Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1894/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqanın hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" firması) qarşı “hərəkətsizlik nət icəsində vurulmuş ziyana görə 448500 manat məbləğində kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023cü il tarixli, 2-1(103)-642/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" firması Bakı şəhəri Səbail rayonu 13-cü Badamdar küçəsində (Basin küçəsi) yerləşən və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, **********50-12301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla ona məxsus olan əmlak kompleksinin 142 kv.m hissəsini İsmayılova Hicran İlyas qızına satmış və tərəflər arasında ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqav iləsi bağlanmışdır. Həmin 142 kv.m. hissə əmlak kompleksindən ayrılaraq ayrıca qeyri-yaşayış binası kimi qeydiyyata alınmış və yeni reyestr kitabına keçirilmiş, reyestr kitabında yeni reyestr kitabına keçirilmə barədə müvafiq qeyd aparılmışdır.
2. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 14 iyun 2007- ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, "xxxx" firması və 3-cü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və qeyrilərinə qarşı iddiası təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 5021.5 kv.m torpaq sahəsinin və 831.9 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqısına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə "xxxx" firması arasında bağlanmış 01 mart 200 6-cı il tarixli və 10 noyabr 2006-cı il tarixli müqavilələrin bağlandığı andan və əmlaklara mülkiyyət hüququna dair "xxxx" firmasının adına verilmiş şəhadətnamələrin, eləcə də, Badamdar qəsəbəsi, 1 yaşayış massivində olan 2600 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə Səhiyyə Nazirliyinə satılması barədə Səbail rayon Badamdar bələdiyyəsinin 19 sentyabr 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi, qeyd edilən torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin X5 İşlər üzrə Kollegiyasının 18 sentyabr 2007-ci il tarixli qətnaməsi ilə "xxxx" firmasının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. İsmayılova Hicran İlyas qızı hüquqların dövlət qeydiyyatı haqqında verilmiş ******* nömrəli çıxarışla ona məxsus olan ünvan 2 ünvanında yerləşən 0.225 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən bir mərtəbəli ümumi sahəsi 142 kv.m olan qeyri-yaşayış binasını xx.xx.2014-cü il tarixdə 40/000 manata X2 və tərəflər arasında ******* nömrəli, 4Ə-857 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır.
4. X7 alqı-satqı qaydasında ona satılmış torpaq sahəsi 142 kv.m qeyri-yaşayış sahəsini 09 iyun 2014-cü il tarixdə 448/500 manata Mahur Nuriyevə satmış və tərəflər arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə bağlanan zaman daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 09 iyun 2014-cü il tarixli arayışa əsasən, daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır.
5. DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən Mahur Nuriyevin adına 13 iyun 2014-cü il tarixdə dövlət reyestrindən çıxarış hazırlanmış, sonuncu 03 iyul 2015-ci il tarixdə ölmüşdür.
6. Mahur Nuriyevin qanun üzrə vərəsələri arvadı (iddiaçı), qızları Subra Qubadova, Könül Nuriyeva və Nərmin Nuri vərəsəliyin açılması və şəhadətnamənin alınması üçün Bakı şəhəri 38 saylı notariat kontoruna müraciət etmiş, bu zaman məlum olmuşdur ki, “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair” dövlət reyestrindən arayışa əsasən vərəsəlik işinin açılması mümkün deyildir.
7. İddiaçı iqtisadi iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin onların maraqlarına toxunduğunu, lakin, işdə iştirak etməyə cəlb edilmədiklərini əsas gətirərə k kassasiya qaydasında şikayət verilməsi üçün təqdimat verilməsini Ali Məhkəmədən xahiş etmiş, Ali Məhkəmənin 27 fevral 2019-cu il tarixli qərardadı ilə iddiaçının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Mübahisələrə dair İşlər üzrə Kollegiyasının 18 sentyabr 2007-ci il tarixli qətnaməsindən təqdimat verilməsinə dair müraciəti əsassız hesab edilərək təmin edilməmişdir. İddiaçı və ailə üzvləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmiş, Konstitusiya Məhkəməsi Plenumu “İddiaçı şikayətinə dair” 10 iyul 2020-ci il tarixli qərardadı ilə, mübahisəli hüquqi məsələyə münasibətdə öz ünün hüquqi mövqeyini belə ifadə etmişdir ki, Konstitusiya Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 05 noyabr 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 14 iyun 2007-ci il tarixli qətnaməsi əsasında müvafiq şəhadətnamələrin etibarsız hesab edilməsi barədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin məktubu 13 iyun 2008-ci il tarixdə İdarəyə daxil olmuş, lakin məlum olmayan səbəblərdən şəhadətnamələrin etibarsız hesab edilməsi barədə dövlət reyestrində qeydiyyat aparılmamış, yalnız əmlak kompleksinin qeydiyyata alındığı reyestr kitabında karandaşla müvafiq qeyd edilmişdir. Göründüyü kimi, məhz səlahiyyətli dövlət orqanının qanunvericiliklə müəyyən edilmiş vəzifələrini lazımınca yerinə yetirm əməsi nəticəsində mübahisəli torpaq sahəsinə mülkiyyətçinin sağlığında yaranmış mülkiyyət hüququnun onun vərəsələrinə keçməsi qeyri-mümkün olmuşdur. Göstərilənlərə uyğun olaraq, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulamışdır ki, ərizəçinin səlahiyyətli dövlət orqanının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində miras əmlaka mülkiyyət hüququnun əldə edilməsindən məhrum olmasına görə vurulmuş zərərin tam həcmdə həmin orqan tərəfindən ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə iddiaçının şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmiş, ona səlahiyyətli dövlət orqanının hərəkətləri (hərəkətsizliyi) nəticəsində əmlaka mülkiyyət hüququnun əldə edilməsindən məhrum olmasına görə vurulmu ş zərərin həmin orqan tərəfindən ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ izah edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hərəkətsizlik nəticəsində vurulmuş ziyana görə 448500 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı "ASAN Xidmət" mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı X7 ünvan 3 ünvanında yerləşən 0.225 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən bir mərtəbəli ümumi sahəsi 142 kv.m olan qeyri-yaşayış binasını 448500 manat qiymətinə alıcı, iddiaçının əri X1. Alğı-satqı müqaviləsi bağlanan zaman ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx/xx/2014 tarixli, **********80-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış sənədinə əsasən əmlak tam mülkiyyət hüququ ilə satıcı X4 məxsus olmuşdur. Həmçinin müqavilə bağlanan zaman daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2014-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. X9 da, DƏDRX-nin müvafiq sənədlərinə və arayışa əsasən vicdanlı alıcı kimi əmlakın dəyərini xx.xx.2014-cü il tarixdə tam şəkildə satıcı X4 ödəyərək torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasını öz xüsusi mülkiyyətinə keçirmişdir. X9 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Bundan sonra xx.xx.2017-ci il tarixdə ərinin qanun üzrə vərəsələri kimi o və qızları vərəsəliyin açılması və şəhadətnamənin alınması üçün Bakı şəhəri 38 saylı notariat kontoruna müraciət etmişlər. Notariat kontorunda "daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair” dövlət reyestrindən arayış çap olunduqda müəyyən olunmuşdur ki, vərəsəlik işinin açılması mümkün deyildir. Belə ki, arayışın yüklülük haqqında məlumat hissəsində qeyd olunmuşdur ki, həbs var - 1 saylı Yerli iqtisad Məhkəməsi, 1 saylı Yerli İqtisad Məhkəməsinin 1133/4-233 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsi, müvəqqəti nəzarət, h eç bir əməliyyat aparılmasın. Qeyri-yaşayış binası "xxxx" firmasından alınıb, "xxxx" firmasına verilmiş şəhadətnamələr ləğv edilmişdir. Göstərilən məsələnin araşdırılması ilə bağlı əvvəlcə torpaq sahəsini satan X7 ilə əlaqə saxlasalar da, onun da, bu məsələdən xəbərdar olmadığı müəyyən olunmuş və o, həmin ərazini "xxxx" firmasından deyil, İsmayılova Hicran İlyas qızı adlı bir şəxsdən aldığını bildirmişdir və daha sonra onlara köhnə çıxarışların surətlərini təqdim etmişdir. xx.xx.2017-ci il tarixli məktubla tərəfindən həm Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, həm də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə 2007-ci ildə qəbul olunmuş məhkəmə qətnaməsinin qüvvədə olub-olmadığı, əgər qüvvədədirsə həmin qətnaməyə baxmayaraq, X8 adı çəkilən əm lak üzərində alğı-satqı əməliyyatı aparılmasına hansı əsasla icazə verildiyi və həmin əmlaka dair çıxarışın necə verildiyi barədə məlumat verilməsi barədə müraciət olunmuşdur. Ərizəyə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ünvanladığı xx.xx.2017-ci il tarixli **********48 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 13- cü Badamdar küçəsində yerləşən ümumi sahəsi 831,9 kv.m. olan birmərtəbəli tikililər "xxxx" firması tərəfindən özəlləşdirilmiş və bununla bağlı firmanın adına DƏİEDK tərəfindən xx.xx.2006-cı il tarixli, 000369 nömrəli şəhadətnamə verilmişdir. Bundan sonra həmin tikililərin yerləşdiyi torpaq sahəsi "xxxx" firması tərəfindən özəlləşdirilmiş və DƏİEDK tərəfindən firmaya xx.xx.2006-cı il tarixli 000133 sayl ı şəhadətnamə verilmişdir. Qeyd edilən şəhadətnamələr əsasında "xxxx" firması əmlak kompleksi və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cavabdehlər Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə və "xxxx" firmasına qarşı "Bakı şəhəri, Səbail rayonu, 13-cü Badamdar küçəsində yerləşən qeyri-yaşayış sahəsi və torpaq sahəsinin alğı-satqısına dair DƏİEDK ilə "xxxx" firması arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 115 saylı və xx.xx.2006-cı il tarixli 284 saylı müqavilələr bağlandığı andan və həmin əmlaklara mülkiyyət hüququna dair şəhadətnamələrin etibarsız hesab edilməsi barədə" iddia tələbi 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 11 33/4-233 saylı qətnaməsi ilə təmin edilmiş, DƏİEDK tərəfindən qeyri-yaşayış sahəsinə dair verilmiş xx.xx.2006-cı il tarixli, 000369 saylı və torpaq sahəsinə dair verilmiş xx.xx.2006-cı il tarixli 000133 saylı şəhadətnamələrin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli 4İK-98-3-15/07 saylı qətnaməsi ilə "xxxx" firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1133/4-233 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli **********84 nömrəli məktubu ilə ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair yüklülüyün olduğu halda çıxarışın verilməsi məsələsinin araşdırılması barədə müraciətlərinə baxıldığı, qeyd edilən məsələ ilə bağlı müvafiq araşdırma aparıldığı və nəticəsi barədə onlara məlumat veriləcəyi bildirilsə də, bu günədək heç bir cavab almamışlar. xx.xx.2018-ci il tarixdə isə tərəflərindən təkrarən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunmuş və üzərində yüklülük olan əmlak barəsində alğı-satqı əməliyyatına hansı əsasla icazə verildiyinə dair məlumat verilməsi tələb edilmişdir. Bundan başqa, tərəflərindən aparılan araşdırmalar nəticəsində əldə etdikləri qətnamələrdən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 1133/4-233 saylı iş üzrə 14 iyun 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin iddiası iddia tələbindən kənara çıxılmaqla qismən və qarşılıqlı iddiaçı "xxxx" firmasının iddiası qismən təmin olunmuş, ünvan 6 ünvanında yerləşən 831,9 kv.m torpaq sahəsinin alğı-satqısına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə "xxxx" firması arasında bağlanmış 01,03.2006-cı il tarixli, 115 saylı və xx.xx.2006-cı il tarixli, 284 saylı müqavilələrin bağlandığı andan və həmin əmlaklara mülkiyyət hüququna dair "xxxx" firmasının adına verilmiş şəhadətnamələrin, eləcə də, Badamdar qəsəbəsi 1 yaşayış massivində olan 2600,0 kv.m torpaq sahəsinin alğı-satqı yolu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə satılması barədə Səbail rayon, Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 168 saylı qərarının etibarsız hesab edilməsi, qeyd edilən torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, hər iki iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir. Həmi n qətnamədən "xxxx" firması tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin X5 İşlər üzrə Kollegiyasının 4İK- 98-3-15/07 saylı iş üzrə 18 sentyabr 2007ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və 1 saylı Yerli İqtisad Məhkəməsinin 14 iyun 2007-ci il tarixli, 1133/4-233 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilən Bakı Apellyasiya Məhkəməsinin X5 İşlər üzrə Kollegiyasının 4İK-98-3-15/07 saylı iş üzrə 18 sentyabr 2007- ci il tarixli qətnaməsi onun maraqlarına toxunduğuna görə və həmin işdə iştirak etməsinə cəlb edilmədiyinə görə sözügedən qətnamədən təqdimat verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3i-(102)-333/2018 saylı iş üzrə xx.xx.2019-cu il tarix li qərardadı ilə onun ərizəsi təmin edilməmişdir. Bundan sonra o, Konstitusiya Məhkəməsinə müraciət etmiş və Konstitusiya Məhkəməsi Plenumunun 10 iyul 2020-ci il tarixli qərardadı qəbul olunmuşdur. Konstitusiya işinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə torpaq sahəsinin alğı-satqısına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə "xxxx" firması arasında bağlanmış müqavilələrin və əmlaklara mülkiyyət hüququna dair "xxxx" firmasının adına verilmiş şəhadətnamələrin, eləcə də, torpaq sahəsinin alğı-satqı yolu ilə Səhiyyə Nazirliyinə satılması barədə Badamdar Bələdiyyəsinin 19 sentyabr 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi, qeyd edilən torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə daşınmaz əmlakın dövlə t reyestrində qeydiyyatın aparılmaması ərizəçilərin qanunla müəyyən edilmiş qaydada əldə edilmiş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, 2014-cü ildə həmin torpaq sahəsi və üzərindəki qeyri-yaşayış binası barəsində bir neçə dəfə alğı-satqı müqavilələrinin bağlanmasına imkan vermişdir. Alğı- satqı müqaviləsi bağlanan zaman ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 12 may 2014-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən əmlaka mülkiyyət hüququ E.Hüseynova məxsus olmuş və mübahisəli torpaq sahəsinə dair alğı- satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş bu çıxarışa etimad və güvən əsasında bağlanmışdır. Konstitusiya Məhkəməsinin sorğusuna Əmlak Məsələləri Dövlət Komitəsinin 05 noyabr 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, 1 s aylı Yerli İqtisad Məhkəməsinin 14 iyun 2007-ci il tarixli qətnaməsi əsasında müvafiq şəhadətnamələrin etibarsız hesab edilməsi barədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin məktubu 13 iyun 2008-ci il tarixdə İdarəyə daxil olmuş, lakin məlum olmayan səbəblərdən şəhadətnamələrin etibarsız hesab edilməsi barədə dövlət reyestrində qeydiyyat aparılmamış, yalnız əmlak kompleksinin qeydiyyata alındığı reyestr kitabında karandaşla müvafiq qeyd edilmişdir. Göründüyü kimi, məhz səlahiyyətli dövlət orqanının qanunvericiliklə müəyyən edilmiş vəzifələri lazımınca yerinə yetirməməsi nəticəsində mübahisəli torpaq sahəsinə mülkiyyətçinin sağlığında yaranmış mülkiyyət hüququnun onun vərəsələrinə keçməsi qeyri-mümkün olmuşdur. Burada həmçinin iddiaçının miras əmlakın vərəsəsi kimi həmin to rpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə edilməsində kifayət qədər mülki marağa malik olması və nəticədə bu hüquqların əmələ gəlməsinə hüquqi gözləntisi də nəzərə alınmalıdır. Cavabdeh inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi icra üçün ona göndərilmiş məhkəmə qətnaməsini icra etmədiyinə görə (hərəkətsizlik) onun ölmüş əri X9 notariat qaydasında alqı-satqı müqaviləsi bağlayaraq, üzərində məhkəmə qərarı ilə həbs olan əmlakı əldə etmişdir. Hazırda isə vərəsəlik işinin açılması zamanı müəyyən olunmuşdur ki, əmlak üzərində həbs mövcuddur və bu səbəbdən vərəsəlik şəhadətnaməsi verilə bilməz. Nəticədə isə, 448500 manat qarşılığında satın alınmış əmlaka mülkiyyət hüquqları məhdudlaşdırılmış, bu isə öz növbəsində vərəsəlik hüquqlarının həyata keçi rilməsinə mane olmuşdur. Hesab edir ki, bu halın baş verməsinin yeganə səbəbkarı cavabdeh inzibati orqanın hərəkətsizliyidir və onun hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə alqı-satqı müqaviləsi əsasında ödənilmiş 448.500 manat məbləğində vəsait kompensasiya qismində ona ödənilməlidir.
10. Cavabdeh yazılı etirazını onunla əsaslandırmışdır ki, idarə tərəfindən hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilməmiş, iddiaçıya maddi zərər vurulmamışdır. Belə ki, işin hallarına əsasən İsmayılova Hicran ilyas qızı xx.xx.2007-ci il tarixli, 4Ə-01-81 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak kompleksinin 142 kv.m.-ni əldə etmiş və mülkiyyət hüququna dair xx.xx.2007-ci il tarixli, ********* nömrəli çıxarış almışdır. "xxxx" firmasının adına verilmiş şəhadətnaməl ərin ləğvini nəzərdə tutan 1 saylı Yerli iqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1133/4-233 saylı qətnaməsi isə AR Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsinin sədr müavini cənab Rafiq Cəlilovun məkubu ilə xx.xx.2008-ci il tarixdə İdarəyə daxil olmuşdur. Göründüyü kimi, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İsmayılova Hicran İlyas qızının adına çıxarış verilərkən hər hansı qanunsuz hərəkət və va hərəkətsizliyə yol verilməmişdir. 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1133/4-233 saylı qətnaməsi də tarixdən göründüyü kimi, İsmayılova Hicran İlyas qızının mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra qəbul olunmuşdur və 1 saylı Yerli İqtisad Məhkəməsindən, eləcə də Bakı Apellyasiva Məhkəməsindən sözügedən əmlakın üzərində hüququn məhdudlaşdırılmasına (əmla kın üzərinə həbs qovulması və sairə) əsas olan hər hansı sənəd 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. Yuxarıda qeyd olunan hallara əsasən müəyyən olunur ki, 1 saylı Yerli İqtisad Məhkəməsi xx.xx.2007-ci il tarixli, 1133/4- 233 saylı qətnaməni qəbul edərək müvafiq şəhadətnamələri ləğv edərkən və Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamə dəyişdirilmədən saxlanılarkən İsmayılova Hicran İlyas qızı xx.xx.2007-ci il tarixli, 4Ə-01- 81 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak kompleksinin 142 kv.m.-ni əldə etmiş və mülkiyyət hüququna dair xx.xx.2007-ci il tarixli,110710893 nömrəli çıxarış almışdır. Beləliklə, idarənin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi ziyan vurulmamışdır. Maddi ziyanla bağlı tələbə dair qeyd etmək istəyir lər ki, ərizəyə iddiaçıya dəymiş maddi zərəri təsdiq edən hər hansı bir sübut (nəqliyyat və tibbi xidmətlərlə bağlı xərclərə dair ödəniş qəbzləri, tibbi arayış və s.) əlavə edilməmişdir. Müvafiq daşınmaz əmlak üzərində 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli. 1133/4-233 saylı qətnaməsi əsasında aparılmış qeydlər İdarənin qanunsuz hərəkəti kimi qiymətləndirilib iddiaçıya maddi ziyan vurulmasına əsas olan hal kimi qiymətləndirilə bilməz.
11. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2-1(112)-529/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya vurulmuş ziyana görə 448500 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Konsti tusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə torpaq sahəsinin alğı-satqısına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə “Azerkompozit” firması arasında bağlanmış müqavilələrin və əmlaklara mülkiyyət hüququna dair "xxxx" firmasının adına verilmiş şəhadətnamələrin, eləcə də torpaq sahəsinin alğı-satqı yolu ilə Səhiyyə Nazirliyinə satılması barədə Badamdar Bələdiyyəsinin 19 sentyabr 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi, qeyd edilən torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparıİmaması iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə edilmiş mülkiyyət hüququnun pozulmasına səbəb olduğundan, 2014-cü ildə həmin torpaq sahəsi və üzərindəki qeyri-yaşayış binas ı barəsində bir neçə dəfə alğı-satqı müqavilələrinin bağlanmasına imkan verilməsi nəticəsində, alğı-satqı müqaviləsi bağlanan zaman ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 12 may 2014 il tarixli dövlət reyestrindən çıxarışa əsasən əmlaka mülkiyyət hüququ E.Hüseynova məxsus olduğundan və mübahisəli torpaq sahəsinə dair alğı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş bu çıxarışa etimad və güvən əsasında bağlandığından, məhz səlahiyyətli dövlət orqanının qanunvericiliklə müəyyən edilmiş vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində mübahisəli torpaq sahəsinə mülkiyyətçinin sağlığında yaranmış mülkiyyət hüququnun onun vərəsələrinə keçməsi qeyri-mümkün olduğundan, hazırki iddia üzrə iddiaçı, səlahiyyətli dövlət orqanının hərəkətləri və ya hərəkətsizliy i nəticəsində miras əmlaka mülkiyyət hüququnun əldə edilməsindən məhrum olmasına görə vurulmuş miras əmlakın tam həcmdə dəyəri olan 448500 manat zərərin həmin orqan tərəfindən ödənilməsini məhkəmə qaydasında tələb etməkdə haqlı olmuşdur. Məhkəmə eləcə də, cavabdehin imtinasında və etirazında istinad etdiyi iddiaçıya maddi zərərin dəyməsini təsdiq edən hər-hansı bir sübutun əlavə edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan məhkəmənin sorğusuna əsasən 1 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş “xx.xx.2014-cü il tarixdə 1 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisidə X4 məxsus ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasına dair X9 arasında rəsmiləşdirilmiş, reyestrdə 4Ə-1062 nömrə ilə qeyd edilmiş daşınmaz ə mlakın alğı-satqı müqaviləsi üzrə notariat işinin təsdiq edilmiş kserosurətlərindən müəyyən edilmişdir ki, sözügedən alğı-satqı müqaviləsinə əsasən X7 mübahisəli qeyri-yaşayış sahəsini və onun yerləşdiyi torpaq sahəsini 448500 (dörd yüz qırx səkkiz min beş yüz) manata iddiaçının mərhum əri X3, sonuncu tərəfindən sözügedən məbləğ Azərbaycan Beynəlxalq Bankının Nərimanov Filialında müvafiq bank hesabına köçürülmüşdür. Göründüyü kimi, iddiaçının cavabdehdən tələb etdiyi məbləğ notarial qaydada təsdiq edilmiş müqavilə əsasında tərəflər arasında müəyyən edilmiş əmlakın real satış qiyməti olmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğ v edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2-1(103)-642/2023 nömrəli qərardadı ilə "xxxx" Firması adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-642/2023 nömrəli qərardadı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-529/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətsizliyi nəticəsində ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, X7 40000 manata aldığı ünvan 7 ünvanında yerləşən 0.225 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli ümumi sahəsi 142 kv.m olan qeyri-yaşayış binasını 448.500 manata X3 və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 13 iyun 2014-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən həmin əmlak sonuncunun xüsusi mülkiyyətinə keçmişdir. Göründüyü kimi, 1 saylı Yerli İqtisad Məhkəməsinin qərarı ilə sözügedən qeyri-yaşayış binası üzərində sonradan məhdudiyyət qoyulsa da, X6 mülkiyyət hüququna xitam verilməmişdir və hazırda həmin qeyri-yaşayış binası X6 xüsusi mülkiyyətindədir. İddiaçı isə hazırda ərinin sağlığında mülkiyyətində olmuş əmlaka münasibətdə vərəsə kimi öz mülkiyyət hüquqlarını reallaşdıra bilmədiyini qeyd edərək dəymiş ziyanı (əmlakın alqı-satqısı zamanı N.Mahurun ödədiyi məbləği) tələb edir. Lakin, işin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı mülkiyyət hüquqlarının reallaşdırılması istiqamətində bütün hüquqi müdafiə vasitələrini tükətməmişdir. Belə ki, inzibati orqana daşınmaz əmlak üzərində yüklülüklə, məhdudiyyətlə bağlı müraciətlər edilmiş olsa da, lakin inzibati orqanın hərəkətlərinin qanuniliyini məhkəmə qarşısında mübahisələndirməmiş, məhdudiyyətin götürülməsi ilə bağlı ayrıca iddia qaldırmamışdır. Məhkəmə kollegiyasının da qənaəti ondan ibarət olmuşdur ki, hazırki mə qamda iddiaçı tərəfindən mülkiyyət hüquqlarının reallaşdırılması istiqamətində bütün hüquqi müdafiə vasitələri tükənmədiyindən onun tərəfindən mülkiyyət hüquqlarının reallaşmamasına görə dəymiş ziyanın tələb edilməsi əsassızdır. Həmçinin iddiaçı vaxtilə mərhum əri tərəfindən alqı-satqı zamanı satıcı X4 ödənilmiş 448.500 manat pulu cavabdeh inzibati orqandan tələb edir ki, bununla bağlı da nəzərə alınmalıdır ki, həmin məbləğ iddiaçının mərhum əri tərəfindən daşınmaz əmlakın dəyəri qismində ödənildikdən sonra X9 mülkiyyət hüquqlarını qeydə aldırmış və işin mübahisəsiz hallarından da bəlli olur ki, həmin daşınmaz əmlaka sahiblik və istifadə etmişdir. Yəni ki, tələb olunan məbləğ müqabilində iddiaçının mərhum əri öz hüquqlarını tam reallaşdırmışdır. Bu səbəbdən məhkəmə kollegiyası tələb olunan məbləğin özünə də tənqidi yanaşmışdır. Bununla belə iddiaçıya izah edilir ki, o, inzibati orqanın hərəkətləri nəticəsində dəymiş məbləği o zaman tələb edə bilər ki, öz mülkiyyət hüquqlarının reallaşdırılması istiqamətində bütün hüquqi müdafiə vasitələrini tükətmiş olsun. İşə baxan məhkəmələr iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurl u olması ilə nail olmaq mümkün olsun. Belə olan halda iddiaçı ilk növbədə müvafiq inzibati orqandan mülkiyyət hüququnun reallaşdırılmasına maneə olan, yəni ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində olan məhdudlaşmanın aradan qaldırılmasını tələb etməli, cavabdeh inzibati orqan tərəfindən müraciəti təmin olunmadığı halda, məhkəmə qaydasında iddia qaldırmalı, bundan sonra mülkiyyət hüququnu reallaşdıra bilmədikdə ona dəymiş maddi ziyanı tələb etmək hüququna malikdir.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayətinin dəlilləri və istinad olunan maddi hüquq normaları iddia ərizəsinin dəlilləri və istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin etirazının dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə h aqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəb ul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə i şin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin ayrı-ayrı dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, "xxxx" firması dövlət reyestrindən çıxarışla ona məxsus olan əmlak kompleksinin 142 kv.m hissəsini İsmayılova Hicran İlyas qızına satmış və bununla əlaqədar tərəflər arasında 06 fevral 2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, həmin 142 kv.m. hissə isə əmlak kompleksindən ayrılaraq ayrıca qeyri-yaşayış binası kimi qeydiyyata alınmış və yeni reyestr kitabına keçirilmiş, reyestr kitabında bu barədə müvafiq qeyd aparılmış, sonradan isə İsmayılova Hicran İlyas qızı hüquqların dövlət qeydiyyatı haqqında verilmiş çıxarışla ona məxsus olan Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən 0.225 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən bir mərtəbəli ümumi sahəsi 142 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2014-cü il tarixdə 40.000 manata X2 və tərəflər arasında 4Ə-857 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, X7 isə öz növbəsində 0,225 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən bir mərtəbəli ümumi sahəsi 142 kv.m olan qeyri-yaşayış binasını 448.500 manata X3 və sonuncunun adına isə 13 iyun 2014-cü il tarixli müvafiq çıxarış verilmişdir.
29. Bütün bu alqı-satqı əməliyyatları aparılarkən və reyestr xidmətində mülkiyyət hüquqları rəsmiləşdirilərkən cavabdeh inzibati orqan tərəfindən hər hansı etiraz və s. bildirilməmiş, əksinə əmlak üzərində hər hansı yüklülüyün olmadığına dair müvafiq reyestr arayışları verilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, 1 saylı Yerli İqtisad Məhkəməsi tərəfindən 14 iyun 2007- ci il tarixdə işə baxılarkən, işə baxılmasından dörd ay əvvəl rəsmiləşdirilmiş və son vaxtlaradək mübahisələndirilməmiş 06 fevral 2007-ci il tarixli, 4Ə-01-81 saylı alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışla bağlı hər hansı məsələ həll edilməmiş, bu hal ümumiyyətlə müzakirə predmeti olmamışdır.
30. Apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin qətnaməsinə əsasən mübahisəli qeyri-yaşayış binası ilə bağlı sonradan məhdudiyyət qoyu lsa da, X6 mülkiyyət hüququna xitam verilməmiş və hazırda da həmin qeyri-yaşayış binası reyestr məlumatlarına əsasən X6 xüsusi mülkiyyətindədir. İddiaçı isə ərinin sağlığında mülkiyyətində olmuş əmlaka münasibətdə vərəsə kimi öz mülkiyyət hüquqlarını reallaşdıra bilmədiyini əsas gətirərək dəymiş ziyanı tələb edir. İddiaçı isə iş materiallarından da göründüyü kimi vərəsə olaraq mülkiyyət hüquqlarının reallaşdırılması istiqamətində bütün hüquqi müdafiə vasitələrindən istifadə etməmiş və bu vasitələr tükənməmişdir.
31. Belə ki, inzibati orqana daşınmaz əmlak üzərində yüklülüklə, məhdudiyyətlə bağlı müraciətlər edilmiş olsa da, inzibati orqanın hərəkətlərinin qanuniliyini məhkəmə qarşısında mübahisələndirməmiş, məhdudiyyətin götürülməsi ilə bağlı ayrıca iddia qaldırmamışdır. Beləliklə, iddiaçı tərəfindən mülkiyyət hüquqlarının reallaşdırılması istiqamətində bütün hüquqi müdafiə vasitələri tükənmədiyindən onun tərəfindən mülkiyyət hüquqlarının reallaşmamasına görə dəymiş ziyanın tələb edilməsi hazırkı halda əsaslı hesab edilə bilməz
32. Bütün qeyd edilənlərə əsasən, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, kassasiya şikayəti təmin olunmadan, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-642/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 21(103)-642/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.