Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1893/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: şəxsin xüsusi rütbəli vəzifə hesabına işlədiyi dövrün onun xidmət illərinə hesablanmaqla məlumat vərəqəsində dəyişiklik edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şər tlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunmuş 1212/xr-4707 nömrəli məlumat vərəqinin dəyişdirilərək, xx.xx.2008-ci il tarixdən xx.xx.2019cu il tarixədək olan müddətin xidmət illərinə hesablanmaqla, ümumilikdə 21 il, 01 ay, 04 gün hesabı ilə xidmətdə olmanın son yaş həddinə çatması barədə dəqiqləşmə aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2-1(103)-440/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2006-cı il tarixli ərizə ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinə müraciət edərək, Nazirlikdə müvafiq işlə təmin olunmas ını xahiş etmiş, xx.xx.2006-cı il tarixli 010/3 nömrəli əmrlə 3 ay sınaq müddəti ilə Mərkəzi Aparat üzrə işə qəbul edilmiş, Təsərrüfat və xidmət sahələri ilə iş Baş İdarəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir.
2. Cavabdeh inzibati orqanın xx.xx.2006-cı il tarixli 533/ş nömrəli əmri ilə iddiaçı Təsərrüfat və xidmət sahələri ilə iş Baş İdarəsinin təsərrüfat idarəsinin təsərrüfat xidməti şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad edilərək, həmin baş idarənin rəisi vəzifəsinə təyin olunmuş, xx.xx.2007-ci il tarixli 1208/ş nömrəli əmrlə ona dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir.
3. Cavabdeh inzibati orqanın xx.xx.2008-ci il tarixli 889/ş nömrəli əmri ilə iddiaçı tutduğu vəzifədən azad edilərək, Nazirliyin Bakı Regional Mərkəzinin Təsərrüfat və MaddiTexniki Təchizat İdarəsinin rəisi (xüsusi rütbəli vəzifə hesabına) keçirilmiş, xx.xx.2019-cu il tarixli 0032/ş nömrəli əmr ilə ona daxili xidmət mayoru xüsusi rütbəsi verilmişdir.
4. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli 0776/ş nömrəli əmri ilə iddiaçının xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunmuş 12-12/xr-4707 nömrəli məlumat vərəqinin dəyişdirilərək, xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətin xidmət illərinə hesablanmaqla, ümumilikdə 21 il, 01 ay, 04 gün hesabı ilə xidmətdə olmanın son yaş həddinə çatması barədə dəqiqləşmə aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nazirliyin ştat vahidləri (ştat cədvəlləri) Nazirlər Kabineti və Maliyyə Nazirliyi ilə razılaşdırılmış formada təsdiq edilir. Hüquqi baxımdan, eyni zamanda Azərbaycan Respublikasının Cavabdeh Bakı Regional Mərkəzi büdcədən maliyyələşən qurumdur - yəni, ştat vahidləri Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Onun 13 il müddətində rəisi olduğu İdarənin ştat cədvəlində 1 nəfər mülki işçi, xadimə ştatından başqa, bütünlüklə xüsusi rütb əli və dövlət qulluqçuları ştat vahidləri yer almışdır. Onun da xüsusi rütbəli vəzifə hüququ vəzifəyə təyin olunduğu gündən, yəni xx.xx.2008-ci il tarixdən yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 4 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydasının 2 nömrəli əlavəsinin 2.1.1-ci maddəsində qeyd edilmişdir ki, fövqəladə hallar orqanlarında xidmətə qəbul olunmuş əməkdaşlara vəzifəyə təyin olunduğu gündən başlayaraq sonrakı xidmət müddəti hesablanır. Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin 899/Ş nömrəli xx.xx.2008-ci il tarixli əmrindən sonra Cavabdehnə çoxlu sayda şifahi və yazılı müraciətləri olduqd an sonra nazirin 0032/ş nömrəli, 14 yanvar 2019-cu il tarixli əmri ilə ona daxili xidmət mayoru xüsusi rütbəsi verilmişdir. Kadr Siyasəti Baş İdarəsində xidmətdə yol verdikləri qanun pozuntusunu özləri etiraf etmişlər. Hesab edir ki, fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında qanunun 25.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 may 2011-ci il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə əsasən, hesablanmamış xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 10 il 6 ay 11 gün müddət onun xidmət illəri kimi nəzərə alınmaqla, ümumilikdə xidmət illəri 21 il 01 ay 04 gün hesablanmalı, məlumat vərəqində bu barədə müvafiq dəqiqləşdirmə aparılmalıdır.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.200 8-ci il tarixdə Nazirliyin Bakı Regional Mərkəzinin Təsərrüfat və maddi-texniki təchizat idarəsinin rəisi vəzifəsinə təyin edilmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq qaydada onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. İddiaçının da imzaladığı əmək müqaviləsinin şərtlərində ona ödəniləcək pul təminatı növləri və digər müqavilə şərtləri əks olunmuşdur. Qeyd edilən əmək müqaviləsində Nazirlik iddiaçıya xüsusi rütbə verəcəyi və ya buna görə rütbə maaşı ödəyəcəyi haqqında öhdəlik götürməmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli 0776/ş saylı əmrin tam icra edilməsi tələbi aydın deyildir. Əmr iddiaçının xidmətdən xaric edilməsi haqqındadır, özünə elan edilmişdir, onunla son haqq-hesab aparılmışdır.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 21 iyul 2023-cü il tari xli 21(112)-527/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin həlli üçün mühüm əhəmiyyət kəsb edən hal, iddiaçının xüsusi rütbəli vəzifə hesabına işlədiyi xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövrün onun xidmət illərinə daxil edilib-edilməməsinin müəyyən olunmasıdır. İddiaçının mübahisələndirilən dövrdə xüsusi rütbəyə görə əmək haqqı və digər təminatlar almaması işin mübahisələndirilməyən halıdır. Bu halı iddiaçı da inkar etmir və məhkəməyə verdiyi ilkin iddia ərizəsində Nazirliyin ona xüsusi rütbəni gec verməsi nəticəsində dəymiş ziyanın ödənilməsini, eyni zamanda xüsusi rütbəyə görə ödənilməmiş əmək haqqına görə fərqin hesablanıb ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd etmişdir ki, Qaydalarda “xüsusi rütbəli əməkdaş” sözü qeyd edildikdən sonra mötərizədə “bundan sonra əməkdaşlar” qeydinin yazılması, qaydalarda “əməkdaş” dedikdə, xüsusi rütbəli əməkdaşın nəzərdə tutulması kimi başa düşülməlidir. Ona görə də məhkəmə iddiaçının həmin Qaydaların 2.1.1-ci maddəsində nəzərdə tutulmuş “fövqəladə hallar orqanlarında xidmətə qəbul olunmuş əməkdaşlara vəzifəyə təyin olunduğu gündən başlayaraq, sonrakı xidmət müddəti” ifadəsinin əməkdaş kimi ona da şamil edilməsi dəlili ilə razılaşmır.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Nazirlikdə işləyən, xidmət və qulluq keçən şəxslərin statusu fərqləndirilməlidir. Fövqəladə hallar orqanlarında qulluq (xidmət) yalnız hərbi qulluqçular, xüsusi rütbəsi olan əməkdaşlar və dövlət qulluqçuları nəzərdə tutulmuşdur. İddiaçı isə xx.x x.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövrdə xüsusi rütbəli əməkdaş, dövlət qulluqçusu və ya hərbi qulluqçu statusunda işləməmişdir. İddiaçı xx.xx.2008-ci il tarixli əmrlə xüsusi rütbəli vəzifə hesabına işə təyin edilsə də, ona xüsusi rütbə verilməmiş, xüsusi rütbəli əməkdaş statusu olmamış, xüsusi rütbəyə görə əlavələr və əmək haqqı almamış, eləcə də bu barədə əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Qeyd edilənlərə əsasən, iddiaçının xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövrün xidmət illərinə hesablanması qanunvericiliyin tələblərinə uyğun olmadığından, həmin müddətin xidmət illərinə daxil edilməklə yeni məlumat vərəqəsinin verilməsi tələbi təmin edilə bilməz.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilmə si və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 27 fevral 2024-cü il tarixli, 21(103)-440/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, xx.xx.2006-cı il tarix li, 533/Ş nömrəli əmrlə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq, Nazirliyin Təsərrüfat və Xidmət sahələri ilə Baş İdarənin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci il tarixli, 1208/Ş nömrəli əmrlə ona dövlət qulluqçusunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. Nazirin xx.xx.2008-ci il tarixli, 889/Ş nömrəli əmri ilə tutduğu vəzifəsindən azad edilərək, Nazirliyin Bakı Regional Mərkəzinin Təsərrüfat və maddi-texniki təchizat idarəsinin (xüsusi rütbəli vəzifə hesabına) vəzifəsinə keçirilmişdir. Əmrlərdən göründüyü kimi, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27 və 32-ci maddələri əsasında xidmət keçmişdir və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən və “Azərbaycan Respublikası Fövqəladə Nazirliyi haqqında Əsasnamə”nin 10.10.6-cı bəndi rəhbər tutularaq, dövlət qulluğu statusuna uyğun xüsusi rütbəli vəzifəyə keçirilmişdir. Həmin ştat cədvəli Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli, 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Cavabdeh büdcədən maliyyələşdirilən işçilərin say həddinə əsasən Nazirlik üçün müəyyən edilmiş işçi sayı hesabına təsdiq edilmişdir. Bakı Regional Mərkəzinin ilk ştat cədvəlində bu vəzifəyə fövqəladə hallar orqanlarında xidmətə qəbul edilməklə və xüsusi rütbələr verilməklə təyin edilən şəxslər üçün xüsusi rütbə həddi “daxili xidmət polkovniki” müəyyən edilmişdir. Mərkəzin ştat cədvəli təsdiq edilən 2008-ci ildə xüsusi rütbəli əməkdaşların hüquqi statusunu müəyyən edən normativ hüquqi akt mövcud olmamış, “Fövq əladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu 22 iyun 2010-cu ildə qəbul edilmişdir. İddiaçı vəzifəyə keçirildiyi zaman əvvəlki vəzifədə xidmət etdiyi dövlət qulluğuna xitam verilməmiş, eyni statuslu xüsusi rütbəli vəzifəyə keçirilmiş, əmək haqqı ştat cədvəlinə əsasən xüsusi rütbəli vəzifənin maaşı ona ödənilmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu 22 iyun 2010-cu ildə qəbul edildikdən sonra çalışdığı Bakı Regional Mərkəzin əməkdaşlarına hissə-hissə xüsusi rütbələr verilmişdir. Xüsusi rütbənin verilməsi gecikdirildiyinə görə nazirə müraciətlər ünvanlamış, nəhayət, xx.xx.2019-cu il tarixli, 032/Ş nömrəli əmrlə ona daxili xidmət mayoru xüsusi rütbəsi verilmişdir. xx.xx.2008-ci il tarixdə onunla heç bir əmək müqaviləsi bağlanmamışdır, amma bunun əksinə məhkəməyə saxtalaşdırmaqla müqavilə təqdim edilmişdir. Təqdim edilən sənədlərin ekspertizadan keçirilməsini xahiş etsə də, məhkəmələr tərəfindən vəsatət təmin olunmamışdır. 16. 12-12/XR-4707 nömrəli məlumat vərəqində onun Azərbaycan Respublikasının Cavabdehndə işlədiyi müddətlər düzgün qeyd edilmədiyindən xx.xx.2021-ci il tarixdən xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar əmək pensiyasını ala bilmir. Şəxsin xidmət illərinin təqdim edilən arayışlarla düzgün və doğru təqdim edilməməsi istəristəməz işçi ilə inzibati orqan arasında mübahisə yaranmasına səbəb olur. Azərbaycan Respublikası Cavabdehndə ümumi xidmət müddəti xx.xx.2006-cı il tarixdən başlayaraq (dövlət qulluğu) xx.xx.2021-ci il tarixədək davam etmişdir. Ümumilikdə, Föv qəladə Hallar orqanlarında xidmət illəri 15 il 01 ay 25 gün hesablanmalıdır ki, onun bu hesabatını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli, 91 nömrəli Qərarı da təsdiq edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Fövqəladə hallar orqanlarında xidmətkeçmə 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəs i olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. Maddə
2. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsasları 2.1. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar təşkil edir. 2.2. Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında ” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə q ərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçin in tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışın ın predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun xidmət illərinin düzgün qeyd olunmaması səbəbindən məlumat vərəqəsinin dəyişdirilməsinə yönəlib.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq onu qeyd edir ki, iş materiallarında olan, iddiaçının fövqəladə hallar orqanlarında xidmətini əks etdirən müvafiq əmrlərdən görünür ki, iddiaçıya həmin orqanda xidmətə başladığı vaxtdan xüsusi rütbə verilməmiş dir. Daxili xidmət mayoru xüsusi rütbəsi iddiaçıya cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli 0032/ş nömrəli əmri əsasında verilmişdir. Bu hal da onu təsdiq edir ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunmuş 1212/xr-4707 nömrəli məlumat vərəqindəki məlumatlar (iddiaçının xidmət illəri ilə bağlı) hazırki vəziyyətdə sənədlərlə uyğunluq təşkil edir, dəyişdirilməsi üçün əsas yoxdur.
26. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilkin iddia ərizəsində qeyd etmişdir ki, fövqəladə hallar orqanı tərəfindən ona xüsusi rütbə verilməmiş, xüsusi rütbə üçün nəzərdə tutulmuş əlavəni alm amışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xidmət dövründə xüsusi rütbənin verilməli olub-olmaması ilə bağlı məsələ hazırkı mübahisənin predmeti deyil.
27. Bu qərarın 18-ci bəndində istinad olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi, fövqəladə hallar orqanlarında hərbi qulluqçular, xüsusi rütbəsi olan əməkdaşlar və dövlət qulluqçuları xidmət (qulluq) keçir və xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər.
28. Məhkəmə kollegiyası qeyd edir ki, əgər iddiaçı xidməti təyinatı zamanı ona xüsusi rütbə verilməli olduğu halda, rütbə verilmədiyini iddia edirsə, bu zaman məhz, ona xüsusi rütbə verilməsi ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə edə bilərdi. Hazırkı m übahisənin predmeti isə məlumat vərəqəsinin iddiaçının xidmət illərinin düzgün qeyd olunmaması səbəbindən dəyişdirilməsi olduğundan və məhkəmə araşdırması zamanı məlumat vərəqəsində qeyd olunan xidmət illərinin müvafiq əmrlərə uyğun olması öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsassızdır.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 21(103) -440/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.