Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1891/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (işlədiyi vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmaqla təyin edilmiş yaşa görə əmək pensiyasının dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin ödənilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеsp ublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 16.03.2017-ci ildə təyin olunmuş yaşa görə əmək pensiyasının “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)-1776/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İdd iaçı xx.xx.1954-cü ildə Bakı şəhərində anadan olmuşdur.
2. İddiaçıya 63 yaşdan, 16.03.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasını və yaranmış pensiya fərqin ödənilməsini xahiş etmişdir.
4. Cavabdeh məktubla müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmişdir. Cavabdeh 22.01.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçının vaxtilə işlədiyi vəzifələr dövlət qulluğu vəzifələri hesab edilmədiyindən, həmçinin qanunla nəzərdə tutulmuş dövlət qulluğu stajı olmadığından ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması mümkün deyildir. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, 16.03.2017-ci ildə ona təyin olunmuş yaşa görə əmək pensiyasının “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla yenidən hesablanması və pensiya məbləği üzrə yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1954-cü ildə Bakı şəhərində doğulmuşdur. 11.09.1972-ci ildən 27.08.1973-cü ilədək Sumqayıt Boru Prokat zavodunda işləmişdir. 13.06.1974-cü ildən 01.09.1974- cü ilədək, 17.06.1975-ci ildən 01.09.1975-ci ilədək Azərbaycan SSR Xilasetmə xidmətində matros xilasedici, 27.10.1977-ci ildən 18.03.1978-ci ilədək Sumqayıt şəhər Mənzil İdarəsində mühəndis, 21.03.1978-ci ildən 23.06.1978-ci ilədək SSRİ Balıq Təsərrüfatı Nazirliyinin nəzdində “CənubXəzərbalıq” İdarəsinin 7 nömrəli X1 “Molniya” gəmisində 1-ci dərəcəli matros, 23.06.1978-ci ildən 19.11.1980-ci ilədək həmin müfəttişlikdə kiçik müfəttiş, 19.11.1980-ci ildən 18.10.1982-ci ilədək 7 nömrəli X2 sahə dövlət müfəttişi, 18.10.1982-ci ildən 05.07.1983-cü ilədək 9 nömrəli X2 sahə dövlət müfəttişi, 05.07.1983-cü ildən 05.04.1991-ci ilədək 7 nömrəli X2 sahə müfəttişi, 05.04.1991-ci ildən 28.06.1994-cü ilədək 11-ci rayon üzrə X2 müfəttiş, 28.06.1994-cü ildən 22.12.1995-ci ilədək 12-ci rayon X2 baş dövlət müfəttişi, 01.03.1996cı ildən 11.04.1997-ci ilədək 7-ci rayon X3 böyük dövlət müfəttişi, 01.10.1997-ci ildən 22.01.1999-cu ilədək “AzərBalıq” Dövlət Konserninin “Balıqartırma” İdarəsinin 11-ci Rrayon X2 dövlət müfəttişi, 22.01.1999-cu ildən 25.10.2001-ci ilədək 1-ci rayon X2 dövlət müfəttişi, 29.05.2003-cü ildən 02.07.2007-ci ilədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Balıqtutma” İdarəsinin Xəzər dənizi və daxili suların bioloji sərvətlərin mühafizəsi Xidmətinin Lənkaran-Astara regionu üzrə bölməsində aparıcı mütəxəssis, 02.07.2007-ci ildən 02.04.2012-ci ilədək Lənkəran-Astara və Səlyan-Neftçala regionu üzrə aparıcı müfəttiş, 02.04.2012-ci ildən 07.12.2018-ci ilədək Sumqayıt-Xaçmaz regionu üzrə aparıcı müfəttiş vəzifəsində işləmişdir. Cavabdeh tərəfindən 06.03.2017-ci il tarixdə i ddiaçıya 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, pensiyanın hesablanması zamanı 1978-ci ildən 2018-ci ilədək dövrlərdə dövlət qulluğunda olmasına baxmayaraq, pensiya təyin olunan zaman ona qulluq stajına görə əlavələr nəzərə alınmamışdır. Halbuki dövlət qulluğunda 38 il 02 ay 11 gün iş stajı vardır. Bununla əlaqədar 23.12.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən müraciətə rədd cavabı verilmişdir.
7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunda göstərilmiş əsaslarla eynidir.
8. Birinci instansiya məhkəməsinin (hakim Miminat Hacıbəyova) 30.03.2021-ci il tarixli, 2-1(112)-4160/2021 nömrəli qərarı ilə iddiaçının 16.03.2017-ci il tarixdə ona təyin olunmuş yaşa görə əmək pensiyasının, “ Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə iddiası təmin edilməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi qurumlar dövlət orqanlarının tabeliyində olsalar da, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2.2ci maddəsinə əsasən icra hakimiyyəti orqanlarının aparatı olmadığına görə həmin qanun iddiaçıya şamil edilmir. Bundan başqa iddiaçının işlədiyi vəzifələr (o cümlədən müfəttiş vəzifəsi) dövlət qulluğu vəzifələrinin uyğunlaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə təsdiq edilmiş siyahı larda nəzərdə tutulmamışdır. Bu da iddiaçının dövlət qulluqçusu olmadığını təsdiq edir.
10. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 21(103)-1776/2021 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova və Azər Hüseynov) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 30.03.2021-ci il tarixli, 2-1(112)-4160/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm 23.06.1978-ci ildən 01.01.1992-ci ilə qədər işlədiyi vəzifələr, həm də 01.01.1992-ci ildən 07.12.2018-ci il tarixə qədər işlədiyi müəssisə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin struktur bölməsi olduğundan, həmin dövrlər də dövlət qulluğu hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 №- li Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalar”ına əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.16-cı bəndində ittifaq-respublika tabeliyində olan, büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır.
15. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 16. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Maddə. 2.5. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Maddə 23.1. Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. 17. “Əmək Pensiyaları haqqında” Qanun: Maddə 20.1.7. “Dövlət qulluğu haqqında ” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya).
18. Azərbaycan Respublikası Prezidentinin 1 sentya br 2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Adı çəkilən Fərmanın 2-ci bəndində qeyd edilir ki, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusun da göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, 28 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 17-ci bəndində Azərbaycan Respublikasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun nmüvafiq xidmət və idarələri göstərilmişdir.
20. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasi ya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası mə hkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisə-ləndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apelyasiya in stansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Hazırkı mübahisə kassasiya şikayətinin ifadə tərzinə əsasən, mahiyyət etibarı ilə iddiaçının 23.06.1978-ci ildən 01.01.1992-ci ilə qədər işlədiyi vəzifələrin, eləcə də 01.01.1992-ci ildən 07.12.2018-ci ilə qədər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid müəssisədə işlədiyi vəzifələrin dövlət qulluğuna uyğunlaşdır ılması ilə əlaqədardır. Belə ki, iddiaçının 16.03.2017-ci il tarixdə ona təyin olunmuş yaşa görə əmək pensiyasının, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi tələbi qeyd olunan uyğunlaşdırmaya bağlıdır.
27. Bu qərarın 16-cı bəndində istinad olunan normaya görə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləş dirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya).
28. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əmək pensiyaçılarına dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun ə sasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunan qanunvericilik icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə həmin qanunvericiliyin müddəaları tətbiq edilmir. Belə işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
29. Həmin qanunun 14.1-ci maddəsinə görə dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.
30. Həm in qanunun 10.1-ci maddəsinə əsasən dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür.
31. Bu baxımdan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinin müddəalarına görə, sabiq dövlət qulluqçusu kimi pensiya alması və pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün şəxs, yuxarıda istinad olunan normaların müddəalarına uyğun olaraq inzibati və yardımçı vəzifələrdə, habelə 18 oktyabr 1991-ci ildən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla).
32. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlə t qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmiş və müvafiq uyğunlaşdırılma aparılmışdır. Bundan başqa, adı çəkilən Fərmanın 2-ci bəndində qeyd edilir ki, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Göründüyü, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat T oplusu”nda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Nazirlər Kabinetinin səlahiyyət sferasına aiddir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında əksini tapmış vəzifələr yuxarıda sadalanan qanunvericilik aktlarında dövlət qulluğu vəzifələri qismində nəzərdə tutulmamış, eləcə də dövlət qulluğunun müvafiq vəzifələrinə aparılmış uyğunlaşdıma ilə əhatə olunmamışdır. Həmçinin, iddiaçının işlədiyi qurumlar həm ittifaq– respublika tabeliyində olduğu dövrdə (23.06.1978-01.01.1992-ci illərdə), həm də sonradan müvafiq nazirliyin və onun strukturunda olan xidmətlərin bilavasitə aparatlarında mövcud olmamışdır. Həmin qurumlar onların tabeliyində olan müəssisələr kateqoriyasına aid edilmişdir. Bu baxımdan iddiaçı cavabdehə qarşı hazırkı iddia tələbind ə haqlı sayıla bilməz.
34. Beləliklə, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 21(103)-1776/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.