Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1891/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, 03.07.2019 Allahverdiyev Qəhrəman Əli oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “mütəxəssis diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyas ının 2-1(103)-554/2019 nömrəli, 14 mart 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 03 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Rusiya Federasiyası Dağıstan X4 İnstitutunu “maliyyə və kredit” ali peşə istiqaməti üzrə qiyabi bitirmiş, bu barədə ona 07 iyul 2014-cü il tarixdə mütəxəssis diplomu verilmişdir. İddiaçı həmin diplom üzrə ixtisasının tanınması ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra - cavabdeh) müraciət etmiş, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsinin 21.05.2018-ci il tarixli Q-267/03/ANİ saylı cavab məktubunda bildirilmişdir ki, İddiaçı ali təhsil sahəsində ixtisasının tanınması barədə ərizələrinə baxılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası Dağıstan X4 İnstitutunun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında İddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Göründüyü kimi, qeyd olunan ali təhsil müəssisəsinin təhsil sənədində göstərilən normativ müddətin tələbinə faktiki riayət edilmədiyindən ekspert qrupunun 29.01.2016-cı il tarixli rəyinə əsasən Rusiya Federasiyası Dağıstan X4 institutu tərəfindən iddiaçıya verilmiş 17 iyun 2014-cü il tarixli, 110505 01977287 nömrəli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması mümkün deyildir. Bu cavabla razılaşmayan iddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyası Dağıstan X4 İnstitutunu bitirməsinə dair 17 iyun 2014-cü il tarixli, 110505 ******* nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Rusiya Federasiyası Dağıstan X4 İnstitutu tərəfindən ona verilmiş 07 iyul 2014-cü il tarixli, 110505 ******* nömrəli mütəxəssis diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, dəyişdiril miş iddia icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-cu ildə Rusiya Federasiyası Dağıstan X4 İnstitutunun qiyabi şöbəsinə daxil olmuş, 2009-2014-cü illərdə həmin İnstitutda ali təhsili almış, 07 iyul 2014-cü ildə ona mütəxəssis diplomu verilmişdir. İddiaçı 04.05.2018-ci ildə cavabdehə müraciət edərək, qeyd olunan diplomun ölkə ərazisində tanınmasını və ekvivalentliyin müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin 21 may 2018-ci il tarixli, Q-267/03ANİ saylı məktubu ilə xahişi təmin edilməmiş və bildirilmişdir ki, Rusiya Federasiyası Dağıstan X4 İnstitutunun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavəd ə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, nazirlik tərəfindən iddiaçının sənədləri araşdırılarkən onun təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi” qaydalarına uyğun gəlmədiyi ekspert qrupu tərəfindən müəyyən edilmişdir. Həmin ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3567/2018 nömrəli, 02 noyabr 2018-ci il tarixli qərarı ilə (hakim: X.X.İmanov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdi r ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır. Odur ki, cavabdehin imtinası iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-554/2019 nömrəli, 14 mart 2019-cu il tarixli qərarı ilə (sədr lik edən: V.Ə.Baxışova, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) cavabdehin apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3567/2018 nömrəli, 02 noyabr 2018-ci il tarixli qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsaslı olmuşdur. İddiaçı apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-554/2019 nömrəli iş üzrə 14 mart 2019-cu il tarixli qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edərək iddia tələbinin təmin edilməsi barədə ədalətli və obyektiv qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində bildirilir ki, apelyasiya instansiya məhkəmə sinin qərarı əsassız və qanunsuzdur. Belə ki, iddiaçı 2009-2014-cü illərdə Federasiyası Dağıstan Dövlət X2 qiyabi təhsil almış, "maliyyə və kredit“ ali peşə istiqaməti üzrə ixtisas proqramını mənimsəmiş və dövlət yekun attestasiyasını uğurla keçmiş, Dövlət İmtahan komissiyasının 17.06.2014-cü il tarixli, 02 saylı qərarı ilə ona iqtisadçı ixtisası verilmiş, yekunda isə həmin İnstitut tərəfindən iddiaçının adına 07 iyul 2014-cü ildə 110505 ******* nömrəli (qeydiyyat nömrəsi 969) mütəxəssis diplomu verilmişdir. Eləcə də, iddiaçı həmin İnstitutda təhsil aldığı zaman 66 fənndən kafi, yaxşı, əla və məqbul qiymət almış, tədris təcrübəsini keçmiş, 4 kurs işi yazmış, ixtisası üzrə dövlət imtahanlarını uğurla vermiş, qeyd olunan faktlar İnstitut tərəfindən verilmiş diploma əlavədə öz təsdiqini tapmı şdır. İddiaçı diplomu aldıqdan sonra ixtisası üzrə işləmək və ailəsini dolandırmaq məqsədilə ona verilən diplomun ölkə ərazisində tanınması barədə cavabdeh inzibati orqana müraciət etmiş, Nazirliyin Akkreditasiya və Nostrifikasiya idarəsinin 21.05.2018-ci il tarixli Q-267/03/ANİ saylı cavab məktubu ilə onun müraciəti təmin edilməmişdir. Lakin bu imtina qanuni deyildir. Belə ki, mütəxəssis diplomuna əlavədə iddiaçının təhsil aldığı müddətdə akademik saatların miqdarına uyğun olaraq aldığı qiymətlər, yazdığı kurs işləri və onların qiymətləndirilməsi aydın şəkildə şərh edilmiş və ümumi nəticəsi məqbul sayılmışdır. Bundan əlavə, iddiaçının təhsil aldığı 2009-2014-cü illərdə ölkədən çıxışı və girişi ilə bağlı məlumatlar onun ümumvətəndaş pasportunda qeyd edilmişdir ki, bu zaman onun göstərilən müddətdə Rusiya Federasiyasında olmasını təsdiq edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübah isə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan diploma əlavədən görünür ki, iddiaçı qiyabi formada təhsil almış, təhsil müddəti 5 il olmuşdur. Rusiya Federasiyası Dağıstan X4 İnstitutunun 1 6.07.2016-cı il tarixli 145-y saylı arayışından müəyyən olunur ki, 2014-cü ildə həmin institutu qiyabi formada bitirən iddiaçı 080.105.65 “maliyyə və kredit” ixtisası üzrə fərdi təhsil planına əsasən sürətləndirilmiş təhsil forması üzrə (5 və 6-cı kurslar) iqtisadçı əsas hazırlıq proqramını mənimsəmişdir. Ali təhsilin alınması haqqında sənədlərin doldurulması üzrə təlimata əsasən diploma əlavədə əyani forma üzrə mütəxəssis proqramının mənimsənilmə müddəti, yəni 5 il göstərilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci və 8.28-ci bəndlərinə görə, nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir, xarici dövlətlərdə alınmış təhsil sənədlərinin nostrifikasiyası qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlər- ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Qaydaların: - 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy;. -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıx dığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti i lə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. “Təhsil haqqında” Qanunun 1.0.8-ci maddəsinə əsasən, bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. İddiaçının Rusiya Federasiyasında əldə etdiyi “mütəxəssis” ali ixtisas dərəcəsi Azərbaycan Respublikasında bakalavr ali ixtisas dərəcəsinə uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-ci bəndinə əsasən, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Qaydalarda ali təhsil müddətinin azaldılması ilə bağlı istisna hallar (sürətləndirilmiş təhsil və s.) nəzərdə tutulmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında qiyabi təhsil müddətinin əyani təhsil müddətindən bir il artıq olması nəzərdə tutulmuşdur. Rusiya Federasiyası Dağıstan X4 İnstitutunun tədris normativi üzrə əyani təhsil müddəti 5 il olduğundan qiyabi təhsil müddəti bundan bir il artıq, yəni 6 il olmuşdur. Lakin iddiaçı faktiki olaraq həmin İnstitutda 5 il qiyabi təhsil aldığından bu müddət Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olmadığı, yəni əyani təhsil müddətinə bərabər olduğu üçün məhkəmə hesab edir ki, cavabdehin iddiaçının diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsindən imtinası «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın tələblərinə uyğundur. Beləliklə də cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olduğundan iddiaçının diplomunun tanınmasından imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətini n təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-554/2019 nömrəli iş üzrə 14 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1891/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1891/2019
03.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver