Məhkəmə qərarları › İş №2-1(102)-190/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-190/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-190/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi; NK 2 №li Siyahı; peşənin xarakteri nəzərə alınmaqla Siyahıya uyğunluğunun müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, ş ifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.09.2021-ci il tarixli, 2-1(103)-2308/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.xxxx-ci il tarixində doğulmuş, 14.05.1976-cı il tarixindən 16.05.1978ci il tarixinədək hərbi xidmətdə olmuş, 01.12.1980-ci il tarixindən əmək fəaliyyətinə başlamış, 28.11.2001-ci il tarixindən fasilələrlə müxtəlif müəssisələrdə işləmişdir və o, 28.11.2001-ci il tarixindən hal-hazıra kimi "xxxx" ASC-də sahə rəisi(iş icraçısı) vəzifəsində işləyir.

2. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədilə 10.03.2020-ci il tarixində ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 20.11.2020-ci il tarixli məktubla ərizəni təmin etməkdən imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının 28.11.2001-18.11.2019cu il tarixləri arasındakı dövr ərzində əmək kitabçasında qeyd edildiyi kimi iş icraçısı deyil, sahə rəisi vəzifəsində işlədiyi müəyyən edilmişdir. Əmək kitabçası və onda olan məlumatların həqiqliyinə əsaslı şübhələr olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkə məsindəki icraat

4. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqi müraciət etdiyi tarixdən geriyə 3 il üçün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o xx.xx.xxxx-ci il təvəllüdlür. Əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə işlədiyinə görə onun ümumi stajı 38 il 06 ay 21 gün olmaqla zərərli işlərdə 33 il 05 ay 12 gün sosial sığorta stajı vardır. Həmin sığorta stajını nəzərə alaraq cavabdehə müraciət etmişdir. Cavabdeh 20.11.2020-ci il tarixli məktubla əsassız olaraq iddiaçıya güzəştli şərtlərlə pensiya təy in etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, "xxxx" ASC tərəfindən verilmiş 12.06.2020-ci il tarixli akt qanunsuz inzibati aktdır.

6. Cаvаbdеh iddiаyа dаir yazılı еtirаzını təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazını belə əsaslandırmışdır ki, iddiaçı Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının konkret olaraq hər hansı bəndinə istinad etməyib.

7. Bakı İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(112)-3892/2021 nömrəli qərarı ilə (hakim Fərid Mədətli) iddia tələbi təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni pensiya hüququ yarandığı 23.09.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən geriyə üç il üçün, yəni 10.03.2017ci il tarixdən fərq məbləğinin ödənilməsi cavabdehə həvalə edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, işin xarakteri haqqında arayış (güzəştli arayış), həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15.06.1998-ci il taixli, 13-9 nömrəli Qərarı ilə təsdiq olunmuş Tikinti, quraşdırma və təmirtikinti bölməsinə daxil olan qulluqçu vəzifələri vahid tarif-ixtisas sorğu kitabçasına daxil olmuş məlumatlar ona dəlalət edir ki, iddiaçının işlədiyi sahə rəisi – iş icraçıları vəzifəsi pensiya hüququ verən vəzifəyə aiddir. İddiaçının güzəştli şərtlərlə işlədiyi dövrün, yəni 09.09.1982-ci il tarixindən 02.03.1998-ci il tarixinədək və 28.11.2001-ci il tarixindən 01.01.2006-cı il tarixinədək elektrik montyoru və sahə rəisi – iş icraçıları vəzifəsində işləməsi, onun əmək kitabçasından savayı, h əmçinin "xxxx" ASC tərəfindən verilmiş güzəştli arayışında öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan isə məhkəmə icraatı zamanı təqdim olunmuş arayışın mötəbərliyini mübahisələndirməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.09.2021-ci il tarixli, 21(103)-2308/2021 nömrəli qərarına əsasən (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Cahangir Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(112)-3892/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Məhkə mə qərarı cavabdehə 06.10.2021-ci il tarixində təqdim edilmişdir.

13. Cavabdeh 04.11.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.09.2021-ci il tarixli, 2-1(103)-2308/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi materiallardan aydın olunur ki, o, 09.09.1982-01.12.1982-ci illərdə elektrik montyoru, 01.12.1982-02.03.1998-ci illərdə iş icraçısı,08.11.2001-ci ildən etibarən sahə rəisi peşəsində çalışıb. İddiaçı Nazirlər Kabinetinin 320 saylı, 21.06.1993-cü tarixli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının konkret olaraq hər hansı bəndinə istinad etməyib.

15. İddiaçı, "xxxx" ASC-nin 02 saylı, 25.02.2020-ci il tarixli güzəştli arayışına əsaslanaraq hesab edir ki, çalışdığı peşələr güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir. Eyni zamanda, "xxxx" ASC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 11 saylı, 18.03.2021-ci il tarixli cavab məktubu göndərilmişdir. Bu cavab məktubu iddiaçının daha əvvəl təqdim etdiyi arayışla eyni məzmunludur.

16. Lakin nəzərə alınmalıdır ki, istər güzəştli arayışda, istərsə də məhkəmənin sorğusuna cavabında "xxxx" ASC, Nazirlər Kabinetinin 320 saylı, 21.06.1993-ci il tarixli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıdakı konkret kod altında nəzərə tutulmuş hər hansı peşəyə istinad etməyib. Dolayısı ilə, həmin sənədlərin iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verə n peşələrdə çalışdığını təsdiqləyən sübut qismində qəbul edilməsi mümkün deyildir.

17. Göründüyü kimi, iddiaçı tələb edilən güzəştli iş stajını topladığını sübüt edə bilmədiyindən cavabdehin imtinası qanuni və əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi isə göstərilənləri maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə tə yin edilir.

20. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

21. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvv əyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir 22. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

24. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

25. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

27. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilm işdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla 01.01.2006-cı il tarixinədək 25 ildən artıq ümumi iş stajı mövcuddur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir.

32. Cavabdehin mübahisələndirdiyi hal və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının tələb edilən 12 il 06 ay güzəştli iş stajı yoxdur. Cavabdeh bu mövqeyini belə əsaslandırır ki, iddiaçının çalışdığı peşələr Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısında nəzərdə tutulmamışdır.

33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlə diyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır.

34. İddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin o lunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.

35. Apellyasiya instansiyası məhkəməsi də göstərilən hüquqi mövqeyə uyğun olaraq araşdırma aparmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 iyun 1998-ci il tarixli Qərarı ilə təsdiq olunmuş Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin vahid tarif-ixtisas sorğu kitabçasına əsasən müəyyən etmişdir ki, iş icraçısı ilə sahə rəisi (böyük iş icrasının) vəzifələrinin əmək funksiyaları eyni xarakter daşıyır.

36. İddiaçının 09.09.1982-ci il tarixindən 01.01.2006-cı il tarixinədək işlədiyi peşələr (elektrik montyoru, iş icraçısı və sahə rəisi-iş icraçısı) Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 27-ci bölməsində 2290100b24441 kodu altında iş icraçıları və 22900a-19855 kodu altında elektrik montyorları güzəştli pensiya hüququ verən zərərli və ağır iş şəraiti olan peşələr sırasına daxildir.

37. Beləliklə, iddiaçı 01.01.2006-cı ilədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Na zirlər Kabinetinin 320 nömrəli 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahısında nəzərdə tutulduğundan onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

38. Göründüyü kimi, hazırkı qərarın 24-cü bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

39. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.09.2021-ci il tarixli, 2-1(103)-2308/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.09.2021-ci il tarixli, 21(103)-2308/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar