Məhkəmə qərarları › İş №2-1(102)-1890/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1890/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1890/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi və təyin olunmuş müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(104)-292/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1998-ci il təvəllüdlüdür.

2. Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında iddiaçıya «İkitərəfli xroniki koxlear nevrit, ağır eşitmə İİİ dərəcə, nitq pozğunluğu» diaqnozu qoyulmuş, sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş, meyar kimi XTB-nin H90-H95, H91, H91.8 təsnifatlarına istinad olunmuşdur.

3. İddiaçıya xx.xx.2 015-ci ildə TSEK-nin müayinəsi əsasında ikitərəfli xroniki koxlear nevrit, ağır eşitmə İİİ dərəcə, nitq pozğunluğu ilə diaqnozu müəyyən edilmiş, onun sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir.

4. İddiaçıya xx.xx.2018-ci il tarixdə “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, anadangəlmə İİİ-İV dərəcəli neyrosensor ağıreşitmə, koxlear nevrit, nitqin pozulması” diaqnozu ilə müddətsiz İİİ dərəcə əlillik təyin edilmişdir (iş v. 35).

5. Cavabdeh Agentlik tərəfindən iddiaçıya əlillik təyin olunması barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin düzgünlüyünün yoxlanılması üçün icraat başlanmış, iddiaçıya xx.xx.2023-cü il tarixə əyani müayinəyə çağırılması haqqında məktub göndərilmişdir.

6. Cavabdeh həmin icraatın başlanmasının səbəbini onunla əsaslandırır ki, Azər baycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 04 fevral 2022-ci il tarixli PHŞ/1-2-2022-3196 nömrəli məktub göndərərək, araşdırmaların nəticəsində 50 nəfərin, o cümlədən siyahıda göstərilən iddiaçının əlillik təyinatı barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin düzgünlüyünə şübhə yarandığını bildirmişdir.

7. Tibbi-sosial ekspert komissiyasının fevral 2023-cü il tarixli qərarı ilə İddiaçı xx.xx.2018-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə verilmiş qərar ləğv edilmiş və diaqnozun əlillik əlaməti təyin edilmədiyi barədə qərar qəbul edilmişdir.

8. Qərar onunla əsaslandırılmışdır ki, Agentliyin həkim ekspertlərinin obyektiv müayinəsi zamanı xəstə 5 metr məsafədən ünvanlanan nitqi eşitmiş və anlamış, nitq qüsurlu olsa da, qulağında cihaz olmadan ünsiyyətə girmişdir (iş v. 91).

9. Azərbaycan Tibb Universitetinin X1 xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ilə xx.xx.2022-ci il tarixdə təbii yuxu altında BERA testi aparılmış, 33.1 rate 2000 sweep click şiddətində aparılan BERA testi zamanı sağ qulaqda 75dBnHL intensivlikdə V dalğa əldə edilmiş, sol qulaqda 80 dBnHL intensivlikdə V dalğa əldə edilmişdir. Nəticədə hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip təsbit edilmiş və eşitmənin protezləşdirilməsi tövsiyyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilat tərəfindən qəbul edilən fevral 2023-cü il tar ixli qərarın ləğv edilməsi və ona təyin olunmuş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anadangəlmə eşitmə problemi vardır. 2009-cu ildə müayinədən keçmiş və ona 3-cü qrup əllilik dərəcəsi verilmişdir. Həmin vaxtdan bu günə kimi iddiaçı aparatdan istifadə edir. xx.xx.2018-ci ildə ona müddətsiz 3-cü dərəcə əllilik təyin edilmişdir. Hazırda da iddiaçı eyni problemlə yaşayır. Lakin cavabdeh təşkilat onun əllilik dərəcəsini əsassız ləğv etmişdir.

12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.20223 -cü il tarixli və xx.xx.2023-cü il tarixli cavab məktublarında bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Tovuz Rayon Mərkəzi Xəstəxanasının 0321003AAJUW nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə araşdırması çərçivəsində "eşitmə xəstəliklərinə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Vətəndaşın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün qeydiyyat ünvanına xx.xx.2022-ci il tarixli **********0 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilmişdir. Həmin tarixdə İddiaçı əyani müayinədə iştirak etmiş, təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarını n məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2018-ci il tarixli əlillik təyinatı qərarı ləğv edilərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2030/2023 nömrəli, 5 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim Gülşən Əliyeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin “İddiaçı xx.xx.2018-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə verilmiş qərarın ləğv edilməsi və diaqnoz əlillik əlaməti təyin etmir” barədə fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçının əyani müayinəyə cəlb edildiyi dövrdə onda mövcud olan xəstəlik (hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip, nitq pozulması ilə) üzrə orqanizmin funksiyalarının pozulması faizi 50 faizdir ki, bu da əlilliyin üçüncü dərəcəsinə uyğun gəlir, orqanizmin funksiyalarının pozulması müddəti isə müddətsizdir.

15. Belə ki, inzibati prosessual qanunvericilikdə mübahisələndirmə haqqında iddia növlərində sübutetmə yükü mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan üzərinə qoyulmuşdur. Cavabdeh orqan isə 08 fevral 2023-cü il tarixli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu və qərarında istinad etdiyi halları sübut edə bilməmişdir.

16. Cavabdeh həmin qərardan apellyasiya şi kayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-292/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: Aygül İsgəndərova - sədrlik edən və məruzəçi, Azər Bayramov və Rəşad Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏL İLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T479/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin tərtib etdiyi Forma 88 saylı göndərişdə qeyd edilmiş “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağıreşitmə, anadangəlmə İİİ-İV dərəcəli neyrosensor ağıreşitmə, koxlear nevrit, nitqin pozğunluğu” diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində öz təsdiqini tapmamışdır.

21. Nəticədə, c avabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilməsi düzgün olmuşdur. Belə olan halda, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.

22. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız q ərar qəbul etmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakimə sinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hə rbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əl illiyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik ə lilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.20. anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8).

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə son radan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

9. Qulağın və məməy əbənzər çıxıntının xəstəlikləri Qeyd. Qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları). 9. 1.4. eşitmə zəifliyi İV dərəcə, ikitərəfli 50 müddətsiz.

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hiss əsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

30. Şikayətdə fund amental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. İşin faktiki hallarına əsasən ilk öncə qeyd edilməlidir ki, xx.xx.2018-ci il tarixdə “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, anadangəlmə İİİ-İV dərəcəli neyrosensor ağıreşitmə, koxlear nevrit, nitqin pozulması” diaqnozu ilə (təsnifat: H90Eşitmənin konduktiv və neyrosensor itirilməsi=>H90.6- İkitərəfli qarışıq konduktiv və...) müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Cavabdeh Agentlik tərəfindən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən daxil olmuş 04 fevral 2022-ci il tarixli PHŞ/1-2-2022-3196 nömrəli məktubun araşdırılması nəticəsində 50 nəfərin əlillik təyinatı barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin düzgünlüyünə şübhə yaranması əsası ilə həmin şəxslər barəsində inzibati icraat başlanmış və sözügedən 50 nəfərə, o cümlədən iddiaçıya xx.xx.2023-cü il tarixə əyani müayinəyə çağırılmaları h aqqında ünvanlarına məktub göndərilmişdir. Həyata keçirilmiş əyani müayinə nəticəsində cavabdeh Agentlik tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən Tibbi-sosial ekspert komissiyalarının 42 nəfərə dair əlillik təyinatı barədə qərarların qüvvədə saxlanılması, 8 nəfərə dair qüvvədə olan əlillik təyinatı qərarlarının ləğv edilməsi barədə qərar, o cümlədən Agentliyin Tibbi-sosial ekspert komissiyasının fevral 2023-cü il tarixli qərarı ilə İddiaçı xx.xx.2018-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə verilmiş qərar ləğv edilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

35. Nəzərə alınmalıdır ki, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Ka binetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh orqan 50 nəfərin, o cümlədən iddiaçının əlillik təyinatı barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin düzgü nlüyünə şübhə yaranmasına əsas kimi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 04 fevral 2022-ci il tarixli məktubunu göstərmişdir. Həmin məktuba Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli məktubu əlavə edilmişdir ki, həmin məktubda “daun sindromu” xəstəliyi olan şəxslərlə bağlı olan göndərişlərdən bəhs edilir və iddiaçıya qoyulmuş diaqnoz “eşitmə” xəstəliyi ilə bağlı olduğundan həmin məktubun iddiaçıya aidiyyatı müəyyən edilmir.

37. Həmçinin məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, qoyulmuş diaqnoz iddiaçının sonuncu dəfə qiymətləndirildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin (2022-ci il iyulun 1-dək qüvvədə olmuş) 2.5.20-ci bəndinə əsasən müddətsiz üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür

38. Göründüyü kimi məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyini haqlı hesab edərək qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edildiyi dövrdə də onda mövcud olan xəstəlik (hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip, nitq pozulması ilə) üzrə orqanizmin funksiyalarının pozulması faizi 50 faizdir ki, bu da əlilliyin üçüncü dərəcəsinə uyğun gəlir, orqanizmin funksiyalarının pozulması müddəti isə müddətsizdir.

39. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin araşdırmalarını əsaslı hesab edərək qeyd edir ki, inzibati prosessual qanunvericilikdə mübahisələndirmə haqqında iddia növlərində sü butetmə yükü mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan üzərinə qoyulmuşdur. Cavabdeh orqan isə 08 fevral 2023-cü il tarixli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu və qərarında istinad etdiyi halları sübut edə bilməmişdir.

40. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, şəxsin əlilliyinin qiymətləndirilməsi onun diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

41. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

42. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən qanunla ona verilmiş diskresion səlahiyyətlərdən məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

43. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıd ır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-292/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar