Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1899/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə çıxarışın verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun vahid daşın maz əmlak obyekti kimi dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-959/2021 saylı, 2 iyul 2021-ci il tarixli qərardadından iddiaçının kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Binəqədi RİH başçısının 05.10.2001-ci il tarixli 763 nömrəli sərəncamından müəyyən edilir ki, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. ölçüdə olan RİH başçısının 13.06.2000-ci il tarixli 795 nömrəli sərəncamı ilə Ş.X.Cəfərova fərdi yaşayış evinin tikintisi üçün ayrılmış t orpaq sahəsi iddiaçının adına keçirilməsi qərara alınmışdır. Sərəncama iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sahənin cizgisi əlavə edilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək qeyd edilən torpaq sahəsinə və üzərində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququ əsasında çıxarışın verilməsinin təmin edilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 08.01.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Həmçinin, bildirilmişdir ki, Binəqədi rayon İHB-nın 763 saylı, 05.10.2001-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamı təqdim edilmişdir. Belə ki, 2001-ci il tarixli yanvarın 1-dən sonra vətəndaşların mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada sa tılır. Bununla yanaşı torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsi JN11342 saylı şəhadətnamə ilə üst-üstə düşür və yerləşmə cizgisində uyğunsuzluq, konfiqurasiya aşkar olunmuşdur. Həmçinin, təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında fərq mövc uddur, ayrılmış torpaq sahəsi sənəd üzrə 600.0 kv.m, faktiki olaraq 485.0 kv.m təşkil etdiyindən azalma ilə bağlı notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi təqdim edilməsi məqsədəmüvafiqdir və qaz kəmərinin mühafizə zolağında yerləşir. Bununla yanaşı Bakı Apellyasiya məhkəməsinin 2-1(103)-1168/2015 saylı 10.08.2015-ci il tarixli qərardadı idarəyə daxil olmuş, lakin qanuni qüvvəyə minməsi barədə məlumat daxil olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 13 fevral 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonu n sərhədində) yerləşən Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 763 saylı 05.10.2001-ci il tarixli sərəncamı ilə adına keçirilmiş 600 kv.m. torpaq sahəsindən faktiki istifadəsində olan 485 kv.m. torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin onun adına xüsusi mülkiyyət hüququ üzrə vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 795 saylı, 13.06.2000-ci il tarixli sərəncamdan irəli gələn göstərişlərə riayət etməklə torpaq sahəsində fərdi yaşayış evini tikməklə ailə üzvləri ilə birlikdə orada yaşayır. Cavabdehin imtina məktubunda qeyd etdiyi hall ar iddiaçının əmlakının adına qeydiyyata alınmasından imtina üçün əsas deyildir. Belə ki, sərəncamdan da göründüyü kimi həmin torpaq sahəsi Binəqədi RİHB-nın 795 saylı 13.06.2000-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün digər vətəndaşa ayrılmış və həmin vətəndaşın müraciəti əsasında iddiaçının adına keçirilmişdir. Həmin vaxt torpaq sahəsinin bələdiyyəyə aidiyyəti olmamışdır. Elektron kadastr baza məlumatı ilə iddiaçının adına keçirilmiş torpaq sahəsinin bir hissəsinin qonşunun torpaq sahəsi ilə üstüstə düşərək onun sahəsinin azalması iddiaçı tərəfindən mübahisələndirilmir. Qonşunun tikilisi anlaşılmazlıqdan iddiaçının torpaq sahəsinin bir hissəsinə düşməsi nəticəsində onun torpaq sahəsinin ölçüsü azalmışdır. Artıq qonşu da orada tikinti apardığından iddiaçı həmin his səni ondan tələb etmir və cavabdehdən sərəncamda qeyd edilən 600.0 kv.m. torpaq sahəsinin yox, hazırda faktiki onun istifadəsində olan 485.0 kv.metr torpaq sahəsinin adına qeydiyyatdan keçməsini istəyir. İstifadədə olan torpaq sahəsinin hazırda qaz kəmərinin mühafizə zolağına da heç bir aidiyyəti yoxdur. Çünki “Azəriqaz” İB tərəfindən orada olan qaz kəmərinin yeri dəyişdirilərək başqa yerdən çəkilmişdir, turbaların bir hissəsi isə kəsilərək götürülmüş, qalan turbalar isə yararsızdır. Bu faktı təsdiq edən “Azəriqaz" İstehsalat Birliyi Bakı X9 Departamentinin məktubu və aktı iddia ərizəsinə əlavə edilmişdir. Qeyd edilənlərlə yanaşı iddiaçının istifadəsində olan torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi böyük bir küçənin mərkəzində yerləşməklə hər tərəfdən qonşularla əhatə olunmuşdur v ə iddiaçı ilə divar qonşularının istifadəsində olan torpaq sahələri və tikintilərə dair cavabdeh orqan tərəfindən qeydə alınmaqla çıxarışlar verilmişdir. Ərazidə ancaq iddiaçının istifadəsində olan torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına düşməsi isə qeyri-mümkündür. Artıq qaz idarəsi özü də bu halı inkar edir. Cavabdeh, həmçinin, iddiaçının müraciətinin bir hissəsinə imtina vermişdir. İddiaçı cavabdehə həm torpaq sahəsinin, həm də torpaq üzərində inşa edilmiş fərdi yaşayış evinə çıxarışın verilməsi barədə müraciət etdiyi halda imtinanı ancaq torpağa aid hissədə vermişdir.
5. Cavabdehin iddiaya dair etirazının dəlilləri iddiaçının müraciətinə verilmiş imtina məktubunun dəlilləri ilə eynidir. (bax bu qərarın 2-ci bəndinə)
6. Mübahisənin hərtərəfli araşdırılması məqsədilə 26 oktyabr 2020-ci il tarixli qərardadla Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 05.10.2001ci il tarixli sərəncamı ilə İddiaçı Adil oğlunun adına keçirilmiş M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) yerləşən torpaq sahəsinin faktiki ölçüsünün, həmin torpaq sahəsinin ərazisinin JN – 11342D seriyalı, KOD 00100003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 mülkiyyətinə verilmiş Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən 0.6 ha. torpaq sahəsinin ərazisi ilə üst-üstə düşüb-düşməməsinin və qaz kəmərinin mühafizə zolağında yerləşib-yerləşməməsinin müəyyən edilməsi məqsədilə "xxxx" MMC-yə müraciət edilmişdir. 7. "xxxx" MMC tərəfindən 10 noyabr 2020-ci il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş mütəxəssis r əyində mütəxəssis qarşısında qoyulmuş suallar üzrə aparılmış araşdırmanın nəticəsi olaraq aşağıdakılar qeyd edilmişdir:
1. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 05.10.2001-ci il tarixli sərəncamı ilə İddiaçı Adil oğlunun adına keçirilmiş M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aid olmaqla faktiki ölçüsü 485 kv.metr təşkil edir.
2. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 05.10.2001-ci il tarixli sərəncamı ilə İddiaçı Adil oğlunu adına keçirilmiş M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) yerləşən torpaq sahəsinin ərazisi JN-11342D seriyalı, kod 00100003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 mülkiyyətinə verilmiş Binəqədi ray onu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən 0,6 ha torpaq sahəsinin ərazisi ilə üst-üstə düşmür, 2835 metr kənarda yerləşir.
3. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 05.10.2001-ci il tarixli sərəncamı ilə İddiaçı Adil oğlunun adına keçirilmiş M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) yerləşən torpaq sahəsi qaz kəmərinin mühafizə zolağında yerləşmir. 8. “Azəriqaz” İB-nin 25.08.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbəyov küçəsində yerləşən 4 saylı yaşayış binası ilə üzbəüz sahədə yerləşən torpaq sahəsindən (koordinatlar 40.4272********) qaz xətti keçmir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-3289/2020 saylı iş), 23 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tə min edilərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədində) yerləşən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 05.10.2001-ci il tarixli sərəncamı ilə adına keçirilmiş 600.0 kv.metr torpaq sahəsindən faktiki istifadəsində olan 485.0 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin iddiaçının adına xüsusi mülkiyyət hüququ üzrə vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədində) yerləşən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 05.10. 2001-ci il tarixli sərəncamı ilə adına keçirilmiş 600.0 kv.metr torpaq sahəsindən faktiki istifadəsində olan 485.0 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin iddiaçının adına vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Koll egiyasının (hakimlər X4məruzəçi, X5 və X3, 2-1(103)-959/2021 saylı iş) 2 iyul 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) biri kimi Binəqədi RİH başçısının 05.10.2001-ci il tarixli 763 nömrəli sərəncamına istinad edir. Lakin qeyd olunan sərəncam belə bir mötəbərliyə malik deyil. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinin 3-cü hissəsinin məna sına görə, 2001-ci il yanvarın 1-dən sonra yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq torpaq sahəsi ayırmaq səlahiyyəti olmamışdır. Mübahisəli torpaq sahəsi iddiaçıya verilərkən torpaqayırma və yerquruluşu işlərinin aparılması qaydalarına da əməl olunmamışdır.
14. İddiaçı 16.08.2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazların dəlilləri a) Kasasiya şikayətlərinin dəlilləri 15. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamə 15.03.2002-cİ il tarixli “Bə lədiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanunu ilə tənzimləndiyindən əsasnamə təsdiq olunanadək bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilmişdir.
16. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 14.02.2003-cü il tarixli, 2 nömrəli qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, bələdiyyələr yalnız “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanunun 2-ci maddəsində nəzərdə tutulan qaydada ayrılıb onlara təhvil verilmiş torpaq üzərində mülkiyyət hüququnu həyata keçirə bilər və məhz bu torpaqlar barəd ə mübahisə edə bilərlər. Həmin qərarın 14-cü bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, torpaq mübahisələrinə baxıldıqda işdə iştirak edən şəxslərin dairəsi tam müəyyən edilməli, torpaq üzərində dövlət mülkiyyət hüququna toxunan mübahisələr olduqda səlahiyyətli dövlət orqanlarının və ya onların yerli orqanlarının və digər icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin prosesdə iştirakı təmin edilməlidir.
17. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrə ayrılmadığı nəzərə alınmamışdır. Belə olan halda bələdiyyə tərəfindən torpaq sahəsinə dair iddia qaldırması üçün subyektiv hüququ da mövcud olmamış və bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinin geri qaytarılmasına dair hər hansı iddia qaldırılmamışdır.
18. Məhkəmə tərəfindən sərəncamı qəbul etmiş yerli icra hakimiyyəti orqanı (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti) iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməmişdir.
19. Eyni zamanda məhkəmə tərəfindən qeyd olunmuşdur ki, iddia tələbi torpaq sahəsində inşa olunan fərdi yaşayış evinin ilkin hüquqi qeydiyyata alınması hissədə də əsassızdır. Belə ki, eskiz layihəsi Binəqədi RİH-in başçısı yox, memarı tərəfindən 09.10.2001-ci il tarixdə təsdiq olunduğundan, 2013-cü il yanvarın 1-dək inşa edilmiş tikili kimi mübahisəli daşınmaz əmlaka dair müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı cavabdehə və məhkəməyə təqdim olunmamışdır.
20. Məhkəmə nəzərə almamışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əs asən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
21. Hazırki mübahisəyə dair torpaq sahəsinin ayrılması barədə sərəncama əsasən eskiz layihəsinin təsdiq olunması məsələsi təsərrüfat şöbəsinə (memara) həvalə olunmuşdur. Qanunun tələbinə və sərəncamda müəyyən edilmiş qaydada tikilinin layihəsi Binəqədi rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi tərəfindən razılaşdırıl dığından iddia tələbi həmin hissədə də əsaslıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 23. “Torpaq islahatı haqqında” Qanun: Maddə
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-). Maddə
25. Keçid müddəaları Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz... (-). 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan da şınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlər inə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəs inin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; (-). 25. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin m ötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
26. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübut lara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya insta nsiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzi bati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
27. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənz imləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
30. İddia tələbi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində 485 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin iddiaçının adına xüsusi mülkiyyət hüququ üzrə vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədədir.
31. Cavabdehin dəlillərini əsaslı sayan apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə 1 yanvar 2001-ci ildən sonra cavabdeh inzibati orqanın fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayırmaq səlahiyyəti olmadığından 5 oktyabr 2001-ci ildə qəbul etdiyi sərəncam hüququn qeydə alınması üçün əsas ola bilməz.
32. İşdə olan sənədlərə əsasən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 795 saylı, 13.06.2000-ci il tarixli sərəncamı ilə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) Ş.X.Cəfərova fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.metr torpaq sahəsi ayrılmışdır. S.X.Cəfərovun iddiaçı ilə qarşılıqlı razılığı əsasında həmin torpaq sahəsinin iddiaçının adına keçirilməsi barədə müraciəti nəzərə alınaraq rayon icra hakimiyyəti başçısının 763 saylı 05.10.2001-ci il tarixli sərəncamı ilə torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına keçirilmişdir. İddiaçı sərəncamdan irəli gələn göstərişlərə riayət etməklə torpaq sahəsində fərdi yaşayış evini tikməklə ailə üzvləri ilə birlikdə orada yaşayır.
33. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin (6 iyun 2012-ci il tarixli, 648 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1-ci və 2-ci hissələri ləğv edilmişdir) 28-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək rayon icra hakimiyyətinin başçılarının səlahiyyətinə aid olmuşdur.
34. Torpaq sahəsinin birinci dəfə rayon icra hakimiyyəti başçısının 13 iyun 2000ci il tarixli sərəncamı ilə ayrılması və icra hakimiyyəti başçısının bu zaman səlahiyyətli olması mübahisə doğurmur.
35. O da mübahisə doğurmur ki, rayon icra hakimiyyəti başçısı tərəfindən ikinci dəfə 5 oktyabr 2001-ci il tarixli sərəncam verilərkən sərəncam hər hansı başqa (yeni) torpaq sahəsi ilə bağlı olmamışdır. 5 oktyabr 2001-ci il tarixli sərəncam 13 iyun 2000-ci il tarixli sərəncamla ayrılmış torpaq sahəsi ilə bağlı olmuş və Ş.X.Cəfərovun razılığı əsasında iddiaçının adına keçirilməsi nəzərdə tutulmuşdur.
36. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının qərarları fiziki şəxslərin torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün əsas olmuşdur. 37. “Torpaq islahatı haqqında” Qanunun müvafiq olaraq 10 və 25-ci maddələrinin tələbinə görə 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evi üçün qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri geri qaytarıla bilməz və həmin sahələr vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə götürdüyü ölçüdə verilir. 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla mü əyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
39. Odur ki, iddiaçının istinad etdiyi rayon icra hakimiyyəti başçısının 13 iyun 2000-ci il tarixli və 5 oktyabr 2001-ci il tarixli sərəncamları iddia tələbində nəzərdə tutulan torpaq sahəsinə hüququn qeydə alınması üçün əsas olmuşdur.
40. Cavabdeh apelyasiya şikayətində kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin başqa torpaq sahəsi ilə üst-üstə düşməsi və qaz kəmərinin mühafizə zolağında yerləşdiyini bildirmiş, birinci instansiya məhkəməsi həmin dəlillərin təsdiq edilmədiyini qərarınd a əsaslandırmış, lakin apelyasiya instansiyası məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələblərinə əməl etməyərək qərarında apelyasiya şikayətinin dəlillərinə (birinci instansiya məhkəməsinin əsaslandırmasına) münasibət bildirməmişdir.
41. İddia tələbinin yaşayış evinə hüququn qeydə alınması hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
42. Binəqədi rayonunun Hacıbəyov küçəsində yerləşən 4 nömrəli yaşayış binası ilə üzbəüz olan sahədə iddiaçı tərəfindən inşası nəzərdə tutulan fərdi yaşayış evinin eskiz layihəsi 9 oktyabr 2011-ci il tarixdə memar Ş.Allahverdiyevin imzası ilə təsdiq edilmişdir (səh. 18-23).
43. Apelyasiya instansiyası məhkəməsi yaşayış evinin eskiz layihəsinə münasibət bildirməmiş, yaşayış evinin Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi 1 yanvar 2013-c ü ilə qədər, yoxsa ondan sonra inşa edilməsini müəyyən etməmiş, yaşayış evinin tikildiyi ildən asılı olaraq onun hüquqi qeydiyyatının aparılması üçün əsas olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9 və 8.0.10-cu maddələrinin tələblərinin təmin edilməsi üçün əsas olan halları müəyyən etməmişdir.
44. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.
45. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir.
46. Kasasiya şikayətinin iddianın təmin edilməsi dəlili ilə bağlı qeyd edilməlidi r ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından, apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda sübutların araşdırılması tələb olunduğundan həmin hissədə şikayət təmin edilə bilməz və iş təkrar apelyasiya baxışına göndərilməlidir.
47. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-959/2021 saylı, 2 iyul 2021-ci tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qala