Məhkəmə qərarları › İş №2-1(102)-1890/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1890/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1890/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: texniki pasporta düzəliş edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “texniki pasportun ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-1(104)-46/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.1997-ci il tarixli, 4523 qeydiyyat nömrəli Şəhadətnaməsinə əsasən Goranboy rayon X2 Xanlar rayon 16 saylı YDM-nin əmlakı İddiaçı2 satılmışdır.

2. Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 100 saylı Sərəncamı ilə Xanlar rayonu N.Nərimanov adına sovxozun “yararsız” torpaq sahəsindən 0.20 hektar ayrılıb "xxxx" İKF-na X1 tikintisi üçün verilməsi qərara alınmışdır.

3. Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 149 nömrəli arxiv arayışından gör ünür ki, Xanlar rayonu İcra Hakimiyyəti başçısının 13 may 1997-ci il tarixli 100 saylı sərəncamına əsasən, Xanlar rayon X3 Rəyasət Heyətinin 29 sentyabr 1994-ci il tarixli 9 №-li qərarına əsasən 16 №-li X1 tikintisi üçün N.Nərimanov adına sovxozun örüş sahəsindən 0.20 hektar torpaq sahəsi ayrılıb verilmiş sahə sovxozun başqa yararsız sahəsi ilə əvəzləşdirilib (Gəncə-Şəmkir şosse yolunun sağ hissəsi) 16 №-li X1 tikintisi üçün verilməsi ilə əlaqədar olaraq: 1). Xanlar rayonu N.Nərimanov adına sovxozunun torpaq sahəsindən ayrılıb 16 №-li X1 tikintisi üçün verilmiş 0.20 hektar torpaq sahəsinin əvəzləşdirilib sovxozun yararsız torpaq sahəsindən Gəncə -Şəmkir şosse yolunun sağ hissəsindən ayrılıb 16 №-li X1 tikintisi üçün verilməsi; 2).Tapşırılması rayon Torpaq şöbəsinə Yer quruluşu sənədlərində sərəncamdan irəli gələn müvafiq dəyişiklikləri edib həmin ayrılmış torpaq sahəsini yerində ölçüb təhvil verilməsı; 3).Ayrılmış torpaq sahəsinə dair müvafiq qərar qəbul etməklə Dövlət aktının tərtib edilməsi Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsindən xahiş edilməsi qərara alınmışdır.

4. Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinin "xxxx" yanacaq doldurma məntəqəsinə verilmiş 07677 nömrəli, xx.xx.1998-ci il tarixli Texniki pasporta görə, torpağın ümumi sahəsi 20001.6 kv.m göstərilmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İdarənin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən "xxxx" istehsalat kommersiya firmasının adına qeydiyyata alınmış daşınmaz əm lak aşkar edilməmişdir. Bu səbəbdən də texniki pasporta düzəliş edilməsi və ya ləğv edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" yanacaq doldurma məntəqəsinə verilmiş texniki pasportun ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddianın əsaslarına görə, Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 100 saylı Sərəncamı ilə "xxxx" İstehsalat Kommersiya firmasının adına tikinti aparmaq üçün 0.20 hektar torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququ almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin ə məktubla müraciət etmişdir. Bir müddətdən sonra 1998-ci ildə müraciəti əsasında Xanlar RİH başçısının Sərəncamı ilə "xxxx" İKF-yə tikinti aparmaq üçün verilmiş 0.20 hektar torpaq sahəsində ölçmə işləri aparılaraq obyektə texniki pasport verilmişdir. Həmin texniki pasportla 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata düşmüş və məntəqədən vergi tutulmağa başlanılmışdır. Sonra bilmişdir ki, həmin vergi çox hesablanır. Bu zaman məlum olmuşdur ki, texniki pasportda torpaq sahəsinin ölçüsü səhvən 2.00 hektar göstərilmişdir. Bu səhvin düzəldilməsi üçün DƏDRX 3 saylı Ərazi İdarəsinə müraciət etsə də, ona bildirilmişdir ki, "xxxx" YDM adına verilmiş texniki pasport cavabdeh tərəfindən qeydiyyata alınmamışdır. Bu zaman iddiaçıya məlum olmuşdur ki, 1998-ci ildə tərtib edilmiş texniki paspor t saxtadır və belə bir sənəd heç qeydiyyata alınmamışdır.

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-1(114)-314/2022 saylı qərarı ilə (hakim U.HOsmanov) iddianın qismən təmin edilməsi, "xxxx" yanacaq doldurma məntəqəsinə keçmiş Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş, xx.xx.1998-ci il tarixli texniki pasportun Baş plan hissəsində 20001,6 kv.m qeyd olunan ümumi sahəyə 0.20 ha kimi düzəliş edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır.

9. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsinin faktiki vəziyyətinin hüquqi sənədlərdə göstərilən texniki göstəricilərlə ziddiyyət təşkil etməsi həmin əmlakın texniki pasportunun tərtibi zamanı texniki səhv nəticə sində yaranmışdır..

10. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə Apellyasiya məhkəməsinə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda qeyd edilmişdir ki, mübahisələndirilən torpaq sahəsinə ekspertiza baxışı keçirilmiş və iddiaçı tərəfindən mübahisələndirilərək naturada təqdim olunan torpaq sahəsinin 0.20 ha olduğu müəyyən olunmuşdur. Lakin, daxil olmuş mülki iş materiallarında və arxiv sənədlərində, qərardadda sözügedən "xxxx" yanacaq doldurma məntəqəsində dair hüquq müəyyənedic i və texniki sənədlərin aşkarlanmaması səbəbindən, qərardadın birinci sualının cavablandırılması mümkün olmamışdır.

12. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-46/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-1(114)-314/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, torpaq sahəsinin faktiki vəziyyətinin hüquqi sənədlərdə göstərilən texniki göstəricilərlə ziddiyyət təşkil etməsi həmin əmlakın texniki pasportunun tərtibi zamanı texniki səhv nəticəsində yaran mışdır. Qanunvericiliyin tələbinə əsasən, buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hazırkı iş üzrə texniki pasportun ləğv edilməsinin hüquq sahibinə və üçüncü şəxslərə ziyan vurması iş materialları ilə müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1, 7.2, 9.5 və 16.2-ci maddələrinə istinad edilmişdir.

14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. İdarənin arxiv məlumatlarına və elektron baza məlumatlarına əsasən "xxxx" İstehsalat-Kommersiya Firmasının adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Elektron baza məlumatlarına əsasən 16 saylı X1 İddiaçı2 adına qeyd olunduğu müəyyən edilmiş, lakin həmin yanacaq doldurma məntəqəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin məhkəmə tərəfindən sözügedən mübahisəli əmlaka dair texniki pasportun Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən deyil, keçmiş Dövlət Əmlak Komitəsi tərəfindən tərtib edilməsi nəzərə alınmamış, cavabdeh orqanın düzgün müəyyənləşdirilməsi təmin edilməmişdir.

16. Cava bdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.5 və 16.2-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydad a xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsas sızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaların ın tələbləri baxımından qeyd edilməlidir ki, "xxxx" yanacaq doldurma məntəqəsinə verilmiş texniki pasportun ləğv edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. İşin araşdırılmış hallarına əsasən Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx. xx.1997-ci il tarixli, 100 saylı Sərəncamı ilə Xanlar rayonu N.Nərimanov adına sovxozun “yararsız” torpaq sahəsindən 0.20 hektar ayrılıb "xxxx" İKF-na X1 tikintisi üçün verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.1997-ci il tarixli, 4523 qeydiyyat nömrəli Şəhadətnaməyə əsasən Goranboy rayon X2 Xanlar rayon 16 saylı YDM-nin əmlakı İddiaçı2 satılmışdır. Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinin "xxxx" yanacaq doldurma məntəqəsinə verilmiş 07677 nömrəli, xx.xx.1998-ci il tarixli Texniki pasporta görə, ona verilmiş torpağın ümumi sahəsi 20001.6 kv.m göstərilmişdir. Göründüyü kimi, sərəncamla iddiaçıya verilmiş torpaq sahəsinin ölçüsü, həmin torpaq sahəsinə dair texnik i pasportda düzgün göstərilməmişdir.

28. İddiaçının hazırki iş üzrə hüquqi marağı texniki pasportda getmiş bu səhvin aradan qaldırılmasına yönəlmişdir. Belə torpaq sahəsinin faktiki ölçülərinin yanlış göstərilməsi iddiaçının əlavə vergi öhdəliyinin yaranmasına səbəb olur. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

29. İş materiallarına əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçülərinin müəyyən edilməsi məqsədi ilə mütəxəssis tədqiqatı keçirilmiş və mütəxəssislərin mübahisə predmeti olan torpaq sahəsinə keçirilmiş baxış nəticəsində qeyd olunan torpaq sahəsinin naturada 0,20 ha olduğu müəyyən edilmişdir.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıya sözügedən torpaq sahəsinə dair texniki pasportun veril məsini həmin dövr üçün Dövlət Əmlak Komitəsinin İnventarlaşdırılması İdarəsi tərəfindən həyata keçirildiyindən və hazırda inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi edilməsi mövcud qanunvericiliyə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin səlahiyyətlərinə aid edildiyindən iddiaçı iddia tələbini cavabdeh quruma qarşı yönəltməkdə haqlı olmuşdur.

31. Beləliklə, "xxxx" yanacaq doldurma məntəqəsinə verilmiş texniki pasportun ləğv edilməsi ilə bağlı hazırki qərarın 18-ci bəndlərində qeyd edilmiş qanunvericilik normalarının dispozisiya şərtləri ödənilir, cavabdehin texniki pasportun ləğv edilməsi ilə bağlı imtinası qanunsuz və əsassız olmuşdur.

32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 21(104)-46/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar