Məhkəmə qərarları › İş №2-1(102)-1898/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1898/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1898/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2-1(103)-1394/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. NZ ******* nömrəli hərbi biletə əsasən iddiaçı 9 noyabr 1981-ci il tarixdən 16 dekabr 1983-cü il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus əmək kitabçasına əsasən o: - xx.xx.1981-ci ildə “Hallavar” Sovxozunda fəhlə qismində fəsli işə qəbul olunmuş, xx.xx.1981-ci ildə h ərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad olunmuşdur; - xx.xx.1984-cü ildə “Dilavər” Sovxozuna fəhlə qismində fəsli işə qəbul edilmiş (Əmr № 073, xx.xx.1984-cü il), xx.xx.1984-cü ildə ərizəsi əsasında işdən azad edilmişdir (Əmr № 272, xx.xx.1984-cü il); - xx.xx.1984-cü ildə X13 X10 karbamid-melamin işəsalma sexinə aparatura avadanlığının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş (Əmr № 249/k, xx.xx.1984cü il), xx.xx.1985-ci ildə eyni sexdə aparatura avadanlığının təmiri üzrə üçüncü dərəcəli çilingər dərəcəsi verilmiş (Əmr № 144k, xx.xx.1985-ci il), xx.xx.1986-cı ildə eyni sexdə aparatura avadanlığının təmiri üzrə dördüncü dərəcəli çilingər dərəcəsi verilmiş (Əmr № 18/k, xx.xx.1986-cı il), xx.xx.1987-ci ildə eyni sexdə İİ pr. üzrə ikinci dərəcəli qaz-elektrikqaynaqçı təyin ed ilmiş (Əmr № 81/k, xx.xx.1987-ci il), xx.xx.1987-ci ildə eyni sexdə yeni tarifikasiya üzrə dördüncü dərəcəli təmirçi çilingər peşəsi verilmiş (protokol № k/k, xx.xx.1987-ci il). xx.xx.1988-ci ildə eyni sexdə İİ pr. üzrə üçüncü dərəcəli qaz-elektrikqaynaqçı təyin edilmiş (Əmr № 73/k, xx.xx.1988-ci il), xx.xx.1988-ci ildə öz istəyi ilə işdən azad edilmişdir (Əmr № 133/k, xx.xx.1988-ci il); - xx.xx.1989-cu ildə 2 saylı sexə müvəqqəti olaraq elektrik maşınlarının və aparatlarının 1-ci dərəcəli quraşdırıcısı qismində işə qəbul edilmiş (Əmr № 12/k, xx.xx.1989-cu il), xx.xx.1989-cu ildə müvəqqəti işin başa çatması ilə əlaqədar işdən azad edilmişdir (Əmr № 19/k, xx.xx.1989-cu il); - xx.xx.1989-cu ildə Leytenant Şmidt adına Zavod 1 saylı Poladəritmə sexinə 3-cü dərəcəli çilingər işinə qəbul edilmiş (Əmr № 150/k, xx.xx.1989-cu il), xx.xx.1990-cı ildə beşinci dərəcəli təmirçi çilingər dərəcəsi verilmiş (Əmr № 19/k, xx.xx.1990-cı il), xx.xx.1991-ci ildə öz istəyi ilə işdən azad edilmişdir (Əmr № 59/k, xx.xx.1991-ci il); - xx.xx.1991-ci ildə Bakı eksperimental mexaniki-təmir zavodu üçüncü dərəcəli elektrik çilingər işinə qəbul edilmiş (Əmr № 56/3, xx.xx.1991-ci il), xx.xx.1991-ci ildə öz istəyi ilə işdən azad edilmişdir (Əmr № 95/4, xx.xx.1991-ci il); - xx.xx.1991-ci ildə Bakı “Ulduz” zavodu “Ulduz” İB HS və HKS sexinə qəza-bərpa işləri üzrə 5-ci dərəcəli çilingər qəbul edilmiş (“Ulduz” İB-nin adı dəyişdirilərək “Ulduz” Azərbaycan elmi-istehsalat birliyi adlandırılmış (Əmr № 166/k, xx.xx.1991-ci il)), xx.xx.1992-ci ildə öz istəyi ilə işdən azad edilmişdir (Əmr № 25/k, xx.xx.1992-ci il); - xx.xx.1992-ci ildə L.Şmidt adına Zavoda 5-ci dərəcəli təmirçi çilingər vəzifəsinə qəbul olunmuş (Əmr № 37/k, xx.xx.1992-ci il), xx.xx.2003-cü ildə öz xahişi ilə vəzifəsindən azad olunmuşdur (Əmr № 4/k, xx.xx.2003-cü il); - xx.xx.2006-cı ildə 7 nömrəli BPL-ə Texnik vəzifəsinə işə qəbul olunmuş (Əmr № 45, xx.xx.2006-cı il); xx.xx.2010-cu il tarixdə öz vəzifəsindən azad edilmişdir (Əmr № 67, xx.xx.2010-cu il).

3. Azərbaycan Respublikasının Dövlət Arxivinin 21 aprel 2021-ci il tarixli DA00584-2021 nömrəli arxiv arayışına əsasən iddiaçının (əmr № 116/k, 01 noyabr 1991-ci il) “Leytenant Şmidt adına maşınqayırma zavodu” 1 №-li PTS-yə təmirçi çilingər vəzifəsinə işə qəbul edilmiş; (əmr № 04/k, 03 yanvar 2003-cü il) işdən azad olunmuşdur. Arxiv fondunun 1989-cu ilə dair şəxsi heyət üzrə əmr ki tablarında 150 nömrəli əmr haqqında məlumat yoxdur və 1990-cı ilə dair şəxsi heyət üzrə əmr kitabları arxivə dövlət mühafizəsinə verilməmişdir. 4. “Leytenant Şmidt adına maşınqayırma zavodu”nun arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəlində (arxiv arayışına) əsasən iddiaçının sentyabr 1989-iyun 1991,1992-1993-cü illərə dair aylıq maaşı qeyd olunmuşdur. 5. “Leytenant Şmidt adına maşınqayırma zavodu”nun arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində iddiaçının 1998-2002-ci illərə dair aylıq maaş qeyd olunmuşdur.

6. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq 30 avqust 2021-ci il tarixli, **********4 nömrəli məktub ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.

7. Cavabdeh imtinasını be lə əsaslandırmışdır ki, “X9” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-c u maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan mə lumatlardan göründüyü kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (20 il 1 ay 27 gün – xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.2003-cü il arasındakı dövrlər) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17260,37 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, müraciətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı 27 sentyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən, 52 yaşı tamam olduğu xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü ildə doğulmuşdur. Əmək fəaliyyətinə xx.xx.1981-ci ildən başlamışdır. xx.xx.1981-ci ildən xx.xx.2003-cü ilə kimi 22 il ümumi əmək stajının 10 il 10 ayı (xx.xx.1992 - xx.xx.2003-cü ilə kimi) Səttərxan (keçmiş L.Şmidt) adına zavodun xüsusi ilə zərərli əmək sahəsi olan 1 saylı Poladtökmə sexində təmirçi çilingər peşəsində işləmişdir. Təmirçi çilingər peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli “Siyahı”nın İİİ Metallurgiya istehsalatı bölməsinin 2-ci bəndinin 1030200a-1753a yarımbəndində nəzərdə tutulduğuna əsasən, xx.xx.1992-xx.xx.2003-cü ilə kimi, yəni, 10 il 10 ay xüsusilə zərərli sexdə işlədiyini nəzərə alaraq, “X9” Azərbaycan Respublikası Qanun un 9.8-ci maddəsinə əsasən, 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən, 52 yaşı tamam olduğu xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə xx.xx.2020-ci il tarixli müraciətindən xx.xx.2021-ci il tarixli **********4 saylı məktubla imtina edilmişdir. Güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün tələb olunan 22 il ümumi və 10 il 10 ay xüsusilə zərərli və ağır işlərdə çalışdığı müddətlər xx.xx.2006-cı ilə kimi qazanıldığından xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun tənzimlənməli olduğu halda, imtina məktubunda Azərbaycan Respublikası xx.xx.2007-ci il tarixli 260-İİİQD nömrəli Qanu na istinadən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququn olmasının göstərilməsi “X9” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq, fərdi hesabın sığorta hissəsinin əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesab olması; Mərkəzi Filiala təqdim olunan sənədlərə əsasən xx.xx.2006-cı ilə kimi ümumi iş stajının 25 ildən az, 20 il 1 ay 27 gün olması və nəhayət fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi kimi xx.xx.2006-cı ildən qanuni qüvvəyə minmiş “X9” Qanunda nəzərdə tutulan əsasların göstərilməsi qanunsuz və əsassızdır.

10. Cavabdehin iddia tələbinə yazılı etirazında göstərdiyi dəlillər imtina məktubunun dəlilləri ilə eynilik təşkil etmişdir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (19 il 5 ay), güzəştli iş stajı isə 10 ildən az (7 il 8 ay 19 gün) təşkil edir.

11. Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(112)-2744/2022 nömrəli qərarı (hakim N.İ.ABıyev) ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş arxiv arayışları da nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının mövcud olmaması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq verilmiş imtina məktubunda da, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 20 il 1 ay 27 gün (xx.xx.1981- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984xx.xx.1984-cü il, xx.xx.1984- xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989- xx.xx.1991-ci il, xx.xx.1991- xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il və xx.xx.1992xx.xx.2003-cü il arasındakı dövrlər) təşkil etdiyi qeyd olunmuşdur.

13. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə qeyd etmişdir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarda (“Güzəştli arayış”da) qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçının istinad etdiyi əmək kitabças ında qeyd olunan peşələr əmək şəraiti zərərli olan işlərə aid edilməmişdir. Belə ki, iddiaçının işlədiyi Leytenant Şmidt adına Zavod (1 saylı Poladəritmə sexində çilingər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın “Metallurgiya istehsalatı” bölməsinə (İİİ) aid deyil. Belə ki, qeyd olunan bölmədə aşağıdakı sahələr nəzərdə tutulmuşdur:

1. Domna istehsalatı (kod ********)- a) fəhlələr (kod 1030100a)- təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqç ıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları (kod 1030100a—1753a). Məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi sahənin “Domna istehsalatı”na aid olmadığı müəyyən olunmuşdur. Bu isə o, deməkdir ki, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti v erərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclası zamanı şahid X7 bildirmişdir ki, o, iddiaçı ilə bir zavodda, bir sexdə işləmişdir. O, 1974-cü il tarixdən həmin zavodda işləməyə başlamış, iddiaçını isə 1980-ci il tarixdən tanımağa başlamışdır. O, 1992-ci il tarixdə qazla kəsici vəzifəsində işləmiş, həmin tarixdə iddiaçı onun yanında çilingər vəzifəsində işləmişdir. O, hal-hazırda 2007-ci il tarixdən, 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. Zavod sökülməsinə baxmayaraq iki sex qalmışdır və o, pensiyaya çıxdıqdan sonra da orada işləmişdir.

16. Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclası zamanı şahid X8 bildirmişdir ki, o, iddiaçı ilə bir zavodda, işləmişdir. Zavod əvvəllər Leytenant Şmidt adına, sonradan Səttarxan adına zavod adlandırıldı. Onlar təxminən 1990-cı illərdən birlikdə işləmişlər. O, özü isə 1977-ci il tarixdən həmin zavodda işləməyə başlamışdır. Zavodda bir neçə sex fəaliyyət göstərirdi. Onların işlədiyi sex 1 nömrəli Polad əritmə sexi idi. O, zavodda çapıcı, qazla kəsici vəzifələrində işləmiş, iddiaçı isə çapıcı alətlərin təmiri ilə məşğul idi, bir sözlə iddiaçı çilingər vəzifəsində işləyirdi. O, zavod sökülənədək orada işləmişdir. Lakin iddiaçının oradan nə vaxt çıxdığı tarix yadında deyil. Zavod isə 2008-ci il tarixdə sökülmüşdür. Ağır sahədə işlədiyinə görə 52 yaşından güzəştli şərtlərlə pensiya alır.

17. Məhkəməyə təqdim edilmiş X4 məxsus İT-İ ******* nömrəli, xx.xx.2008-ci il tarixli əmə k kitabçasına daxil olan içliyin surətində qeyd edilmişdir ki, X1 Şmidt adına zavodda xx.xx.1974-xx.xx.1979, xx.xx.1980-xx.xx.1981, xx.xx.1984-xx.xx.1986, xx.xx.1987-xx.xx.1995-ci il tarixlərdə polad sexində qazla kəsici, L.Şmid zavodu "xxxx" ASC-ə çevrildikdən sonra xx.xx.2000-xx.xx.2007, xx.xx.2008-xx.xx.2010-ci il tarixlərdə qazla kəsici vəzifəsində işləmişdir.

18. Məhkəməyə təqdim edilmiş X5 məxsus İT-İ ******* nömrəli, xx.xx.1977-ci il tarixli əmək kitabçasına əsasən o, Leytenant Şmidt adına zavodda xx.xx.1977-xx.xx.2010cu il tarixədək çapıcı, qazla kəsici vəzifələrində işləmişdir.

19. Məhkəməyə təqdim edilmiş X14 Sistemindən çıxarışlara əsasən X4 və X5 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 202 2-ci il tarixli, 2-1(103)-1394/2022 nömrəli qərarı (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(112)-2744/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və “X9” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 52 yaşı xx.xx.2015-ci il tarixdə tamam olmuşdur və o, xx. xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuş (2 il 1 ay 7 gün), əmək kitabçasına əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək “Hallavar” Sovxozunda fəhlə (4 ay 5 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Dilavər” Sovxozuna fəhlə (7 ay 2 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək X13 X10 karbamid-melamin işəsalma sexinə aparatura avadanlığının təmiri üzrə çilingər, qazelektrik-qaynaqçı (3 il 7 ay 20 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək 2 saylı sexə müvəqqəti olaraq elektrik maşınlarının və aparatlarının 1-ci dərəcəli quraşdırıcısı (2 ay), xx.xx.1989cu il tarixdən xx.xx.1991-ci il tarixədək Leytenant Şmidt adına Zavod 1 saylı Poladəritmə sexində 3-cü dərəcəli çilingər, beşinci dərəcəli təmirçi çilingər (1 il 9 ay 24 gün), xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Bakı eksperimental mexanikitəmir zavodu üçüncü dərəcəli elektrik çilingər (21 gün), xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı “Ulduz” zavodu “Ulduz” İB HS və HKS sexinə qəza-bərpa işləri üzrə 5-ci dərəcəli çilingər (7 ay 14 gün), xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək L.Şmidt adına Zavodun 1 saylı Poladəritmə sexində 5-ci dərəcəli təmirçi çilingər (10 il 10 ay 1 gün), xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 7 nömrəli BPL-ə Texnik vəzifəsində işləmişdir. İddiaçının hərbi xidmət müddəti nəzərə alınmaqla, onun xx.xx.2006cı il tarixədək 20 il 2 ay 4 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır.

22. Məhkəmə kollegiyası iddiaçını n işlədiyi güzəştli iş stajı ilə bağlı göstərmişdir ki, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Leytenant Şmidt adına Zavod 1 saylı Poladəritmə sexində 3-cü dərəcəli çilingər, beşinci dərəcəli təmirçi çilingər və xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək həmin zavodda 1 saylı Poladəritmə sexində 5-ci dərəcəli təmirçi çilingər vəzifəsində işləmişdir. Qeyd olunan vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli “Siyahı”nın İİİ Metallurgiya istehsalatı bölməsinin 2-ci bəndinin polad və ferroərintilər istehsalatının, kod 1030200a-1753a yarımbəndində göstərilən təmirçi çilingərlər peşəsinə uyğunluğa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna məqsədə uyğun hesab edi lir. Bu müddətə iş stajı 12 il 7 ay 25 gündür. İddiaçının Leytenant Şmidt adına Zavodun 1 saylı Poladəritmə sexində yuxarıda qeyd olunan siyahı üzrə işləməsini onunla birlikdə işləmiş X7 və X2 apelyasiya baxışı zamanı şahid qismində verdikləri ifadələri və həmin şəxslərin özlərinin həmin dövrlərdə qeyd olunan zavodun Poladəritmə sexində işlədiklərini təsdiq edən və iş materiallarına əlavə edilmiş onlara məxsus əmək kitabçaları ilə sübut olunur. Məhkəmə araşdırması ilə iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 7 ay 25 gün güzəştli iş stajı olması öz təsdiqini tapmışdır.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin sadalanan halları ilə iddiaçının 1 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sah ədə (kod-1030200a-1753a) işləməsi tam sübuta yetirildiyindən onun «X9» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Əmək pensiyası təyin edildikdən sonra onun yenidən hesablanması zaman yaranmış fərq məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Belə olan halda, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək, müraciət edil diyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia tələbinə yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci maddələrinə istinad edərək qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... 28. “X9” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilə rin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanu nvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə

22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesabl anması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22.2. Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.... Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.... Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

29. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.... 30. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”:

4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 200 6-cı il yanvarın 1-dək olan dövr üzrə:... 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən....

32. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “X9” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nə zərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri ba şqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;...

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür): 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri,yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qe ydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nö mrəli Siyahısı”: Ş. Metallurgiya istehsalatı 10300000 – (Qara metallar)...

2. Polad və ferroərintilər istehsalatı 10302000 – metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması 1030200a – a) fəhlələr... 1030200a—1753a – təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları...

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutları n araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 35-ci bəndinin “a” yarımb əndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

39. Belə ki, hazırkı qərarın 28-34-cü bəndlərində sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il olmalı; 2) ümumi iş stajı minimum 20 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir.

40. Apellyasiya instansiyası məhkəməsi işə bax arkən iddiaçıya münasibətdə yuxarıda qeyd olunan şərtlərin ödənildiyi qənaətinə gəlmiş və bu zaman iddiaçının xx.xx.1989-xx.xx.1991-ci illərdə və xx.xx.1992-xx.xx.2003-cü illərdə Leytenant Şmidt adına Zavod 1 saylı Poladəritmə sexində işlədiyi üçüncü dərəcəli çilingər və beşinci dərəcəli təmirçi çilingər vəzifələrini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının İİİ Metallurgiya istehsalatı bölməsinin 2-ci bəndinin polad və ferroərintilər istehsalatının, kod 1030200a-1753a yarımbəndində göstərilən təmirçi çilingərlər peşəsinə uyğunlaşdırmışdır.

41. Cavabdehin iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışının olmaması ilə bağlı kassasiya şikayətinin dəlillərini əsa slı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, və zifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil.

42. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışın təqdim edilməsi ilə bağlı zəruri həddə araşdırma aparmamış, iddiaçının Leytenant Şmidt adına Zavodun 1 saylı Poladəritmə sexində yuxarıda qeyd olunan siyahı üzrə işləməsini onunla birlikdə işləmiş X3 və X2 apellyasiya baxışı zamanı şahid qismində verdikləri izahatları və həmin şəxslərin özlərinin həmin dövrlərdə qeyd olunan zavodun Poladəritmə sexində işlədiklərini təsdiq edən əmək kitabçaları, eyni zamanda pensiya altsistem indən çıxarışa əsasən həmin şəxslərə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə əsaslandırmışdır.

43. Halbuki, apellyasiya instansiya məhkəməsi qeyd edilən izahatlarla və həmin şəxslərə güzəştli şərtlərlə pensiya təyin edilməsi faktı ilə kifayətlənməyərək işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, iddiaçının işlədiyi Leytenant Şmidt adına Zavodun hüquqi varisinin müəyyən edilməsi ilə bağlı müvafiq qurumlara – vergi xidmətinə, statistika idarəsinə, dövlət arxivinə, daşınmaz əmlakın dövlət reyestr xidmətinə və s. sorğular verməmişdir.

44. Bundan başqa, apellyasiya instansiya məhkəməsinin istinad etdiyi şahidlərin izahatlarından da göründüyü kimi iddiaçı onlarla eyni və zifədə işləməmiş, onlar qazla kəsici vəzifəsində, iddiaçı isə təmirçi çilingər vəzifəsində işləmişdir. Apellyasiya instansiya məhkəməsi həmin şahidlərin izahatlarını əsas kimi nəzərə alarkən iş üzrə əhəmiyyət kəsb edən halları tam araşdırmamış, həmin şəxslərin pensiya işlərini tələb edərək onlara hansı əsasla güzəştli şərtlərlə pensiya təyin edilməsini müəyyən etməmiş, qeyd edilən şəxslərə güzəştli şərtlərlə pensiya təyin edilərkən iş yerindən müvafiq arayışın təqdim edilibedilməməsini yoxlamamış, arayış təqdim edildiyi halda iddiaçı barəsində də analoji arayışın əldə edilməsinə cəhd etməmiş, arayış olmadığı halda cavabdeh inzibati orqanın həmin şəxslərə pensiya təyin edilməsinin əsasları ilə bağlı iddiaçı barəsində analoji araşdırma aparmamışdır.

45. Məhkəmə qərarının əsaslandırılması zam anı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. F unksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.

46. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçının işlədiyi müəssisənin fəaliyyət göstərmədiyi və arxiv sənədlərinin müəyyən olunmadığı halda iddiaçının işlədiyi peşənin əmək funksiyalarının və müvafiq siyahıya uyğunluğunun yoxlanılması ilə bağlı analoji müəssisələrdə mövcud olan eyni adlı peşələrin müqayisəli təhlilini aparmamış, heç bir əsas olmadan iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid etmişdir.

47. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.3 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.

48. Cavabde h qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan hazırda kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.

49. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

50. İşə təkrar baxan məhkəmə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını tələb edərək iş materiallarına əlavə etməli, həmin arayış əsasında iddiaçının zəruri güzəştli iş stajının (10 il) olub-olmamasını qiymətləndirməli və nəticədən asılı olaraq ədalətli qərar qəbul etməlidir.

51. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 21(103)-1394/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar