Məhkəmə qərarları › İş №2-1(102)-1896/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1896/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1896/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sərəncamın ləğv edilməsi, siyahıya bərpa edilmə və mənzil kirayə xərclərinin ödənilməsinin bərpa edilməsi ). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi, siyahıya bərpa edilmə və mənzil kirayə xərclərinin ödə nilməsinin bərpa edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyul 2022-ci il tarixli 2-1(103)1606/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 26 il 11 ay təqvim ili olmaqla ordu sıralarında xidmət etmişdir.

2. İddiaçı Rusiyanın Saxalin vilayətində və Azərbbaycan Respublikasında cəbhə bölgəsində qulluq etdiyindən xidmət ili 53 il 11 ay təşkil edir.

3. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 iyul 2009-cu il tarixli 0278 saylı əmrinə əsasən 2009-cu ilin 1 sentyabr tarixindən xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmışdır. Hazırda ehtiyyatda olan zabitdir.

4. İddiaçı ona torpaq sahəsinin ayrılmasına dair Xo casən bələdiyyəsinə müraciət etmişdir.

5. İddiaçının müraciətinə Xocasən bələdiyyəsinın 15 noyabr 2011-ci il tarixli 1030 saylı cavab məktubuna əsasən hal-hazırda bələdiyyənin balansında boş torpaq sahəsi olmadığından müraciətin təmin edilməsinin mümkün olmadığı və gələcəkdə bələdiyyələrə ayrılmış ərazilərin hüdudlarında yerləşən torpaq sahələrinin sərhədləri müəyyən olunduqdan və bələdiyyənin balansına verildikdən sonra İddiaçı torpaq sahəsinin ayrılması məsələsinə baxılacağını bildirmişdir.

6. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 18 noyabr 2011-ci il tarixli, 209 saylı sərəncamı ilə iddiaçının ailə tərkibi 1 nəfərlə (özü) yaşayış yeri üzrə Binəqədi rayonu İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması, iddiaçının hərbi xidmət dövrü ilə əlaqə dar İİ qrup əlil və Qarabağ müharibəsinin veteranı olması nəzərə alınaraq, uçot növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır.

7. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 16 iyul 2013-cü il tarixli, 227 saylı sərəncamı ilə cavabdehin 18 noyabr 2011-ci il tarixli 209 saylı sərəncamında dəyişiklik edilərək iddiaçının yaşayış yeri üzrə cavabdehdə ehtiyatda olan zabit, hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar İİ qrup əlil və Qarabağ müharibəsinin veteranı kimi güzəştli əsaslarla 18..11.2011-ci ildən mənzil növbəsində hesab edilməsi, iddiaçıya “Hərbi qulluqçuların statusu haqqında” qanuna əsasən mənzil sahəsilə təmin olunanadək, kirayə haqqının ödənilməsi ilə əlaqədar müraciət etdiyi tarixdən mənzil kir ayə haqqının ödənilməsi qərara alınmışdır.

8. İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. 9. ünvan 1 ünvanında qeydiyyatda olan iddiaçıya Xocəsən bələdiyyəsi tərəfindən onun mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinat üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə qeydə alınmamışdır

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-884/2020 saylı 4 sentyabr 2020-ci il tarixli qərardadına əsasən iddiaçı X2 cavabdehə (halhazırdakı iddiaçı) qarşı əmlak tələbinə dair mülki iş üzrə iddiaçı X4 ilə cavabdeh arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir, həmin barışıq sazişinə əsasən iddiaya məhkəmədə baxılması dövründə tərəflər öz aralarında razılığa gəl ərək, ünvan 2 ünvanında 8 sot torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş 2 yaşayış evini öz aralarında bölərək, ara hasarı çəkməklə köhnə yaşayış evi iddiaçılar X3 və X7, yeni inşa edilmiş yaşayış evi isə cavabdeh İddiaçı verilmişdir.

11. Həmçinin Binəqədi rayonu İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi üzrə nümayəndəliyinin 5 oktyabr 2020-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xəcəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsində yerləşən 8 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi faktiki olaraq iddiaçıya məxsusdur və o, sözügedən evdə qeydiyyatsız yaşayır. 12. ”Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların işləri üzrə komissiya” iclasının 27 nömrəli xx.xx.2020-ci il tarixli protokoluna və “Yerli icra hakimiyyətlə ri haqqında Əsasnamə”nin 3.9.6-cı və 6.8-ci bəndlərinə əsaslanaraq Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 08 oktyabr 2020-ci il tarixli 115 saylı sərəncamı ilə iddiaçı yaşayış yeri üzrə Binəqədi rayonu İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılmasına dair cavabdehin 08 oktyabr 2020-ci il tarixli, 115 saylı sərəncamın ləğv edilməsi, onun həmin siyahıya bərpa edilməsi və ona müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyu lması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26 il 11 ay təqvim ili olmaqla ordu sıralarında xidmət etmişdir. İddiaçı Rusiyanın Saxalin vilayətində və Azərbaycan Respublikasında cəbhə bölgəsində qulluq etdiyindən xidmət ili 53 il 11 ay təşkil edir. İddiaçı 2009-cu ilin 01 sentyabr ayından xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmışdır. Hazırda ehtiyyatda olan zabitdir. İddiaçının 2020-ci ilin aprel ayından ödənilməsi dayandırılmış müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin bərpa olunmasına köməklik göstərilməsi barədə Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2020-ci il tarixli M-255-108 saylı müraciətinə Binəqədi rayonu İcra Hakimiyyəti başçısı yanında “Ehtiyyata və ya istefaya buraxılmış hərbi qull uqçuların işləri üzrə Komissiya” tərəfindən baxılmışdır. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların işləri üzrə komissiya’’ iclasının 27 nömrəli xx.xx.2020-cı il tarixli protokoluna və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 3.9.6-cı və 6.8-ci bəndlərinə əsaslanaraq Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 08 oktyabr 2020-ci il tarixli 115 saylı sərəncamı ilə İddiaçı yaşayış yeri üzrə Binəqədi rayonu İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılmışdır. Sərəncam onunla əsaslandırılmışdır ki, İddiaçı ilə keçmiş arvadı X4 və oğlu X9 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış barışıq sazişindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahve rdiyev küçəsində yerləşən 8 sot torpaq sahəsində inşa edilmiş 2 fərdi yaşayış evi aralarında bölünmüş və yeni inşa edilmiş fərdi yaşayış evinin İddiaçı qalması barədə tərəflər arasından razılıq əldə olunmuşdur. Həmçinin Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi üzrə nümayəndəliyinin arayışından da müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsində yerləşən 8 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi faktiki olaraq vətəndaş İddiaçı məxsusdur və o, sözügedən evdə qeydiyyatsız yaşayır. Sərəncamın surəti 20 oktyabr 2020-ci ildə rəsmi qaydada iddiaçıya təqdim edilmişdir. Həmin sərəncam əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısı nın iddiaçıya ünvanladığı M-75 saylı 27 mart 2012ci il tarixli məktubdan göründüyü kimi, o, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 209 saylı, xx.xx.2011-cı il tarixli Sərəncamı ilə İİ qrup əlil kimi yaşayış yeri üzrə həmin icra hakimiyyətində güzəştli əsaslarla mənzil növbəsindədir. Qüvvədə olan mənzil qaydalarına əsasən yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanan vətəndaşlar mənzillə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən boş mənzil sahəsi ayrıldıqdan sonra növbəlilik əsasında təmin olunurlar. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bu məqsədlə mənzil sahəsi ayrılmadığından məsələnin müsbət həlli imkan xaricində olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin 29 avqust 2016-cı il tarixli 2576 saylı arayışı ilə təsdiq edilir ki, ehtiyatda olan polkovnikleytenant İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 iyul 2009-cu il tarixli 0278 saylı əmrindən çıxarışdan göründüyü kimi, həmin əmrə əsasən “Hərbi xıdmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) polkovnik-leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının 21 oktyabr 2011-ci il və 10 noyabr 2011-ci il tarixli ərizələrinə cavab olaraq, Xocasən bələdiyyəsi 15 noyabr 2011-ci il tarixli 1030 saylı cavab məktubu göndərərək, hal-hazırda bələdiyyənin balansında boş torpaq sahəsi olmadığından müraciətin təmin edilməsinin mümkün olmadığı və gələcəkdə bə lədiyyələrə ayrılmış ərazilərin hüdudlarında yerləşən torpaq sahələrinin sərhədləri müəyyən olunduqdan və bələdiyyənin balansına verildikdən sonra İddiaçı torpaq sahəsinin ayrılması məsələsinə baxılacağını bildirmişdir. Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 yanvar 2017-ci il tarixli 10-13/A-32 saylı arayışı ilə təsdiq edilir ki, ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı Xocəsən bələdiyyəsi tərəfindən onun mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinat üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə qeydə alınmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12 may 2020-ci il tarixli **********14 arayışı ilə təsdiq edilir ki, Bakı şəhər inzibati ərazi v ahidi üzrə iddiaçının adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda məlumatın olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Qaçqınlar və X6 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayonu üzrə sektorunun 05 sentyabr 2016-cı ıl tarixli 10388 saylı arayışı ilə təsdiq edilir ki, X1 rayonundan gələn Məcburi Köçkündür və Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivi R.Allahverdiyev küçəsi 11 ünvanında yerləşən mənzildə məcburi köçkün kimi məskunlaşmışdır. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş, ehtiyata buraxılmış və yaşayış sahəsi olmayan hərbi qulluqçudur.

15. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilməmişdir.

16. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(112)-2826/2021 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-884/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə X4 ilə İddiaçı arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir, həmin barışıq sazişinə əsasən tərəflər öz aralarında razılığa gələrək, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 1 ünvanında 8 sot torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş 2 yaşayış evini öz aralarında bölərək, ara hasarı çəkməklə köhnə yaşayış evi X3 və X7, yeni inşa edilmiş yaşayış evi isə İddiaçı verilmiş və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi 11-ci döngədə yerləşən həyətyani torpaq sahəsi daxilində 2 yaşayış evi olmaqla 2 yerə bölünmüşdür və 2-ci yeni inşa edilmiş təmirli ev İddiaçı məxsus olmaqla onun istifadəsindədir. Göründüyü kimi, iddiaçının yaşayış sahəsi vardır, bu səbəbdən də o, yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilə bilməz. Mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilmədi. Qeyd olunan sərəncamın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən də iddia əsassızdır və təmin edilməməlidir

18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instan siyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyul 2022-ci il tarixli 21(103)-1606/2022 nömrəli qərarı ilə (hakimlər S.Bəktaşi – sədrlik edən və məruzəçi, A.Hüseynov və V.Baxışova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayətində qeyd edi lir ki, birinci instansiya məhkəməsinin və Apellyasiya instansiyası inzibati kollegiyasının gəldiyi qənaət əsassızdır. Belə ki, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Binəqədi Rayonu icra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi üzrə nümayəndəliyinin arayışından müəyyən olunur ki. Bakı şəhəri Binəqodirayonu, Xocasən qəsəbəsi Sulu Təpə yaşayış sahəsi R.Aİİahverdiyev küçəsindəyerləşən 8 sot torpaq sahəsində inşa edilmiş fərdı yaşayış evı faktiki olaraq vətəndaş İddiaçı məxsus deyil və o sözügedən evdə qeydıyyatsız yaşayır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzilİstismar idarəsinin 29 avqust 2016-cı il tarixli 2576 saylı arayışı ilə təsdiq edilir ki, ehtiyyatda olan polkovnikleytenant İddiaçı AzərbaycanRespublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafi ə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Qeyd olunanlara əsasən, Binəqədi Rayonu icra Hakimiyyəti Başçısının 08 oktyabr 2020-ci il tarixli 115 saylı sərəncamında istinad olunan xüsusatla, yəni İddiaçı ilə keçmiş arvadı X4 və oğlu X8rasında 04 09.2020-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən Bakı şəhəri, Binəqədi rayonu. Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi. R.Aİİahverdiyev küçəsindo yerləşən, qanunsuz olaraq zəbt edilmiş 8 sot torpaq sahəsində qeyri-qanuni olaraq inşa edilmiş 2 fərdi yaşayış evinin tərəflər arasında aralarında bölünməsi və yeni inşa edilmiş fərdi yaşayış evinin İddiaçı qalması barədə torəflər arasında razılıq əldə olunması, buna görə də yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılması, habelə müvə qqəti mənzil kirayə xərclərinin ödənilməsinin dayandırılması ııçün əsas ola bilməz. Belə ki, sözııgedən torpaq sahəsi qanunsuz zəbt olunmaqla, həmin torpaq sahəsində inşa edilmiş ev də qanunsuz tikilidir. Qanunsuz torpaq sahosinə və həmin torpaq sahəsində qanunsuz inşa edilmiş evə görə İddiaçı yaşayış sahəsı olan hərbi qulluqçu hesab edilə bilməz. Bu fakt məhkəmə iclaslarında araşdırılmış sübutlarla tam təsdiq edildiyi halda apellyasiya və birinci instansiya məhkəmələri tərəfindən buna əhəmiyyət verilməmiş, iddia əsassız olaraq rədd edilmişdir. Həmçinin iddiaçı İPM-nin 58.7, 68.2, 70.1-ci maddələrinin, “İnzibati icraat haqqında” Qanunun 67.1 və 67.2-ci maddələrinin pozulmasını qeyd etmiş, bu səbəbdən də, apelyyasiya instansiyası məhkəməsinin 8 iyul 2022-ci il tarixli qərarının ləğv edilməs ini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 12... Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüq uqu vardır.... yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqə dar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər 25. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəy yən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarı Bənd 1 Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir

26. Qüvvədə olan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12...... 12.7. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul e dilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələ rində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8 Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mü bahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşd ırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha vurğulayır ki, mövcud qanunvericiliklə iddiaçının istifadəsində torpaq sahəsinin və fərdi evin olması onun yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməsini istisna edir. Başqa sözlə, Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarında kompensasiyanın ödənilməsinin şərtlərindən biri kimi, “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək” ifadəsi bu qənaətə gəlməyə əsas verir ki, iddiaçının istifadəsində torpaq sahəsi və fərdi yaşayış evi olduğundan yaşayış sahəsinə ehtiyacı olan və kompensasiya almaq hüququ olan subyektlərin dairəsinə düşmür.

35. Belə ki, Bak ı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-884/2020 saylı 4 sentyabr 2020-ci il tarixli qərardadı ilə X4 ilə İddiaçı arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir, həmin barışıq sazişinə əsasən tərəflər öz aralarında razılığa gələrək, ünvan 2 ünvanında 8 sot torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş 2 yaşayış evini öz aralarında bölərək, ara hasarı çəkməklə köhnə yaşayış evi X3 və X7, yeni inşa edilmiş yaşayış evi isə İddiaçı verilmişdir.

36. Beləliklə, sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdeh inzibati orqan 8 oktyabr 2020-ci il tarixli, 115 saylı sərəncamın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını d əyişdirmədən saxlamışdır.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyul 2022-ci il tarixli, 2-1(103)-1606/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyul 2022-ci il tarixli, 21(103)-1606/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar