Məhkəmə qərarları › İş №2-1(102)-1899/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1899/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1899/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsinə görə cərimə tətbiq olunması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edi lmədiyinə görə cərimə tətbiq edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(103)-1793/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiyasından hər ay əsassız və qanunsuz olaraq tutulmaya son qoyulması, tutulmuş məbləğlərin ona qaytarılması, pensiya məbləğinin tamlığının təmin olması, bunlarla əlaqədar ona vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10000 manat pulun tutularaq “YAŞAT” fondunun hesabına köçürülməsi, eyni zamanda 2000-ci ilin oktyabr ayından hazırkı vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı min imum əmək haqqının dörd misli həcmində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğlərin hesablanması və hesablanmış məbləğin birdəfəlik olaraq ona ödənilməsi, ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin (hakim: M.Hacıbəyova) 20 may 2021-ci il tarixli 21(112)-4391/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının pensiyasından hər ay əsassız və qanunsuz tutulmalara son qoyulması, tutulmuş məbləğlərin iddiaçıya qaytarılması öhdəliyi cаvаbdеhin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

3. İddiaçı qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Hüseynov /sədrlik edən və məruzəçi/, S.Bəktaşi və A.Hüseyn) 04 may 2022-ci il tarixli 2-1(103)159/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə (iddianın təmin olunmamış hissəsi) dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.S.Nəbizadə /məruzəçi/, Z.M.Quliyev və S.Ə.Kərimov) 24 noyabr 2022-ci il tarixli 21(102)-1518/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahis ələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. İş üzrə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra qərardan çıxarış 25 yanvar 2023-cü il tarixli məktubla icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmə qərarının icra edilmədiyini bildirmiş və icra olunmasını xahiş etmişdir.

9. Məhkəmənin 03 iyul 2023-cü il tarixli məktubu ilə cavabdehə cərimə ediləcəyi barədə xəbərdarlıq edilərək bildirilmişdir ki, birinci instansiya məhkəməsinin qərarı icra edilmədiyi təqdirdə 50000 manatadək məbləğdə cərimə olunacaqdır.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: M.Hacıbəyova) 23 noyabr 2023-cü il tarixli 2-1(11 2)-4391/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4391/2021 nömrəli işi üzrə qəbul edilmiş 20 may 2021-ci il tarixli qərarını icra etmədiyinə görə cavabdehə 500 manat məbləğində cərimə təyin еdilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, borclu inzibati orqanı tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4391/2021 saylı işi üzrə qəbul etdiyi qanuni qüvvəyə minmiş 20 may 2021-ci il tarixli qərarın icra edilməməsi aşkardır.

12. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.Yusifov /sədrlik edən/, P.Hüseynov, Ş.Məmmədov a) 04 aprel 2024-cü il tarixli, 2-1(103)-1793/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərar olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-4391/2021 nömrəli qərarı ilə iddiaçının pensiyasından hər ay əsassız və qanunsuz olaraq tutulmaya son qoyulması, tutulmuş məbləğlərin qaytarılma sı öhdəliyi cavabdehə həvalə olunmuş, qərar icra olunmuşdur. Belə ki, iddiaçının pensiya məbləği 1 sentyabr 2019- cu il tarixə 1987,93 manat (sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 1980,00 manat, rütbə maaşı 159,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 15 faizi miqdarında əlavəsi - 320,85 manat, səlahiyyətlərin yerinə yetirilməsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi495,00 manat, yüksək hüquq ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi297,00 manat, məzuniyyətə çıxdığı vaxt iki aylıq əməkhaqqı miqdarında verilən müavinəti və müalicə olunmaları üçün iki aylıq əməkhaqqı məbləğində ödənilən pul təminatı 660,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 3975,85 manat pul vəsaitinin 5 0 faizi miqdarı) məbləğində hesablanmalı olduğu halda, həmin tarixə 2123,90 manat (sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 1980,00 manat, rütbə maaşı 159,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 15 faizi miqdarında əlavəsi - 320,85 manat, səlahiyyətlərin yerinə yetirilməsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi - 495,00 manat, yüksək hüquq ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 297,00 manat, məzuniyyətə çıxdığı vaxt iki aylıq əməkhaqqı miqdarında verilən müavinəti və müalicə olunması üçün iki aylıq əməkhaqqı məbləğində ödənilən pul təminatı 931,95 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 3975,85 manat pul vəsaitinin 50 faizi miqdarı) hesablanaraq ödənildiyi müəyyən edilmi şdir. İddiaçının əmək pensiyası hesablanma qaydası ilə əlaqədar olaraq 18 may 2021-ci il tarixdə 2123,90 manatdan 1987,93 manata azaldılmış, 01 iyul 2022-ci il tarixdən vəzifə maaşının artımı və 28 avqust 2023-cü il tarixdən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması nəzərə alınmaqla, pensiya məbləği hazırda 5809,53 manat təşkil edir. Birinci və apellyasiya instansiya məhkəmələri qərarın icra edilmədiyini bildirsələr də, bunu əsaslandırmamışlar. Hal-hazırda iddiaçının pensiya məbləğinin əvvəlki məbləğlə hesablanması kimi tələb irəli sürməsi əsassızdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzi bati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsa slandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normalarının tətbiqi 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə t utulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Maddə

120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraa tı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. 19. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜ YÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası cərimənin tətbiq edilməli olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı qərarın 17-ci bəndində qeyd olunan “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim əvvəlcə, həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərmək lə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İnzibati Prosessual Məcəllənin 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf edilməsi ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.

25. Hazırkı iş materialları ilə müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli 2-1(112)-4391/2021 nömrəli qərarı qanuni qüvvəsini aldıqdan sonra qərardan çıxarış 25 yanvar 2023-cü il tarixli məktubla icra edilməsi üçün cavabdehə göndərilmişdir.

26. Plen um Qərarında da qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən qərarın icrası ilə bağlı cavabdehə müvafiq məktub göndərilmiş, qərar icra olunmadığı halda, İnzibati Prosessual Məcəllənin 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh inzibati orqan qanuni qüvvəsini almış məhkəmə qərarını icra etməkdən yayınmışdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan məhkəmə qərarını əsassız olaraq icra etməmiş və icrasından yayınmışdır ki, belə olan halda da birinci instansiya məhkəməsi tərəfindən onun 500 manat məbləğində cərimə olunması qanuni və əsaslı olmuşdur.

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqanın eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi qiymət vermiş və düzgün olaraq göstərmişdir ki, iddiaçının əvvəlki, 1 saylı Bakı-İnzibati-İqtisadi Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə pensiya hüququ yarandığı tarixdən, yəni 2000-ci ilin oktyabr ayından başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi ona həvalə olunsa da, əksinə, onun 1 sentyabr 2019-cu il tarixə təşkil edən 2123,90 manat əmək pensiyası yenidən hesablanaraq, 1987,93 manata endirilmişdir. Məhkəmənin 20 may 2021-ci il tarixli qərarından və cavabdehin apellyasiya şikayətinə dair iddiaçının mülahizəsindən də görünür ki, ona ödənilən 2123,90 manat əmək pensiyası azaldılaraq 2021-ci ilin may ayınadək ona 1839,43 manat ödənilmişdir və bu hal cavabdehin hazırkı məhkəmə iclasında nümayəndəsinin məhkəməyə təqdim etdiyi, xx.xx.2021-ci il tarixli “iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli (No**********0) qərarından da görünür. Bundan sonra, iddiaçının pensiyasında, onun vəzifə maaşında və pensiyanın indeksasiyası sayəsində baş vermiş artırmalara gədikdə, həmin artımlar məhz, sözügedən azaldılmış məbləğin üzərində formalaşmışdır ki, bu da iddiaçı tərəfindən dolayısı ilə haqlı olaraq, onun əvvəl aldığı 2123,90 manat məbləğində əmək pensiyasından tutulmalar kimi qəbul edilmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbi baxımından, iddiaçının razılığı olmadan, onun əmək pensiyasından tutulmalar, yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilə bilərdi.

29. Nəticə etibarı ilə, müb ahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 21(103)-1793/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar