Məhkəmə qərarları › İş №2-1(102)-1894/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1894/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1894/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın qeyri-mümkün hesab edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati i ş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1718/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 24.12.2018-ci il tarixli, **********3385 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 29171,66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarın ləğv olunmasını xahiş etmişdir.

2. Eyni zamanda, iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə iddia müddətinin bərpa olunmasını xa hiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1688/2020 nömrəli qərardadı ilə (hakim: P.A.Hüseynov) prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır.

4. Məhkəmə qeyd etmişdir ki, iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etsə də, müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən, habelə müddətin onun təqsiri olmadan buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır.

5. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-403/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1688/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)810/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.M.Quliyev, hakimlər: İ.Ə.Şəfiyev və R.S.Nəbizadə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-403/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddia verilməsi müddətinin ötürülməsi barədə yanlış nəticəyə gəlmişdir. Belə ki, bu məsələ hərtərəfli araşdırılmalı, iddiaçının poçt vasitəsi ilə sənədləri rəsmi qaydada alıb-almadığı müəyyən edilməli və bundan asılı olaraq müvafiq qərar qəbul edil məlidir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1718/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: X.A.Cəmilova və A.S.Hüseynov) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1688/2020 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

12. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi qərardadında göstərir ki, “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi orqanının 24.12.2018-ci il tarixli **********8009700 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıtmamış, e-qutuda 12.01.2019-cu il tarixdə saat 23:33-də oxunmuşdur. İddiaçı ərizədə həmin qərardan elektron kargüzarlıq vasitəsi ilə məlumatlı olmasını da qeyd etmişdir”. Birinci instansiya məhkəməsi qərardadı əsaslandırarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.21.3-cü maddəsini tətbiq etməklə hüquq normasının tətbiqində kobud səhvə yol vermişdir. Qeyd edilən maddənin məzmunu bundan ibarətdir ki, qərar elektron üsulla elektron kabinetə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra vergi ödəyicisinə lazımi qaydada çatdırılmış sayılır. Məhkəmə kollegiya sı qeyd edir ki, həmin maddi hüquq norması Vergi Məcəlləsinə 30 noyabr 2018-ci il tarixli qanunla əlavə edilmiş, qanun isə 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Lakin tərəflər arasında sözügedən mübahisə 01 yanvar 2019-cu il tarixə qədər yarandığından (akt 24.12.2018-ci il tarixdə tərtib edilmişdir) və adıçəkilən maddi hüquq normasının tətbiq edilməsi yolverilməzdir və qanunsuzdur.

13. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə İnzibati Prosessual Məcəllənin tələblərinə cavab vermir. Belə ki, vergi orq anı tərəfindən mübahisəli qərarın iddiaçıya çatıdırılmasını təsdiq edən poçt qəbzi, eyni zamanda poçt reyestri apelyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş və iş üzrə mötəbər sübut hesab edilən, işin nəticəsinə bilavasitə təsir edən sübutu vəzifəsi olduğu halda qiymətləndirməmiş, həmin sübuta bu və ya digər şəkildə münasibət bildirməmişdir. Bununla da apelyasiya instansiyası Ali Məhkəmə tərəfindən işin yenidən apelyasiya baxışına göndərilməsinə əsas verən halları araşdırmamış və konkret işlə bağlı kassasiya instansiyasının göstərişlərinə əməl etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİ Q EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 81.1.İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istis na olmaqla, şikayət verilə bilər. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları ( tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

18. İPM-in 35.3-cü maddəsinin məzmunundan göründüyü kimi, iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət verilə bilər.

19. Yuxarıda (bu Qərarın 13-cü bəndində) istinad edilən normaların əlaqəli təhlili bu qənaətə gəlməyə əsas verir ki, məhkəmə qərardadlarından o halda şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş olsun. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair qərardadını ləğv edərək, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul etmişdir. Bu qərardadlardan şikayət verilməsi İPM-in müvafiq normalarına əsasən istisna edilir.

20. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.

21. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1718/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar