Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1897/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Bank olmayan kredit təşkilatı ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin olunmadan imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Bank olmayan kredit təşkilatı ASC-yə qarşı “hərraca çıxarmanın qanunsuz hesab edilməsi, hərrac barədə protokolun qanunsuz hesab edilməsi, əmlakın girovdan azad edilməsi, iddia ərizəsinin surətinin təqdim edilməsinin cavabdehə həvalə edilməsi və digər” tə ləblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2024-cü il tarixli, 2-1(103)-1377/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı Cavabdeh Bank olmayan kredit təşkilatı” ASC-yə qarşı “hərraca çıxarmanın qanunsuz hesab edilməsi, hərrac barədə protokolun qanunsuz hesab edilməsi, əmlakın girovdan azad edilməsi, iddia ərizəsinin surətinin təqdim edilməsinin cavabdehə həvalə edilməsi və digər” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim X4) 27 fevral 2023-cü il tarixli, 2-1(112)5321/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Həmin qərardaddan naraz ı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X2 (sədrlik edən), X3 və X1) 14 fevral 2024-cü il tarixli, 2-1(103)-1377/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(112)-5321/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
5. Daha sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1377/2024 nöm rəli, 14 fevral 2024-cü il tarixli qərardadından kassasiya şikayətinin verilməsi üçün onun dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2024-cü il tarixli, 21(103)-1377/2024 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1377/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir.
7. Apellyasiya Məhkəməsi ərizənin təmin olunmaması ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilik normalarının müddəalarından göründüyü kimi proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi həmin şəxslərin vəkilin xidmətl ərini ödəmək üçün kifayət qədər vəsaitlərinin olmadığı halının müəyyən olunmasından asılıdır. Hazırkı halda sübutetmə yükünün onun üzərində olmasına baxmayaraq, iddiaçı aztəminatlı olduğunu və buna görə də vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığını təsdiq edən hər hansı mötəbər sübutu (pensiya, sosial müavinət alması, işsiz kimi qeydiyyatda olması, digər hər hansı gəlirə malik olmaması və sair) məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddiaçının vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs kimi qiymətləndirilməsi istisna olunur
8. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2024-cü il tarixli, 2-1(103)-1377/2024 nömrəli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin apellyasiya məhkməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işləməməsi və pensiya almaması ilə bağlı şübhə olduğu halda buna dair sübutlar növbəti məhkəmə iclası zamanı təqdim edilə bilərdi. Lakin, işə baxan məhkəmə bu halları dəqiqləşdirmədən ərizənin təmin olunmaması barədə qərar qəbul etmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Prosessual Məcəllə Maddə 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Madd ə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərilir. 12. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun Maddə
20. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir.
13. İnzibati Prosessual Məcəllə Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə t utulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli v ə şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Yuxarıda istinad olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallard a, işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. İşdə iştirak edən vəkil tərəfindən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardım məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına göstərilir.
15. Hüquqi yardımın göstərilməsi ilə bağlı beynəlxalq standartlar belə hüquqi yardıma ehtiyacı olan həssas qruplara aid şəxslərə münasibətdə hüquqi yardıma əlçatanlığın təmin olunması məqsədi ilə dövlət tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Həmin standartlar baxımından hüquqi yardıma ehtiyacı olan şəxslərin müəyyən olunma sı zamanı onların gəlirləri, maddi təminatı, ödəmə qabiliyyəti və sair xüsusatlar, eləcə də hüquqi yardımın tələb olunduğu məhkəmə işinin əhəmiyyəti və mürəkkəbliyi nəzərə alınır. Bu mənada kifayət qədər gəliri olmayan, işləyən və gəliri olan ailə üzvləri ilə birlikdə yaşamayan, yaşayış sahəsi istisna olmaqla daşınmaz əmlaka malik olmayan şəxslər, habelə işsiz və yalnız yaşayan təqaüdçülər ödəmə qabiliyyətinə malik olmayan şəxslər hesab olunur. Nəzərə almaq lazımdır ki, şəxsin ödəmə qabiliyyəti ilə bağlı qeyd olunan hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Yalnız həmin tələblərə cavab verən şəxslər dövlət vəsaiti hesabına hüquqi yardımla təmin oluna bilər.
16. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından iddiaçıya münasibətdə yuxa rıda qeyd olunan tələblərin ödənildiyi görünmür. İddiaçı tərəfindən də onun həmin tələblərə cavab verdiyini təsdiq edən hər hansı sübut apellyasiya məhkəməsinə təqdim olunmamışdır. Başqa sözlə, iddiaçının maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanına malik olmadığı iş üzrə materiallarla təsdiq olunmamışdır.
17. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı sayılmalı, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır
18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2024-cü il tarixli, 21(103)-1377/2024 nömrəli qərardadı