Məhkəmə qərarları › İş №2-1(102)-1893/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1893/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1893/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan X1rşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya ödənilməsi 17.11.2021 Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (bundan sonra cavabdeh) qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1234/2021 saylı, 4 may 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi din ləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Torpağa Mülkiyyət Hüququna dair JN-1163 KOD 30800086 saylı dövlət aktına əsasən iddiaçıya Abşeron rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 10 may tarixli 16 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0.13 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş və mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi) tərtib edilmişdir, dövlət aktı qeydiyyat kitabında 24.06.1998-ci il tarixdə 1879 nömrə ilə qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı»nın müvafiq olaraq “Bilgəh-Sumqayıt avtomob il yolunun tikintisi” layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Həmin layihə çərçivəsində iddiaçının 972.7 kv.m torpaq sahəsi yolun tikintisi altına düşmüş, həmin torpaq sahəsinin 617.33 kv.m görə əlavələrlə birlikdə 18519.90 manat məbləğində kompensasiya iddiaçıya ödənilmiş, qalan 355.37 kv.m torpaq sahəsi üçün isə vəsait ödənilməmişdir.

3. İddiaçı tərəfindən cavabdehə müraciətin edilməsinə baxmayaraq, həmin torpaq sahəsinə görə kompensasiya məbləği bu günədək iddiaçıya ödənilməmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 14.03.2019-cu il tarixli məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı”n ın müvafiq bəndinə əsasən cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən iddiaçıya məxsus (Dövlət Aktı № JN-1163) 972.67 kv.m torpaq sahəsindən 617.31 kv.m hissəsi yolun tikintisi altına düşmüş və dəymiş ziyana görə 18519,90 manat kompensasiya "xxxx" ASC-nin Gənclik Filialından iddiaçıya ödənilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 10.11.2020-ci il tarixli məktubunda qeyd olunur ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində JN-1163 (kod ********) nömrəli “ Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə mülkiyyətinizə verilmiş 972,67 kv.m torpaq sahəsinin yeni tikilən yolun təhkim zolağına düşməsinin dəqiqləşdirilməsini və yola düşməsini təsdiqləyən sənədin surətinin verilməsi ilə bağlı 20.10.2020-ci il tarixli müraciətinə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. "xxxx" ASC (indiki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) ilə bağlanmış müqaviləyə əsasən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən daşınmaz əmlak obyektlərinə (sizə məxsus torpaq sahəsi də tikinti altına düşmüşdür) dair kadastr planından çıxarışlar hazırlanaraq 2013-cü ildə aidiyyəti üzrə təqdim olunmuşdur. Təsdiq olunmuş sənədin surətinin verilməsi ilə bağlı cavabdehə müraciət etməsi tövsiyə olunmuş dur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 12 fevral 2020-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10.660 manat kompensasiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, ev 25/99-da öz ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Torpaq Mülkiyyəti Hüququna dair “Dövlət Aktı” ilə Abşeron Rayonu Saray Qəsəbəsində yerləşən 972.67 kv.m torpaq sahəsi ona məxsusdur. Ona məxsus torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” altına düşərək torpağı ondan alınmış və ona bildirilmiş dir ki, 972.67 kv.m torpaq sahəsindən guya ki, 617.31 kv.m hissəsi yolun tikintisi altına düşmüş və dəymiş ziyana görə 18519.90 manat kompensasiya "xxxx" ASCnin Gənclik filialından ona ödənilmişdir, 355.36 kv.m torpaq sahəsinə görə bu günə qədər ona kompensasiya ödənilməmişdir. Bu səbəbdən də şikayətçi olduğu cavabdehdən pulunun ödənilməyən hissəsinin ödənilməsini xahiş etmişdir. Lakin ona cavab verilmişdir ki, kompensasiya ödənilməyən torpaq sahəsi üzrə həmin hissə torpaq sahəsinin vətəndaşın istifadəsinə yararsız olduğu üçün ərizəsinin icrası mümkün olmamışdır. Bu səbəbdən də dəfələrlə cavabdehə 355.36 kv.m torpaq sahəsinin kompensasiyasının ödənilməsini tələb etmişdir. İlk vaxtlar cavabdeh 10.660 manat kompensasiya pulunu qısa müddətə ona qaytarmağı öhdəsinə götürsə də hələ də ödəməmişd ir.

8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 27.10.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçıya aid olan 972,7 kv.m torpaq sahəsindən (Torpağa mülkiyyət hüququna dair dövlət aktı JN-1163) 617,33 kv.m hissəsi Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən cavabdeh tərəfindən həyata keçirilən “BilgəhSumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar vətəndaşa dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış qiymətinin 20% miqdarında əlavə nəzərə alınmaqla 18519,90 (on səkkiz min beş yüz on doqquz manat 90 qəpik) manat kompensasiya hesablanmış və Kapital Bank ASC-nin Gənclik Filialından ödənilmişdir. Layihədəki dəyişikliklə əlaqədar vətəndaş iddiaçının qalan 355,37 kv.m torpaq sahəsi də yolun tikintisi altına düşür. Hal-hazırda “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində işlər dayandırılmışdır. Sözügedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa olunacaqdır.

9. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 28.10.2020-ci il tarixli məktubda qeyd edilir ki, iddiaçının cavabdehə qarşı mülkiyyətində olan “ Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi üzrə yolun tikintisi altına düşməsi nəticəsində dəymiş ziyanın ödənilməsinə dair inzibati iş üzrə tikinti sahəsinə düşən torpaq sahəsinin dəyərinin müəyyən edilməsi barədə sənədlərin məhkəməyə göndərilməsi barədə Maliyyə Nazirliyinə ünvanlanmış 15 oktyabr 2020-ci il tarixli məktuba Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətində baxılmışdır. Sorğunun cavablandırılması məqsədilə Xidmətin cavabdehə etdiyi müraciətə cavab olaraq Agentlik tərəfindən verilmiş məlumata əsasən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikintisi altına düşən 972.7 kv.metrin 617.33 kv.metrinə görə əlavələrlə birlikdə 18519.90 manat məbləğində kompensasiya ödənilmiş, qalan 355.37 kv.metr torpaq sahəsi üçün isə vəsait ödənilməmişdir. Sorğuda qeyd edilən tikinti altına düşən torpaq sahələri, habelə kompensasiyanın hesablanması ilə bağlı sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehdə saxlanılır.

10. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-3242/2020 saylı iş) 30 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yol tikintisi altına düşmüş 355.36 kv.m hissəsinə görə 10660 manat kompensasiya məbləğinin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının torpaq sahəsi yolun tikintisi altına düşsə də, cavabdeh tərəfindən kompensasiya məbləği tam ödənilmədiyi üçün iddiaçının ödənilməyən kompensasiyanın ödənilməsi ilə bağlı hazırkı iddia tələbi əsaslı olmuşdur.

12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X5-məruzəçi, X3 və X9, 2-1(103)-1234/2021 saylı iş) 4 may 2021-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

14. Cavabdeh 30 iyun 2021-ci il tarixdə qərarın surətini almış, 28 iyul 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayə tinin dəlilləri

15. İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır.

16. Hazırkı inzibati mübahisə isə Bakı-Sumqayıt avtomobil yolunun ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır.

17. Azərbaycan Respublikası Prezidentinin 09.08.2010-cu il tarixli 310 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisad məhkəmələrinin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında” Əlavəyə əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir.

18. Buna görə də hazırkı iş üzrə inzibati mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır.

19. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Bakı- Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb- düşməməsi, düşürsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) müəyyən edilməsi barədə araşdırma aparılmamışdır. Məhkəmə tərəfindən mübahisəli əmlak kompleksinin yerləşdiyi torpağın alınması, habelə həmin kompleksin zəbt olunması müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlılığının olması da işin araşdırma tələb edən hallar ındandır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 21. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

22. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə

157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsini n təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. (-). 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 24. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə

3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə

4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə

5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən ( məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə

23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habe lə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə

58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun baza r qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

25. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması p rinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıd ır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

26. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmas ı və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Abşeron rayonu Saray qəsəbəsində iddiaçının mülkiyyətində 972.67 kv.m torpaq sahəsi olmuşdur. Torpaq sahəsinin 617.31 kv.m hissəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” altına düşdüyündən cavabdeh ona 18.519,90 manat kompensasiya ödəmişdir. İddiaçı torpaq sahəsinin qalan 355.36 kv.m hissəsinə görə kompensasiya ödəmədiyinə görə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

30. Cavabdehin şikayətinin dəlillərinə görə mübahisə olunan torpaq sahəsi Abşeron rayonunun ərazisində yerləşdiyinə görə mübahisəyə aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxıla bilərdi. Məhkəmə həmçinin mübahisə olunan torpaq sahəsinin avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşməsini, hansı hissədə tikinti altına düşməsini, d övlət ehtiyacları üçün alınmasını yoxlamamışdır.

31. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

32. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə birbaşa daşınmaz əmlakla bağlı olmamışdır. İddiaçı daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiya ödənilməsini xahiş etmişdir. Odur ki, mübahisəyə daşınmaz əmlakın olduğu yer üzrə məhkəmə baxılmalı olması barədə cavabdehin şikayətinin dəlili əsaslı olmamışdır.

34. İddiaçının mülkiyyətində Abşeron rayonu Saray qəsəbəsində torpaq sahəsi olmuşdur.

35. Cavabd eh 27.10.2020-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçıya aid olan 972,7 kv.m torpaq sahəsindən 617,33 kv.m hissəsi Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar vətəndaşa dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hes ablanmış qiymətinin 20% miqdarında əlavə nəzərə alınmaqla 18.519,90 manat kompensasiya hesablanmış və Kapital Bank ASC-nin Gənclik Filialından ödənilmişdir. Layihədəki dəyişikliklə əlaqədar iddiaçının qalan 355,37 kv.m torpaq sahəsi də yolun tikintisi altına düşür. Hal-hazırda “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində işlər dayandırılmışdır. Sözügedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa olunacaqdır.

36. Üçüncü şəxs 28.10.2020-ci il tarixli məktubunda bildirmişdir ki, cavabdeh tərəfindən onlara verilmiş məlumata əsasən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikintisi altına düşən 972.7 kv.metrin 617.33 kv.metrinə görə əlavələrlə birlikdə 18.519,90 man at məbləğində kompensasiya ödənilmiş, qalan 355.37 kv.metr torpaq sahəsi üçün isə vəsait ödənilməmişdir. Bildiririk ki, sorğuda qeyd etdiyiniz tikinti altına düşən torpaq sahələri, habelə kompensasiyanın hesablanması ilə bağlı sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində saxlanılır.

37. Həm cavabdeh, həm də üçüncü şəxs iddiaçının mülkiyyətində olan iddia tələbində qeyd edilən 355,37 kv.m torpaq sahəsinin də yolun tikintisi altına düşdüyünü təsdiq etmişlər. Bu hal apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və 355,37 kv.m torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilmişdir.

38. Odur ki, torpaq sahəsinin yolun tikinti altına düşməsinin apelyasiya məhkəməsi tərəfindən araşdırılmaması barədə ş ikayətin dəlilləri əsaslı olmamışdır.

39. Cavabdeh tərəfindən iddiaçıya 617.33 kv.m torpaq sahəsinin hər kv.m üçün 25 manat və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış qiymətinin 20% miqdarında əlavə nəzərə alınmaqla kompensasiya məbləği ödənilmişdir.

40. Odur ki, iddiaçıya ödənilməyən 355.36 kv.m torpaq sahəsinə görə hər kv.m üçün 25 manat və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış qiymətinin 20% miqdarında əlavə nəzərə alınmaqla 41. (355.36 kv.m x 25 manat = 8.884 manat + 1.776 manat (20%)) 10.660 manat kompensasiya hesablamaqla məhkəmə haqlı olmuşdur.

42. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.

43. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kom pensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər” (Qərarın 54-cü bəndi).

44. İddiaçının mülkiyyətində olan torpaq sahəsi yolun tikintisi altına düşdüyündən, cavabdeh tərəfindən kompensasiya ödənilmədiyi üçün iddiaçının tələbi əsaslı olduğundan apelyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

45. Odur ki, kasasiya şikayəti təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublika sı İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1234/2021 saylı, 4 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar