Məhkəmə qərarları › İş №2-1(102)-1895/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1895/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1895/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx ) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə “işlədiyi illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(103)-1777/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Əmək kitabçasının, diplomun surətlərindən görünür ki, İddiaçı 1972-ci ildən əmək fəaliyyətinə başlamış, 30 oktyabr 2000-ci il tarixədək müxtəlif qurumlarda işləmişdir, eləcə də həmin illər ərzində hərbi xidmətdə olmuş və ali təhsil almışdır. 2. "xxxx" Şirkəti tərəfindən verilmiş 23 fevral 2 021-ci il tarixli arayışlardan görünür ki, iddiaçı xx.xx.1995-ci il tarixli əmrlə şirkətdə baş anbardar vəzifəsinə təyin edilmiş, 30 oktyabr 2000-ci il tarixli əmrlə ərizəsinə əsasən həmin vəzifədən azad edilmişdir. 3. "xxxx" şirkətinin təqdim etdiyi 31 may 2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı 2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixə kimi şirkətdə baş anbardar işləmişdir.

4. DSMF-nin 8 saylı Regional Ərazi Filialının tərtib etdiyi xx.xx.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, iddiaçının "xxxx" şirkətində sığorta stajına daxil edilən əmək stajının yerində qarşılıqlı yoxlama zamanı 1 yanvar 1995-ci il tarixli əmrlə işə qəbul edilməsi, 30 oktyabr 2000-ci il tarixli əmrlə işdən azad edilməsi müəyyən edilmişdir.

5. İddiaçı 25 ildən artıq sığorta stajının mövcudluğunu və 65 yaşının tamam olmasını əsas gətirərək, ona yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir.

6. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının 1995 – 2000-ci illərdə "xxxx" Şirkətində işlədiyi dövrdə əmək haqqı hesablaşma cədvəlləri və əmək haqqı kitabları təqdim edilməməsi səbəbindən həmin illərin yoxlanılması mümkün olmadığından sığorta stajına daxil edilməmişdir. Bununla da iddiaçı 25 il sığorta stajı toplamış olmur. Digər tərəfdən də onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan 28.800 manatın qarşılığında, 562,50 manatdır, bu isə əmək pensiyasının minimum məbləğindən az olmayan pen siya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək "xxxx" şirkətində işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, xx xxxxxx 1956-cı il tarixdə Bakı şəhərində doğulmuş, 01 iyun 1972-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ümumilikdə onun 28 ildən çox sosial sığorta stajı var. Qeyd olunan sığorta stajı əmək kitabçasında öz əksini tapmışdır. İddiaçı ona əmək pensiyası təyinatı ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh tərəfindən onun 2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000ci il tarixədək "xxxx" Şirkətində işləməsinin yoxlanılması zamanı əmək haqqı üzrə hesablaşma cədvəlləri və əmək haqqı kitabları təqdim edilmədiyindən, həmin illərin yoxlanılmasının mümkün olmadığı əsas gətirilərək yaşa görə əmək pensiyası təyinatından imtina edilmişdir. Onun əmək kitabçasında 02 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək "xxxx" Şirkətində işlədiyi öz əksini tapdığından və beləliklə də 25 ildən çox sosial sığorta stajı müəyyən olunduğundan, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qeyd olunan əsaslarla imtinası tamamilə qanunsuz və əsassızdır.

9. Cavabdeh iddia tələbinə qarşı etiraz təq dim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Etirazda qeyd edilmişdir ki, iddiaçının 64 yaşdan əmək pensiyasının təyin edilməsi üçün azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28.800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İşin mübahisələndirilən halı İddiaçı "xxxx" şirkətində işlədiyi dövrdür. Belə ki, iş materiallarına əlavə edilən iddiaçıya məxsus 30 sentyabr 1974-cü il tarixli əmək kitabçasına müvafiq olaraq onun 01 iyun 1972-ci il tarixdə 191 nömrəli əmrlə “Masallı rayon Telman adına sovxoz”a işə qəbul edildiyi, 15 noyabr 1974-cü il tarixdə 269 nömrəli əmrlə işdən azad olunduğu qeyd edilmişdir. Əmək kitabçasında onun 2 mart 1995-ci il tarixdə 1 nömrəli sərəncamla "xxxx" şirkətində işə qəbul edildiyi, 30 oktyabr 2000-ci il tarixdə (əmr mövcud deyildir) isə işdən azad olunduğu qeyd edilmişdir.Əmək kitabçasına müvafiq olaraq iddiaçının 8 il 12 gün sosial sığorta stajı vardır. Qeyd edilməli əsas məqam ondan ibarətdir ki, iddiaçının 2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək "xxxx" şirkətində çalışması faktının araşdırılması zamanı "xxxx" şirkətinin əmək haqqı üzrə hesablaşma cədvəlləri və əmək haqqı kitabları təqdim edilmədiyindən, həmin illərin yoxlanılması mümkün olmamışdır.İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı 2 il 05 ay 14 gün təşkil edir. 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fə rdi hesabının sığorta hissəsində 2006cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sözügedən Qaydalara müvafiq olaraq İddiaçı sosial sığorta stajına münasibətdə pensiya kapitalı aşağıdakı kimi indeksləşdirilməlidir: 1) ( 2 il x 306 manat) + ( 306 manat: 12 ay x 04 ay ) = 612 + 102 = 714 manat; 2) 2007-ci il üzrə: 714 + 8,3% = 1487 manat; 3). 2008-ci il üzrə 1487 + 16,7% = 1735 manat; 4) 2009-cu il: 1735 + 20,8% = 2096 manat; 5) 2010-cu il üzrə 2096 + 1,5% = 127 manat; 6) 2011-ci il üzrə: 2127 + 5,7% = 2249 manat; 7) 2012-ci il üzrə: 2249+ 7,9% = 2426 manat; 8) 2013-cü il üzrə: 2426 + 1,1% = 2453 manat; 9) 2014-cü il üzrə: 2453 + 2,4% = 2512 manat; 10) 2015-ci il üzrə: 2512 + 1,4% = 2547 manat; 11) 2016-cı il üzrə: 2547+4% = 2649 manat; 12) 2017-ci il üzrə: 2649+ 12,4% = 2977 manat; 13) 2018ci il üzrə 2977+ 5,7% = 3147 manat; 14) 2019-cu il üzrə: 3147+ 3% = 3241 manat; 15) 2020-ci il üzrə: 3241 + 16,6% = 3780 manat; 16) Yekun olaraq: 3780+ 562,50 = 4342,66 manat. İş materiallarına əlavə edilən pensiya alt sistemindən çıxarışa müvafiq olaraq İddiaçı ümumilikdə 562,50 manat pensiya sığorta kapitalı (PSK) mövcuddur. Göründüyü kimi, iddiaçının 2 il 05 ay 14 gün sosial sığorta stajına münasibətdə 4342,66 manat pensiya kapitalı vardır.

10. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(112)-5336/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, İddiaçı "xxxx" Şirkətində 2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək işlədiyi dövrün sığorta stajına daxil edilməklə 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, əmək kitabçasındakı mübahisələndirilən qeydlərin həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, bu barədə cavabdeh tərəfindən də hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

12. Cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin rədd edi lməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 21(103)-1777/2022 nömrəli qərarı ilə (sədrlik edən – A.Oruczadə hakimlər – X.Cəmilova və M.Tağızadə) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(112)-5336/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

14. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır, əlavə olaraq qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında qeyd edilən iş stajının yoxlanılmasının mümkün olmaması şəxsin təqsiri ilə bağlı hallarla əlaqədar olmadıqda, bu hal, onun üçün hü quqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

15. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti imtina məktubunun və iddia tələbinə qarşı etirazın məzmunu ilə eynidir.Bundan başqa əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı "xxxx" şirkətində işləməsi faktının yoxlanılması məqsədiylə Fondun 8 saylı regional ərazi filialının mütəxəssislərinin iştirakı ilə Masallı rayonu "xxxx" şirkətində qarşılıqlı yoxlama həyata keçirilmiş, yoxlama nəticəsində İddiaçı əmək kitabçası ilə müəssisənin əmrlər kitabı arasında ziddiyyətli məqamlar aşkar edilm işdir.Fondun 8 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktından görünür ki, "xxxx" şirkətinin əmrlər kitabında işə daxilolma tarixində pozuntuya yol verilmişdir.Belə ki, sözügedən əmrlər kitabında işə daxilolma tarixi xx.xx.1995-ci il tarixdə göstərilsə də, iddiaçının əmək kitabçasında həmin tarix xx.xx.1995-ci il tarixində qeyd edilmişdir. Kassasiya şikayətində “İnzibati İcraat haqqında” Qanunun 24.1, 24.3 “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Konstitusiyası Maddə

38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyi nə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.2 Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu p ensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.2.3. Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 20. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə

67. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə

69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsa s sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 21. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 22. “İnzibati icraat haqqında” Qanun Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlav ə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

24. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tə ləbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının q anuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şika yət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifa yətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrar lamağa lüzum qalmır.

31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğulmuşdur, 1972-ci ildən əmək fəaliyyətinə başlamış və 30 oktyabr 2000-ci il tarixədək müxtəlif qurumlarda işləmişdir, eləcə də həmin illər ərzində hərbi xidmətdə olmuş və ali təhsil almışdır. İddiaçı 25 ildən artıq sığorta stajının mövcudluğunu və 65 yaşının tamam olmasını əsas gətirərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının hərbi xidmət dövrü, ali təhsil aldığı və əmək kitabçasında əksini tapmış müvafiq müəssisə və təşkilatlarda işlədiyi (2 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək olan dövrdən başqa) müddətlərin cavabdeh inzibati orqan tərəfindən onun sığorta stajına daxil edilməsi işin mübahisəsiz halıdır. İşin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən halı İddiaçı "xxxx" şirkətində işlədiyi dövrdür. Bununla bağlı qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsi ndə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması.

35. İddiaçının pensiya yaşının tamam olması mübahisə doğurmur. Cavabdeh iddiaçının 1995-2000-ci illərdə olan iş stajının ümumi staja daxil edilməli olmadığını, bu səbəbdən qanunun tələb etdiyi 25 il sığorta stajının yaranmadığını bildirir.

36. Lakin iddiaçıya məxsus əmək kitabçasının surətindən göründüyü kimi, iddiaçının 02 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək adıçəkilən şirkətdə əmək fəaliyyəti ilə bağlı qeydlər mövcuddur. Həmin məlumatlar iş yerinin arayışı və məlumatları, habelə DSMF-nin DSMF-nin 8 saylı Regional Ərazi Filialının tərtib etdiyi xx.xx.2021- ci il tarixli aktı ilə bir daha təsdiq olunur.

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, əmək kitabçasındakı mübahisələndirilən qeydlərin həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, bu barədə cavabdeh tərəfindən də hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

38. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məh kəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında qeyd edilən iş stajının yoxlanılmasının mümkün olmaması şəxsin təqsiri ilə bağlı hallarla əlaqədar olmadıqda, bu hal, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

39. Kollegiya hesab edir ki, iddiaçının 02 mart 1995-ci il tarixdən 30 oktyabr 2000-ci il tarixədək "xxxx" Şirkətində işləməsi barədə əmək kitabçasındakı qeydlərin mötəbərliyi və həmin dövrün iş stajının onun sığorta stajına daxil edilməsi qanuni və əsaslı olmuşdur.

40. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 21(103)-1777/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar