Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1893/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi; əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi; izahat verməkdən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bəd əlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Nümayəndə (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi məsuliyyətinə cəlb edilməyə dair qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1786/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 23 iyul 2021-ci il tari xli, **********9175 nömrəli qərarına əsasən iddiaçı Nümayəndə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ərəblinski (Bakıxanov qəs.) 1A ünvanındakı “Nilufər” şadlıq evində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi üzrə 23 iyul 2021-ci il tarixdən 20 avqust 2021-ci il tarixədək plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsul iyyətə cəlb edilməsi haqqında” 09 sentyabr 2021-ci il tarixli, **********7821 nömrəli qərarına əsasən Nümayəndə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 31 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 62000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin verg i qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09 sentyabr 2021-ci il tarixli, **********7821 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi məsuliyyətinə cəlb edilməyi haqqında xx.xx.2021-ci il tarixli **********7821 nömrəli qərarda Vergi Məcəlləsinin 58.10-cu maddəsi əsas götürülərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 31 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Cavabdehin bu qərarı qanunsuzdur, iddiaçının məsuliyyətə cəlb olunmağı üçün heç bir əsas yoxdur. Belə ki, qərarda bildirilən 31 nəfər xidmət müqaviləsi əsasında fəaliyyət göstərmişlər. Belə olduğu halda cavabde h orqanın onu, işçiləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmək adı ilə maliyyə sanksiyası tətbiq etməyi əsassız və qanunsuz olmuşdur. Belə ki, onun hər hansı bir sənəd təqdim etmədiyi və yoxlama materiallarına baxışda iştirak etmədiyi halda, əsas da 31 nəfər işçinin xidmət müqaviləsi ilə işlədiyi təqdirdə müvafiq inzibati orqanın ətraflı və hərtərəfli araşdırma aparmadan haqqında belə qərar verməyi qanunsuzdur.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, operativ vergi nəzarəti tədbiri zamanı 31 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, 23 iyul 2021-ci il tarixli, DVX seriyalı 004760 nömrəli “Azərbaycan Respu blikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 28 nəfər fiziki şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. Üç nəfər şəxs isə hər hansı əsaslı səbəb göst ərmədən yazılı izahat verməkdən imtina etmişdir. Tərtib edilmiş akt əsasında İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09 sentyabr 2021-ci il tarixli, **********7821 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 62.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində 31 nəfərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərin yerinə yetirilməsi faktını təkzib etmir. Bu isə operativ vergi nəzarəti nəticəsində qəbul edilmiş qərarın əsaslı olduğunun daha bir göstəricisidir. Cavabdeh Vergi Məcəlləsinin 16.1.1, 23.1.1, 24.0.1, 50.6, 58.10-cu maddələrinə, Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə, 49-cu maddəsinin 1-ci bəndinə istinad edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3098/2022 nömrəli, 29 noyabr 2022ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia tələbi rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi işin hallarına qiymət verərək qeyd etmişdir ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq verg i ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər 31 nəfərə münasibətdə mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş xidmət müqavilələlərinə münasibətdə isə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi qadağandır. Ona görə də, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş müqavilələri əmək münasibətlərini tənzimləyən müqavilə kimi qəbul etməmişdir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmi şdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1786/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və M.N.Tağızadə) iddiaçı Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)3098/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qismən ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin 09 sentyabr 2021-ci il tarixli, **********7821 nömrəli qərarı - X6, X14 və X8 münasibətdə ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən cavabdeh xx.xx.2021-ci il tarixli **********7821 nömrəli qərar ilə iddiaçıya Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 31 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 62 000 manat məbləğində maliyyə sanksiyası tətbiq etsə də, həmin qərarda adları qeyd edilmiş - X3, X9 və X7 yazılı izahatları iş materiallarına əlavə edilməmiş, həmin şəxslərin qeyd edilən “Nilufər” şadlıq evində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işləməsi faktı cavabdeh inzibati orqan tərəfindən hər hansı sənəd-sübutla təsdiq edilməmişdir.
11. İddiaçı və cavabdeh həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayətləri vermişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. İddiaçının kassasiya şikayətinin dəlilləri
12. Məlumdur ki, fəaliyyətləri ilə bağlı maliyyə sanksiyası təqdim edilmiş 31 nəfərlə bağlanmış xidmət müqavilələri məhkəməyə təqdim edilmiş, onlardan 4-nün VÖEN sahibi olması, 3 şəxslə bağlı izahat və ya hər hansı sübutun olmaması barədə məhkəməyə bildirilmişdir. 3 nəfər izahatı alınmayan şəxslərlə bağlı iddia Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunmuşdur. İddianın təmin edilməmiş (yerdə qalan 28 nəfərlə bağlı) hissəsi ilə bağlı bu kassasiya şikayəti verilmişdir. Belə olan halda məhkəmə Vergi Məcəlləsinin 16.1.1-ci, 16.1.2-ci, 50.2.2ci, 50.4-cü və 58.10-cu maddələrini pozmuşdur. Belə ki, 16.1.1-ci və 16.1.2-ci maddələrinə əsasən q anunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək və vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Buna görə həmin 28 nəfər şəxs öz vergilərin özləri ödəməlidirlər. Həmin Məcəllənin 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsasdır. Məhkəmə qərarından da görünür ki, operativ vergi nəzarətinin keçirilməsi üçün əsas kimi VM-nin 50.2.2-ci maddəsi göstərilmişdir. Lakin bu əsas öz təsdiqini tapmamışdır. Deməli mənbəyi alınmış məlumat bəlli deyil. Mənbəyi bəlli olmayan məlumat isə ope rativ vergi nəzarəti üçün əsas ola bilməz. Məhkəmə bunu nəzərə almamışdır. Vergi Məcəlləsinin 50.4-cü maddəsinə uyğun olaraq operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Bununla bağlı qeyd edilməlidir ki, iş materialları ilə də təsdiq olunur ki, vergi ödəyicisi Nümayəndə hər hansı qərar verilməyib. Bunu da məhkəmə nəzərə almamışdır. Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərini n gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məb ləğində maliyyə sanksiyası tətbiq edilir. Bu maddə tətbiq edilməməli idi, lakin tətbiq edilmiş və sanksiya verilmişdir. Belə ki, aşağıdakı əsaslar mövcud olmuşdur: - yoxlama əsassız keçirilib. Mənbəyi bəlli məlumat qeyd edilsə də, bu barədə, yəni məlumatın mənbəyi barədə məlumat verilməyib; -31 nəfər şəxslə xidmət müqaviləsi bağlanıb və onlar həmin müqavilə əsasında fəaliyyət göstərib və vergi ödəmək onların öz vəzifələridir; - 4 nəfər şəxs vergi uçotuna duraraq VÖEN sahibidirlər və vergi ödəmək onların öz vəzifələridir. b. Cavabdehin kassasiya şikayətinin dəlilləri
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli 22200123 nömrəli cinayət işinin başlanmasının rə dd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən təhqiqat zamanı fərdi sahibkar Nümayəndə izahat verərək əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə işçilərin onun tərəfindən cəlb edildiyini göstərərək 31 nəfərdən 27 nəfər ilə əmək müqaviləsi bağlayaraq müvafiq qaydada qeydiyyatdan keçirdiyini, 1 nəfər, yəni X10 işdən könüllü çıxdığına görə onun əvəzinə X4, 3 nəfər, yəni İbrahimov Elgun, X11 və X1 Respublikası vətəndaşları olduqları və iş icazələri olmadığı üçün onların əvəzinə digər şəxslərlə, yəni X13, X5 və X15 ilə əmək müqavilələri bağladığını və müvafiq qaydada qeydiyyatdan keçirdiyini göstərərək, bunu təsdiq edən bildirişlərin surətini araşdırmaya təqdim etmişdir. Araşdırma zamanı fərdi sahibkar Nümayəndə tərəfindən 604,50 manat məbləğində işsizlikdən sığort a və məcburi dövlət sosial sığorta haqları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, 46,50 manat icbari tibbi sığorta haqları isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tam şəkildə ödənilmişdir. Fərdi sahibkar Nümayəndə ərizə ilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edərək, işçilərlə əmək münasibətlərinin rəsmiləşdirildiyini, habelə işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədiyini nəzərə alaraq onun barəsində cinayət işinin başlanmasının rədd edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, onlara hər hansı qiymət verməmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********516100 saylı əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”-nın 10.4-cü bəndinə əsasən vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. İddiaçının obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin faktiki sayı və onların şəxsiyyəti müəyyən edilmişdir. Həmin Qaydaların 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verm əkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. İddiaçının obyektində əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslər müvafiq izahat verməkdən imtina etmiş, bu hal sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilərək qanunvericiliyin tələblərinə riayət edilmişdir. c. Kassasiya şikayətinə etirazın dəlilləri
14. Cavabdeh iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Nümayəndə kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(103)-1786/2023 nömrəli qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam tə min edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Vergi Məcəlləsi: Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fizi ki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
16. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəy işdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı iddiaçının kassasiya şikayətinə münasibətdə iddia tələbinin rədd olunan, cavabdehin kassasiya şikayətinə münasibətdə isə iddianın tələb olunan hissəsində mübahis ələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları qismən düzgün tətbiq olunmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini qismən təmin edərkən işin müəyyən olunmuş faktiki hallarını düzgün qiymətləndirməmişdir.
20. Hazırkı işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı Nümayəndə fərdi sahibkardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 23 iyul 2021-ci il tarixli, **********9175 nömrəli qərarına əsasən iddiaçı Nümayəndə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ərəblinski (Bakıxanov qəs.) 1A ünvanındakı “Nilufər” şadlıq evində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi üzrə 23 iyul 2021-ci il tarixdən 20 avqust 2021-ci il tarixədək plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış, 23 iyul 2021-ci il tarixli, seriya DVX 004760 nömrəli akta əsasən iddiaçıya məxsus olan həmin obyektdə 23 iyul 2021-ci il tarixdə, saat 18:10-da operativ vergi nəzarəti həyata keçirilərkən 31 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin yerinə yetirilməsi, bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilmişdir. Bundan sonra cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09 sentyabr 2021-ci il tarixli, **********7821 nömrəli qərarına əsasən Nümayəndə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 31 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 62000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir.
21. Daha sonra iddiaçı tərəfindən cavabdehin onun barəsində qəbul edilmiş həmin qərarın ləğv olunması barədə inzibati məhkəməyə müraciət olunmuş, birinci instansiya məhkəməsi iddia tələbini bütövlükdə rədd etsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin 09 sentyabr 2021-ci il tarixli, **********78 21 nömrəli qərarı - X6, X14 və X8 münasibətdə ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsalandırmışdır ki, iş materiallarına əsasən cavabdeh xx.xx.2021-ci il tarixli **********7821 nömrəli qərar ilə iddiaçıya Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 31 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 62 000 manat məbləğində maliyyə sanksiyası tətbiq etsə də, həmin qərarda adları qeyd edilmiş - X3, X9 və X7 yazılı izahatları iş materiallarına əlavə edilməmiş, həmin şəxslərin qeyd edilən “Nilufər” şadlıq evində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işləməsi faktı cavabdeh inzibati orqan tərəfindən hər h ansı sənəd-sübutla təsdiq edilməmişdir.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilən hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarına əlavə olunmuş, iddiaçı tərəfindən ibtidai istintaq zamanı Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisinə ünvanlanmış 27 aprel 2022-ci il tarixli ərizədə 31 nəfərlə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onların müxtəlif işlərin yerinə yetirilməsinə cəlb etdiyi etiraf edilmişdir. İddiaçı işçilər ilə əmək müqaviləsi bağladığını və dövlət büdcəsinə ödəməkdən yayındırılmış məbləği ödədiyini bildirməklə cinayət işin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sözügedən hallar iş materiallarında mövcud olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 may 2022-ci il tarixli qərarda da öz təsdiqini tapmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən ona əsaslanmışdır ki, mübahisələndirilən qərarda adları qeyd edilmiş - X3, X9 və X7 yazılı izahatları iş materiallarına əlavə edilməmiş, həmin şəxslərin qeyd edilən “Nilufər” şadlıq evində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işləməsi faktı cavabdeh inzibati orqan tərəfindən hər hansı sənəd-sübutla təsdiq edilməmişdir.
24. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi sözügedən nəticə əsaslı olmamışdır. Belə ki, yuxarıda da göstərildiyi kimi, iş materiallarında mövcud olan sübutların məcmusu adıçəkilən şəxslərlə əmək müqaviləsi rəsmiləşdirilmədən onların müxtəlif işlərin görülməsinə cəlb edildiyini təsdiq edir. Həmin şəxslərin izahat verməkdən imtina etmələri faktı, özü-özlüyündə onların əmək müqaviləsi rəsmiləşdirilmədən müxtəlif işlərin görülməsinə cəlb edildiyinin təsdiq olunmadığı qənaətinə gəlmək üçün yetərli deyildir. Belə vəziyyətlərdə, mübahisəli halın (əmək müqaviləsi rəsmiləşdirilmədən işlərin görülməsinə cəlb edilmə) mövcud olub-olmadığına işdəki bütün sübutların məcmusundan çıxış etməklə qiymət verilməlidir. İzahat verməkdən imtina bu zaman yalnız bir hal kimi çıxış edir. Əgər işdəki mövcud digər sübutların məcmusu başqa qənaətə gəlməyə əsas verirsə, mübahisəli halın mövcudluğunun təsdiq olunduğu nəticəsinə gəlinə bilər. Hazırkı işin xüsusi halları baxımından isə işdə mövcud olan sübutların məcmusu adıçəkilən şəxslərlə əmək müqaviləsi rəsmiləşdirilmədən onların müxtəlif işlərin görülməsinə cəlb edildiyini təsdiq edir. Beləliklə, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər 31 nəfərə münasibətdə mövcud olmuş, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir.
25. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti isə təmin olunaraq apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın qismən təmin edilən hissəsində ləğv olunmalı, həmin hissədə də iddia tələbi rədd olunmalı, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Nümayəndə kassasiya şikayəti t əmin edilməsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-ci il 20 aprel tarixli, 21(103)-1786/2023 nömrəli qərarı iddianın qismən təmin edilən – ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********7821 №-li qərarı - X6, X14 və X8 münasibətdə ləğv edilsin” hissədə ləğv olunsun. Həmin hissədə yeni qərar qəbul edilsin. İddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********7821 №-li qərarının - X6, X14 və X8 münasibətdə ləğv olunması” hissəsində rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-ci il 20 aprel tarixli, 21(103)-1786/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.