Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-19/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı işi üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünsüzlüyü, subyektiv hüquq. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)869/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraa t qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar İddiaçı və digərləri 16.03.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehdən ünvan 1 ünvanda yerləşən dövlət ehtiyacları üçün satınalmaya məruz qalmış yaşayış binası üzrə ödənilməyən Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq X8 xeyrinə 28.800 AZN; X12 xeyrinə 110.800 AZN; X6 xeyrinə 107.472 AZN; X16 xeyrinə 81.800 AZN; X7 xeyrinə 97.880 AZN; X18 xeyrinə 105.600 AZN; İddiaçı xeyrinə 72.800 AZN; X11 xeyrinə 72.800 AZN; X3 xeyrinə 29.342 AZN; X13 xeyrinə 78.200 AZN; X9 xeyrinə 75.480 AZN; X4 xeyrinə 107.560 AZN; X1 xeyrinə 72.800 AZN; X14 xeyrinə 72.800 AZN; X5 xeyrinə 72.800 AZN; X2 xeyrinə 107.560 AZN; X15 xeyrinə 7.2 00 AZN məbləğində vəsaitin tutulması barəsində qərar qəbul olunmasını xahiş etmişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4148/2020 saylı 02 noyabr 2020-ci il tarixli qərardadı ilə (hakim: E.Ə.Əliyev) bir icraatın müstəqil işlər üzrə icraata ayrılması qərara alınmışdır. 3. “İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı ünvan 2 ünvanda yerləşən dövlət ehtiyacları üçün satınalınmaya məruz qalmış yaşayış binası üzrə ödənilməyən 72.800 AZN vəsaitin Bakı şəhər Cavabdehndən tutulması barədə qərar qəbul edilməsi” tələbi üzrə iş 2-1(112)- 4148/2020 nömrəli işdən yeni nömrə ilə ayrılmışdır.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7613/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismin də məhkəmə icraatına cəlb edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-7613/2020 nömrəli qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır.
6. Məhkəmə qərarını belə əsaslandırmışdır ki, iddia, iddianın mümkünlük tələblərinə cavab vermədiyindən, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığından, iddiaçı hazırkı tələbində artıq özgəninkiləşirdiyi əmlakına görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbi irəli sürdüyündən, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verildiyindən, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qa ydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququ olmadığından hazırkı iddia mümkün sayıla bilməz.
7. İddiaçı həmin qərardadla razılaşmayaraq apelyasiya şikayəti vermiş, qərardadın ləğv olunmasını və işin təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-869/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.M.Məmmədov və N.Ş.Cəfərov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-7613/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi birinci instan siya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı hüquq normalarının pozulması ilə qəbul edildən qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddia tələbində göstərilmiş dəlilləri araşdırmamış, iddia tələbində qeyd edilən halları təhlil etməmiş, beləliklə də iddiaçının mülkiyyət hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək onun rədd edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllən in 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.
1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti əsassızdır, ona görə də təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
16. İş materiallarından görünür ki, iddiaçıya məxsus olmuş mənzilə görə, əlavə xərclər də nəzərə alınmaqla 364.000 manat məb ləğində kompensasiya hesablanmış, iddiaçı ilə Cavabdeh arasında 21.04.2017-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsı bağlanılmış, iddiaçı 364.000 manat məbləğində kompensasiya almaqla müvafiq mənzilindən Cavabdeh xeyrinə imtina etmişdir. Həmçinin, müqaviləyə əsasən, iddiaçı gələcəkdə həmin yaşayış sahəsinə (qeyri-yaşayış sahəsinə) və bu müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür.
17. İddiaçı mənzilinə görə ona kompensasiya ödənilməsini mübahisələndirmir. İddiaçı bildirir ki, yaşayış binasının tərkib hissəsi olan və kooperativin üzvlərinin ümumi istifadəsində olan binanın dəhlizi, pilləkənlərı, lift, su anbarı, balkonlar, işıq transformatoru və otağı, həyətyanı sahə və sair sahələrə görə ona kompensasiya ödənilməmişdir.
18. Şikayətin bu dəlilinə münasib ətdə məhkəmə tərkibi qeyd edir ki, tərəflər arasında bağlanmış müvafiq alqı-satqı müqaviləsi mülki məhkəmə icraatı qaydasında iddiaçı tərəfindən mübahisələndirilməmişdir və hal-hazırda qüvvədədir, lakin iddiaçı həmin alqısatqı müqaviləsi qüvvədə ola-ola artıq özgəninkiləşdirdiyi əmlakına görə, təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürmüşdür. Halbuki, hər iki tərəf mübahisələndirilən əmlakın alqı-satqısına dair bağlanmış müqavilə üzrə öhdəliklərini Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq icra etmiş, yəni satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş və satıcı da əmlakı qəbul etmişdir. Belə olan halda, Mülki Məcəllənin 527.1 və 528-ci maddələrinin tələbləri baxımından tərəflərin üzərinə götürdükləri öhdəliklərinə artı q xitam verilmişir. Beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üçün subyektiv hüququnun mövcudluğu müəyyən olunmur.
19. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.
20. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın h üquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi).
21. İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət ed ə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin.
22. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının subyektiv hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imka nı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
23. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı)
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd).
25. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəməl ər ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd)
26. Qanunun tələbinə görə, istənilən növ i nzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
27. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
28. Apelyasiya məhkəməsi t ərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından mübahisələndirilən qərardadın ləğv edilməsi, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-869/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.