Məhkəmə qərarları › İş №2-1(102)-1895/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1895/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1895/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2024-cü il tarixli, 2-1(104)-100/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir.

2. Cavabdeh 18 noyabr 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim etdiyi sənədlər hüquqi əsas vermədiyi üçün (döyüşlərdə iştirakını sübut edən təsdiqedici hüquqi sənədlər yoxdur) ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. biri nci instansiya məhkəməsindəki birinci icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1991-1992-ci illərdə Kərkicahan özünümüdafiə batalyonunda erməni qəsbkarlarına qarşı döyüşlərdə iştirak etmiş və döyüşlər zamanı xəsarətlər almışdır. Həmin dövrdə aldığı xəsarətlər yüngül olduğundan xəstəxanaya müraciət etməmişdir. Buna baxmayaraq onun özünümüdafiə batalyonunda döyüş lərdə iştirakını keçmiş 816 saylı Şuşa batalyonunun İV Kərkicahan rotasının adlı siyahısında 157-ci sırada adının olması bir daha təsdiq edir. O, “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir.

5. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1611/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərarı ilə (hakim X17) iddia təmin edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, Xocalı rayon İcra Hakimiyyəti başçısı və Xocalı rayon Polis Şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş “Keçmiş 816 saylı Şuşa batalyonunun İV Kərkicahan rotasının ümumi adlı siyahısı” ilə iddiaçının həqiqətən 1991-1992-ci illərdə özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etdiyi təsdiq edilir.

7. Cavabdeh apelyasiya şika yəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2-1(104)-392/2023 nömrəli qərardadı ilə (hakimlər X5 (məruzəçi), X16 və X6) apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1611/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə görə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xi dmətinə məxsus səlahiyyətdir. Belə olan halda işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. c. birinci instansiyası məhkəməsində ikinci icraat

10. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz olunmasını xahiş etmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3049/2023 saylı, 13 iyul 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi X idmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3049/2023 saylı, 07 avqust 2023-cü il tarixli qərarı ilə (hakim X7) iddia təmin edilmiş, iddiaçı X8 “müharibə veteranı”adı və vəsiqənin verilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Xocalı rayon İcra Hakimiyyəti başçısı və Xocalı rayon Polis şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş «Keçmiş 816 saylı Şuşa batalyonunun İV Kərkicahan rotasının ümumi adlı siyahısı» ilə təsdiq olunur ki, İddiaçı həqiqətən 1991-1992-ci illərdə özünümüdafiə dəstələri nin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Bu hal “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq bəndinin tələblərinə əsasən iddiaçıya müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilməsi üçün əsasdır. Beləliklə, iddia təmin edilməli və iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməlidir.

14. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2024-cü il tarixli, 2-1(104)-100/2024 nömrəli qərarı ilə (hakimlər X9 (məruzəçi), X12 və X3) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3049/2023 saylı, 07 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

18. Şikayətdə “Veteranlar haqqında” Qanunun 3, 7-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış və nəticədə qanunveric iliyin tələblərinə uyğun olmayan qərar qəbul etmişdir.

19. Qeyd edilir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 0157 N°-li əmrində N nömrəli hərbi hissə - Şuşa rayonunun Əlahiddə Ərazi Özünümüdafiə batalyonunun N N-li hərbi hissənin tabeliyinə verilməsi göstərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N N-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 1 nömrəli əmrində və Azərbaycan Respublikası Müdafiə nazirinin 1992-ci il tarixli əmrlərində qeyd olunmuş “X11” batalyonunun şəxsi heyətinin siyahısında İddiaçı barəsində məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin 1991-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrləri, şəxsi heyətinin əlifba qeydiyyatı kitabları və “X11” batalyon komandirinin və Kə rkicahan Özünümüdafiə dəstəsinin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 09 yanvar 2024-cü il tarixli, 24 nömrəli arayışında Şuşa Özünümüdafiə batalyonu N N-li hərbi hissənin N N-li hərbi hissəsinin tabeliyinə verilməsi qeyd olunmuşdur. X19 batalyonu yarandığı gündən hərbi hissə olmuşdur. Belə olan halda İddiaçı xidməti müvafiq əmrlərlə (nizami hissə üzrə) təsdiq edilməlidir. Bu səbəbdən Kərkicahan Qəsəbə üzrə İHB nümayəndəsi tərəfindən adıçəkilən adlı siyahını tərtib etməyə səlahiyyəti olmamış və məhkəmə tərəfindən bu siyahının sübut kimi qəbul edilməsi yolverilməzdir. Bununla da Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58-ci maddəsinin tələblərini pozmuşdur. b. ka ssasiya şikayətinə etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: … Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; … Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

22. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbə cər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) al mış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq et dikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəm əsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdır.

28. Birinci və apelyasiya instansiyası məhkəmələri iddiaçının iddia tələbini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə qənaətə gəlmişlər.

29. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olması səbəbi ilə ləğv edilməsini xahiş edir.

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instans iyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

31. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.

32. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir.

33. Həmin Əsasnamə görə şəxsə müharibə veteranı adı verilməsi üçün o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənis tanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxs olmalı, eyni zamanda bu hal müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlə t Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir.

34. Beləliklə, yuxarıda qeyd edilən Əsas namənin tələbinə əsasən şəxsə müharibə veteranı adı verilməsi üçün şərtlər: 1. döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxs olmalı

2. Bu hallar müvafiq sübutlarla təsdiq edilməlidir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, döyüş əməliyyatı dedikdə-Silahlı Qüvvələrin bölmələrinin (qüvvələri), birləşmələrinin və birliklərinin, ayrı-ayrı döyüş silahları, xüsusi təyinatlı qüvvələr və hərbi hissələr tərəfindən döyüş tapşırıqlarını yerinə yetirmək üçün qüvvə və vasitələrin mütəşəkkil istifadəsi, yəni əməliyyat, taktiki və operativ səviyyədə müharibə aparılması başa düşülür.

36. İş materiallarında iddiaçının həqiqətən də döyüş əməliyyatlarında iştirak etdiyini təsdiq edən hər hansı sübut mövcud deyildirr. Xocalı rayon İcra Hakimiyyətinin başçıs ı tərəfindən təsdiq edilmiş “Keçmiş 816 saylı Şuşa botolyonunun İV Kərkicahan rotasının” ümumi adlı siyahısında iddiaçının adı 157-ci sırada qeyd edilsə də (iş vər 5-7), bu onun döyüş əməliyyatlarında iştirak etdiyini deməyə əsas vermir. Belə ki, həmin siyahıda sadəcə olaraq adlar sadalanmış, siyahıda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilməmişdir.

37. Eyni zamanda Xocalı rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 15 mart 2022-ci il tarixli arayışda iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi qeyd edilərək bildirilmişdir ki, İddiaçı Kərəm oğlunun adı Xocalı rayon “Özünümüdafiə Batalyonu”nun döyüşçülərinin siyahısında 157-ci sırada göstərilmişdir (iş vər 8).

38. Lakin İcra Hakimiyyəti tərəfindən Xocalı rayon “Özünümüdafiə Batalyo”nunun döyüşçülərinin siyahıs ı təqdim edilməmiş, apelyasiya instansiyası məhkəməsi isə öz növbəsində arayışda adı çəkilən siyahının olub olmadığını müəyyən etməmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir.

40. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahı, həmçinin siyahı ilə birlikdə döyüşlərdə iştirakı sübut edən başqa sənədlər olmalıdır.

41. İddiaçının döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi ilə bağlı yerli icra hakimiyyəti orqanı tərəfindən arayış verilsə də, bu arayışın əsasında duran siyahı yəni, iddiaçının döyüşlərdə iştirak etməsini təsdiq edən sübut təqdim edilməmişdir.

42. İş materiallarına istinad edən məhkəmə kollegiyası eyni zamanda bir xüsusata da növbəti apelyasiya baxışı zamanı diqqət yetirilməsini məqsədə müvafiq hesab edir. Belə ki, iş materiallarında olan siyahı “Keçmiş 816 saylı Şuşa batalyonunun İV Kərkicahan rotasının” ümumi adlı siyahısı kimi adlandırılmış, Xocalı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışda isə iddiaçının döyüş əməliyyatlarında iştirakının Xocalı rayon “Özünümüdafiə Batalyonu ”nun döyüşçülərinin siyahısı ilə təsdiq edildiyi göstərilmişdir.

43. Növbəti apelyasiya baxışı zamanı bu iki fərqli adlarda olan siyahının eyni siyahı olub olmaması aydınlaşdırılmalı və buna uyğun olaraq müvafiq hüquqi qiymət verilməlidir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməs i ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır”.

45. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir.

46. Əsasnamənin tələbinə uyğun olaraq iddiaçı barəsində yerli icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahı mövcud olsa da, işdə onun döyüşlərdə iştirakını təsdiq edən sənəd müəyyən edilməmişdir.

47. Məhz bu səbəbdən də növbəti apellyasiya baxışı zamanı iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi üçün lazımi sənədlər və sübutlar əldə edilməli, onların hər biri mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir.

48. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2024-cü il tarixli, 2-1(104)-10 0/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar