Məhkəmə qərarları › İş №2-1(102)-1891/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1891/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1891/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidm əti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “cizgi planın ləğv edilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2023-cü il tarixli, 2-1(104)-188/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Gədəbəy rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş reyestr nömrəsi 01-74, inventar nömrəsi 95 olan qeydiyyat vəsiqəsinə əsasən Gə dəbəy rayonu, Əlinağılar kəndində yerləşən bir mərtəbəli, dörd otaqlı, ümumi sahəsi 95,09 kv.m, o cümlədən yaşayış sahəsi 53,87 kv.m, köməkçi sahəsi 41,22 kv.m-dən ibarət 1 saylı fərdi yaşayış evi Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 150 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamı ilə iddiaçının adına qeydə alınmışdır.

2. Gədəbəy rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş reyestr nömrəsi 01-75, inventar nömrəsi 96 olan qeydiyyat vəsiqəsinə əsasən Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən bir mərtəbəli, altı otaqlı, ümumi sahəsi 106,2 kv.m, o cümlədən yaşayış sahəsi 49,8 kv.m, köməkçi sahəsi 56,4 kv.m-dən ibarət 2 saylı fərdi yaşayış evi Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 150 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncam ı ilə iddiaçının adına qeydə alınmışdır.

3. İddiaçı cavabdehə müraciət edərək, qeydiyyat vəsiqələri əsasında ona məxsus olan tikililərə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.

4. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********39 nömrəli məktubunda qeyd edilmişdir ki, Gədəbəy rayonu, Əlinağılar kəndi (Qalakənd) ərazisində yerləşən, qeydiyyat vəsiqələri əsasında iddiaçıya məxsus 106,2 və 95,09 kv.m-dən ibarət tikililərə və altının torpaq sahəsinə dair X6 adına “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən tərtib olunmuş xx.xx.2006-cı il tarixli, 000678 qeydiyyat nömrəli və “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəf indən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən tərtib olunmuş xx.xx.2006-cı il tarixli, 000184 qeydiyyat nömrəli şəhadətnamələr əsasında xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. ünvan 1 kəndində yerləşən 2,0076 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsini və üzərində yerləşən əmlak kompleksi kimi müəssisəni (Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi) X4 rayon notariat kontorunda xx.xx.2017-ci il tarixli, 4Ə-169 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında bütövlüklə X10 adına özgəninkiləşdirmiş və ona xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daha sonra həmin əmlak kompleksi bütövlüklə Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli, 4Ə-294 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X11 adına özgəninkiləşdirilmiş və ona xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sözügedən əmlak üzərində digər şəxslərin mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış verildiyi üçün ərizəsinin icrası mümkün olmamışdır.

5. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən tərtib olunmuş xx.xx.2006-cı il tarixli, 000678 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnaməyə əsasən ünvan 1 kəndi ünvanında yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi X1.

6. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəs i tərəfindən tərtib olunmuş xx.xx.2006-cı il tarixli, 000184 qeydiyyat nömrəli “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnaməyə əsasən ünvan 1 kəndi ərazisində yerləşən 20076 kv.m torpaq sahəsi X1.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA, ******* nömrəli çıxarışa əsasən ünvan 1 kəndində yerləşən 2,0076 ha torpaq sahəsi və əmlak kompleksi kimi müəssisə (Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi) X6 adına xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir.

8. Gədəbəy rayon notariat kontorunda 4Ə-169 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 kəndində yerləşən ümumi sahəsi 205 kv.m olan əmlak kompleksi kimi müəssisə və 2,0076 ha torpaq sahəsi X9 tərəfindən X2.

9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* nömrəli çıxarışa əsasən ünvan 1 kəndində yerləşən 2,0076 ha torpaq sahəsi və əmlak kompleksi kimi müəssisə (Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi) X10 adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir.

10. Bakı şəhəri 50 saylı notariat ofisində 4Ə-294 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1 kəndində yerləşən ümumi sahəsi 205 kv.m olan əmlak kompleksi kimi müəssisə və 2,0076 ha torpaq sahəsi X15 tərəfindən X3.

11. Hüquqların dövlət qeydiyyatı haqqında d aşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 kəndində yerləşən 2,0076 ha torpaq sahəsi və əmlak kompleksi kimi müəssisə xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə X11 adına rəsmiləşdirilmişdir.

12. İddiaçının müraciətinə cavabdehin xx.xx.2022-ci il tarixli, **********52 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən əmlakların reyestr nömrəsi 01-75, inventar nömrəsi 96 olan və reyestr nömrəsi 01-74, inventar nömrəsi 95 olan qeydiyyat vəsiqələri daşınmaz əmlakın Şəmkir rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin qeydiyyat kitablarında öz əksini tapmamışdır. Həmçinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına fərdi yaşayış evi qeydiyyata alınmamışdır.

13. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********35 nömrəli məktubunda qeyd edilmişdir ki, ləğv edilmiş Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən Gədəbəy rayonu üzrə qeydiyyat vəsiqələrinin 1, 2 və 3 saylı qeydiyyat kitabları təhvil verilmişdir. Həmin kitablarda 01-75 reyestr nömrəli, 96 inventar nömrəli və 01-74 reyestr nömrəli, 95 inventar nömrəli qeydiyyat vəsiqələri aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, onun Gədəbəy rayonu, Əlinağılar kəndi ərazisində mülkiyyətində olan 95,09 kv.m və 106,2 kv.m olan fərdi yaşayış evləri üzərində hüquqlarının daşınmaz əmlakı n dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2006-cı il tarixli, 000184 nömrəli qeydiyyat şəhadətnaməsinin, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2010-cu il tarixli, ********** nömrəli və xx.xx.2017-ci il tarixli, ********** nömrəli çıxarışların və xx.xx.2022-ci il tarixli cizgi planın ləğv edilməsi və cavabdehin onun Gədəbəy rayonu, Əlinağılar kəndi ərazisində mülkiyyətində olan 95,09 kv.m və 106,2 kv.m olan fərdi yaşayış evlərinin üzərində hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina etməsini əsassız hesab ed ərək barəsində cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evləri üzərində hüquqlarının dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən balıqçılıq təsərrüfatının rəhbəri vəzifəsində çalışmışdır. Sovet hökuməti dağıldıqdan və özəlləşdirilmə prosesinə başlanıldıqdan sonra yaşayış yeri olmadığından təsərrüfatın yaşayış məntəqəsini özəlləşdirərək özünün və ailəsinin yaşayış yerinə çevirmişdir. Artıq 28 ildir ki, qeyd olunan yaşayış yeri onların mülkiyyətindədir və buna dair dövlət qeydiyyat vəsiqəsi də vardır. 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla Vətənin müdafiəsində hər zaman canını qoymuşdur. Bununla bağlı Gədəbəy rayonu, Əlinağılar kəndində özünə fərdi yaşayış evini özəlləşdirmişdir. Həmin evə dair qeydiyyat vəsiqəsi üzrə hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun hüquqlarının qeydə alınmasından əsassız olaraq imtina edilmişdir. Hansı ki, bu hüququn qeydə alınması üçun iddia ərizəsinə əlavə etdiyi qeydiyyat vəsiqəsi əsaslardan biri olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2.1, 6, 8, 9-cu maddələrində nəzərdə tutulmuşdur. Gədəbəy rayonu, Plankənd kəndinin sakinləri X16 və onun qardaşı X14 cavabdehin əməkdaşları ilə qeyri-münasibətlərə girərək onun yaşadığı evlərin və işləyərək canını qoyduğu Balıqçılıq təsərrüfatının torpaq ərazisini qanunsuz olaraq zəbt etmişlər. Belə ki, onlar Gədəbəy rayonu, Plankənd kəndində yaşadıqları və inzibati ərazi vahidliyinə əsasən oranın sakinləri olduğu halda Əlinağılar kəndinin ərazisində yerləşən meşə fondu torpağının ərazisini öz torpaq sahələri kimi qeydiyyata aldırmışlar. Hansı ki, X14 özü hədəqorxu ilə tələb etməyə görə məhkum edildikdən sonra azadlığa çıxmış və görünür ki, yəqin eyni taktika işlətməklə cavabdehlə əlaqəyə girməklə mülkiyyətə dair çıxarışında torpaq sahəsinin və tikilinin ərazi vahidliyinin Gədəbəy rayonu, Plankənd kəndi göstərildiyi halda balıqçılıq təsərrüfatının meşə fondu torpağının ərazisini əvvəlki tikililər göstərməklə torpaq sahəsinin koordinat nöqtələrini və texniki pasportunu Gəd əbəy rayonu, Əlınağılar kəndinin qeyd olunan torpaq sahəsinə daxil etmişdir. Əslində isə X11 torpaq sahəsinin təyinatı Qalakənd kəndi ərazisində özəlləşmiş sənaye, nəqliyyat, rabitə və müdafiə torpaqları üzərində olan əmlak kompleksi kimi göstərilmişdir. İstər Qalakənd kəndinin, istərsə də Plankənd kəndinin ərazi vahidliyi və Balıqçılıq təsərrüfatının torpağının ərazisi bu iki ərazi vahidliyinə daxil olmamaqla uzaq bir ərazidə yerləşir. Bir dəfə X16 və onun qardaşı X14 cavabdehə müraciət edərək hazırda ərazi vahidliyi kimi torpaq sahəsinin yerləşdiyi ünvana aid edilərək qanunsuz əldə etmək istəsələr də, onların müraciətlərinə imtina edilmiş, sonradan isə torpaq sahəsinin və tikililərin ona aid tikililər daxil edilməklə ünvanın isə ünvan 2 hərəkətlər əvvəlki tarixlərə işlənməklə sənədləşmə işləri aparılmışdır. Hazırda şikayət ərizəsinə əlavə etdiyi X13 məxsus torpaq sahəsinin və tikilinin Gədəbəy rayonu, Plankənd kəndi göstərildiyi halda torpaq sahəsinin koordinatları və tikililər isə Gədəbəy rayonu, Əlinağılar kəndi ərazisində ona məxsus yerə işlənmişdir. Qeyd olunan torpaq sahəsi o, Balıqçılıq təsərrüfatında işlədiyindən ilk öncə oranın işçisi kimi ancaq ona satıla bilərdi. Sadəcə torpaq sahəsi meşə fondu torpaq sahəsi olduğundan ona satılmamış və təklif edilməmişdir. Hazırda onun tikili sahələrinə və torpaq sahəsinə dair ilkin sənədləri üzrə 2005-ci il dövrədək olan müddət üzrə qeydiyyat vəsiqəsi vardır, qeydiyyat vəsiqəsi üzrə cavabdehə müraciət etsə də, sənədlərinin ilkini və qeydiyyat vəsiqəsi orada mövcud olduğu halda ona sənədləri üzrə hüququnun təkrar qeydiyyata alı nmasından qanunsuz olaraq imtina edilmişdir. Qeyd olunan şəxslərə dair çıxarışlarda göstərilmiş Qalakənd ərazisi Miskinli ərazi vahidliyinə aiddir. Onun torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina edilməsi və torpaq sahəsində inşa etdiyi evinin başqa şəxsə məxsus olması absurddur. Qaldırılmış iddia tələbi ilə bağlı hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmişdir.

17. Birinci instansiya məhkəməsi tərəfindən X16 iş üzrə məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.

18. Gəncə İnzibati Məhkəməsinin (hakim Emin Axundov) 15 noyabr 2022-ci il tarixli, 2-1(114)-1856/2022 nömrəli qərardadı ilə iddia tələbi xx.xx.2006-cı il tarixli, 000184 nömrəli qeydiyyat şəhadətnaməsinin, xx.xx.2017-ci il tarixli, AN-İ ****** * nömrəli və xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqısı” müqavilələrinin etibarsız hesab edilməsi, xx.xx.2010-cu il tarixli, ********** nömrəli və xx.xx.2017-ci il tarixli, ********** nömrəli çıxarışların ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.

19. Gəncə İnzibati Məhkəməsinin (hakim Emin Axundov) 15 noyabr 2022-ci il tarixli, 2-1(114)-1856/2022 nömrəli qərarı ilə iddiaçının cavabdehə qarşı çıxarışın və cizgi planının ləğv edilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda mübahisə pre dmeti olan daşınmaz əmlaklar üçüncü şəxs X11 xüsusi mülkiyyətində olduğundan, həmin əmlaklar üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması istisna edilir.

21. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

22. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Azər Bayramov /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Aygül İsgəndərova) 28 mart 2023-cü il tarixli, 2-1(104)-188/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə ra zılaşmışdır.

24. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, hazırda onun sözügedən tikililərə və torpaq sahəsinə dair ilkin sənədlər olaraq 2005-ci ilədək olan dövr üzrə qeydiyyat vəsiqəsi vardır. O, həmin qeydiyyat vəsiqəsi əsasında cavabdehə müraciət etsə də, ilkin sənədləri və qeydiyyat vəsiqəsi mövcud olduğu halda həmin sənədlər üzrə onun hüququnun təkrar qeydiyyata alınmasından qanunsuz olaraq imtina edilir. Digər şəxslərə, o cümlədən üçüncü şəxsə məxsus çıxarışlarda göstərilmiş Qalakənd ərazisi Miskinli ərazi vaidliyi nə aiddir. Onun torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina edilməsi və torpaq sahəsində inşa etdiyi evin başqa şəxsə məxsus olması absurddur. Onun evlərinin yerləşdiyi ərazi Gədəbəy rayonu, Əlinağılar kəndi olduğu halda işdə olan iki çıxarışda torpaq sahəsinin gah Gədəbəy rayonu Qalakənd, gah da Plankənd ərazisində göstərilməsi və eyni tarixdə üçüncü şəxsə 2 çıxarışın verilməsi cavabdehin hərəkətlərinin qanunsuz olmasını bir daha təsdiq edir və məhkəmə kəndlərin ərazi vahidlərini düzgün qiymətləndirməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2023-cü il tarixli, 2-1(104)-188/2023 nömrəli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə il ə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, onun Gədəbəy rayonu, Əlinağılar kəndi ərazisində mülkiyyətində olan 95,09 kv.m və 106,2 kv.m olan fərdi yaşayış evləri üzərində hüquqlarının daşın maz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1) xx.xx.2006-cı il tarixli, 000184 nömrəli qeydiyyat şəhadətnaməsinin, 2) xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 3) xx.xx.2010-cu il tarixli, ********** nömrəli və xx.xx.2017-ci il tarixli, ********** nömrəli çıxarışların və 4) xx.xx.2022-ci il tarixli cizgi planın ləğv edilməsi və cavabdehin onun Gədəbəy rayonu, Əlinağılar kəndi ərazisində mülkiyyətində olan 95,09 kv.m və 106,2 kv.m olan fərdi yaşayış evlərinin üzərində hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina etməsin i əsassız hesab edərək barəsində cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evləri üzərində hüquqlarının dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(114)-1856/2022 nömrəli qərardadı ilə iddia tələbi xx.xx.2006-cı il tarixli, 000184 nömrəli qeydiyyat şəhadətnaməsinin, xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli və xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqısı” müqavilələrinin etibarsız hesab edilməsi, xx.xx.2010-cu il tarixli, ********** nömrəli və xx.xx.2017-ci il tarixli, ****** **** nömrəli çıxarışların ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(114)-1856/2022 nömrəli qərarı ilə iddiaçının cavabdehə qarşı çıxarışın və cizgi planının ləğv edilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(114)-1856/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2023-cü il tarixli, 2-1(104)188/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birin ci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

31. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsindən göründüyü kimi, iddia şərti olaraq yuxarıda göstərilmiş 4 (dörd) bir-biri ilə bağlı olan tələbdən ibarətdir ki, onlardan üçü, yəni xx.xx.2006-cı il tarixli, 000184 nömrəli qeydiyyat şəhadətnaməsinin, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2010-cu il tarixli ********** nömrəli və xx.xx.2017-ci il tarixli ********** nömrəli çıxarışların ləğv edilməsi tələbləri mümkün sayılmamışdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dördüncü tələbi, yəni xx.xx.2022-ci il tarixli cizgi planın ləğv edilməsi v ə cavabdehin iddiaçının Gədəbəy rayonu, Əlinağılar kəndi ərazisində mülkiyyətində olan 95,09 kv.m və 106,2 kv.m olan fərdi yaşayış evlərinin üzərində hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina etməsini əsassız hesab edərək barəsində cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evləri üzərində hüquqlarının dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi əvvəlki 3 (üç) tələbdən irəli gələn tələbdir.

33. Belə ki, iş materiallarından göründüyü kimi, reyestr nömrəsi 01-75, inventar nömrəsi 96 olan qeydiyyat vəsiqəsinə əsasən Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən bir mərtəbəli, altı otaqlı, ümumi sahəsi 106,2 kv.m, o cümlədən yaşayış sahəsi 49,8 kv.m, köməkçi sahəsi 56,4 kv.m-dən ibarət 2 saylı fə rdi yaşayış evi Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 150 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamı ilə iddiaçının adına qeydə alınmışdır. Həmçinin reyestr nömrəsi 01-74, inventar nömrəsi 95 olan qeydiyyat vəsiqəsinə görə Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən bir mərtəbəli, dörd otaqlı, ümumi sahəsi 95,09 kv.m, o cümlədən yaşayış sahəsi 53,87 kv.m, köməkçi sahəsi 41,22 kv.m-dən ibarət 1 saylı fərdi yaşayış evi Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 150 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamı ilə iddiaçının adına qeydə alınmışdır.

34. Eyni zamanda, işin faktiki halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən tərtib olunmuş xx.xx.2006-cı il tarixli, 000184 qeydiyyat nömrəli “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnaməyə əsasən ünvan 1 kəndi ərazisində yerləşən 20076 kv.m torpaq sahəsi və Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi X1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA, ******* nömrəli çıxarışa əsasən ünvan 1 kəndində yerləşən 2,0076 ha torpaq sahəsi və əmlak kompleksi kimi müəssisə (Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi) xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X6 adına rəsmiləşdirilmişdir. Gədəbəy rayon notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə-169 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə ünvan 1 kəndində yerləşən ümumi sahəsi 205 kv.m olan əmlak kompleksi kimi müə ssisə və 2,0076 ha torpaq sahəsi X9 tərəfindən X5 və sonuncu buna dair çıxarış almaqla onun mülkiyyət hüquqları xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-294 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə sözügedən əmlak torpaq sahəsi ilə birlikdə X15 tərəfindən X3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 kəndində yerləşən 2,0076 ha torpaq sahəsi və əmlak kompleksi kimi müəssisə xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X11 adına rəsmiləşdirilmişdir.

35. Bununla yanaşı, cavabdehin xx.xx.2022-ci il tarixli, **********52 nömrəli məktubuna əsasən Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən əmlakların reyestr nömrəsi 01-75, inventar nömrəsi 96 və reyestr nömrəsi 01-74, inventar nömrəsi 95 olan qeydiyyat vəsiqələri daşınmaz əmlakın Şəmkir rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin qeydiyyat kitablarında öz əksini tapmamışdır. Həmçinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına fərdi yaşayış evi qeydiyyata alınmamışdır.

36. Bundan başqa, "xxxx" MMC 11 saylı Şəmkir Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X13 məxsus olan ünvan 1 kəndində yerləşən, ümumi sahəsi 2,0076 ha olan to rpaq sahəsində daşınmaz əmlakın dövlət reyestrində iddiaçıya məxsus hər hansı daşınmaz əmlak (tikili) qeydiyyatdan keçməmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X13 məxsus olan ünvan 1 kəndində yerləşən, ümumi sahəsi 205 kv.m olan əmlak kompleksi kimi müəssisənin yarımçıq tikilisi olan, tikinti altı sahəsi 64 kv.m olan A literli yarımçıq tikili ilə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli sərəncamına əsasən verilmiş qeydiyyat vəsiqələrinə əsasən iddiaçının adına qeydə alınmış və köməkçi sahələrdən ibarət olan 1 və 2 saylı fərdi yaşayış evləri eyni tikilidir, lakin həmin ti kililərin hal-hazırkı ölçüləri əlavə tikililər aparılmaqla təqdim olunmuş sənədlər toplusundakı ölçülərdən fərqlidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X13 məxsus olan ünvan 1 kəndində yerləşən, ümumi sahəsi 205 kv.m olan əmlak kompleksi kimi müəssisənin yarımçıq tikilisi olan, tikinti altı sahəsi 64 kv.m olan (halhazırda həmin tikilinin tikinti altı hissəsi 149,36 kv.m, çardaqda birlikdə 213,37 kv.m təşkil edir) A literli həmin tikilidə iddiaçı hazırda yaşayır.

37. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, adıçəkilən dördüncü tələb əvvəlki 3 (üç) tələbdən irəli gəldiyindən, tələblərin dör dü də bir-birindən asılı və bir-biri ilə bağlı olduğundan, həmçinin ilk 3 (üç) tələb düzgün olaraq mümkün sayılmadığından, yuxarıda qeyd edilən dördüncü tələb də mümkün sayılmamalı, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2023-cü il tarixli, 2-1(104)-188/2023 nömrəli qərarı birinci instansiya məhkəməsinin iddiaçının cavabdehə qarşı çıxarışın və cizgi planının ləğv edilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməs i barədə 15 noyabr 2022-ci il tarixli, 2-1(114)-1856/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində ləğv edilsin. Həmin hissədə iş üzə yeni qərar qəbul edilsin. İddiaçının sözügedən tələbi mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar