Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1896/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkün sayılmaması ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin cavabdehlər Bakı şəhəri, Cavabdeh1nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, X5 və X4) qarşı sərəncamların, qeydiyyat vəsiqəsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.07.2021-ci il tarixli, 2-1(103)-1589/2021 nömrəli qərardadından üçüncü şəxs Səhiyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin hallar
1. Bakı şəhəri Səbail RİH Başçısının 22 may 1998-ci il tarixli, 794 və 801 nömrəli, həmçinin 25 may 1998-ci il tarixli, 802 nömrəli sərəncamları ilə ünvan 1 ünvanında yerləşən sahənin mənzil kimi ayrılması barədə müxtəlif şəxslərin adına orderlər verilmişdir.
2. Həmin sərəncamlar və orderlər əsasında qeyd edilən mənzillərə dair Bakı şəhər İcra Hakimiyyət inin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi (bundan sonra- İMHQ) tərəfindən 03 aprel 1999-cu il tarixli, 162697 nömrəli qeydiyyat vəsiqəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 18 may 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmişdir.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 16.04.98-ci il tarixli, 34 nömrəli qərarı ilə 1 nömrəli Qadın məsləhətxanası ləğv edilmiş, əvəzində 1 nömrəli şəhər poliklinikasının tərkibində mama-ginekoloji şöbə təşkil edilmişdir. Bu barədə nazirlik tərəfindən Səbail RİH Başçısına 23.04.1998-ci il tarixli məktub və kollegiyanın qərarından çıxarış göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhk əməsinə iddia ərizəsi ilə müraciət edərək, Səbail RİH-in 22.05.1998-ci il tarixli, 794 və 801 nömrəli, həmçinin 25.05.1998-ci il tarixli 802 nömrəli sərəncamlarının və həmin sərəncamların əsasında verilmiş Bakı ŞİH TİMHQ İdarəsinin 03.06.1999-cu il tarixli, 162697 nömrəli qeydiyyat vəsiqəsinin və DƏDRX tərəfindən verilmiş 18.05.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı ərizəsində qeyd etmişdir ki, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli, 418 nömrəli Fərmanının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş və AR Nazirlər Kabi netinin 12 aprel 2019-cu il tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş İddiaçın tabeliyindəki tibb müəssisələrinin Siyahısına əsasən, 1 nömrəli Qadın Məsləhətxanası (bundan sonra – Məsləhətxana) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyindən İddiaçın tabeliyinə keçmişdir. Sözügedən Məsləhətxana 20-ci əsrin ortalarından Azərbaycan SSR Kommunal Xidmətlər Nazirliyinin 1972-ci il tarixli “Ev təsərrüfatlarının texniki inventarlaşdırması pasportuna” və Səhiyyə Nazirliyinin pasportuna əsasən Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 8 ünvanında fəaliyyət göstərməkdədir. Buna baxmayaraq, vətəndaş X1 Nazirliyinə və Məsləhətxanaya qarşı Bakı şəhər Səbail Rayon Məhkəməsində «əmlakın boşaldılması, iddiaçıya təhvil verilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbi ilə iddia qaldıraraq mülkiyyətçisi olduğu ünvan 1 ünvanından Məsləhətxananın çıxarılmasını xahiş etmişdir. Lakin Səhiyyə Nazirliyi Məsləhətxananın ünvan 1 ünvanında deyil, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 8 ünvanında fəaliyyət göstərməsi əsası ilə bu iddiaya etirazını bildirmişdir. Bundan sonra, Səbail Rayon Məhkəməsi tərəfindən sözügedən ünvanların eyni olub-olmamasının müəyyən edilməsi barədə mühəndis-texniki ekspertizası təyin edilmiş, eləcə də ünvan dəyişikliyi barədə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sorğu göndərilmişdir. Lakin ünvanların müəyyən edilməsi mühəndis-texniki ekspertizanın müəyyən etdiyi məsələlərin dairəsinə aid olmadığından iş Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzi tərəfindən icra edilmədən məhkəmə baxışına geri qaytarılmışdır. Buna baxmayaraq DƏ DRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya verilən 1 noyabr 2019-cu il tarixli cavab məktubunda X3 adına rəsmiləşdirilən daşınmaz əmlakın Məsləhətxana kimi istifadə edildiyinin müəyyən olunduğu bildirilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən həmin cavab məktubdan vətəndaşlara verilən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi ilə Məsləhətxanaya məxsus Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 8 ünvanında olan qeyri-yaşayış sahəsinin eyni yer olduğu müəyyən edilmişdir. Qeyd edilən sahənin vətəndaşlara verilməsi barədə sərəncamlar və reyestrdən çıxarışlar Məsləhətxananın mənafeyinə toxunmaqdadır. Bu məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən Bakı İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Lakin Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2020ci il tarixli, 2-1(11 2)-937/2020 saylı qərardadı ilə sözügedən Məsləhətxananın Nazirlər Kabinetinin 12 aprel 2019-cu il tarixli, 163 nömrəli qərarı ilə TƏBİB-in tabeliyinə verilməsi səbəbindən Səhiyyə Nazirliyinin iddiası mümkün sayılmamışdır. TƏBİB bu məsələdən yalnız Səhiyyə Nazirliyinin ona ünvanladığı 31 mart 2020-ci il tarixli, 21/19-2044 nömrəli məktubu vasitəsi ilə xəbərdar olmuşdur. DƏDRX tərəfindən verilmiş 18 may 2018-ci il tarixli, RX seriyalı 130742 nömrəli reyestrdən çıxarış və həmin çıxarışın verilməsinə əsas olmuş sərəncamlar etibarsız hesab edilməlidir. Belə ki, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinin ilkin qeydiyyatı Bakı şəhər Səbail RİH Başçısının 22 may 1998-ci il tarixli, 794 və 801 nömrəli, həmçinin 25 may 1998-ci il tarixli 802 nömrəli sərəncamları ilə verilmiş orderlər əsasında apa rılmışdır. Lakin həmin dövrdə qeyd olunan tikili Bakı şəhəri Səbail RİH-in balansında olmadığından (AR Səhiyyə Nazirliyinin balansında olmuşdur), sabiq RİH Başçısının həmin tikilini vətəndaşlara vermək səlahiyyətləri olmamışdır. Mübahisə predmeti olan daşınmaz əmlak Səhiyyə Nazirliyinə məxsus sənədlərdə qeyri-yaşayış sahəsi kimi göstərilsə də, Zaur Məmmədovun adına verilmiş reyestrdən çıxarışda “mənzil” kimi göstərilməkdədir. Eləcə də binanın yerləşmə ünvanları Səhiyyə Nazirliyinə məxsus sənəddə “8”, Zaur Məmmədova məxsus sənəddə isə “6” kimi göstərilmişdir. Bundan başqa, X2 adına verilmiş “Qeydiyyat vəsiqəsi”ndə Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 6 saylı binanın 1, 2, 3 saylı mənzilləri kimi göstərilmişdir. Qeyd olunanlardan göründüyü kimi, ünvanlar arasındakı ziddiyyətlər sərən camların əsassızlığını göstərir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən daşınmaz əmlakın texniki pasportu tərtib olunur və bu zaman cavabdeh qurumun mütəxəssisləri daşınmaz əmlakın olduğu yerə bilavasitə gələrək əmlakın faktiki vəziyyəti ilə tanış olur və ölçülərini yoxlayırlar. Lakin işin faktiki hallarından göründüyü kimi, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları Məsləhətxananın yerləşdiyi binaya gəlib baxış keçirməmişlər. Əgər yerində baxış keçirilmiş olsaydı, daşınmaz əmlakın tibb müəssisəsi kimi istifadə olunduğu cavabdeh quruma məlum olar və həmin daşınmaz əmlakın xüsusi mülkiyyət kimi qeydiyyata alınmasından imtina edilərdi. Xüsusi ilə vurğulanır ki, hər üç sərəncam verilən tarixdə, yəni 1998-ci ildə RİH başçısı olmuş şəxs (1993 – 2001) hazırkı üçüncü şəxsin atasıdır. Bu hal isə, özlüyündə həmin sərəncamın obyektivliyini sual altına alır. Eləcə də, həmin sərəncamların əsası mövcud olmamış və dövlət əmlakı qanunsuz olaraq vətəndaşlara verilmişdir. Qeyd edilənlərdən də aydın olduğu kimi, Bakı şəhəri, Bülbül prospekti 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Səhiyyə Nazirliyinin balansında olmuşdur. Bu səbəbdən də həmin qeyri-yaşayış sahəsinə dair RİH Başçısının hər hansı sərəncam vermək səlahiyyəti olmamışdır.
6. Birinci instansiya məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-1281/2021 nömrəli (hakim Rüstəm Kərimli) qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə məhkəmə predmeti olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, TƏBİB inzibati orqan olduğundan, onunla cavabdeh Sə bail RİH arasındakı bu mübahisəyə iki inzibati orqan arasında səlahiyyətlə bağlı mübahisə kimi inzibati məhkəmə icraatı qaydasında deyil, müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən baxıla bilər.
8. İddiaçı və üçüncü şəxs ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini xahiş etmişlər. apelyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.07.2021-ci il tarixli, 21(103)-1589/2021 nömrəli (hakimlər Səadət Bəktaşi-sədrlik edən və məruzəçi, Nuriyeva Afaq və Məmmədova Şərafət) qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdi rilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Üçüncü şəxs kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
12. Üçüncü şəxsin tərəfindən verilmiş kassasiya şikayəti apelyasiya şikayətinin məzmununa uyğundur. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin “İnzibati icraat haqqında” Qanuna əsaslanaraq TƏBİB-in inzibati orqan olduğunu bildirməsi əsassızdır. Məhkəmənin öz qərardadında TƏBİB-lə cavabdeh Səbail RİH arasında olan mübahisəyə səlahiyyətlə bağlı mübahisə kimi inzibati məhkəmə icraatı qaydası nda deyil, müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən baxılmasının qeyd olunması da, TƏBİB-in inzibati orqan deyil, publik hüquqi şəxs olduğuna görə qanunaziddir. Həmçinin məhkəmə öz qərardadında qanunsuz olaraq qeyd edir ki, TƏBİB dövlət hakimiyyəti orqanının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün müəyyən edilən 1 aylıq müddəti ötürmüşdür. Sözügedən əsaslandırma qanun pozuntusundan başqa bir şey deyildir. Belə ki, İnzibati Prosessual Məcəllədə yalnız mübahisələndirmə və ya məcburetmə haqqında iddialara münasibətdə konkret iddia müddəti müəyyən edilmişdir. Prosessual baxımdan, hazırkı iddia mübahisələndirmə və ya məcburetmə haqqında iddialara aid edilmədiyindən, h əmin münasibətlərə iddia müddəti tətbiq oluna bilməz. Çünki konkret halda, sərəncamın etibarsız hesab edilməsi haqqında iddia tanınma haqqında iddia növünə aiddir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Üçüncü şəxs Məmmədov Zaur tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. Üçüncü şəxs etirazında şikayətin təmin edilməməsini xahiş etmişdir. İddiaçı tərəfindən kassasiya şikayətinə dair mülahizə təqdim olunmuşdur. İddiaçı mülahizəsində apelyasiya məhkəməsinin 13.07.2021-ci il tarixli, 2-1(103)-1589/2021 nömrəli qərardadının ləğv olunmasını və iddianın mümkün sayılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
14. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan l azımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Tətbiq edilən hüquq
16. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 9
6. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riay ət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmə k mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
20. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
21. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
22. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir.
23. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirm ədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisə üzrə iddia tələbi sərəncamların və həmin sərəncamlar əsasında verilmiş qeydiyyat vəsiqəsinin və reyestrdən çıxarışın etibarsız sayılmasına yönəlmişdir. Başqa sözlə, iddia inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunur. Bununla bağlı, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddianın mübahisə edilən sənədlərin etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmasına baxmayaraq, əslində qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. Nəzərə alınmalıdır ki, inzibati aktların etibarsızlığının tanınması haqqında iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bu növ iddialar üzrə qanunverici tərəfindən konkret müddət məhdudiyyəti nəzərdə tutulmasa da, iddiaçı ən azından qısa müddət ərzində inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına əmin olmaqda maraqlı olmalıdır. Yəni iddiaçı etibarsızlığın tanınmasında xüsusi müəyyən etmə marağına malik olmalı və bunu qısa müddət ərzində reallaşdırmalıdır. Bu səbəbdən, hazırkı mübahisəyə münasibətdə etibarsızlığın tanınması ilə bağlı qeyd edilən şərtlər (ən azından qısa müddət ərzində tanınma marağı) mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunması, əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən qaçmaq cəhdi kimi qiymətləndirilməlidir.
26. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.
27. Hazırkı mübahisə üzrə mübahisələndirilən qərara münasibətdə nəzərə almaq lazımdır ki, maraqlı şəxs (kassasiya şikayəti vermiş üçüncü şəxs) nəinki həmin dövrdə, hətta yeni inzibati prosessual qanunvericiliyin qəbulundan sonra da, uzun müddət keçməsinə baxmayaraq, həmin qərarı mübahisələndi rməmişdir.
28. Belə ki, iş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi Səbail RİH Başçısının 794 və 801 nömrəli sərəncamları 22 may 1998-ci il tarixdə, 802 nömrəli sərəncamı 25 may 1998-ci il tarixdə qəbul edilmişdir. Mübahisələndirilən həmin inzibati aktlardan şikayət verən üçüncü şəxsin əvvəldən məlumatlı olduğu iş materialları ilə tam təsdiq olunur. Həmçinin iş materiallarında həmin akta qarşı maraqlı şəxslər tərəfindən hüquqi müdafiə vasitələrindən istifadə edildiyinə dair məlumat aşkar edilməmişdir. Kassasiya şikayətində də, qeyd edilən qərarın iddiaçı tərəfindən müddət ötürülməklə mübahisələndirilməsinin səbəbləri göstərilməmiş və ümumiyyətlə, bu məsələdən bəhs olunmamışdır. Odur ki, məlumatlı olduğu halda üçüncü şəxs tərəfindən Səbail RİH Başçısının sərəncamlarının qəbul edildiyi tarixdən iyirmi il ərzində mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir.
29. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
30. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqların ın müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hər hansı qurumun publik hüquqi şəxs statusuna malik olması, onun inzibati icraat hüququ anlamında inzibati orqan kimi fəaliyyət göstərmək imkanını istisna etmir. Bununla bağlı nəzərə almaq lazımdır ki, publik hüquqi şəxslər dövlət tərəfində n və dövlət adından təsis edilir. Publik hüququn hüquqi şəxslərini yaratmaqda dövlətin məqsədi müəyyən publik funksiyaların həmin hüquqi şəxslər vasitəsilə həyata keçirilməsini təmin etməkdən ibarətdir. Belə hallarda dövlət öz səlahiyyətlərini yaratdığı publik hüquqi şəxslərə ötürür və onları hakimiyyət səlahiyyətləri ilə təchiz edir. Buna misal olaraq, DSMF-ni göstərmək olar. Publik hüquqi şəxs statusuna malik olan Fond sosial təminat sahəsində dövlət funksiyalarını həyata keçirir və bu zaman inzibati orqan qismində çıxış edir.
32. Belə qurumların yaradılmasında dövlətin marağı dövlətdən əmlak müstəqilliyinə, həmin əmlakdan müstəqil istifadə və sərəncam hüququna, öz fəaliyyətindən gəlir əldə etmək imkanına və beləliklə də, özlərinin saxlanılma və fəaliyyət xərclərini təmin etmək imkanına malik olan qurumlar vasitəsi ilə publik idarəçiliyi həyata keçirməkdən ibarətdir. Nəzərə almaq lazımdır ki, həmin hüquqi şəxslər dövlət tərəfindən yaradılır və təsis aktı ilə müvafiq əmlakla təchiz edilir. Buna baxmayaraq, publik hüquqi şəxslər icra hakimiyyəti və ümumiyyətlə, hakimiyyət orqanları sisteminə aid deyillər və kassa vahidliyi onlara şamil olunmur, yəni onları yaratmış dövlətdən əmlak və maliyyə müstəqilliyinə, öz fəaliyyətlərinin təminatını müstəqil şəkildə həll etmək iqtidarına malik olurlar.
33. Eyni zamanda nəzərə alınmalıdır ki, mübahisə edilən hüquq münasibətinin yarandığı dövrdə “TƏBİB” struktur vahidi olaraq publik hüquqi şəxs kimi mövcud deyildi. Həmin dövrdə qeyd edilən məsləhətxana və onun fəaliyyəti Səhiyyə Nazirliyinin səlahiyyət dairəsinə aid idi. “TƏBİB”-in yarad ılması zamanı onun funksional fəaliyyətinin təmin edilməsi üçün müvafiq əmlak onu yaradan qurum tərəfindən, yetərli və zəruri hesab olunan həcmdə ayrılır. Bu publik hüquqi şəxsi yaradan qurumun səlahiyyətinə aid məslədir. Bu baxımdan hazırkı mübahisədə əmlakla bağlı hüquq münasibətləri əslində onu yaradan qurumla “TƏBİB” arasında olan münasibətlər kimi nəzərdən keçirilməli və qiymətləndirilməlidir. Bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında deyil, müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən baxıla bilər.
34. Beləliklə, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə mahiyyət etibarı ilə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
35. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.07.2021-ci il tarixli, 2-1(103)-1589/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.