Məhkəmə qərarları › İş №2-1(102)-1892/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1892/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1892/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı qərarın etibarsız hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1569/2021 nömrəli iş üzrə 16.07.2021-ci il tarixli qərardadından iddiaç ı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 13 oktyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı Xəzər (Əzizbəyov) rayonu XDSİK-nin 28.10.1991-ci il tarixli, 20 nömrəli qərarının etibarsızlığının tanınması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

2. Birinci instansiya məhkəməsinin 26.01.2021-ci il tarixli, 2-1(112)2209/2021 nömrəli (sədrlik edən hakim Nəriman Abıyev) qərardadı ilə iddiaçının iddiasının mümkün sayılmaması qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi həmin n əticəyə gələrkən, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarına, İPM-nin 2.2.1, 35.1, 38.1-ci maddələrinə istinad edərək, belə hesab etmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq qərar qəbul olunduqdan 29 il keçdikdən sonra, 20 oktyabr 2020-ci ildə məhkəməyə müraciət etmişdir və belə olan halda iddiaçının bu illər ərzində mübahisəli ərazinin üçüncü şəxsə ayrılması barədə Əzizbəyov (indiki Xəzər) rayon X3 İcraiyyə Komitəsinin qərarından xəbərdar, məlumatlı olmaması barədə dəlili inadırıcı olmamaqla, ağlabatan deyildir.

4. İddiaçı həmin qərardaddan apellyas iya şikayəti verərək, birinci instansiya məhkəməsinin 26.01.2021-ci il tarixli, 2-1(112)-2209/2021 nömrəli qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı həmçinin birinci instansiya məhkəməsinin 26.01.2021-ci il tarixli, 2-1(112)-2209/2021 nömrəli qərardadının apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzrlü hesab edərək bərpa edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 16.07.2021-ci il tarixli, 2-1(103)-1569/2021 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova və Azər Hüseynov) qərardadı ilə iddiaçı SOCAR-ın İddiaçı ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi rədd edilməsi, iddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla qərarın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)2209/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1, 24.3, 24.5, 24.6-cı maddələrinə əsaslanaraq qeyd etmişdir ki, hüquqi şəxsin işçilərinin xəstə olması apell yasiya şikayətinin vaxtında verilməməsinə əsas ola bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

8. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mövcud pandemiya şəraitində işçilərin xəstə olması qərardaddan vaxtında şikayət verilməməsi ilə nəticələnmişdir. Buna görə də hesab edir ki, hazırda bütün dünyada üsyan edən COVİD 19 pandemiyasının mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxs kimi iddiaçının iradəsindən asılı olmamış, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətmiş, iddiaçı hüquqi şəxs olsa da, Nazirlər Kabinetinin xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar müvafiq qərarlarının icrası ilə bağlı məhdud sayda işçilər işdə olmuş, eyni zamanda işçilər xəstə olmuş, iş yükü artdığından, üzrlü səbəblərdən qərardaddan şikayət verilməsi üçün prosessual müddət ötürülmüşdür. Odur ki, hesab edir ki, prosessual müddətin bərpa edilməməsi haqqında məhkəmənin gəldiyi nəticə hazırkı işin hallarına uyğun deyil.

9. İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir.

10. Göründüyü ki, prosessual müddətin bərpa edilməməsi haqqında ərizənin təmin edilməməsi barədə qərardadda göstərilən halların heç biri müddətin üzrsüz səbəblərdən buraxılması üç ün əsas olmayıb, yalnız formal mülahizələrdən ibarətdir. Buna görə də, hesab edir ki, kassasiya şikayəti təmin edilməlidir.

11. Bütün yuxarıda göstərilənlərə əssən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2-1(103)-1569/2021 nömrəli qərardadının ləğv edilməsini, iddiaçının ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməsi, həmin iş üzrə Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-2209/2021 saylı, 26.01.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilm ədən də qəbul edilə bilər.

13. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 09 sentyabr 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Tətbiq edilən hüquq

14. İnzibati Prosessual Məcəllə: Maddə 26.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməs i barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

15. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayə tçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPMnin 91-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

19. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələrə əsaslanmaqla, deklarativ və ümumi xarakterlidir.

20. Belə ki, iş materiallarından göründüyü kimi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2209/2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli qərardadı 03 fevral 2021-ci il tarixdə iddiaçı SOCAR-ın İddiaçınə göndərilmişdir.

21. İşdə olan poçt xəbərnaməsindən görünür ki, iddiaçı sözügedən qərarı 11 fevral 2021-ci il tarixdə almışdır (iş vər. səh 56).

22. İş materiallarından görünür ki, 02 aprel 2021-ci ildə iddiaçının nümayəndəsi X4 məhkəməyə müraciət edərək 2-1(112)-2209/2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli qərardadından nümayəndə kimi ona təqdim edilmədiyini bildirmiş və həmin qərardadın iddiaçı SOCAR-ın İddiaçınə rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir.

23. İş materiallarında olan birinci instansiya məhkəmənin iddiaçıya ünvanladığı 09 aprel 2021-ci tarixli məktubunda qeyd edilmişdir ki, 2-1(112)-2209/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qərardad 03.02.2021-ci il tarixdə rəsmi qaydada sifarişli poçt göndərişi ilə SOCAR-ın İddiaçı hüquqi ünvanına (ünvan 1ında olan “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə”yə əsasən qeyd edilən qərardad Birliyin hüquqi ünvanına (İlqar Ağamalıyev) 11.02.2021-ci il tarixdə rəsmi qa ydada təqdim olunmuşdur.

24. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində şikayət vermək hüququnun olmasına baxmayaraq iddiaçı tərəfindən həmin müddətdə apellyasiya şikayəti verilməmiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir.

25. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir.

26. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.

27. Həmin Məcəllənin 24.3-cü maddəsinə ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir.

28. Həmin Məcəllənin 24.4-cü maddəsinə müvafiq olaraq təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

29. Həmin Məcəllənin 24.5-ci maddəsinə görə ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə m əhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir.

30. Həmin Məcəllənin 24.6-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.

31. Yuxarıda qeyd edilən normalardan görünür ki, prosessual müddətlər yalnız maraqlarına toxunulmuş proses iştirakçılarının ərizəsinə əsasən bərpa edilir, ərizədə müddətin nədən buraxıldığı əsaslandırılmalıdır. İddiaçı isə ərizəsində müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim etməmişdir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

34. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 16.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.07.2021-ci il tarixli, 2-1(103)-1569/2021 n ömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar