Məhkəmə qərarları › İş №2-1(102)-1898/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1898/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1898/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və 1 saylı Tibbi-Sosial Ekspert Komissiyasına (üçüncü şəxs Bakı şəhəri A.N.Kazımov adına 1 saylı şəhər poliklinikasının iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və 1 saylı Tibbi-Sosial Ekspert Komissiyasına (üçüncü şəxs Bakı şəhəri A.N.Kazımov adına 1 saylı şəhər poliklinikasının iştirakı ilə) qarşı sağlamlığında olan xəstəliklərlə bağlı əlillik dərəcəsinin verilməsindən Tibbi-Sosial Ekspert Komissiyasının imtinasının qanunsuz hesab edilməsi və cavabdehlərin üzərinə ona əlillik dərəcəsinin verilməsi vəzifəsinin qoyulması, veriləcək əlilliyin 18.10.2018-ci il tarixindən hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1983/2021 nömrəli iş üzrə 10.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 13 oktyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıd akı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə və 1 saylı Tibbi-Sosial Ekspert Komissiyasına (üçüncü şəxs Bakı şəhəri A.N.Kazımov adına 1 saylı şəhər poliklinikasının iştirakı ilə) qarşı onun sağlamlığında olan xəstəliklərlə bağlı əlillik dərəcəsinin verilməsindən Tibbi-Sosial Ekspert Komissiyasının imtinasının qanunsuz hesab edilməsi və cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və onun 1 saylı Tibbi-Sosial Ekspert komisiyyasının üzərinə ona əlillik dərəcəsinin verilməsi vəzifəsinin qoyulması və ona veriləcək əlilliyin 18.10.2018-ci il tarixin dən hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı şəhəri, A.N.Kazımov adına 1 saylı şəhər poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə ona 18.10.2017-ci il tarixdən əlillik dərəcəsi verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)1759/2021 nömrəli (sədrlik edən hakim Nəriman Abıyev) qərarı ilə iddianın təmin edilməsi, iddiaçı - xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı 18 oktyabr 2017-ci il tarixdən əlillik dərəcəsinin təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”sinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”na, istinad edərək, belə hesab etmişdir ki, iddia tələni qanuni və əsaslıdır.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-1759/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh həmçinin birinci instansiya məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-1759/2021 nömrəli qərarından apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzrlü hesab edərək bərpa edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icra at

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 10.08.2021-ci il tarixli, 2-1(103)-1983/2021 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Vüsalə Baxışova) qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)1759/2021 nömrəli qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş ərizənin rədd edilməsi, Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 21(112)-1759/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün sayılmaması və a pellyasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1, 22.1, 23.1, 24.1, 75.3, 85.1-ci maddələrinə əsaslanaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı rəsmi qaydada cavabdehə təqdim edildiyindən sonuncu tərəfindən apellyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən buraxılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

9. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-1759/2021 nömrəli qərarından şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin buraxılmaqla veri lməsini, şikayətə apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair ərizə əlavə edilməməsini əsas gətirərərək, işi icraata qəbul etməmişdir. Qeyd etmək istər ki, 05 may 2021-ci il tarixli, 2-1(112)-1759/2021 nömrəli qərarını 21.05.2021-ci il tarixdə poçt göndərişi ilə xəbərnaməyə imza ataraq əldə etmişdir. Daha sonra 21.06.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Haqqında danışdığı qərardan şikayət vermə müddəti isə elə eyni gündə yəni 21.06.2021-ci il tarixdə bitir.

10. Bütün yuxarıda göstərilənlərə əssən cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 10.08.2021-ci il tarixli, 2-1(103)-1983/2021 nömrəli qərardadının ləğv edilməsini, apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

12. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (09 sentyabr 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Tətbiq edilən hüquq

13. İnzibati Prosessual Məcəllə: Maddə 26.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barə də qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

14. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

17. Ali Məhkəmənin İnzibati K ollegiyası Azərbaycan Respublikası İPMnin 91-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

18. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələrə əsaslanmaqla, deklarativ və ümumi xarakterlidir.

19. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-1759/2021 nömrəli qərarı ca vabdeh tərəfindən 21 may 2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmışdır. (iş vər. səh 77).

20. İş materiallarından görünür ki, cavabdehin apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə 29 iyun 2021-ci il tarixdə daxil olmuşdur.

21. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından onun rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində şikayət vermək hüququnun olmasına baxmayaraq cavabdeh tərəfindən həmin müddətdə apellyasiya şikayəti verilməmiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir.

22. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təq siri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir.

23. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.

24. Həmin Məcəllənin 24.3-cü maddəsinə ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir.

25. Həmin Məcəllənin 24.4-cü maddəsinə müvafiq olaraq təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddət in buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

26. Həmin Məcəllənin 24.5-ci maddəsinə görə ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir.

27. Həmin Məcəllənin 24.6-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.

28. Yuxarıda qeyd edilən normalardan görünür ki, prosessual müddətlər yalnız maraqlarına toxunulmuş proses iştirakçılarının ərizəsinə əsasən bərpa edilir, ərizədə müddətin nədən buraxıldığı əsaslandırılmalıdır. Cavabdeh isə ərizəsində müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edəcək h ər hansı bir mötəbər sübut təqdim etməmişdir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

31. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 10.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2021-ci il tarixli, 2-1(103)-1983/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar