Məhkəmə qərarları › İş №2-1(102)-190/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-190/2019

16.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-190/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil, cavabdeh Nazirliyin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı qərarın verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarından iddiaçıtərəfindən veri lmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası daxili işlər orqanlaında xidmət keçərkən iddiaçının xidməti vəzifələrinin icrası zamanı 30.11.1990-cı il tarixdə X6 Vilayəti ərazisində Şuşa-Stepanakert (indiki Xankəndi) magistral yolunda partlayış nəticəsində aldığı xəsarətlərin (yaraların) səbəb əlaqəsinin təyin edilməsi və müvafiq qərarın verilməsi vəzifəsinin cavabdeh Nazirliyə həvaləəə ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2018-ci il tarixli qərarı ilə (E.Məmmədov; iş № 2-1(81)-1773/ 2018) iddianın təmin edilməsi; iddiaçının 30.11.1990-cı il tarixdə X6 Vilayəti ərazisində Şuşa-Stepanakert (indiki Xankəndi) magistral yolunda partlayış nəticəsində aldığı xəsarətlərin (yaraların) səbəb əlaqəsinin təyin edilməsi və müvafiq qərarın qəbul edilməsi vəzifəsinin cavabdeh Nazirliyyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və C.Yusifov; iş № 2-1(103)2360/2018) cavabdeh Nazirlik tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2018-ci il tarixli qərarının ləğv edilməsi; iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırma aparılmamış və düzgün hüquqi qiymət verilməmiş, bunun da nəticəsində bir-tərəfli qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası nın iclasında çıxış edən İddiaçı vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Nazirliyin vəkili Ə.Həbilov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan Azərbaycan SSR Daxili İşlər Nazirliyinin komandiri polkovnik leytenant A.Rzayevin imzaladığı 28.12.1990-cı il tarixli 11-36 saylı göndəriş vərəqinə görə, milis nəfəri İddiaçı (iddiaçıdır) üzündə sağ qulağında və boynunda əzilmiş yara diaqnozu ilə Şuşa rayon Mərkəzi xəstəxanasında müalicədə olmuşdur. Göstərilən xəsarətlərin sağlamlığı qısa müddətə pozmayan yüngül dərəcəli bədən xəsarətinə aid olması barədə rəy verilmişdir. İşin materiallarında ola n olan 02.01.1991-ci il tarixli 8 saylı akta əsasən, iddiaçı 30.11.1990-cı il tarixdə Şuşa-Stepanakert Hadrut avtobusu ilə gedərkən, avtobusu erməni yaraqlıları partlatmışlar; nəticədə iddiaçı xəsarət alaraq iki gün Şuşa şəhər xəstəxanasında müalicə olunmuşdur. İddiaçı, cavabdeh Nazirliyə 18.12.2017-ci il tarixli ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xüsusi Həkim Komissiyası tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekpertiza və X5 Təcrübi və Tədris Birliyindən yuxarıda qeyd edilmiş 02.01.1991-ci il tarixli akt və ona ələvə olunmuş digər tibbi sənədlər əldə edilsin və bu sənədlər əsasında 30.01.1990-cı il tarixdə, xidmət vaxtı aldığı xəsarətlərin səbəb əlaqəsi haqqında qərar verilsin. Cavabdeh Nazirlik tərəfindən iddiaçıya, onun müraciətinin təmin edilməsindən imtina haqqında 15.01.2018-ci il tarixli 029-26607/2Z-3218/4 №-li cavab məktubu göndərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq əldə olunmuş və işin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi Təcrübi və Tədris Birliyinin 10.04.2018-ci il tarixli, 465 saylı məktubuna əlavə olunmuş iddiaçının 02.01.1991-ci il tarixdə Birliyin Ambulatoriyasında (əvvəlki “Canlı şəxslərin məhkəmə-tibbi ekspertizası şöbəsi”ndə) aparılmış məhkəmə-tibbi müayinəsinə dair 8 saylı aktın və 28.12.1990-cı il tarixli 11-36 saylı göndərişin təsdiqlənmiş surətlərinə görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətli işçisi polkovnikleytenant A.Rzayevin 28.12.1990-cı il tarixli təliqəsinə və 36 №-li göndəriş vərəqinə əsasən, iddiaçının 02.01.1991-ci il tarixdə aldığı xəsarətlərin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 Təcrübi və Tədris Birliyində ekspertizası keçirilmiş və həmin Birlikdə tərtib edilmiş 02.01.1991-ci il tarixli 8 №-li akta əsasən, onun aldığı xəsarətlərin sağlamlığı qısa müddətə pozmayan yüngül dərəcəli bədən xəsarətlərinə aid olduğu barədə rəy verilmişdir. İddiaçı həmin məsələ ilə əlaqədar cavabdeh Nazirliyə 20.04.2018-ci il tarixdə təkrar müraciət etsə də, heç bir araşdırma aparılmadan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən iddiaçıya verilmiş 15.01.2018-ci il tarixli, 029-26607/2Z3218/4 saylı məktubun məzmunu ilə eyni olan 21.05.2018-ci il tarixli 029-6848/2Z-3218 saylı məktub verilmişdir. Hər ik i məktubda müvafiq olaraq imtinanın əsası kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 alınmış 02.02.1991-ci il tarixli 8 saylı akta əsasən, iddiaçının aldığı xəsarətin “sağlamlığı qısa müddətə pozmayan yüngül dərəcəli bədən xəsarəti” olmasına istinad edilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, müvafiq normativ hüquqi aktlara əsasən, daxili işlər orqanlarında xidmət keçmiş vətəndaşların xəsarətlərinin, habelə xəsarətlərin səbəb əlaqəsini təyin edilməsi hərbihəkim komissiyalarının səlahiyyətinə aid edilmişdir. İşin materiallarında olan DİN Tibb İdarəsinin iddiaçıya ünvanladığı 15.11.2018-ci il tarixli 029-26607/2Z-3818/4 saylı mək tubda Məhkəmə-Tibbi Ekspertiza və X3 alınmış 02.01.1991 -ci il tarixli 8 nömrəli aktda iddiaçının aldığı xəsarətin sağlamlığı qısa müddətə pozmayan yüngül dərəcəli bədən xəsarətinə aid olduğundan səbəb əlaqəsi barədə qərarın verilməsinin imkan xaricində olması barədə bildirilmişdir. Göründüyü kimi, iddiaçının aldığı xəsarət “sağlamlığı qısa müddətə pozmayan yüngül dərəcəsi bədən xəsarəti” olduğundan xüsusi həkim komissiyası tərəfindən xəsarətin səbəb əlaqəsi barədə qərarın çıxarılmadığı halda iddiaçının aldığı xəsarətlərin (yaraların) səbəb əlaqəsinin təyin edilməsi və müvafiq qərarın (inzibati aktın) qəbul edilməsi vəzifəsi cavabdeh Nazirliyə həvalə edilməsi əsassızdır. -belə olan halda cavabdeh inzibati orqanın iddiçının müraciətini icra etməkdə imtina etməsi sonuncunun hər hansı qanun la qorunan hüquqlarını pozmamışdır, odur ki, iddiaçının iddia tələbi əsaslı və qanuni olmadığından təmin edilə bilməzdi. Belə ki, «Hərbi həkim ekspertizası haqqında» Əsasnamənin 1.2-ci bəndinə əsasən, hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının X üsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. Həmin Əsasnamənin 1.3-cü bəndinə görə, hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digə r qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən, hərbi-həkim komissiyalarına həvalə olunur: ç) hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi. Həmin Əsasnamənin 7.5-ci bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh Nazirliyin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstəril məlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSS Ə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar