Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1896/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməsi) 28.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X14) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(103)-18/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsindən verilmiş FM seriyalı xx.xx.2005-ci il tarixli qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi daşınmaz əmlak paylı mülkiyyət olmaqla, həmin daşınmaz əmlakın ümumi sahəsinin, yəni 101.15 kv.m. sahəsinin “A” tikilisinin 2 y/ot 21.66 kv.m, ü/s 32.03 kv.m. X5 və İddiaçı adına, 1 otaq 9.7 kv.m X2 adına, “B” tikilisinin 2 y/ot 32.12 kv.m ü/s 59.4 kv.m X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır.
2. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 035977 nömrəli xx.xx.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi daşınmaz əmlak pay lı mülkiyyət olmaqla, həmin daşınmaz əmlakın ümumi sahəsinin, yəni 101.15 kv.m. sahəsinin “A” tikilisi X2 adına, “V” tikilisi X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 nömrəli, 16 fevral 2018-ci il tarixli qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin “Baş Planı”na uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqanın Bakı şəhəri Cavabdeh müəyyən edilməsi qərara alınmışdır.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2018-ci il tarixli 572 nömrəli “Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyriyaşayış obyektlərinin bir qisminin dövlət ehtiyacları üçün alınması haqqında” qərarının 1-ci bəndində Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd olmaqla, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektinin dövlət ehtiyacları üçün alınması qeyd edilmişdir.
5. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ünvanında yerləşən paylı mülkiyyətdə olan 98 saylı evin Bakı şəhərinin “Baş Planı”na uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh tərəfindən sökülməsi və həmin əmlaka dair İddiaçı hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisələndirilməyən halıdır.
6. Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-2280/2004 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, X6 ilə X8 arasında Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 98 saylı evə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, İddiaçı və X15 ilə X6 arasında həmin evin 2/3 hissəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, evin 10 kv.m. s ahəsinə X6, qalan hissəsinə isə İddiaçı və X7 adına müvafiq qeydiyyat vəsiqələrinin verilməsi bir vəzifə kimi Bakı şəhəri, Tİ və MHQİ-nə həvalə edilməsi qət edilmişdir.
7. Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-2280/2004 saylı qərardadına əsasən ərizə təmin edilərək, iş üzrə əlavə qətnamə çıxarılması, iddiaların tam həcmdə təmin edilməsi, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 98 saylı evin bitişik köməkçi sahələri ilə birlikdə yaşayış 20,8 kv.m. olan iki otaqlı hissəsinə dair X16 ilə və evə bitişik köməkçi sahələri ilə birlikdə qalan hissəsinə dair X10 iİə alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi və onların adına müvafiq qeydiyyat vəsiqələrinin verilməsi bir vəzifə kimi Tİ və MHQİ-yə həvalə edilməsi qət edilmişdir
8. AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı -Satqı Müqaviləsinə əsasən X9 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin “A” tikintisini "xxxx"MMC-yə satmışdır.
9. AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin “V” tikintisini "xxxx" MMC-yə satmışdır.
10. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 98 saylı evin sökülməsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi kimi ona 50.000 manat kompensasiyanın ödənilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı 7 mart 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 98 saylı evin mülkiyyətində olan hissəsinin sökülməsi nəticəsində vurulmuş ziyana görə 50.000 manat kompensasiyanın cavabdehdən alınaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 98 saylı evin bir hissəsi iddiaçının mülkiyyətində olmuşdur. Bu yaxınlarda həmin ev onun razılığı alınmadan və əvvəlcədən ona kompensasiya ödənilmədən sökülmüşdür. Ev sökülməzdən əvvəl o, cavabdehə müraciət edərək, evin sökülməsi zamanı ona məlumat verilməsini və müvafiq kompensasiya ödənilməsini xahiş etmişdir. Cavabdeh bu barədə ona məlumat veriləcəyini bildirsə də, evin sökülməsi zamanı ona hər hansı məlumat verilməmişdir. Evinin söküldüyünü öyrəndikdə isə, cavabdehə yenidən müraciət edərək, evin sökülməsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi kimi ona 50.000 manat kompensasiya ödənilməsini xahiş etsə də, cavabdeh müraciətinin təmin edilməsindən yayınmışdır. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2-1(81)1695/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli 2-1(81)1695/2019 nömrəli qərardadı ilə X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, Bakı şəhə ri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 98 saylı evin “A” tikilisinin qalan hissədən bir hissə İddiaçı, “A” tikilisinin bir hissəsi və “V” tikilisi "xxxx" MMC-nin, “B” tikilisi X11, “A” tikilisindən qalan hissədən bir hissəsi X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. 16. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2-1(81)1695/2019 nömrəli (hakim E.Ə.Əliyev) qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 98 saylı evin mülkiyyətində olan hissəsinin sökülməsi nəticəsində vurulmuş ziyana görə 24.022,5 manat kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
17. Birinci instansiya məhkəməsi hesab etm işdir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 98 saylı evin ümumi sahəsinin 101.15 kv.m təşkil etməsi, həmin evin “A” tikilisinin 32.03 kv.m hissəsinin X12 və İddiaçı məxsus olması işin mübahisələndirilməyən halıdır. X12 və İddiaçı məxsus olan daşınmaz əmlaka dair payları müəyyənləşdirilmədiyindən, bərabər sayılaraq X12 16.015 kv.m və İddiaçı 16.015 kv.m kimi müəyyənləşdirilməli və iddiaçıya 24.022,5 manat kompensasiya ödənilməlidir.
18. İddiaçı qərarı mübahisələndirməmişdir.
19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin qismən təmin olunan hissəsində rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyun 2020-ci il tarixli 21(103)-654/2020 nömrəli (hakimlər: S.S.Seyidova /sədrlik edən və məruzəçi/, V.M.Ağayev və A.B.Nuriyeva) qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 22.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1969/2020 nömrəli 1 dekabr 2020-ci il tarixli (hakimlər: İ.K.Hüseynov /məruzəçi/, N.İ.Rəsulbəyova K.N.Bədəlov) qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 iyun tarixli 2-1(103)-654/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
24. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “məhkəmə “A” tikilisinin İddiaçı və X12 məxsus olan hissəsinin ölçülərinin ümumilikdə 32,03 kv.m olduğunun hansı mötəbər sübutlarla təsdiq edildiyini göstərə bilməmişdir. İşdən göründüyü kimi, eyni tarixdə (7.3.2005-ci il) eyni nömrə ilə müxtəlif məzmunlu qeydiyyat vəsiqələri verilmişdir. Evin texniki pasportundakı məlumatlarla (ölçülərlə) evə dair qeydiyyat vəsiqəsindəki məlumatlar uyğunsuzluq təşkil edir. Cavabdeh yuxarıda qeyd edilən ziddiyyətli və araşdırılmalı hallara dair dəlillərini apellyasiya şikayətində də qeyd etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlillərinə mün asibət bildirməmiş, mübahisənin düzgün həlli üçün işin hallarını tam və hərtərəfli araşdırmadan qərar qəbul etmişdir”. ç) apellyasiya instansiyası məhkəməsində icraat
25. Təkrar apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********01 nömrəli cavab məktubunda Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 98 saylı fərdi yaşayış evinin “A” tikilisindən qalan hissədən bir hissəsi İddiaçı, “A” tikilisindən bir hissə və “V” tikilisi "xxxx" MMC-nin, “B” tikilisi X11, “A” tikilisindən qalan hissədən bir hissəsi X5 adına qeydiyyatdan keçməsi qeyd olunmuşdur.
26. Həmçinin Cavabdehnə ünvanlanmış sorğuya 16 mart 202 3-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair Cavabdeh ilə aşağıda qeyd oluna şəxslər arasında alqı-satqı müqavilələri bağlanaraq kompensasiya məbləğləri ödənilmişdir: - “A” və “V” tikililərinə görə "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X4 AN-İ ******* nömrəli, 03 may 2008-ci il tarixli və AN-İ ******* nömrəli 03 may 2008-ci il tarixli “Daşınmaz ə mlakın alqı-satqı” müqavilələrinə, TİMHQİ tərəfindən verilmiş FM seriyalı 035977 nömrəli 09 mart 2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən tikililərin faktiki sahələri nəzərə alınmaqla ümumi 195450 manat; - “B” tikilisinə görə X13 TİMHQİ tərəfindən verilmiş FM seriyalı 035977 nömrəli 09 mart 2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən tikililərin faktiki sahələri nəzərə alınmaqla ümumi 87236 manat ödənilmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(103)-18/2023 nömrəli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/ V.Ə.Baxışova və R.Ə.Qurbanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2-1(81)- 1695/2019 nömrəli qərarı mübahisələndirilən h issədə dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak söküldüyü üçün iddiaçının mülkiyyətində olan hissəsinin nə qədər təşkil etməsini yerində müəyyən etmək mümkün olmadığından apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə İddiaçı, üçüncü şəxs X14, X16 və Enerjiquraşdırma-F” MMC-nin mülkiyyətində olan əmlaka dair payların ölçüsü barədə məlumatın təqdim edilməsi barədə çoxsaylı sorğular ünvanlansa da, dəqiq məlumat təqdim edilməmişdir. Cavabdeh tərəfindən isə A” və “V” tikililərinə görə "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X4 tikililərin faktiki sahələri nəzərə alınmaqla ümumi 195450 manat; “B” tikilisinə görə X13 tikililərin faktiki sahələri nəzərə alınmaqla ümumi 87236 manat ödənildiyi göstərilsə də, iddiaçıya, 3-cü şəxsə və digər şəxslərə ödənişin olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, texniki pasporta əsasən ümumi sahəsi 59,42 kv.m müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən “A” tikilisinə dair İddiaçı, X14 və "xxxx" MMC-nin payları bərabər qəbul edildikdə, kompensasiya məbləği təmin edilmiş məbləğdən (59,42:3x1500=29710) artıq olmuş olur”.
29. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətini n dəlilləri 30. “A” tikilisinin sahəsini iş materiallarında olan sənədlər əsasında müəyyən etmək qeyri-mümkün olduğu halda, eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********18 nömrəli və digər tarixli cavab məktublarında A tikilisinin üç şəxsin mülkiyyətlərində olduğu göstərildiyi təqdirdə, apellyasiya məhkəməsi hesab etmişdir ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsi X5 və İddiaçı paylarını bərabər hesab edərək hər birinin payını 16.015 kv.m. müəyyən edib İddiaçı 24.022,5 manat kompensasiya hesablamaqda haqlı olmuşdur. Halbuki, sözügedən xx.xx.2019-cu il tarixli, **********18 nömrəli məktubda Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 98 saylı evin “A” tikilisin in qalan hissədən bir hissə İddiaçı, “A” tikilisinin bir hissəsi "xxxx" MMC-nin, “A” tikilisindən qalan hissədən bir hissəsi X5 adına qeydiyyatdan keçməsi və hazırda mülkiyyətlərində olması, yəni "A” tikilisi qeyri-müəyyən şəkildə üç şəxsin mülkiyyətlərində olması qeyd olunmuşdur. Apellyasiya instansiya məhkəməsinin apardığı araşdırmaların nəticəsi olmamışdır. Belə ki, məhkəmə tərəfindən verilmiş sorğulara cavablar əsasında əvvəlki məhkəmə icraatında olduğu kimi iddiaçının payını müəyyən etmək qeyri-mümkün olmuşdur. Beləliklə, apellyasiya instansiya məhkəməsi çıxış yolu kimi birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması qənaətinə gəlmişdir.
31. Qanunvericiliyin tələblərinə əsasən Ali Məhkəmə hər iki instansiya məhkəməsi (birinci və apellyasiya instansiyası) tərəfindən madd i hüquq normalarının pozulmasını və ya düzgün tətbiq olunmamasını yoxlayır və ümumi hüquqi qiymət verir. İş materiallarında olan sənədlər əsasında “A” tikilisinin hansı ölçülərdə olmasını müəyyən etmək mümkün olmadığı halda və həmin tikilinin qeyri-müəyyən şəkildə üç şəxsin mülkiyyətində olduğundan hər iki instansiya məhkəməsi qərar qəbul edərkən Mülki Məcəllənin 223.3-cü maddəsinin tətbiq etmələrində səhv olmuşlar.
32. Apellyasiya məhkəməsi “A” tikilisinin İddiaçı və X12 məxsus olan hissəsinin ölçülərinin ümumilikdə 32,03 kv.m. olmasını hansı mötəbər sübut hesab edilən sənədlərlə təsdiq edilməsini göstərə bilməmişdir..
33. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 223.3-cü və 386-cı maddələrinə istinad edilmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı tərəfind ən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 35. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
36. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedik də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə
157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 213.2. əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 223.3. ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. (-). 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.... 1100. dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD n ömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 38. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; (-); 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şə xslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix; (-). Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasınd a məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə
5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun ol araq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). 52.1. alı nmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. 54.2. kompensasiya alınmanı zəruri edən layihənin hesabına ödənilir. Maddə
58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiymət i əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 39. “Qiymətləndirmə haqqında” Qanun: Maddə
7. Qiymətləndirmənin nəticələri haqqında hesa bat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə
8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud pr osessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 40. “İnzibati Prosessual Məcəllə (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar m əhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü madd ələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində icraatda iştirakına xitam verilmişdir.
42. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
43. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndiri ldiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsə lələrin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
46. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyət baxımından iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
47. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya tələb etdiyi kompensasiyanın ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
48. Bununla belə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
49. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 035977 nömrəli xx.xx.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 98 saylı evin ümumi sahəsi 101.15 kv.m. təşkil etmiş, həmin evin “A” tikilisinin 32.03 kv.m. hissəsi isə X12 və İddiaçı məxsus olmuşdur. 50. ünvan 1 ünvanında dair tərtib edilmiş texniki pasportdan isə görünür ki, “A” tikilinin ümumi sahəsi 59,42 kv.m olmuşdur.
51. Birinci instansiya məhkəməsi X5 və İddiaçı paylarının bərabər qəbul edilərək hər birinin payının 16.015 kv.m müəyyən edilib İddiaçı 26 dekabr 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd edilmiş 20% əlavə və digər əlavələr hesablanmaqla (16.015 x 1500 = 24.022) 24.022,5 manat kompensasiya məbləğinin iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir.
52. Qeyd etmək lazımdır ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalə tli ödəmək şərti ilə yol verilə bilər.
53. X21 Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
54. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmə dən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
55. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
56. İddiaçının mülkiyyətində olmuş mənzilin cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunmuş tələblərinin pozulması ilə müşayiət edilən şəkildə cavabdeh tərəfindən alınması məhkəmələr tərəfindən haqlı olaraq qanunsuz sayılmışdır. Bununla bağlı qeyd edilməlidir ki, inzibati orqan konkret mübahisəyə münasibətdə inzibati akt formasında deyil, faktiki xarakterli hərəkət formasında hərəkət etmişdir.
57. Buna baxmayaraq, qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar.
58. Kompensasiyanın məbləğinə gəldikdə isə, qeyd edilməlidir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyrimütənasib tədbirdir.
59. Hər şeydən əvvəl qeyd edilməlidir ki, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın ümumi sahəsinin, bazar dəyərinin müəyyə nləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. 60. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.
61. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir.
62. Göründüyü kimi, daşınmaz əmlakın bazar qiyməti həmin əmlakın siyahı ya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Əmlakın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan əmlakla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir.
63. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyərinin müəyyən edilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı tədbir görülməmişdir.
64. Təsadüfi deyil ki, əmlakın bazar qiymətini əmlakın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan əmlaka uyğun notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin göstəricisi ilə şərtləndirmişdir.
65. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakın siyahıya alınma tari xini müəyyən etməyin mümkün olmadığı halda, daşınmaz əmlakın bazar qiyməti onun geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan ümumi sahənin bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar. 66. ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak söküldüyü üçün iddiaçının mülkiyyətində olan hissəsinin nə qədər təşkil etməsini yerində müəyyən etmək mümkün olmadığından apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə İddiaçı, üçüncü şəxs X14, X16 və Enerjiquraşdırma-F” MMC-nin m ülkiyyətində olan əmlaka dair payların ölçüsü barədə məlumatın təqdim edilməsi barədə çoxsaylı sorğular ünvanlansa da, dəqiq məlumat təqdim edilməmişdir..
67. Cavabdeh tərəfindən isə A” və “V” tikililərinə görə "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X4 tikililərin faktiki sahələri nəzərə alınmaqla ümumi 195.450 manat; “B” tikilisinə görə X13 tikililərin faktiki sahələri nəzərə alınmaqla ümumi 87.236 manat ödənildiyi göstərilsə də, iddiaçıya, 3-cü şəxsə və digər şəxslərə ödənişin olmasına dair hər hansı sübut təqdim edilməmişdir.
68. Nəzərə almaq lazımdır ki, texniki pasporta əsasən ümumi sahəsi 59,42 kv.m müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən “A” tikilisinə dair İddiaçı, X14 və "xxxx" MMC-nin payları bərabər qəbul edildikdə, kompensasiya məbləği təmin edilmiş məbləğdən (59,42:3 x1500=29710) artıq olmuş olur. Cavabdeh iddiaçıya məxsus əmlakın faktiki sahəsi barədə mötəbər sübut təqdim edə bilməmişdir.
69. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlaka dair payları dəqiq müəyyən etmək mümkün olmadığından, Cavabdeh tərəfindən A” tikiliyə görə iddiaçıya hər hansı bir məbləğ ödənilmədiyindən, apellyasiya instansiya məhkəməsinin mövqeyi işin hallarına uyğun və əsaslı hesab edilməlidir.
70. Belə ki, cavabdehin mülki hüquqi pozuntuya yol verməsi nəticəsində iddiaçının əmlakına zərər dəymiş, cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçı əmlakından məhrum olmuşdur. Odur ki, əmlakına dəyən zərərə görə cavabdehin iddiaçıya kompensasiya ödəməli olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
71. Beləliklə apellyasiya məhkəməsi mübahisən in müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
72. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
73. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 21(103)-18/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.