Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1891/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası 11.09.2025 Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Səyyad Kərimov və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fi lialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)794/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. НЗ seriyalı, ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus xx.xx.1979-cu il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasında qeyd olunmuş məlumatlardan müəyyən olunur ki o, aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: -“Bakı Elektroməişətcihaz Zavodu” (iş stajı: 02 il, 09 ay, 22 gün) xx.xx.1979-cu i l tarixdə MTT şöbəsinə nəqliyyatçı vəzifəsinə qəbul edilmişdir; xx.xx.1982-ci il tarixdə hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. “Kobi” damazlıq təsərrüfatında (iş stajı: 04 il, 11 ay, 11 gün) xx.xx.1984-cü il tarixdə təmizlik briqadasına fəhlə vəzifəsinə qəbul edilmişdir; xx.xx.1989-cu il tarixdə tutduğu vəzifədən azad edilmişdir. -“Univermaq”da (iş stajı: 01 il, 06 gün) xx.xx.1989-cu il tarixdə təsərrüfat malları anbarına köməkçi fəhlə vəzifəsinə işə götürülmüşdür; xx.xx.1990-cı il tarixdə tutduğu vəzifədən azad edilmişdir. -“Azərçörək” 2 saylı çörək zavodu (iş stajı: 02 ay, 19 gün) xx.xx.1990-cı il tarixdə yardımçı istehsalata qablaşdırıcı-daşıyıcı vəzifəsinə işə qəbul edilmişdir; xx.xx.1991-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. -Kirov adına DİŞ nəzdində Mühafizə şöbəsi (iş stajı: 01 il, 05 ay, 27 gün) xx.xx.1991-ci il tarixdə nəzarətçi vəzifəsinə təyin edilmişdir; xx.xx.1992-ci il tarixdə öz xahişinə əsasən tutduğu vəzifədən azad edilmişdir. -“Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin 4 №-li neft və qazçıxarma sexi (iş stajı: 11 il, 02 gün) xx.xx.1994-cü il tarixdə 3-cü dərəcəli əmtəə operatoru peşəsinə işə qəbul edilmişdir.xx.xx.1999-cu il tarixdə 4-cü dərəcə verilmişdir; xx.xx.2002-ci il tarixdə 5-ci dərəcə verilmişdir; xx.xx.2005-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. -“X2” Şirkəti (iş stajı pensiya hüququ xx.xx.2022-ci il tarixədək 17 il, 03 ay, 07 gün) xx.xx.2005-ci il tarixdə 4-cü mədən əmtəə operatoru vəzifəsinə qəbul edilmişdir; xx.xx.2009-cu il tarixdə neftin qazın hazırlanması və vurulması sexin ə 5-ci dərəcəli texnoloji qurğu operatoru vəzifəsinə keçirilmişdir.
3. İddiaçıya məxsus ИТ-İ seriyalı ******* №-li əmək kitabçasında (notarial qaydada təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki o, aşağıda qeyd olunan müəssisələrdə işləmişdir; “Buzov” Kooperativi (iş stajı: 03 ay, 24 gün) xx.xx.1990-cı il tarixdə fəhlə peşəsinə qəbul edilmişdir xx.xx.1990-cı il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Yol Təmir Tikinti İdarəsi (iş stajı: 01 il, 09 ay, 20 gün) xx.xx.1992-ci il tarixdə 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir; xx.xx.1994-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. 4. “X3” Şirkətinin xx.xx.2022-ci il tarixli, № 82 saylı arayışında göstərilmişdir ki, İddiaçı Ağababa oğlu “X2” Şirkətində xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixə qəd ər Neftin və qazın hazırlanması və vurulması sexinin 4-cü Mədənə xidmət edən sahəsində Əmtəə operatoru, xx.xx.2009-cu il tarixdən hal-hazırki günə qədər Neftin və qazın hazırlanması və vurulması sexində Texnoloji qurğu operatoru vəzifəsində çalışır. Yuxarıda göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə 10.5.1 bölməsinin a) bəndində güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında təsdiq edilmişdir.
5. SOCAR-nın xx.xx.2022-ci il tarixli, № SOCAR **********80020123X00406 saylı “arxiv arayışı”nda göstərilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan.sənədlərə əsasən xx.xx.1962-ci İl təvəllüdlü İddiaçı iş stajı aşağıda göstərilən kimidir: xx.xx.1994-cü ildə (əmr Ne 592 k, xx.xx.1994-cü il) “Binəq ədineft” Neft və Qazçıxarma İdarəsinin 4 №-li neft və qazçıxarma sexinə 3-cü dərəcəli əmtəə operatoru peşəsinə işə qəbul edilmişdir; xx.xx.1999-cu ildə (əmr Ne 136 k, xx.xx.1999-cu il) 4-cü dərəcə verilmişdir; xx.xx.2002-ci ildə (əmr Ne 183 k, xx.xx.2002-ci il) 5-ci dərəcə verilmişdir; xx.xx.2005-ci ildə əmək müqaviləsinə xitam verilməklə işdən azad olunmuşdur; Əsas: Fond № 65, Siyahı № 1, Sax/vax. № 73,166,178,181.
6. SOCAR-nın xx.xx.2023-cü il tarixli, 14-2-1/2-1347/2023 saylı məktubunda göstərilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 21 dekabr 2022ci il tarixli SOCAR**********80020123X00406 nömrəli arxiv arayışından müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin 4 saylı neft və qazçıxarma sexində xx.xx.1994 -cü il tarixdən xx.xx.2005-ci il tarixədək əmtəə operatoru peşəsində işləmişdir. Məlumat üçün neft və qazçıxarma sexlərində işləyən əmtəə operatorları sexin tərkibində olan Neftin yığılması və nəqli məntəqələrində neftin yığılması, ilkin hazırlanması və neftin tam (kompleks) hazırlanması məntəqəsinə nəqli işlərini icra edirlər. İddiaçı “Binəqədineft” Neft və Qazçıxarma İdarəsində Neft və qazçıxarma sahələrinin neftin yığılması və nəqli məntəqələrində xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək (11 il 04 gün ) işlədiyi əmtəə operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-c u “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində və 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilənpeşələrlə eynilik təşkil etmir. Lakin Neft və qazçıxarma sahələrinin neftin yığılması və nəqli xidmət sahəsində əmtəə operatoru peşəsində işləyərkən yerinə yetirdiyi işlərin xüsusiyyətləri həmin Siyahının 10.5-ci “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” yarımbölməsiin 1-ci bəndində nəzərdə tutulmuş “istehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları” peşəsinin işinin xüsusiyyətlərinə uyğundur. Belə ki, Neft və qazçıxarma sahələrinin neftin yığılması və nəqli xidmət sahəsində işləyən əm təə operatorları aşağıdakı işləri yerinə yetirirlər: Neft məhsulunun (quyu məhsulunun) tərkibində olan mexaniki qarışıqların və suyun neftdən ayrılması. Neft məhsullarının rezervuarlarda, sistemlərdə, neft kəmərlərində ölçülməsi. Nümunə götürülməsi. Tutumlardan və rezervuarlardan suyun və çirkabın vurulması və xaric edilməsi. Rezervuarlarda (çənlərdə), sistemlər və başqa tutumlarda neftin, neft məhsullarının xüsusi çəkisinin müəyyən edilməsi. Neft tutucularından neftin və neft məhsullarının yığılması və ölçü çənlərinə vurulması. Rezervuarlardan suyun və çirkabın vurulması. Rezervuarlarda (çənlərdə) kalibr cədvəlinə əsasən maye məhsullarının həcminin müəyyən edilməsi. Rezervuarların və tutumların həcmlərinin ölçülməsində iştirak edilməsi. Rezervuarların, boru kəmərlərin, boşaltma-doldurma a vadanlığının və başqa avadanlığın təmirə hazırlanması. Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq (Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir), Neft və qazçıxarma sahələrinin neftin yığılması və nəqli xidmət sahəsində yerinə yetirilən işlər Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin X5 Sorğu kitabçasının “Neft və neft məhsullarının, qazın, şistin, kömürün emalı və magistral boru kəmərlərinə xidmət” bölməsində nəzərdə tutulmuş əmtəə operatorunun işinin xüsusiyyətlərinə uyğun olduğuna görə həmin işlərin icr ası üçün nəzərdə tutulan ştat vahidləri əmtəə operatoru adlandırılmışdır.
7. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş: xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il Bay çalışmış kişilərin həmin Qanunun 7ci maddəsində nəzərdə tu tulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlx alq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X1 qərarlarını, X1 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 1 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı yarımbölməsinin (10.5) istehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizİ, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazır lanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri bəndinin (10.5.1) fəhlələr yarımbəndində texnoloji qurğuların operatorları və əmtəə operatorları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş SOCAR-ın Baş Ofisinin Mərkəzi Arxivinin sizə dair 21 dekabr 2022-ci il tarixli SOCAR**********80020123X00406 nömrəli və “Binəqədı OYL Kompanı” şirkətinin 14 dekabr 2022-ci il tarixli 82 nömrəli arayışlarında xx.xx.1994xx.xx.2005-ci il tarixləri ar asındakı dövr ərzində “Binəqədineft” Neft və Qazçıxarma idarəsinin 4 №-li neft və qaz çıxarma sexində və xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "Binəqədı OYL Kompanı” şirkətinin Neftin və qazın hazırlanması və vurulması sexinin 4-cü mədənə xidmət edən sahəsində əmtəə operatoru və xx.xx.2009-cu il tarixindən bugünədək texnoloji qurğu operatoru vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədi sahələr yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. 8. 02.07.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesab ın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X1 qərarlarını, X1 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı yarımbölməsinin (10.5) İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri bəndinin (10.5.1) fəhlələr (a) yarımbəndində texnoloji qurğuların operatorları və əmtəə operatorları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş “X2” şirkətinin ona dair 14 dekabr 2022-ci il tarixli 82 nömrəli arayışında xx.xx.2005-xx.xx.2009cu il tarixləri arasındakı dövr ərzində Neftin və qazın hazırlanması və vurulması sexinin 4cü mədənə xidmət edən sah əsində əmtəə operatoru və xx.xx.2009-cu il tarixindən bugünədək isə həmin sexdə texnoloji qurğu operatoru vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahələr sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Göstərilən səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun zərərli istehsalat sahəsində işləməsi ilə b ağlı güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının öhdəsinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Sonradan İddiaçı tərəfindən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim olunaraq, məhkəmədən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı pensiya hüququ yarandığı yəni, 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışd ır ki, o, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuş və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək əmək fəaliyyəti olmuşdur, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cü il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək mühafizə şöbəsində işləmişdir, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək operator vəzifəsində işləmişdir, xx.xx.2005-ci il tarixdən X2də işə qəbul edilmiş və halhazırda işləyir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensi yası təyin edilməsinə dair ərizəsinə verilmiş cavabla imtina edilmişdir və əsassız olaraq verilmiş cavabda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda mövcud olmaması göstərilmişdir. Bu tamamilə əsassızdır, belə ki, ona məxsus əmək kitabçasından da görünür ki, onun zərərli sahədə işlədiyi müddət 12 il 6 aydan çoxdur, həmçinin ümumi iş stajı da 25 ildən artıqdır. 2006-cı ilin yanvar ayının 1-dək ümumi və güzəştli sahədə işlədiyi müddət güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququ vardır.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7375/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim N.Abıyev ) iddia təmin edilmiş, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında qeydlər əsasında ümumi iş stajı 40 il, 09 ay, 5 gün təşkil edir ki, bu isə özlüyündə sonuncu tərəfindən 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş ümumi stajının ödənildiyini sübut edir. İş materiallarına əlavə edilmiş “X4” Şirkətinin xx.xx.2022-ci il tarixli, № 82 saylı arayışında göstərilmişdir ki, İddiaçı Ağab aba oğlu “X2” Şirkətində xx.xx.2005-ci il tarixdən xx.xx.2009cu il tarixə qədər Neftin və qazın hazırlanması və vurulması sexinin 4-cü Mədənə xidmət edən sahəsində Əmtəə operatoru, xx.xx.2009-cu il tarixdən hal-hazırkı günə qədər Neftin və qazın hazırlanması və vurulması sexində Texnoloji qurğu operatoru vəzifəsində çalışır. Yuxarıda göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə 10.5.1 bölməsinin a) bəndində güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında təsdiq edilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, SOCAR-nın xx.xx.2022-ci il tarixli, № SOCAR **********80020123X00406 saylı “arxiv arayışı”nda göstərilmişdir ki, xx.xx.1962-ci İl təvəllüdlü İddiaçı iş stajı aşağıda göstərilən kimidir: xx.xx.1994-cü ildə “B inəqədineft” Neft və Qazçıxarma İdarəsinin 4 №-li neft və qazçıxarma sexinə 3-cü dərəcəli əmtəə operatoru peşəsinə işə qəbul edilmişdir; xx.xx.1999-cu ildə 4-cü dərəcə verilmişdir; xx.xx.2002-ci ildə 5-ci dərəcə verilmişdir; xx.xx.2005-ci ildə əmək müqaviləsinə xitam verilməklə işdən azad olunmuşdur. Burdan da müəyyən etmək mümkündür ki, iddiaçının “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin 4 №-li neft və qazçıxarma sexində işlədiyi əmtəə operatoru eləcə də, “X2” Şirkətində işlədiyi əmtəə operatoru vəzifəsinə və qurğu operatoru peşələri iddiaçının güzəştli iş stajı kimi qiymətləndirilməlidir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-794/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, C.Məmmədov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunda qeyd edilənlərlə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQU 19. “Əmək pensiyaları haqqında” Q anun: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. (13 may 2022-ci il tarixədək olan qüvvədə redaksiyada)Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtlə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
20. İnzibati Proses sual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsi ndə şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
24. Şikayətdə fundamental vaci b hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Hazırkı iş üzrə iddiaçının hü quqi marağı və məqsədi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiy a instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-794/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.