Məhkəmə qərarları › İş №2-1(102)-1897/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1897/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1897/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs 7 saylı şəhər poliklinikasının iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (apelyasiya şikayətinin mümkünlüyü, prosessual müddətin bərpası) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs 7 saylı şəhər poliklinikasının iştirakı ilə) qarşı iddiaçıya sümük vərəmi xəstəliyi ilə əlaqədar müddətsiz İİİ qrup əlilliyinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2008/2021 nömrəli iş üzrə 10.08.2021-ci il tarixli apelyasiya şikayətinin mümkünlüyünə və prosessual müddətin bərpasına dair qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 06 oktyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiaçıya sümük vərəmi xəstəliyi ilə əlaqədar müddətsiz İİİ qrup əlilliyinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə i ddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. Birinci instansiya məhkəməsinin 01.02.2021-ci il tarixli qərardadı ilə 7 nömrəli şəhər poliklinikası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 12.04.2021-ci il tarixli, 2-1(112)3162/2021 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı sümük vərəmi xəstəliyi ilə əlaqədar müddətsiz İİİ qrup əlilliyinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

4. Bi rinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3, 2.5-ci bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3. 1.2-ci bəndinə əsaslanaraq, qeyd etmişdir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozur.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 12.04.2021-ci il tarixli, 2-1(112)-3162/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh həmçinin birinci instansiya məhkəməsinin 12.04.2021-ci il tarixli, 2-1(112)-3162/2021 nömrəli qərarından apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edərək, bərpa edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 10.08.20 21-ci il tarixli, 2-1(103)-2008/2021 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Vüsalə Baxışova) qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-1(112)3162/2021 nömrəli qərarından apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş ərizənin rədd edilməsi, Bakı İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 21(112)-3162/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması və apelyasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələ rkən İPM-in 20.1, 22.1, 24.1, 75.3-cü maddələrinə əsaslanaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı rəsmi qaydada cavabdehə təqdim edildiyindən sonuncu tərəfindən apelyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən buraxılmışdır, ona görə də, ərizə təmin edilə bilməz. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

9. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-1(112)-3162/2021 nömrəli qərarından şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin buraxılmaqla verilməsini, şikayətə apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair ərizə əlavə edilməməsini əsas gətirərək, işi icraata qəbul etməmişdir. Bakı İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-1(112)-3162/2021 nömrəli qərarını 05.05.2021ci il tarixdə poçt göndərişi ilə xəbərnaməyə imza ataraq əldə etmişdir. Daha sonra 05.06.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin qərarından apelyasiya şikayəti vermişdir. Sözügedən qərardan şikayət vermə müddəti isə elə eyni gündə yəni 05.06.2021-ci il tarixdə bitir.

10. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

11. İnzibati Prosessual Məcəllənin 22.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

13. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 09 sentyabr 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir)

14. İddiaçı kasasiya şikayətinə qarşı etirazda qeyd etmişdir ki, cavabdeh 12 aprel 2021-ci il tarixli məhkəmə qərarından apelyasiya şikayəti verməsi üçün onun məhkəmə qərarını 05 may 2021-ci il tarixdə alması nəzərə alınmaqla son müddəti qanunvericiliyin tələbinə görə 05 iyun 2021-ci il tarixi hesab olunur. Buna baxmayaraq iş materiallarında olan zərfdən (iş. v. 71) görünür ki, apelyasiya şikayəti poçt xidməti tərəfindən 10 iyun 2021-ci il tarixdə qəbul olunmuş, Bakı İnzibati Məhkəməsinə isə Bakı Apelyasiya Məhkəməsinə vasitəsilə 25 iyun 2021-ci il tarixdə daxil olmuşdur. Bunları nəzərə alaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına təqdim etdiyi kasasiya şikayətini təmin etməməsini xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

15. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazı mi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilm əməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

19. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 10.08.2021-ci il tarixli qərardadla və həmin qərardaddan cavabdehin verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi Bakı İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 21(112)-3162/2021 nömrəli qərarı cavabdeh tərəfindən 05 may 2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmışdır.

20. İş materialların da olan zərfdən (iş. v. 71) görünür ki, apelyasiya şikayəti poçt xidməti tərəfindən 10 iyun 2021-ci il tarixdə qəbul olunmuş, Bakı İnzibati Məhkəməsinə isə Bakı Apelyasiya Məhkəməsinə vasitəsilə 25 iyun 2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi apelyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ötürülməklə verilmişdir.

21. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təq dim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.

22. Həmin Məcəllənin 85.1-ci maddəsinə görə şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

23. Həmin Məcəllənin 22.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.

24. Həmçinin həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qar şı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.

25. İş materiallarından görünür ki, cavabdeh həmçinin birinci instansiya məhkəməsinin 12.04.2021-ci il tarixli, 2-1(112)-3162/2021 nömrəli qərarından apelyasiya şikayəti vermək, buraxılmış prosessual müddəti üzrlü hesab edərək, müddətin bərpa edilməsini xahiş etmişdir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

27. Apelyasiya məhkəməsi haqlı ol araq öz qərarında qeyd etmişdir ki, “Qanunverici müddət buraxılarkən konkret hansı halların üzrlü olmasını qeyd etməsə də, bu hamıya məlum olan hallarla əlaqədar olur (məsələn, şəxsin xəstəliyi, ailə üzvlərindən hər hansı birinin ölməsi, xidməti ezamiyyətdə olması, təbii fəlakətin baş verməsi və s.). “Üzrlü” sözünün terminoloji təhlilindən görünür ki, həmin söz leksik mənasına görə “səbəbi qəbul oluna bilən” hallarda işlədilir. Hazırkı halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı rəsmi qaydada cavabdehə təqdim edildiyindən sonuncu tərəfindən apelyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən buraxılmışdır.”

28. Buna görə də cavabdehin kasasiya şikayətindəki dəlillər əsassız olduğundan kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 10.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2021-ci il tarixli, 21(103)-2008/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar