Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-19/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ləğv ğlanlarının təsdiqi və kreditorların etiraz edilmiş tələblərinin siyahısının təsdiqinə dair iş üzrə QƏRAR (Açar sözlər: kreditorlarının etiraz edilmiş tələblərinin siyahısının təsdiq edilməsi və ləğv planının təsdiq etməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, Kreditorlar Komitəsinin sədri X24 və vəkili Vəkil2 iştirak ı ilə, ləğvetmə prosesində olan Cavabdeh QSC Cavabdehmersiya Bankının kreditorlarının etiraz edilmiş tələblərinin siyahısının təsdiq edilməsi” məsələsinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli 2-1(103)78/2020 saylı qərardadından X67 QSC Cavabdehmersiya Bankı tərəfindən verilmiş kassasiya şikayətinə, habelə Cavabdeh 2019-cu ilin İ-İV rübləri, 2020-ci ilin İ rübü üzrə ləğv planının təsdiq etməsi barədə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli 21(103)-78/2020 saylı qərardadından QSC “xxxx” KB-nın Kreditorlar Komitəsi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Maliyyə X4 ərizəsi təmin edilmiş, QSC «Bank Stardard» Kommersiya Bankı müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu QSC «Bank Stardard» Kommersiya Bankının ləğvedicisi təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Apelyasiya instansiya məhkəməsindəki icraat Kreditorlarının etiraz edilmiş tələblərin siyahısının təsdiq edilməsi tələbi üzrə
2. Ləğvetmə prosesində olan QSC Cavabdehmersiya Bankının ləğvedicisi X5 ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, ləğvetmə prosesində olan QSC «xxxx» KB-nın kreditorlarının etiraz edilmiş tələblərin siyahısının təsdiq edilməsini məhkəmədən xahiş etmişdir.
3. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2020-c i il tarixli, 21(103)-78/2020 saylı qərardadı ilə (sədrlik edən K.Abiyeva, hakimlər V.Həsənov və Ü.Mayılov) X67 Cavabdeh tərəfindən təqdim edilmiş, ləğvetmə prosesində olan QSC Cavabdehmersiya Bankının kreditorlarının etiraz edilmiş tələblərinin siyahısından 16, 85, 113, 118-ci sıra nömrələri üzrə həmin siyahıya daxil edilmiş kreditor Quliyev Zakir Müslüm oğlu, X36, X41, «xxxx» ASC-nin tələblərinin çıxarılması, Quliyev Zakir Müslüm oğlunun 1.803 (min səkkiz yüz üç) ABŞ dolları, X13 5.970 (beş min doqquz yüz yetmiş) ABŞ dolları, X25 565 (beş yüz altmış beş) ABŞ dolları və «xxxx» ASC-nin 385.749 (üç yüz səksən beş min yeddi yüz qırx doqquz) manat məbləğində kreditor tələblərinin X67 QSC Cavabdehmersiya Bankının təsdiqlənmiş tələblər siyahısına daxil edilməsi vəzifəsinin X67 Cavabdehna həvalə edilməsi, X67 Cavabdeh tərəfindən təqdim edilmiş, ləğvetmə prosesində olan QSC Cavabdehmersiya Bankının kreditorlarının etiraz edilmiş tələblərinin siyahısında 120-ci sıra nömrəsi üzrə X14 166.000 manatdan ibarət tələbi üzrə icraatın ayrılması və Bakı Apelyasiya Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2-1(103)-1339/2019 saylı qərardadına əsasən işin icraatının dayandırılmasınin nəzərə alınması.X67 Cavabdeh tərəfindən təqdim edilmiş, ləğvetmə prosesində olan QSC Cavabdehmersiya Bankının kreditorlarının etiraz edilmiş tələblərinin siyahısı qalan hissədə təsdiq edilməsi qərara alınmışdır.
4. Həmin qərardaddan X67 QSC “xxxx” KB-nin ləğvedicisi kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Ləğv planlarının təsdiq edilməsi tələbi üzrə
5. QSC “Bank Standart" Kommersiy a Bankının ləğvedicisi X6 12.03.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, “Banklar haqqında” Qanunun tələblərinə uyğun olaraq, bankın ləğvetmə tədbirlərinin həyata keçirildiyini və bu istiqamətdə bankın müfəssəl ləğv planlarının hazırlandığını bildirərək, 2019-cu ilin İ-İV rüblər və 2020-ci ilin İ rübü üzrə təzələnmiş ləğv planlarının təsdiq olunmasını xahiş etmişdir.
6. Bakı Apelyasiya Məhkəməsi 17.03.2020-ci il tarixli, 2-1 (103)-78/2020 saylı qərardadı ilə X67 QSC Cavabdehmersiya Bankının ləğvedicisi X1 icraçı direktoru vəzifələrini icra edən Vüqar Abdullayev tərəfindən təsdiq edilmiş 06 mart 2020-ci il tarixli və 12 mart 200-ci il tarixli müşayət məktubları ilə təqdim edilmiş 2019-cu ilin İ-İV rübləri üzrə Ləğv Planlarını, 2020-ci ilin 1 rübü üzrə Ləğv Planını təsdiq etmi şdir.
7. QSC “xxxx” KB-nın Kreditorlar Komitəsi həmin qərardaddan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və ləğv planlarının yenidən işlənməsi üçün geri qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətiərinin dəlilləri
8. X67 QSC “xxxx” KB kassasiya şikayətini onunla əsaslandırmışdır ki, X2 “Uşaq əmanəti” üzrə depozit hesab açmış, depozitin məbləği (bank bağlanan günə) 21.874,65 USD təşkil etmişdir. 18.10.2010-19.10.2016-cı illə ərzində əmanət 13% dərəcəsi ilə olmuşdur. Etiraz edilən hissə 5,970 USD olmuşdur. X13 banka 5,970 USD kredit borcu olmuşdur. “Uşaq əmanəti” üzrə depoziti həmin kredit borcunun təminatı kimi çıxış etmişdir. Etiraz edilən məbləğ kredit borcunun silinməsinə y önəldilmişdir. (Kreditin məbləği 18.750 USD.) X37 bankda “Uşaq əmanəti” üzrə depozit hesab açmış, depozitin məbləği (bank bağlanan günə) 16.094,59 USD təşkil etmişdir. 23.10.2012-24.06.2029-cu illər ərzində əmanət 13% dərəcəsi ilə olmuşdur və kreditin təminatı kimi çıxış etmişdir. (Kreditin məbləği 12.500 USD.) Müştəri 22.480 USD tələbinə dair 11.11.2016-cı il tarixində 1060 reyestr N-li ərizəsi ilə müraciət etmişdir. Bank bağlanan günə kredit borcu 27.144,19 USD təşkil edirdi və hesabında 100 USD var idi. 19.10.2016-cı il tarixində X13 əmanətində olan qalıq 22.351,17 USD olub və 129,14 USD faiz (cəmi 22.480,31 USD) X3 hesabına köçürülüb. X3 ərizəsinə əsasən 22.580,31 USD onun kredit kartı hesabına bağlı cari hesaba köçürülüb. Nəticədə 22.580,31 USD onun kredit borcuna silinib. Hesabında m övcud olan 16.510 USD isə X62 qizinın əmanətində olan qalığın X3 hesabına köçürülməsindən mövcuddur (22.480- 16.510=5970 USD).
9. X41 bankdan 565 USD tələb edir. Ərizəsinə əsasən 10.02.2016-cı il tarixində cari hesabına 9.000 USD mədaxil edilmişdir. Əmanət hesabı açılmadığı üçün faiz hesablanmamışdır və o, hesablanmamış faizi tələb edir. Hesabda bu məbləğ olmadığı üçün tələb etiraz edilmiş tələblərin siyahısına əlavə edilmişdir. 10. xxxx ASC-nin 385.749 AZN məbləğində tələbinə bank tərəfindən etiraz edilmişdir. Bank qarantiya müqaviləsinə əsasən öz öhdəliyini yerinə yetirmiş, lakin Holçim (Azərbaycan) ASC bununla razılaşmamışdır. 2016-cı ilin fevral ayında xxxx ASC məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İİM tərəfindən iddia tələbi qismən təmin edilmiş, bankın verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya məhkəməsi tərəfindən təmin olunmamışdır. Məhkəməyə təqdim edilən məktubdan göründüyü kimi 30 dekabr 2016-ci il tarixində tələb reyestrə daxil edilib. 12 yanvar 2017-ci il tarixində tələblərin qeydiyyatı dayandırılıb. xxxx ASC-nin tələbi araşdırılıb və hesab edirlər ki, tələb etiraz edilən kreditorların reyestrinə daxil edilməlidir. Bundan başqa, həmin iş üzrə sözügedən məhkəmə qaydasında kassasiya şikayəti verilmişdir və iş məhkəmədə baxıldığından və həmin iş barədə yekun məhkəmə qərarı olmadığından Bakı Apelyasiya Məhkəməsi tələbi təsdiqlənmiş tələblər siyahısına daxil edilməsi vəzifəsini ləğvedicinin üzərinə qoya bilməzdi.
11. QSC “xxxx” KB-nın Kreditorlar Komitəsi kassasiya şikayətini onunla əsaslandərmışdır ki, adətən plan ona görə tərtib edilir ki, orada nəzərdə tut ulmuş işlərin ardıcıllıqla və hansı müddətə yerinə yetiriləcəyi qabaqcadan sistemli şəkildə planlaşdırılır və həmin işlər plana uyğun həyata keçirilir. Lakin ləğvedicinin məhkəməyə təsdiq üçün təqdim etdiyi planların aid olduğu rüblər artıq çoxdan bitib. Ləğvedicinn təqdim etdiyi planlar müddət baxımından artıq plan deyil, hesabatdır. Belə ki, planlar təsdiq edildiyində artıq 2019-cu ilin bütün rübləri bitmiş, 2020-ci ilin İ rübü isə bitmək üzrə idi. Artıq 2020-ci ilin İİ-ci rübü üzrə ləğv planı təsdiq edilməli idi. 2019-ci ilin İ-İV rübləri və 2020-ci ilin İ rübü üzrə Ləğv Planının təsdiq edilməsinin heç bir hüquqi əhəmiyyəti yoxdur. Hesab edir ki, Ləğv Planlarının vaxtında təqdim edilməməsi ilə əlaqədar ƏSF barəsində xüsusi qəradad çıxarılmalı idi. 12. 2018-ci ilin 4-cü rübünün ləğv plan ının 3.8-ci bəndində göstərilən məbləğ fiziki şəxslərin öhdəliyindən silinməli idi, həmçinin ƏSF və 9 kreditor arasında bağlanmış razılaşdırma müqaviləsinə əsasən onlar kreditor tələblərindən imtina etmişlər. Nəticədə 153.301 manat və 5.638.895 ABŞ dolları məbləğində tələblər KTR-dən çıxarılmalı, yəni kreditorların tələbi də azalmalıdır, ancaq 2019-cu ilin 1-ci rüb üzrə ləğv planında bu dəyişiklik görünmür. Eləcə də bu hal növbəti rüblərdə də düzgün aparılmamışdır.
13. ƏSF 2019-cu ilin başlanğıcından, qanunsuz olaraq, X11 (SİF) Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 224 nömrəli Fərmanını əsas tutaraq vəsait köçürür. Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış, Azərbaycan Respublik asında sahibkarlığın inkişafına maliyyə dəstəyi verən publik hüquqi şəxsdir. Bankın lisenziyası artıq ləğv edildiyindən o sahibkarlıq fəaliyyəti ilə məşğul olmur və beləliklə də ƏSF tərəfindən bankın vəsaitlərinin SKMF-a hər hansı pul vəsaitinin köçürülməsinə də lüzum yoxdur.
14. Yığım çox aşağı səviyyədədir, Kredit portfeli gözəçarpacaq dərəcədə əriyir. “Banklar haqqında” Qanunun 71.7.9-cu maddəsinə əsasən ləğvedici təyin edildiyi gündən: “Bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyala keçirir.
15. BHQ-nun bu maddəsini banka küllü miqdarda borcu olan və 1-ci rüb 2019-cu ilin ləğv planında qeyd olunduğu kimi, 153 müştəri bunu yaxşı bilir, ona görə borcları qayta rmağa heç cəhd də etmirlər, ümid edirlər ki, nə vaxtsa, bu borclar ümidsiz borc kimi silinəcək, ƏSF isə buna göz yumur.
16. Planların 4.1-4.2-ci bəndlərində Bankın guya müsbət xalis aktivlərə malik olduğu göstərilir. Bu, tam cəfəngiyatdır. Müflis bankın müsbət xalis aktivi ola bilməz. Varsa, artıq müflis deyil. 17. “Banklar haqqında” Qanunun 83.1.4.-cü maddəsinə əsasən Planlarda Bankın tələblərinin ödənilməsinə yönəldilən məhkəmə və məhkəmədənkənar hərəkətlər haqqında hesabat olmalıdır. Planların 13-cü bəndində yalnız məhkəmə işləri barədə səthi məlumatlar var. Əslində isə Planlarda aparlan bütün məhkəmə proseslərinin tam siyahısı olmalıdır. Hesabat məhz budur. Əks halda ƏSF-nin bu sahədəki fəaliyyətinə nəzarət etmək mümkün deyil.
18. Planların 7.2-ci bəndində ƏSF-nin əmək haqqlarının məbl əği təsbit edilib. Halbuki, qanunda bu nəzərdə tutulmayıb. Hüquqi şəxs ümumiyyətə əmək haqqı ala bilməz. "Banklar haqqında" Qanunun 71.1-ci maddəsində deyilir ki, “Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və ya fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırlmaqla müəyyən edilir”. Lakin hazırda belə şəxslər cəlb edilməyib, buna görə də hər hansı əmək haqqından söhbət gedə bilməz. “Banklar haqqında” Qanunun 71-ci maddəsində isə deyilir ki, bankın ləğvi prosesi ilə əlaqədar ləğvedicinin əmək (xidmət) haqqı və çəkdiyi xərclər bankın aktivləri hesabına, çatışmayan hissədə isə Fond (reqres hüququ ilə) tərəfindən ödənilir. Deməli, sözügedən məbləğ əmək haqqı deyil, xidmət haqqı adlandırılmalıdır.
19. Planların 12.1-ci bəndi ndə Bank və ƏSF tərəfindən kreditorlara ləğv prosesi ilə bağlı məlumatların verildiyi qeyd edilir, lakin əlsində bu belə deyil. Belə ki, “Banklar haqqında” Qanunun 75.2.-ci və 83.2.-ci maddələrinə əsasən ƏSF-u rübdə bir dəfə Bankın əmlak vəziyyəti və ləğv planına dair məlumatı kreditorlara təqdim etməlidir. Lakin ƏSF bunu bu günə kimi etməyib.
20. Planların 13.2-ci bəndində iddia müddəti ötmüş işlərin sayı və həmin işlər üzrə ümumi məbləğ göstərilir. Əvvəlki illər üzrə ləğvetmə planlarına baxdıqda iddia müddəti ötmüş işlərin sayında və paralel olaraq həmin işlər üzrə ümumi məbləğin artım olduğunu görmək olar. Məsələn, 2018-ci ilin İV rübü üzrə iddia müddəti ötmüş işlərin sayı 4.389, ümumi məbləğ 26,183.802.38 manat ekvivalentində təşkil edirdisə, 2019-cu ilin İV rübündə artıq iddia müddəti ötürülmüş işlərin sayı 6865, ümumi məbləği isə 30,379.021 manat ekvivalenti təşkil etmişdir. Planda qeyd edilir ki, “həmin işlər üzrə hal-hazırda məhkəmə mübahisələri davam etdirilir. Belə işlər üzrə birinci instansiya məhkəmələri tərəfindən iddia müddətləri tətbiq edilsə də, Bank tərəfindən bütün hüquqi müdafiə tədbirləri tətbiq edilərək sonuncu instansiyaya qədər şikayətlər edilməkdədir.” ƏSF iddia müddətlərinin nəyə görə ötürüldüyünə dair ətraflı izahat verməlidir. Əgər iddia müddətinin ötürülməsi əməkdaşların "səhlənkarlığı" nəticəsində baş veribsə, artıq bunun üçün məsul əməkdaş cavab verməlidir. Digər tərəfdən iddia müddəti ötmüş işlər üzrə cavabdehin iddia müddətlərinin tətbiq edilməsinə dair ərizənin təqdim edildiyi təqdirdə (əgər edilirsə), birinci instansiya məhkəməsinin qətnamə lərindən niyə görə əlavə xərc, resurs istifadə edilərək yuxarı instansiya məhkəmələrinə şikayət verilir? b. Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının əvvəlki iclasında çıxış edən X67 QSC “xxxx” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili A.Məmmədov, əvvəlki məhkəmə iclasında Fond tərəfindən verilmiş şikayətin təmin olunmasını, Kreditorlar Komitəsinin şikayətinin təmin olunmamasını xahiş etmişdir.
22. Kreditorlar Komitəsinin sədri X42 və vəkili Vəkil2 onların kassasiya şikayətinin təmin olunmasını, Fond tərəfindən verilmiş şikayətin təmin edilməmsinin xahiş etdi.
23. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə ərizəçinin nümayəndəsi gəlmədiyinə və bunun səbəbi barədə məlu mat vermədiyinə görə məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
77. Tələblərin qəbulu 77.5 Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudlu ğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. 77.6 Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. 77.7 Məhkəmə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir. Tələblərinə etiraz edilmiş kreditorl ar həmin dinləmələrdə ləğvediciyə və məhkəməyə öz tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi barəsində kreditorlara poçt bildirişi və ləğvedicinin kütləvi informasiya vasitələrində dərc etdirdiyi bildirişlə məlumat verilir. Eyni bir tələb barəsində dinləmələrin başlanılmasına dair heç bir kreditora bir dəfədən artıq bildiriş göndərilmir. Dinləmələr qurtardıqda məhkəmə etiraz edilmiş tələblərin təsdiq və ya rədd olunmasına dair qərar qəbul edir. Kreditor Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada xəbərdar edildiyi dinləməyə üzürlü səbəb olmadan gəlmədikdə, onun tələbləri rədd edilir. Tələbləri rədd edilmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. 77.8 Məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. Maddə
83. Ləğv planı 83.1. Bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən ən geci 120 təqvim günü ərzində ləğvedici bankın ləğvinə dair müfəssəl planı hazırlayıb təsdiq olunması üçün məhkəməyə müraciət edir: 83.1.1.bankın aktivlərini və passivlərini onların ehtimal edilən ləğv dəyəri ilə göstərən cari maliyyə hesabatı, cari tarixdən sonrakı üç ay üçün bankın ehtimal edilən maliyyə hesabatı. Balansın passivində kreditorlardan qəbul e dilmiş tələblər, o cümlədən etiraz edilmiş tələblər göstərilir; 83.1.2.bankın keçmiş və proqnozlaşdırılan gəlirləri və xərcləri haqqında rüblük hesabatlar; 83.1.3.bankın əsas vəsaitlərinin və digər aktivlərinin satışı üzrə görülmüş işlər haqqında və satış planları haqqında hesabat; 83.1.4.bankın tələblərinin ödənilməsinə yönəldilən məhkəmə və məhkəmədənkənar hərəkətlər haqqında hesabat, o cümlədən qanunsuz sazişlərin və köçürmələrin, habelə bu cür sazişlər və köçürmələr nəticəsində yaranmış hüquqların ləğvi üzrə hərəkətlər; 83.1.5.bankın inzibatçılarının qanunsuz hərəkətləri və bankın xeyrinə kompensasiya alınmasına yönəldilmiş hərəkətlər haqqında hesabat; 83.1.6.sığorta, şəxsi muzd müqavilələri və banka xidmət müqavilələri kimi cari kontraktların qüvvəsinin davam etdirilməsi və ya qüvvəsi nə xitam verilməsi haqqında hesabat, o cümlədən bank işçilərinin maliyyə təminatının müfəssəl təhlili; 83.1.7.bankın öhdəlikləri haqqında hesabat və növbəti rüb ərzində bankın kreditorlarına nəzərdə tutulan ödənişlərin cədvəli; 83.1.8.ləğvetməyə çəkilmiş və gələcək məsrəflər və xərclər haqqında hesabat. 83.2. Ləğv planı hər rüb təzələnir. Məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğv planı bank sirri məlumatları istisna olmaqla, tanışlıq üçün tələbləri bu Qanunun 77-ci maddəsinə uyğun hazırlanan təsdiqli tələblər siyahısına daxil edilmiş bank kreditorlarına təqdim edilir.
25. Azərbaycan Respublikasl İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. İş üzrə X67 QSC “xxxx” KB apelyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadlarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kreditorlarının etiraz edilmiş tələblərin siyahısının təsdiq edilməsi tələbi üzrə
29. Apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, QSC Cavabdehmersiya Bankının kreditorların etiraz edilmiş tələblərinin reyestrinin tədqiqinə əsasən 1,3, 7, 8, 10-12, 14, 15, 17-21, 24-27, 29, 31-38, 40-49, 51-54, 57, 5963, 65, 67-77, 80, 82-84, 86,87, 89-92, 95, 97-99, 101, 105, 106, 111, 114, 117-ci nömrələri üzrə həmin siyahıya daxil edilmiş şəxslərin əmanət müqavilələri üzrə vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq 10% mənbədən vergi tutulma sı səbəbindən, əmanətlərin miqdarına münasib məbləğdə kreditor tələbləri etiraz siyahısına daxil edilmişdir. Odur ki, həmin tələblərin tələbləri təsdiq edilmiş kreditorların siyahısına daxil edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
30. Həmin reyestrdən müəyyən edilir ki, 2-ci sıra nömrəsində X48 məxsus əmanətdən 9 ABŞ dolları, 4-cü nömrədə X15 məxsus əmanətdən 11 ABŞ dolları, 5-ci nömrədə X9 məxsus əmanətdən 2 ABŞ dolları, 6-cı nömrədə X7 məxsus əmanətdən 632 ABŞ dolları, 13-cü nömrədə X16 məxsus əmanətdən 1320 ABŞ dolları (kredit ödənişi səbəbindən), 22-ci nömrədə 50-ci X30 məxsus əmanətdən 22 ABŞ dolları, 23-cü nömrədə X17 məxsus əmanətdən 6 ABŞ dolları, 39-cu sırada X26 məxsus əmanətdən 9 ABŞ dolları, 50-ci nömrədə X18 məxsus əmanətdən 804 ABŞ dolları (kredit ödənişi səbəbindən), 58- ci nömrədə X10 məxsus əmanətdən 9 ABŞ dolları, 64-cü sırada X31 məxsus əmanətdən 2.225 ABŞ dolları (kredit borcuna silinmə səbəbindən), 66-cı nömrədə X32 məxsus əmanətdən 9.161 ABŞ dolları, 78-ci nömrədə X27 məxsus əmanətdən 2 ABŞ dolları, 79-cu nömrədə X28 məxsus əmanətdən 2 ABŞ dolları, 81-ci nömrədə X46 məxsus əmanətdən 18 ABŞ dolları, 88-ci nömrədə X51 məxsus əmanətdən 4 ABŞ dolları 93-cü nömrədə X43 məxsus əmanətdən 216 ABŞ dolları (ADİF-in sistemində texniki səhv səbəbindən), 94-cü nömrədə X8 məxsus əmanətdən 35 ABŞ dolları (verginin qaytarılması səbəbindən), 96-cı nömrədə X19 məxsus əmanətdən 70 ABŞ dolları, 100-cü nömrədə X33 məxsus əmanətdən 28 ABŞ dolları (kredit ödənişi səbəbindən), 102-ci nömrədə Landesbank Baden-Württenberg-in 8.133 ABŞ dolları tələb məktubu, 104-cı nömrədə X4 4 məxsus əmanətdən 400 ABŞ dolları (kredit ödənişi səbəbindən), 107-ci nömrədə X34 məxsus əmanətdən 32.586 ABŞ dolları (kredit ödənişi səbəbindən), 109-cı nömrədə X20 məxsus əmanətdən 2.815 ABŞ dolları, 110-cı nömrədə X22 məxsus əmanətdən 17 ABŞ dolları, 112-ci nömrədə X21 məxsus əmanətdən 1.106 ABŞ dolları (kredit ödənişi səbəbindən), 115-ci nömrədə X12 məxsus əmanətdən 180 ABŞ dolları, 116-cı nömrədə Lənkəran Mehmanxana ASC-nin müqavilə üzrə 10.533 ABŞ dolları (tələbin müqavilə şərtlərinə uyğun gəlməməsi səbəbindən), 119-cu nömrədə Brander OOO şirkətinin müqavilə üzrə 5.199 ABŞ dolları (görülən son işlər üzrə aktın imzalanmaması səbəbindən) kreditor tələbləri etiraz siyahısına daxil edilmişdir.
31. Məhkəmə kollegiyasına qeyd olunan tələblərin ləğvetmə prosesində olan QSC Cavabdehmersiy a Bankının təsdiqlənmiş tələblər siyahısına daxil edilməsi üçün əsas olan sübutlar təqdim olunmamışdır. Həmçinin məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, adları göstərilən kreditorlar tərəfindən işə baxmış məhkəməyə etiraz göndərilməmişdir.
32. Sözügedən reyestrin 103-cü nömrəsində «xxxx» QBKT MMM-in 1.305.000 manat məbləğində tələbinə etiraz edildiyi göstərilmişdir.
33. Araşdırılan qərardaddan göründüyü kimi, apelyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, «xxxx» QBKT MMM-in səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş yazılı etirazda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli qərardadı ilə «xxxx» QBKT MMM-in tələbi baxılmamış saxlandığı, 17 noyab r 2016-cı il tarixli məktubla Ləğvedici onlara müraciət edərək, həmin tələbin qeydə alınması üçün zəruri sənədlərin təqdim edilməsini xahiş etdiyi, həmin məktuba uyğun olaraq tələbin qeydə alınması üçün tərəflərindən tələbi təsdiq edən sənədlərlə birlikdə 31 oktyabr 2016-cı il tarixli məktubla Ləğvediciyə məlumat verildiyi göstərilir. Daha sonra Ləğvedici onlara ünvanladığı 1302 saylı, 28 noyabr 2016-cı il tarixli «Kreditor tələbinin qeydiyyatı barədə» qəbzlə həmin tələbi qeydə aldığını təsdiq emişdir. 34. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 77.5-ci maddəsinə görə qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir.
35. Qanunun istinad olunan normasının məzmunundan göründüyü kimi, «Kreditor tələbinin qeydiyyatı barədə» qəbzin təqdim olunması, həmin tələbin məhz tələbləri qəbul edilmiş tələblər siyahısına daxil edilməsini təsdiq etmir, Ləğvedicinin təhlilindən sonra tələblər müvafiq siyahılara daxil edilir ki, «xxxx» QBKT MMM-in tələbi də etiraz edilmiş tələblər siyahısına daxil edilmişdir.
36. Məhkəmə araşdırması zama nı həmin kreditor tələbinin təsdiqlənmiş tələblər siyahısına daxil edilməsi üçün əsas olan sübutlar təqdim olunmamışdır.
37. QSC Cavabdehmersiya Bankının kreditorların etiraz edilmiş tələblərinin reyestrindən həmçinin müəyyən olunmuşdur ki, 16-cı nömrədə Quliyev Zakir Müslüm oğluna məxsus 1.803 ABŞ dolları məbləğində pul vəsaitinin, 85-ci nömrədə X29 məxsus, əmanət müqaviləsi üzrə 22.480 ABŞ dolları pul vəsaitinin 5.970 ABŞ dollarının kredit borcuna silinməsi səbəbindən etiraz siyahısına daxil edilmişdir.
38. Apelyasiya instansiyasının məhkəmə iclasında M.Xankişiyev və nümayəndəsi Cavabdehmersiya Bankı qarşısında sonuncunun 5.970 ABŞ dolları məbləğində kredit borcunun olmamasını bildirmişdir.
39. Məhkəmə araşdırması zamanı ləğvedicinin səlahiyyətli nümayəndəsi tərəfindən Z.Quliyevin və M.X ankişiyevin QSC Cavabdehmersiya Bankı qarşısında kredit öhdəliyinin yaranması əsaslarına dair hər hansı sübut təqdim olunmamışdır.
40. Bundan əlavə, QSC Cavabdehmersiya Bankının kreditorların etiraz edilmiş tələblərinin reyestrindən müəyyən olunur ki, 113-cı nömrədə X35 məxsus tələbin 565 ABŞ dolları etiraz edilmiş siyahıya daxil edilmiş, səbəb qismində «depozit üzrə hesablanmış faiz borcu» göstərilmişdir.
41. Həmçinin apelyasiya instansiyasının məhkəmə iclasında iştirak etmiş X.Cəfərov QSC Cavabdehmersiya Bankı qarşısında depozit üzrə faiz borcunun olmamasını bildirmiş, həmin borcun yaranmasının əsaslarına dair sənədlərin məhkəməyə təqdim olunmasını xahiş etmişdir. Lakin ləğvedicinin səlahiyyətli nümayəndəsi tərəfindən X.Cəfərovun tələbinin etiraz edilmiş siyahıya daxil edilməsinin hüqu qi əsaslarına dair hər hansı sübut təqdim olunmamışdır.
42. Apelyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi QSC Cavabdehmersiya Bankının kreditorların etiraz edilmiş tələblərinin reyestrindən müəyyən olunur ki, 118-ci nömrə üzrə «xxxx» ASC-nin qarantiya müqaviləsinə əsasən 385.749 manat məbləğində tələbi etiraz edilmiş tələblər siyahısına daxil edilmişdir.
43. İş materiallarına əlavə olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 may 2016-cı il tarixli, 2-2(81)-881/16 saylı qətnaməsindən görünür ki, iddiaçı «xxxx» ASCnin cavabdeh QSC Cavabdehmersiya Bankına qarşı bank qarantiyası üzrə pul tələbinə dair iddiası qismən təmin edilmiş, QSC Cavabdehmersiya Bankından 385.719,29 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi, iddianın q alan hissədə təmin edilməməsi qət edilmişdir;
44. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-493/16 saylı, 06 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 may 2016-cı il tarixli, 2-2(81)-881/16 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
45. X67 «xxxx» KB QSC tərəfindən «xxxx» ASC-yə ünvanlanmış 16 fevral 2017-ci il tarixli, 19/18780 saylı məktubunda göstərilmişdir ki, 385.749,29 manat məbləğində tələbi Bank tərəfindən 30 dekabr 2016-cı il tarixində 1470 nömrəsi ilə kreditorların reyestrinə daxil edilir.
46. «xxxx» ASC-nin 385.749,29 manat məbləğində tələbinin tələbləri etiraz edilmiş siyahıya daxil edilməsinin səbəbi kimi işin kassasiya instansiyasında olmasına istinad olunsa da, bu barədə Ləğvedicinin məhkəmə a raşdırmasında iştirak edən nümayəndəsi tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.
47. QSC Cavabdehmersiya Bankının kreditorların etiraz edilmiş tələblərinin reyestrindən aydın olur ki, (120-ci (sonuncu) nömrə) X14 166.000 manat məbləğində tələbi etiraz edilmiş kreditorların Siyahısına daxil edilmişdir.
48. İş materiallarıda olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3269/19 saylı, 15 may 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X38 cavabdeh X67 QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, sığorta hadisəsinin baş verməsi ilə əlaqədar 166.000 manat məbləğində kompensasiyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin 2 3 noyabr 2018-ci il tarixli, 2(006)-3263/18 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir.
49. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3269/19 saylı, 15 may 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(006)-3263/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
50. Kreditor S.Əliyevin tələbi üzrə icraat ayrılmış və Bakı Apelyasiya Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2-1(103)-1339/2019 saylı qərardadı ilə işin icraatı, iddiaçı X14 cavabdeh X67 QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı sığorta hadisəsinin baş verməsi ilə əlaqədar 166.000 manat məbləğində kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır.
51. Apelyasiya məhk əməsi kreditorlarının etiraz edilmiş tələblərinin siyahısının təsdiq edilməsi üzrə işin hallarını və bankın öhdəliklərinə səbəb olan məhkəmə aktlarını nəzərə alaraq, düzgün nəticəyə gəlmiş, işin müəyyən olunmuş hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Ləğv planlarının təsdiq edilməsi tələbi üzrə
52. Məhkəmə kollegiyası hesab edir ki, 2019-cu ilin və 2020-ci ilin İ rübü üçün ləğv planlarının təsdiq edilməsində məhkəmə düzgün nəticəyə gəlmişdir.
53. Kreditorlar Komitəsinin kassasiya şikayətində qeyd olunan dəlillər qərardadın ləğvinə əsas vermir.
54. Belə ki, kassator ləğv planlarının təsdiq olunması üçün məhkəməyə müddət ötürülməklə təqdim edildiyinin bildirir. X40 12.1-ci bəndində Bank və ƏSF tərəfindən kreditorlara ləğv prosesi ilə bağlı məlumatların verildiyi barədə qeyd kas sator tərəfindən mübahisələndirilir.
55. Həqiqətən də “Banklar haqqında” Qanunun 75.2.-ci və 83.2.-ci maddələrinə əsasən ƏSF əmlak vəziyyətinə dair planı və ləğv planını rübdə bir dəfə tərtib etməli və təsdiqli tələblər siyahısına tələbləri daxil edilmiş bank kreditorlarına tanışlıq üçün təqdim etməlidir.
56. Lakin bu qaydaya riayət olunmaması, habelə ləğv planlarının gec təqdim edilməsi, məhkəmənin qərarının ləğvinə əsas vermir. Bununla yanaşı məhkəmə kollegiyası xatırladır ki, kreditorların mənafeləri və şəffaflığın təmin olunması baxımından, Ləğv Planlarının qanunla müəyyən edilmiş müddətlərdə tərtib olunması və kredotorlara təqdim edilməsi zamanı ƏSF tərəfindən Qanunun tələblərinə riayət edilməsi zəruridir və apelyasiya məhkəmələri tərəfindən bu hal diqqətdə saxlanmalıdır.
57. İddia mü ddətləri ötürülməklə iddiaların verilməsi də ləğv planlarının təsdiq olunmasını istisna edən hal deyildir.
58. Hüquqi çəxsin əmək haqqı ala bilmədiyinə görə Planların 7.2-ci bəndində ƏSFnin əmək haqqlarının məbləğinin düzgün yazılmadığı, sözügedən məbləğin əmək haqqı deyil, xidmət haqqı adlandırılmalı olduğu barədə kassatorun dəlili də işin mahiyyətini dəyişmir.
59. Kassaiya şikayətində göstərilın digər hallarla (hesablamalarla bağlı uyğunsuzluqlarla) bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarə edilməsinin təkmilləşdirilməsi haqqında” 28 noyabr 2019-cu il tarixli 1616 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Maliyyə X23 ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir.
60. İddiaçı bu iş üzrə məhkəməyə ünvanlandığı 16-03344-2020 saylı, 03 mart 2020ci il və 16-03392-2020 saylı 06 mart 2020-ci il tarixli məktublarında göstərilmişdir ki, X67 X67 QSC “xxxx” KB-nin 2019-cu ilin və 2020-ci ilin İ rübü üçün ləğv planlarının təsdiqinə dair hər hansı etiraz yoxdur.
61. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər.
62. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ X67 QSC “xxxx” KB-nin ləğvedicisi və QSC “xxxx” KB-nın Kreditorlar Komitəsi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ləğvetmə prosesində olan QSC Cavabdehmersiya Bankının kreditorlarının etiraz edilmiş tələblərinin siyahısının təsdiq edilməsi haqqında 17.03.2020-ci il tarixli 2-1(103)-78/2020 saylı qərardadı və Cavabdeh 2019-cu ilin İ-İV rübləri, 2020-ci ilin İ rübü üzrə ləğv planının təsdiq etməsi barədə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli 21(103)-78/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.