Məhkəmə qərarları › İş №2-1(102)-1897/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1897/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1897/2025 24.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüq uqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 13 fevral tarixli, 2-1(103)-553/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ИТ-İ № ******* nömrəli, 25 sentyabr 1983-cü il tarixli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1989-cu ildə leytenant Şmidt adına zavodun 12 nömrəli MÇS-nə fəhlə qəbul edilmişdir. xx.xx.1990-cı ildə hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə Tikinti mexanizmləri sexinə sürücü qəbul edilmişdir. xx.xx.1992-ci il tarixdə işdən azad edil mişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Daxili işlər orqanlarında 10 ay, 10 gün xidmət etmişdir. xx.xx.1994-cü il tarixdən 280 nömrəli məktəbə qaravulçu vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Aviasiya Akademiyasında təhsil almışdır. xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" Milli Aviasiya şirkətində ikinci pilot vəzifəsində işləmiş, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Əlahiddə aviaeskadrilyasının jak-40 hava gəmisinin 2-ci təyyarəçi vəzifəsində işləmişdir. xx.xx.2000-ci il tarixdə "xxxx" Milli Aviasiya şirkətinə ikinci pilot vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.2008-ci il tarixdə "xxxx" Dövlət Konserninin yen idən təşkil edilməsi məqsədi ilə onun əsasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar "xxxx" Milli Aviasiya Şirkətinə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Aviasiya Şirkəti adı verilmişdir). Hal-hazırda Boinq787 hava gəmisinin kapitanı vəzifəsində çalışır.

2. İddiaçıa Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı ilə yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. Cavabdehin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası 6 il və daha çox işlədiyi üçün yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən ömürlük 1716,98 manat təyin edilmişdir.

4. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq ona xx.xx.2023-cü il tarixdən ömürlük 2 060,99 manat pensiya təyin edilmişdir.

5. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq ona xx.xx.2023-cü il tarixdən ömürlük 2060,99 manat pensiya təyin edilmişdir.

6. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının (pensiyanın təyin olunduğu tarix xx.xx.2013-cü il göstərilməklə) əmək pensiyası yenidən hesablanaraq ona xx.xx.2023-cü il tarixdən ömürlük 1992,29 manat pensiya təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2019-cu il tarixə yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının xx.xx.2013-xx.xx.2019-cu il tarixlər arası illik yenidən hesablama aparılması, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2015-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubundan məlum olur ki, ona 2015-ci ildə pensiya təyin edilərkən pensiya məbləği düzgün hesablanmamışdır. Belə ki, xx.xx.2006-cı ilədək ümumi iş stajı 12 il 6 ay 16 gün təşkil etmişdir. xx.xx.2006-cı ilədək iş stajına uyğun olaraq pensiyasının sığorta hissəsi hesablanaraq xx.xx.2015-ci il tarixinə indeksləşdirilib 27,47 manat müəyyən edilmişdir, xx.xx.2006-xx.xx.2015-ci il tarixləri arasında işlədiyi dövr ərzində fərdi hesabının siğorta hissəsində qeydə alınmış 73496,16 manat sığorta kapitalına uyğun 510,39 manat və baza hissəsi (100 manat) üzərinə əlavə edilməklə 637,86 manat ödənilməli olduğu müəyyən edilmişdir (indeksləşdirilərək xx.xx.2021-ci il tarixədək 1044.69 manat). Qeyd olunanları nəzərə alaraq, pensiya təyin olunduqdan sonra işlədiyi 6 il ərzində qazandığı 1766 89.17 manat pensiya kapitalına görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq (176689.17:261 ay (65 il 49 il 4 ay =189 ay + (144 ay-72 ay) = 676.97 manat) əmək pensiyası xx.xx.2021-ci ildə yenidən hesablanaraq 1044.69 manatdan 1721.66manata (1044.69+676.97) artırılmışdır. (xx.xx.2023-cü il tarixə indeksləşdirilməklə 2041.88 manat). Bu hal aşkar olunması ilə əlaqədar artıq ödənilmiş pensiya məbləği müəyyən edilmişdir və artıq ödənilmiş məbləğ müvafiq olaraq iddiaçının pensiyasından tutulmuşdur. Növbəti dəfə iddiaçıya xx.xx.2023cü il tarixli məktubla cavab verilmişdir. Həmin məktubdan məlum olur ki, iddiaçıya pensiya iş stajının tamam olduğu xx.xx.2013-cü il tarixində təyin olunmalı olduğu halda qanunazidd olaraq xx.xx.2015-c i il tarixdən təyin edilmişdir. Belə ki, xx.xx.2006-cı ilədək ümumi iş stajı 12 il 6 ay 16 gün təşkil etmişdir. xx.xx.2006-cı ilədək iş stajına uyğun olaraq pensiyasının siğorta hissəsi hesablanaraq xx.xx.2013-cü il tarixinə indeksləşdirilib 26.46 manat müəyyən edilib, xx.xx.2006-xx.xx.2013-cü il tarixləri arasında işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 55 614.24 manat sığorta kapitalına uyğun 386,21 manat və baza hissəsi (100 manat) üzərinə əlavə edilməklə 512.67 manat ödənilməli olduğu müəyyən edilmişdir, (indeksləşdirilərək xx.xx.2021-ci il tarixədək 863.88 manat). İddiaçının xx.xx.2019-cu il tarixə yenidən hesablanma ilə əlaqədar təkrar müraciətinə xx.xx.2023-cü il tarixli imtina məktubu verilmişdir. Sonuncu imtinada da növbəti dəfə xx.xx.2021-ci il tari xdən sonra 6 il işlədiyində və ya işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə baxıla biləcəyi qeyd edilmişdir. xx.xx.2013-cü il tarixində təyin olunmalı olduğu halda cavabdeh orqanın səhvi ucbatından pensiyası gec təyin olunub, nəticə etibarilə yenidən hesablanma müddəti xx.xx.2013-cü ildən etibarən 6 il sonra yəni 2019-cu ildə deyil, 2021-ci ildə həyata keçirilmişdir. cavabdehin etirazı:

10. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 16 mart 2015-ci il tarixindən Fondun Bakı şəhər Xətai rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılmış araşdırma zamanı iddiaçıya vaxtilə əmək pensiyası təyin edilərkən pensiya hüququnun və pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçınpın cavabdehə 17 aprel 2023-cü il tarixli müraciəti ilə əlaqədar cavabdehin müvafiq sorğusuna "xxxx" ASC-nin 5 iyun 2023- cü il tarixli 13-2/2-11/2871/2023 nömrəli məktubunda onun uçuş işinin bütün dövrü ərzində tələb olunan 5400 uçuş saatının 2013- cü il tarixində tamam olduğu qeyd olunmuşdur. Nəticədə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası güzəştli iş stajının tamam olduğu xx.xx.2013-cü il tarixində təyin olunmalı olduğu halda, səhvən xx.xx.2015-ci il tarixində təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsa sən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə həmin tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun xx.xx.2013-cü il tarixinədək ümumi iş stajı 12 il 6 ay 16 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 14,81 manat (12,54 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2013-cü il tarixinə indeksləşdirilib 26,46 manat müəyyən edilərək, xx.xx.2006-xx.xx.2013-cü il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi h esabının sığorta hissəsində qeydə alınmış 55614,24 manat sığorta kapitalına uyğun 386,21 manat (55614,24:144) sığorta hissəsi və baza hissəsi (100,00 manat) üzərinə əlavə edilməklə 512,67 manat (26,46+386,21+100,00 (baza hissəsi)) ödənilməli olduğu halda (indeksləşdirilərək xx.xx.2021-ci il tarixinədək 863,88 manat), xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq həmin tarixə pensiyasının sığorta hissəsi 14,81 manat hesablanaraq xx.xx.2015-ci il tarixinə indeksləşdirilərək 24,47 manat müəyyən edilmiş və xx.xx.2006xx.xx.2015-ci il tarixləri arasındakı dövr üzrə düzgün müəyyən edilməmiş 74876,37 manat sığorta kapitalına görə pensiyasının sığorta hissəsi 519,97 manat (74876,37:144) hesablanaraq, baza hissəsi (100,00 manat) üzərinə əlavə edilməklə 647,41 manat (27,44 + 519,97 + 100,00 (b aza hissəsi)) məbləğində əmək pensiyası hesablanaraq (indeksləşdirilərək xx.xx.2021 -ci il tarixinədək 1060,53 manat) 16 mart 2015-ci il tarixindən ödənilmişdir. İddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 211957,60 manat sığorta kapitalına görə Qanunun 37.3.1 -ci maddəsinin və 45- ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (211957,60:265 ay (65 il-48 il 11 ay= 193 ay+(144 ay - 72 ay)=799,84 manat) əmək pensiyası xx.xx.2021-ci il tarixindən yenidən hesablanaraq 863,88 manatdan 1663,72 manata (863,88+799,84) artırılmalı (xx.xx.2023-cü il tarixinə indeksləşdirməklə 1992,29 manat) olduğu halda, qanunvericiliyə zidd olaraq həmin tarixə 1721,66 manat (01.01,2023-cü il tarixinə indeksləşdirməklə 2060,99 manat) hesablanaraq ödənilmişdir. Qeyd olunanlara əsasən, sözü gedən maddənin tələbləri nəzərə alınmaqla ona 492,66 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş pul vəsaiti cari ilin avqust ayından etibarən iddiaçının əmək pensiyasından hissə-hissə (199,23 manat) tutularaq büdcəyə bərpa edilir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Bakı İnzibati Məhkəməsinin (Hakim: E.Abdullayev) 2024-cü il 27 avqust tarixli, 21(112)-4762/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mülki aviasiya uçuş heyətində işləyən şəxs olduğu üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2013-cü ildə (41 yaş 09 ay) yaranmışdır. Lakin, ona həmin vaxtdan əmək pensiyası təyin edilməli olduğu halda cavabdehin səhvi ucbatından təyin edilməmiş, yalnız 2015-ci il də iddiaçıya əmək pensiyası təyin edilmişdir. Qeyd edilən hal məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. 14. “Əmək pensiyaları haqqında” Qanunda həmçinin göstərilmişdir ki, işləyən əmək pensiyaçılarına: yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal isti sna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (37.3.1.). İşdən göründüyü kimi iddiaçı işləyən əmək pensiyaçısı olduğu üçün onun işlədiyi 72 aylıq müddət əslində 2019-cü ildə tamam olduğu üçün əmək pensiyası həmin vaxt yenidən hesablanmalı idi. Lakin, iddiaçıya pensiya 2015-ci ildə təyin edildiyi üçün onun 72 aylıq stajının 2021-ci ildə tamam olması nəzərə alınaraq pensiyası cavabdeh tərəfindən həmin vaxt hesablanmışdır.

15. Sonradan iddiaçının müraciətinə əsasən cavabdeh müəyyən etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası əslin də 2013-cü ildə təyin edilməli və 2019-cu ildə yenidən hesablanmalı idi. Belə olan halda xx.xx.2023-cü il tarixli qərarla iddiaçının əmək pensiyası yenidən hesblanmışdır. Lakin, hesablama vaxtı xx.xx.2021-ci ildən götürülmüş, yəni iddiaçının yenidən hesablama yaşı 48 il 11 ay nəzərə alınmış, pensiya yaşı olan 65 ildən 48 il 11 ay çıxılmışdır. Alınan 193 aylıq müddətlə gözlənilən pensiya yaşı müddəti olan 144 aydan 72 ay çıxılmaqla alınan 72 rəqəmi toplanmış və nəticədə 265 ay alınmışdır. İddiaçının həmin tarixə olan pensiya kapitalı 211 967 manat 60 qəpik həmin rəqəmə bölünməklə iddiaçıya pensiya təyin edilib. Lakin, cavabdeh iddiaçıya 2013-cü ildən pensiya təyin edilməli və 2019-cu ildə yenidən hesablanmalı olması ilə razı olduğu halda, iddiaçının pensiya məblğini xx.xx.2021-ci ildən yox, xx.xx.2019-cu ildən yenidən hesablamalı idi. Belə olan halda iddiaçının pensiya yaşı 47 il 09 ay 65 ildən çıxılmalı, alınan 207 ay isə 72 ayla (144-72) toplanmalı, iddiaçının həmin tarixə olan pensiya kapitalı alınan 279 aya bölünməli idi. Bundan sonra isə iddiaçının hesabına pensiya kapitalının toplanması davam etməli idi.

16. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2024-cü il 27 avqust tarixli, 2-1(112)-4762/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər İddiaçı /sədrlik edən və məruzəçi/, R.Səmədov və X.Cəmilova) 2025-ci il 13 fevral tarixli, 2-1(103)553/2025 nömrəli qərarı ilə apelyasiya şikay əti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2024-cü il 27 avqust tarixli, 2-1(112)-4762/2024 nömrəli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş **********8 nömrəli, xx.xx.2021-ci il tarixli qərarın qanunsuz hesab edilməklə iddiaçıya pensiya təyin olunması və xx.xx.2013-xx.xx.2019-cu illərdə yığılmış sığorta kapitalının nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

18. Apellyasiya instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının iddia tələbindəki ifadə tərzini onun hazırkı iddia ilə əslində çatmaq istədiyi nəticəyə uyğun qəbul etməmiş, həmin nəticəyə yönələn tələbin hüquqi əsaslarını müəyyən etməmiş, buradan, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, birinci instasiya məhkəməsində dəqiqləşmiş iddia tələbi 3 hissədən ibarət olmuş və həmin dəqiqləşmiş tələb üzrə də qərar qəbul edilərək iddia qismən təmin edilmişdir. Birinci tələb - cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, ikinci tələb - xx.xx.2023-xx.xx.2019-cu illər arası yığılmış pensiya kapitalına əsasən pensiyanın yenidən hesablanması, üçüncü tələb - yəni məhkəmə tərəfindən təmin olunmayan tələb isə, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən iddiaçının pensiyasının yenidən hesablanmasıdır.

19. Kollegiy a birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin təmin olunan birinci və ikinci hissələri – “xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2023xx.xx.2019-cu illər arası yığılmış pensiya kapitalına əsasən pensiyanın yenidən hesablanması” ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbi öz məzmununa görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının xx.xx.2013-xx.xx.2019-cu il tarixlər arası yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi qiymətləndirilmişdir. Halbuki, işin yuxarıda qeyd edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçının tələbi öz məzmununa görə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar qanunsuz hesab edilməklə xx.xx.2013-xx.xx.2019-cu illərdə yığılmış sığorta kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qiymətləndirilməli idi. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı üçün əlverişli olan inzibati aktı ləğv etmişdir. Cavabdehin xx.xx.2023-cü il ta rixli inzibati aktı iddiaçı barədə pensiya yaşının azaldılmasını, yəni pensiya təyinat tarixinin 2015-ci il tarixindən 2013-cü il tarixinə çəkilməsini müəyyən edən əlverişli inzbati aktdır ki, iddiaçı həmin qərar əsasında pensiyasının 2013-2019-cü illərdə yığılmış pensiya kapitalını nəzərə alaraq pensiyanın yenidən hesablanmasını aruzlayır.

20. Hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilərkən ziddiyyətə yol verilmişdir. Belə ki, məhkəmə bir tərəfdən iddiaçının pensiya yaşının önə çəkilməni, yəni 2015-ci ildən 2013-cü il tarixə pensiya təyinatını müəyyən edən iddiaçı üçün əlverişli qərarı ləğv etmiş, digər tərəfdən də cavabdehin üzərinə müvafiq əsasla pensiyanın yenidən hesablanması tarixinin başlanğıcını 2013-cü il olaraq müəyyən edilmə öhdəliyi qoymuşdur. Belə olan halda məhkəmə 2013-cü il pensiya təyinatı tarixini müəyyən edən qərarı ləğv etməklə məhkəmə qərarının ikinci hissəsi olan 2013-2019-cü illər ərzində yığılmış pensiya kapitalı əsasında yenidən hesablanma öhdəliyinin cavabdehin üzərinə qoymaqla məhkəmə ziddiyyətə yol verməklə yanaşı, həmin qərarın icrasını da mümkünsüz etmişdir. Kollegiya iddia tələbinin üçüncü hissəsi olan və məhkəmə tərəfindən təmin olunmayan hissəsi olan –“Əmək pensiyaları haqqında” Qanunun 37.3.1ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması” ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərarın əsaslandırma hissəsində tələbin həmin hissəsinin hansı əsasla təmin edilmədiyi ümumiyyətlə göstərilməmişidir. Bununla yanaşı qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci mad dənin məzmunu 6 il və daha çox işləmək əsasında irəli gələrək pensiyanın yenidən hesablanmasıdır ki, həmin tələb üzrə də (2013-2019-cü illər üzrə yığılmış kapital əsasında pensiyanın yenidən hesablanmasını) iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edildiyi halda, iddia tələbinin üçüncü hissəsi rədd edilərək məhkəmə tərəfindən bir daha ziddiyyətə yol verilmişdir. Eyni zamanda, inzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən digər xüsusiyyət də İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natama m faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Birinci instansiya məhkəməsində inzibati icraat İnzibati-Prosessual Məcəllənin Vİİİ fəslinin normaları ilə tənzimlənir. Bu fəslə iddianın qaldırılması, ərizənin məzmunu, iddianın təqdim edilməsi, hazırlıq icraatı, məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri, məhkəmə baxışının hədləri və digər prosessual hərəkətləri tənzimləyən normalar daxil edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli, xx.xx.2015-ci il tarixli Qərarının 6.1-ci bəndində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 7-ci bəndində qeyd edilmişdir ki, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, inzibati işə baxmış birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, nəticədə İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə cavab verməyən qərar qəbul edilmişdir. Bu isə öz növbəsində iddiaçının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi prinsipinin pozulmasına gətirib çıxarmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçının cavabdehə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə qəbul olunmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4762/2024 nömrəli, xx.xx.2024-cü il tari xli qərarı Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə, İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələblərinə uyğun olmadığından ləğv edilməlidir.

21. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək pensiyaları haqqında” Azəbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. cavabdehin xx.xx.2021-ci il tarixli qəra rının qanunsuz olduğu sonrakı inzibati akt olan xx.xx.2023-cü il tarixli qərarı ilə də sübuta yetirilir. Həmin qərarın 5-ci bəndində pensiyanın təyin olunduğu tarixin xx.xx.2013-cü il tarixli olması qeyd edildiyi halda, cavabdeh tərəfindən mübahisə predmeti olan xx.xx.2021-ci l tarixli qərar ləğv edilməmiş və pensiyanın yenidən hesablanması sonuncu əlverişli inzibati akta uyğun yenidən hesablanmamışdır. Yuxarıda qeyd olunanlara baxmayaraq, cavabdeh iddiaçıya 2013-cü ildən pensiya təyin edilməli və 2019-cu ildə yenidən hesablanmalı olması ilə razı olduğu halda, iddiaçının pensiya məbləği xx.xx.2021-ci ildən yox, xx.xx.2019-cu ildən yenidən hesablamalı idi. Cavabdehin xx.xx.2021-ci il tarixli qərarının qanunsuz sayılması ilə bağlı Kollegiya qeyd edir ki, həmin inzibati akt cavabdehin digər i nzibati aktı olan xx.xx.2023-cü il tarixli qərarı ilə hüquqi və faktiki vəziyyət dəyişmiş əvvəlki qaydada hesablanmanın qanunsuzluğu öz təsdiqini tapmışdır. Beləliklə də, faktiki vəziyyətdə cavabdehin xx.xx.2021-ci il tarixli qərarı öz əhəmiyyətini itirmişdir. Belə olan halda da kollegiya qeyd edir ki, cavabdehin mübahisə predmeti olan xx.xx.2021-ci il tarixli qərarının əvvəlcədən qanunsuz olduğu sonrakı qəbul edilmiş inzibati aktla (xx.xx.2023-cü il tarixli qərarı ilə) da sübuta yetirilir.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qa rşı təqdim edilən etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 26. “Əmək pesiyaları haqqında” Qanunun: Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; 27. “İnzibati icraa t haqqında” Qanunun: Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin m üəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla ba ğlı deyildir. Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə

67. Qanunsuz inz ibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qald ırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qan unla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası M ülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziya nın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə ol an digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərar dadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. a pellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİY A İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qə rarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə cavabdehin **********8 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının qanunsuz hesab edilməklə iddiaçıya pensiya təyin olunması və xx.xx.2013-xx.xx.2019-cu illərdə yığılmış sığorta kapitalı nəzərə alınmaql a pensiyanın yenidən hesablanmalı olubolmaması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq iddianın təmin edilməsi ilə bağlı qərara gəlmişdir.

35. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 13 fevral tarixli, 21(103)-553/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar