Məhkəmə qərarları › İş №2-1(102)-19/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-19/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-19/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və başqaları cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin sökülməsinə görə kompensasiya; mənzilin hüquqmüəyyənedici sənədlərinin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli 21(103)-736/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

2. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 225 saylı Sərəncamı ilə Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatə etdiyi torpaq sahəsində “Bakı Ağ Şəhər” layihəsinin həyata keçirilməsi məqsədilə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tövsiyə olunmuş qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirilərək, sahiblərinə (mülkiyyətçilərinə) müvafiq kompensasi yalar ödənilmək şərti ilə ərazidə köçürülmə işləri aparılır.

3. İddiaçı1 cavabdehə müraciət edərək, “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində həyata keçirilən işlərin icrası zamanı mənzilinin razılaşma əldə edilmədən sökülməsi nəticəsində ona dəymiş zərərin kompensasiya edilməsini xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla İddiaçı1 bildirmişdir ki, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olsa da, onun xx.xx.2013cü il tarixli yazılı izahatına əsasən sözügedən mənzil dam örtüyü və bir hissəsi uçduğundan yararsız hala düşmüş, bu səbəbdən uzun müddət həmin ünvanda yaşamamışdır. Qiymətləndirmə işləri aparılarkən qeyd olunan mənzil yararsız halda olduğundan qiymətləndirilməsi mümkün olmamış və kompensasiya hesablanmamışdır.

5. İddiaçı1 eyni t ələblə cavabdehlə yanaşı İnsan hüquqları üzrə Müvəkkilə (Ombudsman) da müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki: “Müraciətdə qaldırılan məsələnin araşdırılması məqsədilə verilmiş tapşırıq əsasında, Xətai rayon İcra Hakimiyyətinin həmin ünvanla bağlı Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş cavab məktubuna əlavə edilmiş sənədlərə əsasən bildirilir ki, ünvan 5-də yerləşən 11 saylı mənzilin dam örtüyünün uçaraq yararsız vəziyyətə düşməsi ilə əlaqədar siz 1991ci ildən etibarən həmin ünvanda yaşamırsınız. Bundan əlavə, siz sözügedən mənzilə dair order sənədinin olmadığını yazılı surətdə öz ərizənizdə bildirmisiniz. Mütəxəssislər tərəfindən ünvanınızda qiymətləndirmə işləri aparılarkən qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən sözügedən mənzilin qiymət ləndirilməsinə əsas ola biləcək hər hansı meyarların müəyyən edilməsi, habelə mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədlər aşkar olunmadığından, həmin mənzilin qiymətləndirilməsi və bu səbəbdən kompensasiyanın hesablanması mümkün olmamışdır.”

6. İddiaçı1 eyni tələblə, həmçinin Bakı şəhər İcra Hakimiyyətinə də müraciət etmiş, sonuncu xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarında qeyd etmişdir ki: “Müraciətdə qaldırılan məsələnin araşdırılması məqsədilə verilmiş tapşırıq əsasında, Xətai rayon İcra Hakimiyyətinin həmin ünvanla bağlı Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş cavab məktubuna əlavə edilmiş sənədlərə əsasən bildirilir ki, mütəxəssislər tərəfindən yuxarıda göstərilən ərazidə qiymətləndirmə işləri aparılarkən qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən sözüge dən mənzilin qiymətləndirilməsinə əsas ola biləcək hər hansı meyarların müəyyən edilməsi, habelə mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədlər aşkar olunmadığından, həmin mənzilin qiymətləndirilməsi və bu səbəbdən kompensasiyanın hesablanması mümkün olmamışdır.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ünvan 5 ünvanında yerləşən 11 nömrəli mənzilin sökülməsinə görə hər birinə 30000 manat olmaqla, ümumilikdə 150000 manat məbləğində pul vəsaiti və hər birinə görə 7000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ün van 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamışlar. Həmin ünvan “Ağ şəhər” layihəsi aparılan ərazidə yerləşir. Mənzil nasaz vəziyyətdə olduğu üçün iddiaçılar müvəqqəti olaraq qohumlarının evində yaşayıb, imkan yaranacağı təqdirdə evi təmir etdirərək köçəcəklərini düşünmüş, lakin layihə çərçivəsində aparılan tikinti işləri zamanı qeyd olunan ünvan cavabdehin göstərişi ilə heç bir əsas olmadan tamamilə sökülmüş, yerində yeni binalar inşa edilmişdir. Söküntü aparılarkən onlara xəbərdarlıq edilməmiş, yalnız bir gün mənzilə baş çəkməyə gələrkən onun söküldüyünü, yerində tikinti işlərinin aparılmasının şahidi olmuşlar. Bunun nəticəsində onların bəzi ev əşyaları ilə birgə, mənzilə dair müvafiq hüquqi sənədlər də məhv edilmişdir. Cavabdehə müraciət edərək onlara məxsus mənzilin özbaşına və razıl ıq olmadan söküldüyünü bildirmiş, lakin qarşılığında qanunsuz cavab almışlar. Belə ki, icra hakimiyyətindən onlara mənzilin sənədlərinin arxivdə olmadığı bildirilmişdir. Halbuki, mənzil İddiaçı1 anasına 1964-cü ildə işlədiyi Q.Qarayev zavodundan verilmiş, mənzilin orderi rayon icraiyyə komitəsi tərəfindən ona təqdim olunmuşdur. İddiaçı1 15 yaşından, eləcə də övladları və nəvəsi birlikdə həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar.

9. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı1 iddia ərizəsində qeyd etdiyi ünvan 5-də yerləşən 11 saylı mənzilə dair hüquqmüəyyənedici sənədlərlə müraciət etmədiyindən, iddia tələbi əsassızdır.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 30 sentyabr 2022-ci il tarixli 2-1(112)-8988/2022 nömrəli qərarı ilə iddia təmin ed ilməmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birgə iddiaçılar məhkəməyə yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan savayı, iddia etdikləri mənzillə bağlılıqlarını ifadə edən hər hansı sübut təqdim etməmişlər. Digər tərəfdən, mənzilin “Bakı Ağ şəhər” layihəsinin icrası zamanı sökülməsi, həmin vaxt mənzildə uzun müddət yaşayışın olmaması işin mübahisəsiz halıdır. Məhkəməyə iddiaçılar tərəfindən mülkiyyətin mövcudluğunu sübut edən hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da belə sənədin mövcudluğu müəyyən edilməmişdir. Odur ki, məhkəmə birgə iddiaçıların qeyd edilən mənzilə dair X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən mülkiyyət hüququnun və ya “qanuni gözləntisinin” olması qənaətinə gəlməmişdir. Digər tərəfdən, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

12. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.S.Şirinov /sədrlik edən və məruzəçi/, E.C.Kazımov və N.Ş.Cəfərov) 07 mart 2023-cü il tarixli, 21(103)-736/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-nin ekspertlərinə həvalə edilmişdir. 14. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.202 3-cü il tarixli, MB 16/0499 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Kislotnı küçəsi, ev 17, ünvanında mövcud olmuş 1 sot torpaq sahəsində yerləşən 46 kv.m ümumi sahəsi olan mənzilin söküldüyü 2013-cü il üçün torpaq sahəsi ilə birlikdə hesablanmış bazar dəyəri 110000 manat (torpağın bazar dəyəri 96000 manat, bina və tikilinin bazar dəyəri 14000 manat), hazırkı dövr üçün torpaq sahəsi ilə birlikdə bazar dəyəri isə 146000 manat, (torpağın bazar dəyəri 132000 manat, bina və tikilinin bazar dəyəri 14000 manat) təşkil edir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.S.Şirinov /sədrlik edən və məruzəçi/, E.C.Kazımov və N.Ş.Cəfərov) 16 may 2023-cü il tarixli, 21(103)-736/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəm əsinin 2-1(112)-8988/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, ünvan 1-in sökülməsinə görə iddiaçılara birlikdə 110000 manat maddi zərər kimi kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olsa da, onun xx.xx.2013cü il tarixli yazılı izahatına əsasən, sözügedən mənzilin dam örtüyü və bir hissəsi uçduğundan yararsız hala düşmüş, bu səbəbdən uzun müddət həmin ünvanda yaşamamışdır. Qiymətləndirmə işləri aparılarkən qeyd olunan mənzil yararsız halda ol duğundan qiymətləndirilməsi mümkün olmamış və kompensasiya hesablanmamışdır.

17. Bununla da iddiaçıların həmin ünvanda yaşayış sahəsinin- evinin olması aşkar təsdiq olunur. Belə olan halda isə, yəni iddiaçıların həmin ünvanda onlara məxsusluğu şübhəsiz olan əmlakının sökülməsi müqabilində onlara, yalnız müvafiq orderin təqdim oluna bilməməsi səbəbindən zəruri kompensasiyanın verilməsindən imtina edilməsi əsaslı olmamışdır. Beləliklə, iddiaçılara məxsus olan və mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlaka - mənzilə cavabdeh tərəfindən qanunsuz müdaxilə edilmiş və cavabdeh inzibati orqanın təqsirli hərəkəti nəticəsində onlara maddi ziyan vurulmuşdur. Bu səbəbdən iddiaçıların onlara vurulan maddi ziyana görə kompensasiya tələbl əri əsaslıdır və qismən təmin edilməlidir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisəli mənzilin, həmçinin mənzilin yerləşdiyi torpaq sahəsinin iddiaçılara məxsus olmasını təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənəd yoxdur. Bundan əlavə, iddiaçıların 1991-ci ildən sonra həmin mənzildə yaşamaları öz təsdiqini tapmamış, məhkəmə iddiaçıların məhkəmə iclasında verdikləri əsassız izahatlara istinad edərək 2013-cü ildən o nların həmin mənzili tərk etmələri qənaətinə gəlmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı iş ə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Mə hkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmas ı tələb olunduqda;... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin üzrə kasasiyanın mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

23. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. Məhkəmə hazırki iş üzrə araşdırmanı X2 Konvensiyasının 1 saylı Protokolun 1ci maddəsinə əsasən araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Belə ki, Avropa Məhkəməsi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərkən izah e tmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq mülkiyyət hüququnun mövcudluğu, mülkiyyətçinin mülkiyyət hüququndan məhrum olması, mülkiyyət hüququna müdaxilənin qanuniliyi və ədalətli kompensasiyanın ödənilibödənilməməsi araşdırılmalıdır.

26. İlk növbədə, iddiaçının sözügedən yaşayış sahəsinə və yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun olub-olmaması araşdırılmalıdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən mənzilin iddiaçılara məxsusluğu ilə bağlı işin halları işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli araşdırılmamışdır.

28. Belə ki, mənzilə dair iddiaçıların hüquqmüəyyənedici sənədlərinin olmaması işin mübahisəsiz halıdır. İddiaçılar iddia edir ki, həmin sənədlər (İddiaçı1 anasının adına olan order) söküntü nəticə sində məhv olmuşdur.

29. Göründüyü kimi, iddiaçılar fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin olduğunu və yaşayış sahəsinə dair mülkiyyət hüququnun olduğunu iddia edirlər.

30. Odur ki, ilk növbədə, İPM-in 12.1-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin mövcudluğu istiqamətində araşdırma aparılmalıdır. Bu məqsədlə, iddiaçıların ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaları nəzərə alınmaqla, hansı hüquqi sənəd əsasında qeydiyyatın aparıldığı istiqamətində müvafiq sorğular verilməlidir.

31. Bundan əlavə, iş materiallarında olan cavabdehin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarında İddiaçı1 xx.xx.2013-cü il tarixli yazılı izahatına istinad olunsa da, həmin izahat məhkəmə tərəfindən tələb edilməmiş və məzmunu araşdırılmamışdır.

32. Həmçinin, söküntü işləri ilə əlaqədar icraatın materialları tam tələb edilməmiş, bununla da, ünvan 1 ünvanında tikilinin mövcud olub-olmaması, olubsa, həmin evdə yaşayan və qeydiyyatda olan şəxslərin müəyyən edilməsi istiqamətində cavabdeh tərəfindən inzibati icraatın aparılıb-aparılmadığı araşdırılmamışdır.

33. Əlavə olaraq, iddiaçılar iddia ərizəsində mənzilin İddiaçı1 anasına 1964-cü ildə işlədiyi Q.Qarayev zavodundan verildiyini, mənzilin orderinin rayon icraiyyə komitəsi tərəfindən təqdim olunduğunu qeyd etsələr də, bu istiqamətdə də, apelyasiya instansiyası məhkəməsi hər hansı araşdırma aparmamışdır.

34. Digər tərəfdən, iş materiallarında olan xx.xx.2012-ci il tarixli Dövlət Arxivinin Bakı Filialının məktubunda Bakı şəhəri Şaumyan rayon ZDS İK-nın 1965-1966-cı illərə dair sənəd materiallarında X1 mənzil sahəsi verilməsi, adına order olması haqqında məlumatın olmadığı qeyd edilmişdir (iş v.34).

35. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən Dövlət Arxivinin Bakı filialına verilmiş sorğuya cavab olaraq, sonuncu bildirmişdir ki, ünvanlara, ad və soyadlara görə Dövlət Arxivinin Bakı Filialından hər hansı sənəd əldə etmək imkan xaricindədir. Həmçinin, vətəndaşlara mənzillərə görə verilən orderlər Dövlət Arxivinin Bakı Filialında saxlanılmır.

36. Göründüyü kimi, orderin mövcudluğu istiqamətində aparılmış araşdırma natamamdır. Odur ki, iddiaçının anasının işlədiyi yer və həmin iş yeri tərəfindən şəxslərə verilmiş mənzillərə dair məlumatların saxlanıldığı müvafiq qurum müəyyən edilməklə sorğu verilməlidir.

37. Qeyd edilməlidir ki, ümumiyyətlə, cavabdehin iddiaçıların müraciə tinə verdiyi cavab məktublarında onun işin hansı halını mübahisələndirməsi qeyri-müəyyəndir. Belə ki, başa düşülən deyil ki, cavabdeh ünvan 1 ünvanında hər hansı tikilinin olmamasını, yaxud tikili olsa da iddiaçıların həmin tikilinin mülkiyyətçisi olmaqlarına dair sənəd təqdim etməməsini, yoxsa tikili olsa da yararsız vəziyyətdə olduğundan və iddiaçılar uzun müddət həmin mənzildə yaşamadıqlarından kompensasiya ödənilməsinin mümkünsüzlüyünü bildirmək istəyir.

38. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mötəbər hesab etdiyi ekspert rəyi ilə bağlı isə qeyd edir ki, həmin rəy yalnız İddiaçı1 məhkəmə iclasında mənzilin rekvizitləri (sahəsi, ölçüsü və s.) ilə bağlı verdiyi izahatına əsasən tərtib edilmişdir. Halbuki, mübahisə predmeti olan mənzilin həqiqətən də 0,01 ha torpaq s ahəsində yerləşməsi və mənzilin sahəsinin 46 kv.m təşkil etməsi barədə iş materiallarında heç bir sübut yoxdur. 39.Odur ki, məhkəmə kollegiyası hesab edir ki, əvvəla, tikilinin mövcudluğu ilə bağlı hərtərəfli araşdırılma aparılmalı, mövcudluğu və iddiaçıların həmin tikiliyə hər hüququnun olması təsdiqini tapdığı halda, həmin sənədlərdəki rekvizitlər əsasında müvafiq rəy alınmaqla işə mahiyyəti üzrə baxılıb müvafiq qərar qəbul edilməlidir. 40.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 21(103)-736/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar