Məhkəmə qərarları › İş №2-1(102)-19/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-19/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-19/2023 13.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müavinətin hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1969-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2-1(103)-1981/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı 37 nömrəli Şəhər poliklinikası tərəfindən iddiaçı barəsində tərtib edilmiş 12 sentyabr 2018-ci il tarixli, 2743003AABEY nömrəli göndəriş (Forma 88) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir.

2. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 20 sentyabr 2018-ci il tarixli qə rarı ilə iddiaçıya beş il müddətinə, yəni 20 sentyabr 2023-cü il tarixinədək üçüncü dərəcə əlillik təyin edilmişdir.

3. Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin 1 oktyabr 2018-ci il tarixli qərarı ilə iddiaçıya əlillik müddətinə (xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) üçüncü dərəcə əlilliyə görə müavinət təyin edilmişdir.

4. İddiaçı 2004-cü ildən 2018-ci ilədək əlillik müavinətinin hesablanaraq ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin 8 iyul 2021-ci il tarixli, **********6 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya ilk dəfə ümumi səbəbdən İİİ dərəcə əlillik ilkin olaraq 20 sentyabr 2018-ci il tarixdən müəyyən edildiyi üçün ona qanunvericiliyə uyğun olaraq hə min tarixdən İİİ dərəcə əlilliyə görə müavinət təyin olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2004-cü ildən 2018-ci ilə kimi əlilliyə görə müavinətin məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ildə aldığı xəsarətə görə əmək qabiliyyətinin bir hissəsini itirmişdir. Bununla bağlı 2004-cü ildə forma 88 sənədi verilmişdir. Bundan sonra dəfələrlə müraciət etsə də, ona əlil statusu təyin edilməmişdir. 2018-ci ildə aldığı eyni məzmunlu forma 88 sənədi əsasında 2018-ci il 20 sentyabr tarixində ona 3-cü qrup əlil statusu verilmişdir. Bu səbəbdən hesab edir ki, əlillik müavinəti olaraq nəzərdə tutulmuş məbləğ 2004-cü ildən 2018-ci ilə qədər hesablanaraq ona ödənilməlidir. Belə ki, əlilliyinə əsas olan xəsarəti 2004-cü ildə almışdır və ondan asılı olmayan səbəblərdən həmin tarixdən ona əlillik təyin edilməmişdir. Qeyd edilən məsələ ilə bağlı cavabdehə müraciət etsə də, xx.xx.2021-ci il tarixli imtina cavabı almışdır.

7. Cavabdeh iddia tələbinə dair yazılı etirazında göstərmişdir ki, 37 nömrəli Bakı şəhər Poliklinikasının xx.xx.2018-ci il tarixli, 2743003AABEY nömrəli göndərişi (Forma AZS №088) əsasında iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2018-ci il tarixli qərarı ilə 5 il müddətinə (növbəti qiymətləndi rmə tarixi xx.xx.2023-cü il) ilkin olaraq üçüncü dərəcəli əlil hesab olunmuşdur. Bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçının xx.xx.2018-ci il tarixli müvafiq müraciəti əsasında Müavinət təyinatı üzrə Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 996 nömrəli qərarı ilə ona əlillik müddətinə, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək üçünü dərəcəli əlilliyə görə müavinət təyin edilmişdir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-So sial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Şəxslərin əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi Həkim-məsləhət və Hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirərək “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş göndərişlər əsasında aparılır. Əlilliyə görə müavinətin təyin edilməsi üçün ilkin və mütləq şərt şəxsin əlilliyinin qanunvericiliyin tələblərinə müvafiq olaraq müəyyən edilməsidir. Qeyd edilməlidir ki, tibb müəssisələri tərəfindən verilmiş müvafiq göndərişlər şəxsin əlilliyini təsdiq edən sənəd deyildir. Yəni qeyd olunan müavinəti almaq hüququ müvafiq göndərişin (Forma AZS № 088) verildiyi tarixdən deyil, həmin göndəriş əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şəxsin əlilliyinin müəyyən olunması barədə qərarının qəbul edildiyi tarixdən yaranır. İddiaçının əlilliyi isə müvafiq qaydada iddia ərizəsinə əlavə etdiyi 26 nömrəli poliklinikanın xx.xx.2004-cü il tarixli göndərişi əsasında deyil, 37 nömrəli Şəhər poliklinikasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə ilkin olaraq müəyyən edildiyindən, adıçəkilən müavinət də iddiaçıya məhz həmin tarixdən təyin edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(112)-2780/2022 nömrəli qərarı (hakim E.Ə.Əliyev) ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən əlilliyin müəyyən edilməsi ilə bağlı rəy verildiyindən və həmin tarixdən ona sosi al müavinət təyin edilərək ödənildiyindən, iddiaçıya həmin əlilliyə görə müavinətin 2004-cü ildən hesablanaraq ödənilməsi ilə bağlı cavabdehin imtinası düzgün olmuşdur.

10. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2-1(103)-1981/2022 nömrəli qərarı (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və S.İ.Bəktaşi) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(112)-2780/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhk əmə kollegiyası apellyasiya şikayətinin göndərişin elektron sistemin yaradılmasından əvvəl verilməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, məhkəmə sorğusuna cavab yalnız elektron sistemə deyil, həm də arxiv sənədlərinə əsasən verildiyindən iddia olunan göndərişin verildiyi dövrdə (2004) elektron sistem olmasa da, arxiv sənədləri olmuş və həmin sənədlər də araşdırmanın əhatə dairəsinə aid olmuşdur. 2004-cü ilə aid sənədlərlə iddiaçıya iddia edilən göndərişin verildiyi müəyyən edilmədiyi halda, hazırkı iddianın əsası kimi istinad edilən sübutun müqayisəli təhlilinin aparılması mümkün olmadığından qeyd edilən sənəd iddianın təmin edilməsi üçün əsas hesab oluna bilməz. Belə ki, iddiaçı 2004-cü ildə forma 88 göndərişinin müxtəlif bəhanələrlə icra edilmədiyini qeyd etsə də, bununla əlaqə dar həmin dövrdə müvafiq orqana müraciət etdiyi müəyyən edilməmişdir.

13. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, elektron baza 2015-ci ildə yaradılmışdır. Ona forma 88 isə 2004-cü ildə verilmişdir. Müvafiq inzibati orqan tərəfindən ona verilmiş həmin rəsmi sənəd itirilmişdirsə, bu onun səhvi deyil. Onda rəsmi, möhürlü, imzalı sənəd var, həmin sənədi işə əlavə etsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin sübuta ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Məhz həmin sənəd 2018-ci ildə verilən forma 88 ilə eyni məzmunlu olduğu üçün sübut edir ki, ona qarşı heç bir ayrı-seçkilik qoyulmadan 2004-cü ildən əlillik dərəcəsi təyin edilməli idi. Bu səbəbdən də, 2004-cü ildə ona verilmiş forma 88-in ekspertiza əsasında əsil və rəsmi olduğuna əmin olmaq olar. Bütün bu hallara məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmişdir.

15. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsinin “2004-cü ilə aid sənədlərdə iddiaçıya iddia edilən göndərişin verildiyinin müəyyən edilmədiyi” qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə belə bir qənaətə gələrkən yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza Reabilitasiya Agentliyinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 21 yanvar 2022-ci il tarixli məktubu əsas götürmüşdür. Hansı ki, Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə cavabdeh eyni qurumun, yəni ƏƏSMN-nin tabeliyində fəaliyyət göstərir. Belə olan halda cavab məktubunda qeyd edilən “İddiaçı 2004-cü ildə Tibbi-Sosial Ekspert Komissiyasına müraciəti barədə arxiv sənədlərində heç bir məlumat aşkarlanmamışdır” dəlilinə əsaslanaraq, məhkəmənin belə bir qənaətə gəlməsi işin hərtərəfli və obyektiv araşdırılmadığının göstəricisidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi belə bir qənaətə gəlməzdən əvvəl Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu işdə maraqlı olduğunu və cavab məktubunda qeyd olunan həmin dəlilin mötəbərliyinə yetərincə şübhələrin olduğunu nəzərə almamışdır. Məhkəmə onun 2004-cü ildə Tibbi-Sosial Ek spert Komissiyasına müraciəti barədə arxiv sənədlərində məlumatın olub-olmadığını müəyyən etmək üçün Komissiyanın həmin dövrə aid olan müraciətlərin qeydiyyatı kitablarını tələb etməli idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti;... Maddə

4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər:... 4.0.1.3. əlilliyə görə müavinət;... Maddə

7. Müavinətlərin təyin olunması şərtləri 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir:... 7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda;... Maddə

9. Müavinətlərin təyin edilməsi müddəti 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mind iyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir:... 9.1.2. əlilliyə görə müavinət-əlillik müddətinə;... 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs,... Maddə

3. Əlilliyin müəyyən edilmə si 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.... 3.3. Şəxs müvafiq icra h akimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir....

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:

1. Ümumi müddəalar... 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur....

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”

1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir....

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkə mə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn i nkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, f ormal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

25. Avro pa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq v ə təsdiqi ilə kifayətlənmək mümkündür.

27. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin və şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyə görə müavinətin 2004-cü ildən 2018-ci ilə kimi hesablanıb ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ət raflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 37 nömrəli Bakı şəhər poliklinikasının xx.xx.2018-ci il tarixli, 2743003AABEY nömrəli göndərişi (Forma AZS №088) əsasında iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2018-ci il tarixli qərarı ilə 5 il müddətinə ilkin olaraq üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Buna baxmayaraq, iddiaçı almış olduğu xəsarətlə əlaqədar ona Forma 88 saylı göndərişin ilk dəfə 2004-cü ildə verilməsinə və həmin sə nədin hazırda ona əlilliyin təyin edilməsi ilə nəticələnən xx.xx.2018-ci il tarixli, 2743003AABEY nömrəli göndərişlə (Forma AZS №088) eyni məzmunda olmasına istinadən təyin olunmuş əlillik müavinətinin 2018-ci il tarixdən deyil, 2004-cü il tarixdən hesablanaraq ödənilməsini tələb edir.

31. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçının mübahisələndirdiyi dövrdə, yəni 2004-cü ildə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli, 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci bəndinin ikinci abzasına görə, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və y a fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır.

32. İddiaçıya əlilliyin təyin olunduğu xx.xx.2018-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdu d uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.

33. Göründüyü kimi, istər 2004-cü ildə, istərsə də 2018-ci ildə qüvvədə olmuş normalara əsasən şəxsin əlilliyinin müəyyən olunması üçün onun müvafiq səlahiyyətli tibb müəssisəsi tərəfindən verilmiş göndəriş əsasında tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirilməsi və bunun üzərindən onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi tələb olunur. Belə ki, müvafiq səlahiyyətli tibb müəssisəsi tərəfindən verilmiş göndəriş şəxsin həmin göndərişdə nəzərdə tutulmuş məlumatlar əsasında tib bi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən və ya tibbisosial ekspertizadan keçirilməsi məqsədlərinə xidmət və yalnız bu keyfiyyətə malik olan sənəd qismində qiymətləndirilməlidir. Başqa sözlə, tibb müəssisələri tərəfindən verilmiş müvafiq göndərişlər şəxsin əlilliyini müəyyən edən sənəd qismində qiymətləndirilə bilməz.

34. Bununla əlaqədar nəzərə alınmalıdır ki, bu qərarın 31-ci bəndində istinad olunan və 2004-cü ildə qüvvədə olmuş normalara əsasən də, şəxs göndəriş əsasında tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra ona müvafiq rəy əsasında əlillik təyin edilə bilərdi. Həmçinin nəzərə alınmalıdır ki, göndəriş əsasında əlillik müvafiq rəy (qərar) əsasında ilkin olaraq müəyyən müddətə təyin edilir və həmin müddət başa çatdıqdan sonra şəxsin əlilliyinin yenidən qiymətləndirilməsi üçün müvafiq müəssisə tərəfindən yeni göndərişin verilməsi tələb olunur. Bu baxımdan 2004-cü ildə verilmiş forma 88 sənədi həmin sənəd əsasında həmin dövrdə tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirilmədən iddiaçının əlil hesab edilməsi və ona həmin tarixdən müavinətin hesablanması üçün əsas kimi qiymətləndirilə bilməz. Hətta 2004-cü ildə və 2018-ci ildə verilmiş göndərişlərin məzmun uyğunluğu da bu tələbin istisna olunmasını şərtləndirən hal kimi nəzərdən keçirilə bilməz. Belə ki, istinad olunan normaların tələbinə görə, şəxsin əlilliyə görə müavinət almaq hüququ qeyd olunan göndərişin (Forma AZS № 088) verildiyi tarixdən deyil, həmin göndəriş əsasında şəxsin əlilliyinin müəyyən olunması barədə müvafiq rəyin verildiyi və ya qərarın qəbul edildiyi tarixdən yaranır.

35. Bu zaman həm də nəzərə almaq lazımdır ki, 2004-cü il tarixli göndəriş əsasında iddiaçının tibbi-sosial ekspert komissiyasına müraciət etdiyini, həmin komissiya tərəfindən onun ekspert müayinəsindən keçirilməsindən imtina olunduğunu, yaxud da ötən dövr ərzində həmin imtinanı mübahisələndirdiyini təsdiq edən hər hansı sənəd iş üzrə materiallara əlavə edilməmiş, iddiaçı tərəfindən də məhkəməyə bununla bağlı hər hansı sübut təqdim olunmamışdır.

36. İddiaçının kassasiya şikayətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə cavabdehin eyni qurumun, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərməsinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu işdə maraqlı olduğunu və cavab məktubunda qeyd olunan dəlilin mötəbərliyinə yetərincə şübhələrin olduğunu apellyasiya məhkəməsinin nəzərə almaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası həmçinin aşağıdakıları qeyd edir.

37. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim olunmuş 21 yanvar 2022-ci il tarixli məktubda iddiaçının 2004-cü ildə Tibbi-Sosial Ekspert Komissiyasına müraciəti barədə arxiv sənədlərində heç bir məlumatın aşkarlanmadığı qeyd edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Tibbi-Sosial Ekspertiza və X1 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi onların bir-biri ilə bağlı inzibati mübahisələrdə maraqlı olmalarına əsas verən amil kimi qiymətləndirilə bilməz. Belə ki, istər Fondun, istərsə də Agentliyin fəaliyyəti, vəzifələri və hüquqları hər birinə münasibətdə ayrı-ayrılıqda qəbul edilmiş Nizamnamələr əsasında müəyyən edilir. İddiaçı Agentliyin məhkəmə sorğusuna cavabının mötəbərliyinə yetərincə şübhələrin olduğunu qeyd etsə də, Agentliyin cavabdehlə eyni qurumun tabeliyində olmasından başqa hər hansı digər şübhənin mövcudluğuna, qeyd etdiyi şübhələrin konkret nədə ifadə olunduğuna istinad etməmişdir. Apellyasiya məhkəməsi tərəfindən də həmin məlumatın mötəbərliyini şübhə altına alan hər hansı xüsusat müəyyən olunmamışdır.

39. Həmçinin nəzərə almaq lazımdır ki, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərba ycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X3 (bundan sonra TSERAS) ötürülür. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir.

40. Beləliklə, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normaların tələbləri baxımından və qeyd edilən səbəblərdən, iddiaçı Forma 88 saylı göndərişin ilk dəfə 2004cü ildə verilməsinə və həmin sənədin hazırda əlilliyin təyin edilməsi ilə nəticələnən xx.xx.2018-ci il tarixli, 2743003AABEY nömrəli göndərişlə (Forma AZS №088) eyni məzmunda olmasına istinadən ona təyin olunmuş əlillik müavinətinin 2018-ci il tarixdən deyil, 2004-cü il tarixdən hesablanaraq ödənilməsini tələb etməkdə haqlı sayıla bilməz.

42. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, mübahisələndirilən məhkəmə qəra rı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 21(103)-1981/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar