərinə düşməsi ekspert rəyi ilə inkar edilir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər: Ü.A.Mayılov-sədrlik edən, M.N.Tağızadə və K.N.Abıyeva) 2-1(103)-37/2018 nömrəl i 30 avqust 2018-ci il tarixli, qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, cavabdehin xx.xx.2015-ci il tarixli, 98 nömrəli sərəncamı ləğv edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh səlahiyyətinə aid olmayan torpaq sahəsində qeyri-yaşayış obyektinin inşasına icazə vermişdir.
16. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər: K.N.Bədəlov-sədrlik edən, İ.A.Dadaşov və S.Ə.Hüseynova) 2019-cu il 27 fevral tarixli, 2-1(102)-460/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İ nzibati-İqtisadi Kollegiyasının 30 avqust 2018-ci il tarixli, 2-1(103)-37/2018 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
18. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin və əlavə ekspert rəyləri arasında ziddiyyət olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən yaranmış ziddiyyət araşdırılmamış, rəy verən ekspert və mütəxəssis məhkəməyə dəvət edilib dindirilməmiş, zərurət olduğu təqdirdə təkrar ekspertizanın keçirilməsi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi konkret əsaslandırma aparmadan bir rəyi digər rəyə nisbətən daha mötəbər hesab etmişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.Ə.Baxışovasədrlik edən, C. A.Yusifov və R.Ə.Qurbanov) 2 sentyabr 2020-ci il tarixli, 2-1(103)-36/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmuş, Xətai rayon İcra Hakimiyyətinin Xətai rayonu, R.Məmmədov küçəsində 50 kv.m sahəsi olan mövcud tikilinin X2 adına sənədləşdirilməsi haqqında 2015-ci il 19 mart tarixli, 98 nömrəli sərəncamı ləğv edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin adından iş üzrə mütəxəssis rəyini vermiş X5 2020-ci il 12 avqust tarixli məhkəmə iclasına dəvət edilmiş və verdiyi rəylə bağlı bildirmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin qarşısındakı quyulara baxış keçirərək yerin altı ilə keçən istilik kəmərini görmüş və müəyyən etmiş dir ki, obyekt kəmərin mühafizə zonasında yerləşir. İstilik kəməri baxış keçirdiyi hər iki quyudan aydın göründüyü üçün üzərinin qazılmasına ehtiyac olmamışdır.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. d. kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.K.Hüseynov-sədrlik edən, İ.R.Xələfov və N.İ.Rəsulbəyova) 2 fevral 2021-ci il tarixli 21(102)-239/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2020-ci il tarixli, 2-1(103)-36/2020 nömrəli nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
23. Kassasiya instansiyası məhkəməsi hesab etmişdi r ki, apellyasiya instansiya məhkəməsi tərəfindən bir-biri ilə ziddiyyət təşkil edən sübutlar (iddiaçının təqdim etdiyi sxem və fotoşəkillər, ekspert və mütəxəssis rəyləri, üçüncü şəxsin təqdim etdiyi fotoşəkillər və s.) tam və hərtərəfli tədqiq olunmalı, zərurət olduqda, mübahisənin düzgün həlli üçün həmin sübutlar icraatın iştirakçıları ilə birlikdə bilavasitə yerində - üçüncü şəxsə məxsus tikilinin yerləşdiyi və istilik xəttinin keçdiyi əraziyə baxış keçirtməklə - yoxlanılmalı və qiymətləndirilməlidir. e. apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.E. Nağıyevasədrlik edən, V.M.Məmmədov və Q.X.Babayev) 4 mart 2021-ci il tarixli, 2-1(103)-99/2022 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2-1(82)- 1120/2017 nömrəli qərarı ləğv olunmuş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi təmin edilmişdir. Cavabdeh2 Xətai rayonu, R.Məmmədov küçəsində 50 kv.m sahəsi olan mövcud tikilinin X2 adına sənədləşdirilməsi haqqında xx.xx.2015-ci il tarixli 98 nömrəli sərəncamı ləğv edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan ekspert rəylərinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin müvafiq məktubuna əsasən, Cavabdeh2 başçısının xx.xx.2015-ci il tarixli, 98 nömrəli Sərəncamında nəzərdə tutulmuş Bakı şəhəri Xətai rayonu Rahib Məmmədov küçəsində yerləşən tikili həmin ərazidən keçən 630 mm-lik magistral istilik kəmərinin mühafizə zonasına düşür. Bundan başqa apellyasiya insta nsiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 tərəfindən xx.xx.2015-ci il tarixli 98 nömrəli sərəncam verilərkən obyektin yerləşdiyi ərazidən istilik, qaz, su kəmərlərinin keçib-keçməməsi ilə bağlı müvafiq araşdırma aparıldığı barədə iş materiallarında sübutlar mövcud deyildir.
26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
27. Kassasiya şikayətində qeyd edilmişdir ki, Apellyasiya məhkəməsi AR Ali Məhkəməsinin 2 fevral 2021-ci il tarixli 2-1 (102)-239/21 nömrəli qərarında istinadən həmin qərarın apellyasiya instansiyası məhkəmələri üçün məcburi olmasını vurğulasa da, həmin qərarın mövqeyinə əməl etməmişdir. Ali Məhkəmən in iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “iş üzrə toplanmış, lakin bir-biri ilə ziddiyyət təşkil edən sübutlar (iddiaçının təqdim etdiyi sxem və fotoşəkillər, ekspert və mütəxəssis rəyləri, üçüncü şəxsin təqdim etdiyi fotoşəkillər və s.) tam və hərtərəfli tədqiq olunmalı, zərurət olduqda, mübahisənin düzgün həlli üçün həmin sübutlar icraatın iştirakçıları ilə birlikdə bilavasitə yerində üçüncü şəxsə məxsus tikilinin yerləşdiyi və istilik xəttinin keçdiyi əraziyə baxış keçirtməklə - yoxlanılmalı və qiymətləndirilməlidir”
28. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19 avqust 2015-ci il tarixli №8336 saylı ekspert rəyini, eləcə də sonrakı məhkəmə instansiyalarında Ədliyyə Nazirliyinin digər ekspertizalarını, digər rəylərini, istərsə də Azərbaycan Respub likası FHN-nin ə digər orqanların mütəxəssis rəylərini şərh etsə də, mübahisə predmetinin ədalətli həllindən ötrü komission məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi zərurətini nəzərə almamışdır. Çünki sözügedən rəylər bir-birləri ilə ziddiyyətlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1344/2015 nömrəli, 18 mart 2015-ci il tarixli qərardadı ilə (hakim L.Talıbova) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 30.03.201 5-ci il tarixində məhkəməyə iddiaçı tərəfindən iddianın təmin tədbiri barədə ərizə daxil olmuş, ərizədə cavabdehin göstərilən ünvanda tikinti işlərinin aparılmasının qadağan olunması barədə qərardad çıxarılması xahiş olunmuşdur.
29. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1344/2015 saylı, 30 mart 2015-ci il tarixli qərardadı ilə mülki iş in icraatının təzələnməsi qərara alınmışdır.
30. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1344/2015 saylı, 01 aprel 2015-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi. Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 156-170 saylı yaşayış binasının yanında aparılan tikinti işlərinin dayandırılması və tikinti işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1344/2015 saylı. 01 aprel 2015ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının vaya alınanadək mülki işin icraatının dayandırılması qərara alınmışdır. xx.xx.2015-ci il tarixində qərardad icra olunması üçün Bakı şəhəri Xətai Rayon icra Şöbəsinə göndərilmişdir.
31. İşin apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2021-ci il ta rixli, 2-1(103)301/2021 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir, məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.
32. Apellyasiya icraatı zamanı xx.xx.2021-ci il tarixli, 2-1 (103)-1301/2021 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertlər qarşısında “Bakı şəhəri, Xətai RİH başçısının xx.xx.1998-ci il tarixli, 98 nömrəli sərəncamında nəzərdə tutulmuş, iş üzrə üçüncü şəxs X3 məxsus tikili həmin ərazidən keçdiyi iddia edilən magistral istilik kəməri üzərinə və ya mühafizə zolağına düşürmü?" sualı qoyulmuşdur.
33. Bundan başqa kassasiya şikayətində qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən 03 may 2018-ci il tarixli, 37/34- 01936 nömrəli məktubla məhkəməyə ünvanlanmış mütəxəssis rəyində «Azkommunlayihə» institutunun mühəndisi Madər Nəbiyev məhkəmə tərəfindən qoyulmuş suallara cavab olaraq bildirmişdir ki, sözügedən Sərəncamda nəzərdə tutulmuş tikili diametri 630 mm olan magistral istilik kəmərinin üzərinə düşmür, lakin xəttin mühafizə zolağına düşür. Eyni zamanda həmin tikili Tikinti İnşaat Norma və Qaydalarına uyğun inşa edilməmişdir.
34. İşə apellyasiya qaydasında ilk dəfə baxılarkən iş üzrə əlavə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hazırkı iş üzrə m əhkəməyə təqdim edilmiş 5222 nömrəli xx.xx.2018-ci il tarixli rəyində FHN Tikintidə X1 Agentliyinin mütəxəssis rəyi əsas götürülərək müəyyən edilmişdir ki, Cavabdeh2 başçısının xx.xx.2015-ci il tarixli, 98 nömrəli Sərəncamında nəzərdə tutulmuş tikili həmin ərazidən keçən 630 mm-lik magistral istilik kəmərinin üzərinə deyil, istilik kəmərinin mühafizə zonasına düşür. Rəydə istilik kəmərinin obyektin qarşı tərəfindən 1.5 m məsafədə keçdiyi və həmin tikilinin inşaat norma və qaydalarına uyğun inşa edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin 16 oktyabr 2017-ci il tarixli 08 №-li qərarı ilə təsdiq edilmiş "İstilik şəbəkələri Layihələndirmə Normaları'’ qüvvəyə minənədək Azərbaycan Respublikasında Dövlət Tikinti və Arxitektura Komitəsinin xx.xx.2005-ci tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş MCH 4.02-02- 2004 "тепловье сети" normativ sənədləri qüvvədə olmuşdur. Həmin Qaydaların 8.14-cii bəndində və 5-ci cədvəlində istilik xəttiləri ilə tikinti arasında saxlanılmalı olan ən kiçik məsafənin 5 metr olduğu qeyd edilmişdir.
35. Yuxarıda qeyd edilən ekspertiza rəylərindən və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin müvafiq məktubundan müəyyən edilir ki, Cavabdeh2 başçısının xx.xx.2015-ci il tarixli, 98, nömrəli Sərəncamında nəzərdə tutulmuş Bakı şəhəri Xətai rayonu Rahib Məmmədov küçəsində yerləşən tikili həmin ərazidən keçən 630 mm-lik magistral istilik kəmərinin mühafizə zonasına düşür. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, Cavabdeh2 tərəfindən 19.03.201 5-ci il tarixli 98 nöm rəli sərəncam verilərkən obyektin yerləşdiyi ərazidən istilik, qaz, su kəmərlərinin keçib-keçməməsi ilə bağlı müvafiq araşdırma aparıldığı barədə iş materiallarında sübutlar mövcud deyil. Cavabdeh bununla bağlı qeyd etmişdir ki, apellyasiya məhkəməsi Ali Məhkəmənin göstərişinə əməl etmiş olsa idi və işin obyektiv həllindən ötrü məhkəmə tikinti-texniki ekspertiza təyin etmiş olsa idi sözügedən mübahisə ədalətli həll olunardı.
36. Bunda görə də cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-99/2022 saylı, 4 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
38. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam for mada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi iddiaçının iddiasını Bakı Şəhər Xətai rayon İcra Hakimiyyətinin Xətai rayonu, R.Məmmədov k üçəsində 50 kv.m sahəsi olan mövcud tikilinin X2 adına sənədləşdirilməsi haqqında 19.3.2015-ci il tarixli, 98 nömrəli sərəncamın ləğv edilməsi təşkil edir.
42. Bununla əlaqədar olaraq ilk öncə qeyd edilməlidir ki, hazırki işin 1-ci cildinin 80-ci səhifəsində sözügedən sərəncam yer almışdır ki, həmin sərəncamın “qərara alıram” hissəsinin 1-ci bəndində yazılmışdır ki, “Rahib Məmmədov küçəsində, cizgidə göstərilən ərazidə tikilmiş 50 kv.m ölçüdə məntəqə X2 adına sənədləşdirilsin”.
43. Beləliklə mübahisə predmeti olan sərəncam ərazinin tikinti üçün ayrılması və yaxud tikintiyə icazə verilməsi haqqında deyil, artıq ərazidə tikilmiş mövcud məntəqənin X2 adına sənədləşdirilməsi barədədir.
44. Başqa sözlə, sözügedən sərəncam həmin məntəqənin tikilməsini və yaxud tikilməsinə icazə verilməsini nəzər də tutan inzibati akt deyil, sadəcə əsası digər inzibati aktlardan irəli gələn və artıq tikilmiş məntəqənin X2 adına sənədləşdirilməsinə dair olan sərəncamdır ki, onun ləğvi belə tikilinin (məntəqənin) hüquqi statusuna heç bir təsiri yoxdur.
45. Belə ki, yuxarıda artıq göstərildiyi kimi, mübahisə predmetinə çevrilmiş tikili (məntəqə) tamamilə başqa inzibati aktlar əsasında inşa edilmişdir.
46. Yeri gəlmişkən qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə cavabdeh Bakı şəhəri Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, göstərilən ünvanda magistral istilik kəmərlərinin üzərində tikilən tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xah iş etmişdir. Cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə vəsatət təqdim edilmiş, xx.xx.2015ci il tarixli məhkəmə iclas protokoluna əsasən vəsatət təmin edilmişdir.
47. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1344/2015 saylı, 29 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
48. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8360/2015 saylı, 14 dekabr 2015-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1344/2015 saylı, 29 sentyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı-nin cavabdeh Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı Bakı şəhəri Xətai r ayonu, R.Məmmədov küçəsi, 156-170 saylı yaşayış binasının yanında İddiaçı-yə məxsus magistral istilik kəmərlərinin üzərində tikilən tikilinin sökülməsi barədə iddia ərizəsi üzrə mülki iş baxılması üçün 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir. 49. 5.5.2016-cı il tarixində iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş, ərizədə iddia tələbinin dəyişdirilərək “Xətai Rayon İcra Hakimiyyətinin 19.3.2015-ci il tarixli, 98 saylı sərəncamının etibarsız sayılaraq istilik kəmərlərinin üzərində tikilmiş qeyri-yaşayış sahəsinin sökülməsi” kimi hesab olunması xahiş edilmişdir. 50. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-775/2016 saylı, 25.5.2016-cı il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi cavabdehi n xx.xx.2015-ci il tarixli 98 nömrəli sərəncamının etibarsız sayılması və qeyri-yaşayış sahəsinin sökülməsi kimi göstərilmiş, cavabdeh Bakı şəhəri Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin prosessual iştirakına xitam verilmiş, Cavabdeh2 cavabdeh, X4 üçüncü şəxs qismində cəlb edilmişdir. 51. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-775/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia qeyri-yaşayış sahəsinin sökülməsi hissəsində mümkün sayılmamışdır.
52. Beləliklə iddiaçının iddiasının qeyri-yaşayış sahəsinin (məntəqənin) sökülməsi haqqında hissə birinci instansiya məhkəməsi tərəfindən mümkün sayılmamış və bu barədə olan məhkəmə qərardadı qanuni qüvvəyə minmişdir.
53. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki iddi a tələbi ilə bağlı hər hansı bir hüquqi marağı yoxdur, bu səbəbdən də onun iddiası mümkün sayılmamalı, apellyasiya instansiya məhkəməsinin inzibati kollegiyasının 4 mart 2022-ci il tarixli 2-1(103)-99/2022 nömrəli qərarı ləğv edilməlidir.
54. Belə ki, İPM-nin 35.1-ci maddəsinə görə, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
55. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qa ldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianı n uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
56. Hazırkı işin hallarından müəyyən olunur ki, mübahisələndirilən sərəncamla ərazidə inşa edilmiş tikilinin X2 adına sənədləşdirilməsi qərara alınmışdır. Dolayısıyla, sərəncam nə tikiliyə icazə barədə məsələni, nə də onun geriyə dönüş qaydasında leqallaşdırılması ilə bağlı məsələni həll etməmişdir. Belə olan halda, sözügedən sərəncam yalnız hansısa inzibati icraatın başlanılmasının əsası kimi çıxış edə bilər. Digər tərəfdən, mövcud tiki linin sənədləşdirilməsi predmetli sərəncam qanunvericilikdə həm də tikiliyə dair hüquqların dövlət qeydiyyatına alınmasının əsaslarından biri kimi də təsbit edilməmişdir. Başqa sözlə, tikiliyə dair hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qeydiyyat orqanlarına təqdim edilməli olan hüquq müəyyənedici sənədlərin arasında rayon icra hakimiyyətləri tərəfindən verilmiş tikilinin şəxsin adına sənədləşdirilməsinə dair sərəncamın olması da qanunvericiliklə tələb olunmur. Belə olan halda, qeyd edilənlər nəzərə alındıqda həmin sərəncam tikilinin hüquqi statusu ilə bağlı məsələni həll etməmişdir. Ona görə də, iddiaçının sözügedən sərəncamı mübahisələndirməyə dair hüquqi marağı da müəyyən olunmur.
57. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 21(103)-99/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçının iddiası mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.