Məhkəmə qərarları › İş №2-1(102)-1895/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1895/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1895/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 15.09.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr ı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X6, X12 və Əhmədov Mədəd Əhməd oğlu) qarşı “çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1144/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 290 saylı qərarı ilə vətəndaş N.Y.Bəxtiyarovaya Bilgəh qəsəbəsində 38 saylı BTK tərkibində 1253 a nömrəli bağ sahəsi ayrılmışdır. Bağlar Təsərrüfatı İdarəsinin Bilgəh bağlar sahəsindəki 38 nömrəli BTK tərəfindən verilmiş 22 saylı order əsasında Bakı şəhəri Bilgəh qəsəbəsi 1253 a saylı bağ sahəsi üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, sonuncunun adına seriya RX ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir.

2. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 1248 saylı sərəncamı ilə vətəndaş X9 Bilgəh qəsəbəsində 59 nömrəli BTK tərkibində 1216 k nömrəli bağ sahəsi ayrılmışdır. Bağlar Təsərrüfatı İdarəsinin Bilgəh bağlar sahəsindəki 59 nömrəli BTK tərəfindən verilmiş 10 nömrəli order əsasında Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 1216 k saylı bağ sahəsi üzərində X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, sonuncunun adına seriya RX ******* nömrəli, xx.xx.2017ci il tarixli çıxarış verilmişdir.

3. Bakı şəhəri 9 saylı notariat kontorunda xx.xx.2017-ci il tar ixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən satıcı X7 Balı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsini 30.000 manata alıcı Əhmədov Mədəd Əhməd oğluna satmışdır.

4. Bakı şəhəri 9 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən satıcı X12 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini 20.000 manata alıcı Əhmədov Mədəd Əhməd oğluna satmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən seriya RX, ******* nömrəli, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1253 A saylı bağ sahəsində yerləşən 0.15 ha torpaq sahəsi Əhmədov Mədəd Əhməd oğlunun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.

6. Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, İddiaçı Bilgəh Bələdiyyəsinə xx.xx.2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Bilgəh bələdiyyəsi ərazisində 2016 kv.m torpaq sahəsinin satılması barədə 2007ci il 23 avqust tarixli, 055 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Sabunçu rayon Bilgəh Bələdiyyəsinin xəzinəsinə 5500 manat haqq ödənilmişdir.

7. Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 055 nömrəli, xx.xx.2007-ci il tarixli qərarın surətindən görünür ki, həmin qərara əsasən Bilgəh qəsəbəsi ərazisində Ə.Vahid küçəsində yerləşən 2016 kv.m torpaq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən iddiaçıya məxsus 2016 kv.m torpaq sahəsinə dair ilkin olaraq X3 ******* nömrəli, xx.xx.2017-ci il tarixli və X8 adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışların etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edərək Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən ona məxsus 2016 kv.m (0.20 ha) torpaq sahəsinə saxtalaşdırılmış order əsasında daşınmaz əmlakın dövlət reyestrində X8 adına aparılmış qeydlərin ləğv edilməsi və onun əsasında verilmiş ******* nömrəli, xx.xx.2017- ci il tarixli çıxarış və torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən ona məxsus 2016 kv.m (0.20 ha) torpaq sahəsinə X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydlərə (1052385 nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış) əsas olmuş torp aq sahəsinin plan və ölçüsünün (koordinatların) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

10. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-11037/2021 №-li qərardadı ilə X6, X12 və Əhmədov Mədəd Əhməd oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 23 avqust 2007-ci il tarixli, 55 saylı qərarı ilə Bilgəh qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 2016 kv.m torpaq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilmişdir. Həmin qərara əsasən torpağın alqı-satqısına dair 23 avqust 2007-ci il tarixdə akt tərtib edilmiş və to rpaq sahəsinin dəyəri Bilgəh Bələdiyyəsinin hesabına ödənilmişdir. 2007-ci ilin avqust ayından bu günə qədər İddiaçı bələdiyyədən satın aldığı və daşla hasara alınmış torpaq sahəsinə istifadə və sahiblik hüquqlarını həyata keçirir. Bilgəh Bələdiyyəsinin müvafiq müqaviləsi ilə 2006-cı ilədək həmin torpaq sahəsi X2 istifadəsində olmuş, torpaq sahəsi hasara alınmış və üzərində yığcam bir ev inşa edilmişdir. 2017-ci ilin may ayının əvvəlində naməlum şəxslər iddiaçıya məxsus torpaq sahəsinin hasarını qanunsuz uçurdaraq orada özbaşına inşa işlərini aparmış, bununla bağlı iddiaçı dərhal şikayət ərizəsi ilə polis orqanlarına müraciət etmiş, ona məxsus torpaq sahəsində tanımadığı şəxslər tərəfindən edilən qanunsuz hərəkətlərin qarşısı alınmış, daş hasar əvvəlki vəziyyətinə uyğun olaraq bərpa edilmi ş, torpaq sahəsinə iddiaçının istifadə və sahiblik hüquqları bərpa edilmişdir. Lakin, polis orqanlarında aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsi ilkin olaraq saxta sənədlər əsasında 3-cü şəxs X6, digər bir hissəsi isə saxta sənədlər əsasında 3-cu şəxs X8 adına özəlləşdirilmiş, sonradan isə həmin sənədlər əsasında alqı-satqı yolu ilə Əhmədov Mədəd Əhməd oğlunun adına rəsmiləşdirilmişdir. Məlumatı əldə edəndən dərhal sonra İddiaçı Nizami Rayon Məhkəməsində cavabdehlər X6, X10 və qeyrilərinə qarşı iddia qaldıraraq Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən iddiaçıya məxsus 2016 kv.m torpaq sahəsinə dair ilkin olaraq X6 və X8 adına verilmiş çıxarışların etibarsız hesab edilməsi, həmin çıxarışlar əsasında sonuncularla Əhmədov Mədəd Əhməd oğlunun arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında Əhmədov Mədəd Əhməd oğlunun adına verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir.

12. Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi tam təmin olunmuş, 3-cü şəxslərin adına verilmiş çıxarışlar etibarsız hesab edilmişdir. Həmin qətnamədən 3-cü şəxs Mədəd Əhmədov apellyasiya şikayəti vermiş və eyni zamanda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinə (üçüncü şəxs İddiaçı) qarşı iddia qaldıraraq, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 055 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-22 52/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qərarı ilə iddiaçı Mədəd Əhmədovun iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Əhmədov Mədəd Əhməd oğlunun apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2252/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(102)-2019 saylı qərarı ilə Əhmədov Mədəd Əhməd oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarı qəbul olunandan sonra, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə mülki işin icraatı davam etmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1767/2019 saylı qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)4348/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)1767/2019 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7699/2020 saylı qətnaməsi ilə Əhmədov Mədəd Əhməd oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2018- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Həmin qətnamədən yenidən Əhmədov Mədəd Əhməd oğlu tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-3009/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7699/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən iddiaçıya məxsus olan 2016 kv.m torpaq sahəsinə dair ilkin olaraq Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın, Donara Əlibəylinin adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilm əsi, iddia tələbinin Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi və Donara Əlibəylinin adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2(102)-3009/2021 saylı qərardadında qeyd olunmuşdur ki, Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın, Donara Əlibəylinin adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsinin inzibati məhkəməyə aid olmasına baxmayaraq, iddiaya bu hissədə mahiyyəti üzrə baxmaqla məhkəmə aidiyyəti pozulmuşdur. Belə ki, iddianın Bakı şəhəri, Sa bunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ona məxsus 2016 kv.m torpaq sahəsinə dair ilkin olaraq Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın, Donara Əlibəylinin adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi hissəsinə inzibati icraat qaydasında baxılmalıdır. Çünki iddiaçının mübahisələndirdiyi bu çıxarışlar etibarsızlığının əsası torpaq sahəsinin saxta sənədlər əsasında Nərminə Bəxtiyarovanın və Donara Əlibəylinin adına qeydiyyata alınmışdır. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadından sonra İddiaçı cavabdeh təşkilat olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli və X8 adına verilmiş, ******* nömrəli, xx.xx.2017 -ci il tarixli çıxarışların ləğv edilməsini xahiş etmiş, lakin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi özünün xx.xx.2021-ci il tarixli, **********30 nömrəli məktubu ilə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll olunmasını göstərmişdir.

13. Hazırkı iş üzrə 3-cü şəxs M.Əhmədov araşdırmalar aparılarkən çıxarışı təqdim edərək mübahisəli torpaq sahəsinin 1253A saylı bağ sahəsi kimi ona məxsus olmasını bildirmişdir. Bələdiyyənin qərarı və bələdiyyə tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin eskiz sxeminə nəzər yetirilsə, aydın görünür ki, ona məxsus torpaq sahəsi ilə bitişik qonşuluqda 2016-2016a və 2015 saylı bağlar yerləşir. Həmin bağların iddiaçıya məxsus torpaq sahəsi ilə bitişik yerləşməsi eyni zamanda bağ massivin sxemində də öz əksini tapmışdır. 3-cü şəxslərin adına verilmiş çıxarışda isə bağ sahəsi 1253 A sayı ilə göstərilmişdir. Bağlar massivinin sxemində 1253 saylı bağ sahəsi iddiaçıya məxsus torpaq sahəsindən iki sahə aralıdır, 1253 A saylı bağ isə ümumiyyətlə sxemdə əks olunmamışdır. Belə olan halda, aydın məlum olur ki, mübahisəli bağ sahəsinə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən başqa bağ sahələrinin sənədləri əsasında çıxarış verilmişdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə və istifadəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilind ə səlahiyyətlərinə aiddir. Sənədlərdən göründüyü kimi, Bilgəh bələdiyyəsi qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəli torpaq sahəsi iddiaçının adına rəsmiləşdirmişdir. X8 adına olan ******* nömrəli, xx.xx.2017ci il tarixli çıxarışın verilməsinə əsas olan guya 1216 “K” saylı bağ sahəsi kimi saxtalaşdırılmış 1216 “V” nömrəli bağ sahəsinin 10 nömrəli orderi olmuş, X3 adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış isə 22 nömrəli order əsasında verilsə də, həmin orderə dair məlumatlar saxtalaşdırılmış və 1253A saylı bağ sahəsinin koordinatları (torpaq sahəsinin plan və ölçüsü) iddiaçıya məxsus torpaq sahəsinin üzərinə vurulmuşdur.

14. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddiası etirazla qarşılanır. İdarə tərəfində n İddiaçı ünvanlanan **********30 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İddia tələbində qeyd olunan - Bağlar Təsərrüfatı İdarəsinin Bilgəh bağlar sahəsindəki 38 nömrəli kooperativ tərəfindən verilmiş 22 nömrəli order əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1253A saylı bağ sahəsi üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, sonuncunun adına seriya RX ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Bağlar Təsərrüfatı İdarəsi nin Bilgəh bağlar sahəsindəki 59 nömrəli kooperativ tərəfindən verilmiş 10 nömrəli order əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1216K saylı bağ sahəsi üzərində X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, sonuncunun adına seriya RX ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat qanunvericiliyin tələbinə uyğundur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə dax il edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan he sab olunur. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2876/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbinin təmin edilməsi, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1216K saylı bağ sahəsində yerləşən 0,05 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 721 nömrəli reyestr kitabının 68258 nömrəli vərəqində X8 adına aparılmış qeydiyyat, xx.xx.2017-ci il tarixli, Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün (koordinatları) ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1253A saylı torpaq sahəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair X3 adına daşınmaz əmlakın dövlət reyestrində 721 nömrəli reyestr kitabının 68272 nömrəli vərəqində qeydiyyatın (xx.xx.2017-ci il tarixli, Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın) aparılmasına əsas olmuş torpaq sahəsinin plan və ölçüsünün (koordinatları) ləğv edilməsi qərara alınmışdır.

16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən X5 Bakı ŞHİ Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi, xx.xx.1996-cı il tarixli, 22 nömrəli orderinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1253A saylı bağ sahəsinin əsas döngə nöqtələrinin koordinatları qeyd edilməklə tərtib edilmiş xx.xx.2017-ci il tarixli, **********14 reyestr nömrəli torpaq sahəsinin planı iddiaçının faktiki istifadəsində və gözlənilən mülkiyyət hüququ olan torpaq sahəsi ilə üstüstə düşür. Belə ki, mütəxəssis rəyindən göründüyü kimi Əhmədov Mədəd Əhməd oğlunun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixində, **********29 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və qeydiyyatı barədə RX №1068401 blank nömrəli dövlət reyestrindən çıxarış verilmiş 0,15 ha torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin 055 nömrəli, 23 avqust 2007-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 2016 kvm. torpaq sahəsi ilə tam üst-üstə düşür və onun şimal hissəsindən başlayaraq 0,15 halıq hissəsində yerləşir.

17. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə üçüncü şə xslər Donara Əlibəyliyə və Nərminə Axundovaya Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində ayrılması iddia olunan bağ sahələri ayrı-ayrı BTK-lara (38 №-li və 59 №-li) məxsusdur, eyni zamanda həmin bağ sahələrinin bölgü sxemi də cavabdehin arxiv qovluğunda aşkar edilməmişdir. Belə olan halda həmin bağların, yəni 1216K və 1253A nömrəli bağ sahələrinin faktiki, naturada yanaşı yerləşməsini qəbul etmək mümkün deyildir.

18. Üçüncü şəxs Əhmədov Mədəd Əhməd oğlu həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1144/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarı ilə (hakiml ər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X6, X12 və Əhmədov Mədəd Əhməd oğlu üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi tələbi”nə dair iddiası rədd edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə üçüncü şəxs Əhmədov Mədəd Əhməd oğlu vicdanlı alıcıdır. Mövcud vəziyyətdə cavabdeh kimi göstərilən inzibati orqanın hərəkətlərində hər hansı qanun suzluq olmamış, təqdim edilən hüquqmüəyyənedici sənədlər əsasında X6 və X8 adlarına dövlət reyestrində qeydiyyat aparılmış və mülkiyyət hüquqlarını təsdiq edən çıxarış verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır.

21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarda əsassız olaraq Donara Əlibəylinin və Nərminə Bəxtiyarovanın adlarına verilən orderləri saxta kimi qiymətləndirmişdir. Həmin orderlərin saxtalaşdırılması ilə bağl ı qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığı halda birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olduğu üçün yolverilməzdir. Qeyd etmək istəyirəm ki, Həmin orderlərin saxta olması ilə bağlı iş materiallarında Nizami Rayon Məhkəməsinin xüsusi qərardadı mövcuddur. Digər tərəfdən ən başlıca amil, iş materiallarına əlavə etdiyimiz Bakı şəhər İcra Hakimiyyətinin 12 sentyabr 2017-ci il tarixli, 7-4736/17 saylı məktubuna əsasən Bakı şəhəri İcra Hakimiyyəti idarə arxivinin əməkdaşları tərəfindən tərtib edilmiş Ə-202-112 saylı arxiv arayışında texniki səhvə yol verilmiş, vətəndaş D.S.Əlibəylinin adına keçirilmiş 1216 v nömrəli bağ səhvən 1216a kimi göstərilmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2419/2019 nömrəli, 07 avqust 2019-cu il tarixli qanuni qüvvəsini almış qərarı ilə İddiaçı məxsus olan torpaq sahəsinin X11 1216 v saylı bağ sahəsi, və Nərminə Bəxtiyarovaya məxsus 1253A saylı bağ sahəsi ilə fərqli olduğu faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)2419/2019 nömrəli, 07 avqust 2019-cu il tarixli qərarının surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2252/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qərarı ilə iddiaçı Əhmədov Mədəd Əhməd oğlunun cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinə qarşı İddiaçı üçüncü şəxs qismində göstərilməklə cavabdeh orqanın 23 avqust 2007-ci il tarixli, 055 nömrəli qərarının ləğv edilməsinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının 25 aprel 2019-cu il tarixli, 2-1(103)-1023/2019 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi ollegiyasının 2-1(102)-2419/2019 nömrəli, 07 avqust 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3009/21 nömrəli qərarının və xx.xx.2021-ci il tarixli, 2(102)-3009/21 nömrəli qərardadının surətlərindən görünür ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-219/2018 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdeh Əhmədov Mədəd Əhməd oğluna qarşı “torpaq sahəsinə verilmiş çıxarışın, alqı-satqı müqavilələrinin e tibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən İddiaçı məxsus 2016 kvm. torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında xx.xx.2017-ci il tarixli çıxarışın və X8 adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, həmin çıxarışlar əsasında X3, X8 və Əhmədov Mədəd Əhməd oğlunun arasında 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2017- ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeyd edilən müqavilələr əsasında Əhmədov Mədəd Əhməd oğlunun adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7699/2 020 nömrəli, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)219/2018 nömrəli, 27 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3009/21 nömrəli qərardadı cavabdeh Əhmədov Mədəd Əhməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7699/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən iddiaçıya məxsus 2016 kvm. torpaq sahəsinə dair ilkin olaraq Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın, Donara Əlibəylinin adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın, Donara Əlibəylinin adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3009/21 nömrəli qərarı ilə cavabdeh Əhmədov Mədəd Əhməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7699/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnam əsi X12 və X6 ilə Əhmədov Mədəd Əhməd oğlu arasında 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında Mədəd Əhmədovun adına verilmiş xx.xx.2017-ci il tarixli, 1068401nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək iddianın X12 və X6 ilə Əhmədov Mədəd Əhməd oğlu arasında 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında Mədəd Əhmədovun adına verilmiş xx.xx.2017-ci il tarixli,1068401 nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində rədd edilməsi qərara alınmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

24. Kassasi ya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvəd ədir. Əqd əsasında özgəninkiləşdirilənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır.

26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

67. Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında qeydiyyatdan keçirilməlidir. Dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquqmüəyyənedici sənəddir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka olan hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə

78. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət reyestrindən keçirilməsindən sonra yaranır. 27. “Da şınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.

28. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 9

4. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair i ş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

31. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonr a İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən iddiaçıya məxsus 2016 kv.m torpaq sahəsinə dair ilkin olaraq X3 ******* nömrəli, xx.xx.2017-ci il tarixli və X8 adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışların etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edərək Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən ona məxsus 2016 kv.m (0.20 ha) torpaq sahəsinə saxtalaşdırılmış order əsasında daşınmaz əmlakın dövlət reyestrində X8 adına aparılmış qeydlərin ləğv edilməsi və onun əsasında verilmiş ******* nömrəli, xx.xx.2017- ci il tarixli çıxarış və torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən ona məxsus 2016 kv.m (0.20 ha) torpaq sahəsinə X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydlərə (1052385 nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış) əsas olmuş torpaq sahəsinin plan və ölçüsünün (koordinatların) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə ərizə icraata qəbul olunmuşdur

33. Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2876/2022 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1216K saylı bağ sahəsində yerləşən 0,05 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarix də daşınmaz əmlakın dövlət reyestrində 721 nömrəli reyestr kitabının 68258 nömrəli vərəqində X8 adına aparılmış qeydiyyat, xx.xx.2017-ci il tarixli, Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün (koordinatları) ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1253A saylı torpaq sahəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair X3 adına daşınmaz əmlakın dövlət reyestrində 721 nömrəli reyestr kitabının 68272 nömrəli vərəqində qeydiyyatın (xx.xx.2017-ci il tarixli, Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın) aparılmasına əsas olmuş torpaq sahəsinin plan və ölçüsünün (koordinatları) ləğv edilməsi qərara alınmışdır.

34. Qərardan narazı qalan üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1144/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X6, X12 və Əhmədov Mədəd Əhməd oğlu üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi tələbi”nə dair iddiası təmin edilməmişdir.

36. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən qərarında qeyd etmişdir ki, ““İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda inzibati aktın ləğv edilməsi əsasları müəyyən edilmişdir. Mübahisələndirilən çıxarışların və torpaq sahəsinin plan və ölçüsünün (koordinatların) ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qərarı qəbul edərkən reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almamış, çıxarışların və torpaq sahəsinin plan və ölçüsünü (koordinatları) ləğv edərkən yuxarıda göstərilən maddi hüquq normaların məzmununa və legitim məqsədinə uyğun həll etməmişdir. Nəticədə üçüncü şəxslərin Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

37. Məhkəmə kollegiya sı apellyasiya məhkəməsinin gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə, iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul etmişdir.

38. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1996- cı il tarixli, 290 saylı qərarı ilə vətəndaş N.Y.Bəxtiyarovaya Bilgəh qəsəbəsində 38 saylı BTK tərkibində 1253 a nömrəli bağ sahəsi ayrılmışdır. Bağlar Təsərrüfatı İdarəsinin Bilgəh bağlar sahəsindəki 38 nömrəli BTK tərəfindən verilmiş 22 saylı order əsasında Bakı şəhəri Bilgəh qəsəbəsi 1253 a saylı bağ sahəsi üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, sonuncunun adına seriya RX *** **** nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir.

39. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 1248 saylı sərəncamı ilə vətəndaş X9 Bilgəh qəsəbəsində 59 nömrəli BTK tərkibində 1216 k nömrəli bağ sahəsi ayrılmışdır. Bağlar Təsərrüfatı İdarəsinin Bilgəh bağlar sahəsindəki 59 nömrəli BTK tərəfindən verilmiş 10 nömrəli order əsasında Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 1216 k saylı bağ sahəsi üzərində X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, sonuncunun adına seriya RX ******* nömrəli, xx.xx.2017ci il tarixli çıxarış verilmişdir.

40. Həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri 9 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləs inə əsasən, həmin müqaviləyə əsasən satıcı X6 Balı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsini 30.000 manata alıcı Əhmədov Mədəd Əhməd oğluna satmışdır

41. Bakı şəhəri 9 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə, həmin müqaviləyə əsasən satıcı X12 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini 20.000 manata alıcı Əhmədov Mədəd Əhməd oğluna satmışdır.

42. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən seriya RX, ******* nömrəli, xx.xx.2017-ci il tarixli, ********** qeydiy yat nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1253 A saylı bağ sahəsində yerləşən 0.15 ha torpaq sahəsi Əhmədov Mədəd Əhməd oğlunun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.

43. Beləliklə 13 may 2017-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1253A saylı bağ sahəsində yerləşən 0,15 ha torpaq sahəsi Əhmədov Mədəd Əhməd oğlunun xüsusi mülkiyyətindədir.

44. Qeyd edilməlidir ki, iddiaçının kassasiya şikayətindəki dəlillərindən biri ondan ibarətdir ki, Donara Əlibəylinin və Nərminə Bəxtiyarovanın adlarına verilən orderlər saxtadır, bununla bağlı Nizami rayon məhkəməsinin xüsusi qərardadı mövcuddur.

45. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, əvvəla iş materiallarında olan (işin İ cildi, iş səh. 14) Ba kı şəhər Nizami rayon məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2(007)-219/2018 saylı xüsusi qərardadının nəticə hissəsindən görünür ki, orada yalnız Donara Əliyevanın adına verilmiş 10 nömrəli orderdən danışılır, Nərminə Bəxtiyarovanın adına verilmiş orderə dair bir irad yoxdur.

46. Digər tərəfdən həmin xüsusi qərardadın nəticə hissəsində yazılmışdır ki, “Bakı şəhər İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 nömrəli sərəncamı ilə Bilgəh qəsəbəsi, 59 saylı BTK-nın nəzdində 0,05 ha torpaq sahəsi olan 1216v (kiril qrafikası ilə) saylı bağ sahəsinə dair Donara Əliyevanın adına olan Bağlar Təsərrüfatı İdarəsinin 10 №li orderində sonradan mexaniki üsulla pozma aparılmasında “Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə “cinayətinin əlamətləri olduğu üçün bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilsin.”

47. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, sözügedən xüsusi qərardad MPM-in 265.4-cü maddəsinə əsasən çıxarılmışdır, həmin maddədə və məhkəmənin 27 aprel 2018-ci il tarixli xüsusi qərardadında isə deyilir ki, məhkəməm işə baxarkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

48. Başqa sözlə mülki işə baxan məhkəmə proses iştirakçılarının və ya digər şəxslərin əməllərinin, məhz cinayət əməli olması faktını müəyyən etmir, məhkəmənin qənaətinə görə, o cinayətin əlamətlərinin aşkara çıxardığı halda bu barədə xüsusi qərardad çıxa rmaqla prokurora xəbər verir, yəni sözügedən orderin həqiqətən saxta olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmalıdır, lakin belə bir hökm mövcud deyildir.

49. Eyni zamanda Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, İddiaçı Bilgəh Bələdiyyəsinə xx.xx.2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Bilgəh bələdiyyəsi ərazisində 2016 kv.m torpaq sahəsinin satılması barədə 2007-ci il 23 avqust tarixli, 055 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Sabunçu rayon Bilgəh Bələdiyyəsinin xəzinəsinə 5500 manat haqq ödənilmişdir.

50. Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 055 nömrəli, xx.xx.2007-ci il tarixli qərarın surətindən görünür ki, həmin qərara əsasən Bilgəh qəsəbəsi ərazisində Ə.Vahid küçəsində yerləşən 2016 kv.m torpaq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilmişdir.

51. Bununla bağlı iş materiallarından görünür ki, Bilgəh Bələdiyyəsinin 055 nömrəli xx.xx.2007-ci il tarixli qərarında İddiaçı satdığı torpaq sahənin plan və ölçüsü yuxarıda göstərilən maddi hüquq normalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılmamış və təsdiqlənməmişdir. Torpaqların alqı-satqısına dair 23 avqust 2007-ci il tarixli Bilgəh Bələdiyyəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, qeyd edilən akt torpaq kadastrında qeydiyyata alınmamış, torpağın cizgisi aidiyyəti qurum tərəfindən deyil, bələd iyyə tərəfindən çəkilib, bölgü sxemini də bələdiyyə təsdiq edib.

52. Həmçinin iş materiallarından (işin İ cildinin 165, 166-cı səhifələri) görünür ki, iddiaçının adı Bakı şəhəri Sovetinin İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli qərarı ilə təsdiq edilmiş Bilgəh qəsəbəsindəki 59 nömrəli bağ-tikinti kooperativinin üzvlərinin siyahısında yoxdur.

53. Bununla yanaşı qeyd edilməlidir ki, işin İİ cildinin 45-54-cü səhifələrində olan Ali Məhkəmənin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(102)3009/2021 saylı qərarından görünür ki, İddiaçı cavabdehlər Əhmədov Mədəd Əhməd oğlu, X12 və X1rşı iddiası D.S.Əlibəyli və M.Ə.Əhmədov arasında 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında Mədəd Əhmədovun adına verilmiş 13 may 2017-ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində rədd edilmişdir.

54. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən Mülki Məcəllənin 139.1, 139.3, 140, 148.2-ci maddələrini, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67, 68-ci maddələrini, “Torpaq islahatları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsini, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5.2, 6.5-ci maddələrini, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməni, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 8.0., 8.0.1, 8.0.7-c i maddələrini düzgün tətbiq edərək iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir.

55. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 18 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1144/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar